Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə110/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   124

tamamlıqdan seçilmir, bu səbəbdən də hərəkətin subyektinin avto­
matlar, yoxsa insanlar olduğu aydın deyil.
Yığcamlıq  -  işgüzar nitqin istənilən formasına verilən  ən mü­
hüm tələbdir, çünki yuxanda qeyd olunduğu kimi, belə nitq verilən 
məlumatlann  sırf tətbiqi  xarakteri  ilə  digərlərindən  fərqlənir.  Bu 
o  deməkdir  ki,  danışan  lazımsız  ifadələrdən,  artıq  təfərrüatlardan 
və  söz  tör-töküntülərindən  çəkinməklə,  dinləyicinin vaxtından  və 
səbrindən  sui-istifadə etmir.
Burada hər bir söz və ifadə dinləyicilərə məsələnin mahiyyətini 
mümkün  qədər  dəqiq  və  yığcam  izah  etmək  məqsədi  daşıyır:  bu 
səbəbdən  də  heç  bir  məna  ifadə  etməyən  söz  və  söz  birləşmələri 
işgüzar nitqdən tamamilə çıxarılmalıdır.
Artıqlıq,  yaxud  nitq  bolluğu  daha  çox  təkcə  üslüb  səliqə­
sizliyinin  yox,  həm  də  natiqin  danışdığı  məsələ  haqqında  təsəv­
vürlərinin aydın və dəqiq olmadığını  göstərən artıq  sözlərdən isti­
fadədə təzahür edir ki,  bu  da  əsas  fikri  kölgədə  qoymaqla yanaşı, 
informativliyin də ziyanına işləyir.
Çoxsözlülük  m üxtəlif formalarda təzahür edir.  Məsələn,  çox 
zaman  işgüzar  söhbətlərin  iştirakçıları  hamıya  məlum  olan  həqi­
qətləri zorla yenidən izah etməyə çalışır, yaxud eyni fikirləri dəfə­
lərlə təkrar edərək, qeyri-iradi işgüzar söhbətin uzanmasına səbəb 
olurlar.
N itq artıqlığı pleonazm  forması  ala bilər. Bu anlayış  m ənaca 
yaxın,  ona  görə  də  artıq  hesab  edilən  sözlərdən  (əvvəlcədən 
qabaqlamaq,  tünd  qaranlıq,  başlıca  mahiyyət,  sadə  adi  işlər, 
qiymətli xəzinə və s.) eyni zamanda istifadəni bildirir. Çox zaman 
pleonazmlar  sinonimlərin  birləşdrilməsi  zamanı  (uzunmüddətli 
və sürəkli;  mərd və cəsarətli, təkcə, yalnız,  amma və lakin və  s.) 
yaranır.
Pleonazmın  bir  növü  də  tavtologiyadır  (eyni  fikir  və  ya 
sözlərin  lüzumsuz  yerə  başqa  şəkildə  təkrarı).  İşgüzar  adamların 
gündəlik danışığı  sözün  həqiqi  mənasında eyni,  yaxud yaxın  mə­
nalı  sözlərin təkrarı ilə doludur. Məsələn:  «yayın ortasında-isti  av­
qust  ayında»(halbuki,  sadəcə  «avqustda»demək  olar),  «sxem atik 
plan», «beş nəfər şaxtaçı adam», «beş ədəd transformator» və s.
337


