Lakin əgər rəhbər və tabeliyindəki işçi arasında yoldaşlıq, ya
xud hətta dostluq münasibətləri mövcuddursa, məsələ başqa şəkil
alır.
Burada, bir qayda olaraq, şəxsi xahişlər qarşılıqlı xarakter
daşıyır və işə ziyan vermir.
Tabeliyində olan işçilərin fəaliyyətinə verilən və ən m üxtəlif
formalarda ifadə edilən müsbət qiymət - əməyin mənəvi stimul-
laşdınlmasının ən mühüm vasitələrindən biridir.
İdarə müdiri tərəfindən, həm də başqalarının iştirakı ilə (əlbət
tə, bu daha yaxşı olardı), yaxud «göz-gözə» söylənən hətta sadəcə
«təşəkkür edirəm», yaxud «çox sağ olun» sözləri - işçinin əməyini
mənəvi cəhətdən stimullaşdıran məhz həmin müsbət qiymətdir. Bu
zaman yadda saxlamaq lazımdır ki, istənilən formada ifadə edilən
rəğbətləndirmə uzun müddət ləngidilməməli, onun üçün səbəb ya
randığı zaman ifadə edilməlidir.
Əgər söhbət rəhbər işçi tərəfindən söylənən xoş sözdən gedirsə,
o zaman təkcə yaxşı yerinə yetirilmiş iş üçün tərif yox, həm də in
sana xoş münasibətin istənilən təzahürü nəzərdə tutulur.
Belə ki, əməkdaşlarına diqqətli olan rəhbər onları qarşıdakı
bayram münasibətilə təbrik etməyi unutmaz. O, əməkdaşlar üçün
əlamətdar olan günləri, xüsusilə əmək fəaliyyətinin ildönümlərini
bilər və hətta insana göstərilən ən kiçik diqqətin belə qarşılıqlı
hörmət və inam yaratdığını başa düşər.
349
Son söz əvəzi
Mən qəti əminəm ki, yaxşı danışıq qabiliyyəti yalnız qram
matik qaydaları öyrənməklə, nitq mədəniyyəti haqqında elmləri
mənimsəməklə yaranmır. Və yaxud yalnız onların hesabına for
malaşmır. Bundan ötrü yaxşı natiqlərin nitqlərinə diqqətlə qulaq
asıb, onları əməlli-başlı araşdırmaq, bədii ədəbiyyat oxumaq, özü
də dili yaxşı bilən, səlis və rəvan yazmağı bacaran yazıçıların və
şairlərin əsərlərini oxumaq lazımdır. Bununla belə, kitabda yazı
lanları ümumiləşdirərək, ən vacib məqamları bir də təkrar qeyd
etmək istəyirəm.
Ritorikada nitq təsirlərinin aşağıdakı psixoloji-didaktik
prinsiplərindən istifadə olunur: anlaşıqlılıq, assosiativlik (assosi
asiya- şüurda ayn-ayn təsəvvürlər arasındakı əlaqə), ekspressivlik
(təsirlilik, ifadə qüvvəti), və intensivlik (səmərəlilik, gərginlik).
A nlaşıqlılıq prinsipindən istifadə edərkən dinləyicilərin mə
dəni-savadlılıq səviyyəsini, onlann həyat və istehsalat təcrübəsini
nəzərə almaq lazımdır. Heç bir zaman unutmaq olmaz ki, bir çox
insanlar eşitmək istədiklərini eşidirlər. Buradan da hər bir audito
riyanın emosional-psixoloji təbəqələşməsinin nəzərə alınması zə
rurəti meydana çıxır.
Anlaşıqlılığın yüksəldilməsi üçün az məlum olan informasiya
nın, həmçinin onunla birlikdə m üxtəlif xarakterli məlumatların (ye
nilik və orijinallıq) verilməsi və onlann həqiqiliyinin göstərilməsi
üsulu çox səmərəlidir.
A ssosiativlik prinsipi dinləyicilərin emosional və rasional yad
daşına müraciət etməklə onlarla eyni həyəcan və düşüncələri yaşa
maqla əlaqədardır. Müvafiq assosiasiyalar oyatmaq üçün eyniyyət,
oxşar hadisələrə müraciət, mülahizələrin obrazlılığı kimi üsullar
dan istifadə olunur.
Ekspressivlik (təsirlilik) prinsipi çıxış edənin tamamilə öz
söylədiklərinə inandığını göstərən emosional, həyəcanlı nitqində,
onun mimikaları, jestləri və duruşunda ifadə olunur. Həyəcanlılıq,
350
ürəkdən gələn sevinc, yaxud kədər, başqasının halına yanma - bü
tün bunlar ekspressivliyin konkret formalarıdır.
İntensivlik prinsipi informasiyanın ötürülmə sürəti ilə xarakte
rizə edilir. M üxtəlif informasiya növləri və müxtəlif insanlar şərhin
və nitqin mənimsənilməsinin fərqli sürətinə ehtiyac duyurlar.
İnsanların temperamentini, konkret informasiya növünü qəbul
etmək üçün hazırlıq səviyyəsini nəzərə almaq lazımdır. Bununla
əlaqədar aşağıdakılar mühümdür: çıxış edənin auditoriyanın əhval-
ruhiyyəsini nəzərə almaq bacanğı; auditoriyanın müəyyən infor
masiya materialı ilə işləmək qabiliyyəti; çıxış edənin auditoriyaya
informasiyanın mənimsənilməsi üçün zəruri olan sürət rejimini
təqdim etmək bacanğı.
Natiqlik vasitələrinin bütöv bir kompleksi mövcüuddur ki, on-
lann ünsürlərindən biri də kom munikasiya təsirləridir. Onlan daha
ətraflı nəzərdən keçirək.
X arici görkəm təsiri. Bir qayda olaraq, əvvəlcə insanı onun xa
rici görkəminə əsasən qəbul edirlər və bu ilk təəssürat sonrakı qar
şılıqlı münasibətlərə təsir edir.{İnsanı geyim inə görə qəbul edib,
ağlına görə yo la salarlar. Azərbaycan atalar sözü) Bu səbəbdən,
mütəxəssis geyim estetikası, yaxşı qurulmuş mimika, çox yüksək
mərifət hissi ilə silahlanmalıdır ki, ətrafına cazibə qüvvəsi saçaraq,
gözəl tərzi ilə həmsöhbətinin rəğbətini qazana bilsin.
Geyimdə ekssentrikliyə (qeyri-adilik, qəribəlik) yol vermək
lazım deyil. Geyimdəki heç bir element hərəkətlərin sərbəstliyini
məhdudlaşdırmamalıdır. Geyimdə təvazökarlıq vulqar şıqlıqdan
yaxşıdır. Bununla belə, işgüzar görüşlərdə brend markalı eynək,
mobil telefon, qələm və qol saatı yüksək təəssürat effektləri hesab
edilir.
Nitqi müşayiət edən j estlər informasiyanı ötürmə vasitələrindən
biri olub, onu qüvvətləndirməyə və dinləyiciləri inandırmağa
kömək etməyə yönəldilmişdir.
Lakin süni, teatral j estlər nitqin səmimi olmadığını göstərməklə,
əvvəlcədən bu haqda mənfi rəy yaradıb, inamsızlıq doğurmaqla
natiqə çox ziyan verir. Danışan xüsusi olaraq jestlər axtarmamalı,
həm də öz təbii jestlərini nəzarətdə saxlamalıdır.
351
Yüklə Dostları ilə paylaş: |