Tavtologiya  eyni  köklü  sözlərin  təkrarı  (nağılı  nəql  etmək), 
həmçinin  milli  dildə  olan  sözün  xarici  qarşılığı  ilə  birlikdə  işlə­
dilməsi  zamanı  da  meydana  gələ  bilər  (ilk  dəfə  debüt  etdi,  yadi­
gar  xatirə  suveniri  və  s.).  Bu,  adətən,  danışanın  istifadə  etdi­
yi  xarici  sözün  mənasını  bilməməsini  göstərir.  Beləcə  «daxili 
interyer»(interyer-elə  daxildəki  arxitektura  deməkdir),  «fasilənin 
intervalı»  (interval-fasilə  deməkdir),  «gənc  istedadlı  vunderkind» 
(vunderkind-gənc istedad deməkdir), «minimal xırdalıqlar», «apa­
rıcı  lider» və s.  söz birləşmələri meydana çıxır.
Lakin  bu  növ  birləşmələrin  ayn-ayn  növləri  nitqdə  elə  möh­
kəmlənmişdir  ki,  artıq  onları  nitq  bolluğuna  aid  etmək  mümkün 
deyil.  Məsələn,  «zaman  dövründə»,  «monumental  abidə»,  «real 
gerçəklik», «sərgi  eksponatları», «bukinist kitabı» və s.
İşgüzar nitqin nitq artıqlığına milli dil sözlərini təkrarlayan xa­
rici  sözlərdən yersiz istifadəni  də aid  etmək olar.  Bu  sözlər müla­
hizənin mənasını  lüzumsuz yerə mürəkkəbləşdirir.  Məsələn,  niyə 
adi  danışıqlarda  «ekspansiya»  əvəzinə  «genişlənmək»,  «sxolas­
tika»  əvəzinə  «əzbərləmək»,  «ekvivalent»  əvəzinə  «bərabər», 
«departament»  əvəzinə  «idarə»,  «funksiya»  əvəzinə  «fəaliyyət», 
«diversifıkasiya»  əvəzinə  «müxtəliflik»,  «deformasiya»  əvəzinə 
«dəyişmək»,  «aprobasiya»  əvəzinə  «yoxlama»,  «sınaqdan  keçir­
mək» kimi  sözləri  işlətmirik?!
Xarici dillərdəki ifadələrdən səhv, yaxud paralel istifadə, bir qayda 
olaraq, lazımsız təkrarlara yol açır, məsələn: «tikintini tempini sürətlə 
tezləşdirmək» («temp», «sürətlə» elə «tez» deməkdir), «tam bir fıasko 
ilə məğlub olmaq» («fıasko» elə «məğlub olmaq» deməkdir).
Artıqlığın üslubi formalarına,  hər şeydən əvvəl, işgüzar adam­
ların  nitqini  çirkləndirən,  onlara  quru  idarəçilik  çalan  verən  dəf­
tərxana istilahlanndan  sui-istifadəni  də aid etmək lazımdır. Aşağı­
dakı  ifadələr  buna  nümunə  ola  bilər:  «Bu  mallar  yalnız  xüsusi 
komissiyanın  nəzarəti  altında  emaldan keçdikdən  sonra  satışa bu­
raxıla  bilər»,  «Bu  düyündəki  keçid  halqalan  izolə  rolu  oynayır», 
«Gərginliyin  ötürülməsi  burada  ikiqütblü  birləşmə  vasitəsilə  hə­
yata  keçirilin),  «M allann  boşaldılmasını  lentşəkilli  konveyerdən 
istifadə əsasında yerinə yetirirlən>.
338


Dəftərxana  terminləri,  xüsusilə  tez-tez  işgüzar  adamların  nit­
qinə  ismin  m üxtəlif hallarında  işlənən  (məsələsində,  nöqteyi-nə­
zərindən,  hesabına,  hissədə)  sözlərdən  yersiz  istifadə  nəticəsində 
daxil olur, bu isə nitqi emosionallıq və yığcamlıqdan məhrum edir, 
məsələn:  «mühərrikin qənaətliliyinin yüksəldilməsi məsələsində», 
«vergi yığımının aşağı  salınması hesabına»,  «tənqid nöqteyi-nəzə­
rindən çıxış edərkən».
M əlumdur ki,  «hər kəs başa düşdüyünü eşidər».  Bu səbəbdən, 
xüsusilə  də öz  fikirlərini  mümkün  qədər sadə və  anlaşıqlı  izah  et­
mək tələb olunan işgüzar söhbət prosesində, nitqin anlaşıqlılığının 
qayğısına qalmaq zəruridir.
işg ü za r  nitqin  rito rik   vasitələri  İşgüzar  ünsiyyətin  uğurlu 
olması  üçün  işgüzar nitqin xüsusiyyətlərini,  leksikasını,  qramma­
tika və üslubiyyatını  bilmək kifayət etmir.  Bununla yanaşı,  öz nit­
qindən  istifadə  vasitəsilə  həmsöhbəti  maraqlandırmağı,  ona təsir 
göstərməyi,  öz tərəfinizə  çəkməyi,  həm  sizə yaxşı  münasibət bəs­
ləyənlərlə, həm də əleyhinizə olanlarla uğurlu danışıqlar aparmağı, 
məhdud  dairədə  söhbətdə  iştirakı  və  geniş  dinləyici  kütləsi  qarşı­
sında çıxış etməyi  öyrənmək lazımdır.
Yəqin  ki,  söz  sənətinə  yiyələnməyin  işə  yaramadığı  heç  bir 
peşə sahəsi yoxdur. Lakin insan fəaliyyətinin bəzi  sahələrində, xü­
susilə biznesdə nitq sənətinə yiyələnmək vacibdir. Axı, sahibkarlıq 
fəaliyyəti ilə məşğul olan işgüzar insan daim başqaları ilə ünsiyyət 
qurmalı,  söhbətlərdə,  ticarət  danışıqlarında iştirak  etməli,  işgüzar 
müşavirələr keçirməli,  gələnlərin və əməkdaşların  qəbulunu  apar­
malı  olur.  Lakin yaxşı  danışmaq üçün nə deyəcəyini bilmək azdır, 
həm  də  necə  deyəcəyini  bilmək,  yəni  natiqlik  nitqinin  vasitələri, 
ritorika üsullarına bələd olmaq lazımdır.
Əgər bütün deyilənləri konkretləşdirsək, söyləmək olar Vi,yax­
şı danışm ağı öyrənm ək üçün qarşınıza aşağıdakı sualları qoyma­
lısınız.
•  Necə düzgün söyləməli?
•  Necə anlaşıqlı  söyləməli?
•  Necə gözəl  söyləməli?
•  Necə inandırıcı  söyləməli?
339


Yüklə

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə