Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə108/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   124

ki,  «dekada»  sözü  «ongünlük»  mənasını  verir.  Lakin  çox  zaman 
sözlərdən  düzgün istifadə edilməməsi  elə məntiqi  səhvlərə gətirib 
çıxarır ki, bu zaman anlayışlar səhv məna qazanır.
Danışanlar  heç  də  həmişə  öz  nitqlərində  antonimlərdən  düz­
gün istifadə etmirlər.  İşgüzar söhbətlərdə çox tez-tez səslənən «nə­
zarətin gücü zəif olduğu üçün...» ifadəsini nəzərdən keçirək. Burada 
antonim cütlüyü «güc və zəif»  sözləridir.  Güc sözü öz antoniminin 
yanında  ilkin mənasını saxlaya bilmir. Nəticədə, məntiqi cəhətdən 
düzgün olmayan ifadə yaranır. Burada sadəcə “nəzarət zəif olduğu 
ü çü n ...” işlənməsi  doğru olardı.
Dilə  qarşı  diqqətsiz münasibət nitq  çatışmazlığı  ilə  -  cümlədə 
fikrin düzgün ifadəsi üçün zəruri olan sözlərin buraxılması ilə nəti­
cələnir.  Məsələn:  «kafedra düz saat  12-də başlayır»  (burada «icla­
sı»  sözü  buraxılıb).  Nitq  çatışmazlığı,  adətən,  danışanın  tələsdiyi 
və  ifadələrin  düzgünlüyünə  diqqət  yetirmədiyi  hallarda  meydana 
çıxır ki, bu da nitqin mənasına ciddi  ziyan verir.
Ayn-ayn  hallarda  sözlərin  buraxılması  fikrin  tamamilə  təhrif 
olunması  ilə  nəticələnə bilir:  «Malın yüklənməsinin  sürətləndiril­
məsi  üçün bütün  liman  xidmətlərini  birləşdirmək lazımdır»  («bü­
tün liman xidmətlərinin səylərini»  olmalıdır).
Üslub  qüsurlarının  səbəbi  isə  çox  zaman  sinonimin  düzgün 
seçilməməsi  olur.  Məsələn,  «malı  qurumaqdan  müdafiə  etmək 
lazımdır»  cümləsində  «müdafiə  etmək»  əvəzinə  «qorumaq»,  ya­
xud «mühafizə etmək»  sinonimləri işlədilməli idi.
Çox  zaman  işgüzar  söhbətdə  paronimlərin  (yəni  səslənməsi 
etibarilə oxşar,  mənaca fərqli  sözlərin) düzgün işlədilməməsi  hal­
larına  rast  gəlinir.  Məsələn,  «bura  ştab(ştam p  dvəzim )  vurun», 
«Qonaqlan  sizə təqdir(“təqdim”  əvəzinə)  edim...»  «Bəzi  işçilərin 
hazırladıqları  sənətlər...»  (sənədlər»  olmalıdır) və  s.  paronimlərin 
səhv işlədilməsi  kimi,  lazım olan sözün səhv variantının istifadəsi 
də leksik səhvdir.  Məsələn,  «layihə»  əvəzinə «lahiyə»,  «tənəffiiz» 
əvəzinə «tələffüz» işlədilməsi və s.
Paronimlərin düzgün  seçilməsinin təsiri  ilə nitqdə kobud  səhv 
anlaşmalar  da yarana bilir.  Məsələn,  «statut»  (hüquq  və vəzifələr 
haqqında  nizamnamə)  sözü  ilə  «status»  sözünün  (vəziyyət,  hü­
331


quqi  mövqe);  «təşəkkül»  (  formalaşma,  yaranma)  və  «təşəkkür» 
(minnətdarlıq) sözlərinin səhv salınması.
Sözlərdən nitqdə düzgün istifadə edilməsi  üçün onların dəqiq 
mənasını bilmək kifayət etmir, həm də sözlərin məntiqi uyğunluğu­
nu,  onların bir-biri  ilə birləşməsinin mümkünlüyünü nəzərə almaq 
lazımdır.  Leksik  uyğunluğun  qeyri-iradi  pozulması  şifahi  nitqin 
çox geniş yayılmış qüsurudur.
Çox  zaman  belə  deyirlər:  görüş  çağınlmı şdır,  imtahandan 
kəsilmişdir,  töhmət  oxunmuşdur,  öhdəlikləri  tamamlamaq,  çox 
dərin  hörmət,  diqqəti  qüvvətləndirmək,  dünyagörüşünü  yüksəlt­
mək.  Bəzən «müasir tələbatlara təminat vermək».  Yaxud,  «Təda­
rükçüdən  sifarişçinin  xeyrinə  maddi  ziyan tutuldu»  (maddi  ziyan 
ödənilə bilər).
Adi məişət üslubundakı ifadələri bədii ədəbiyyatın yüksək ifa­
dələri  ilə birləşdirmək olmaz. Məsələn,  «Bütün bu əzablı  keşməş- 
keşlərdən  sonra  o,  hər  bir  əməliyyatda  qənaət  edilməsi  uğrunda 
ruhdan düşməyən alovlu mübarizə çevrildi» (burada sadəcə olaraq, 
«O,  hər  bir  əməliyyatda  qənaət  edilməsini  təklif etdi»  söyləmək 
olardı).
Təkcə  sözlərin düzgün  seçilməsi yox,  onlardan düzgün cümlə 
qurulması da çox mühümdür. Halbuki, işgüzar söhbətlərdə çox za­
man  söylənən  mülahizələrin  quruluşunun  düzgün  olmasına  əhə­
miyyət  verilmir.  Çox  zaman  söz  birləşmələri  də  düzgün  qurul­
mur.  Məsələn:  «dərs  üzrə  cədvəl»  («dərs  cədvəli»  əvəzinə),  «bu 
məlumatlarla  işləmək»  («bu  məlumatlardan  istifadə  etmək»  əvə­
zinə) və s.
Başqa hallarda isə fikrin düzgün ifadə olunmaması nəzərə çar­
pır: «Maşının hazırlanması zamanı əlavə yanacaq doldurma tələbatı 
nəzərə alınmışdır»  («onun əlavə yanacağa tələbatı»  əvəzinə).
Bəzən işarə əvəzliynin düzgün işlədilməməsinə də rast gəlinir: 
«Rəhbərlik  o  haqda  göstərdi  ki...»  («Rəhbərlik  o  haqda  göstəriş 
verdi»  söylənilməlidir);  «Tədarükçü  şirkət  o  haqda  təkid  edir.» 
(«Tədarükçü şirkət bununla əlaqədar təkid edir ki...»  olmalıdır).
İşgüzar nitqdə çox zaman səbəbsiz yerə «aid», «dair» qoşmala­
rından istifadə  edilir.  Məsələn:  «Təlimat həmin  məsələyə  aid idi»
332


(«Həmin məsələ haqqında idi» əvəzinə); «Əlavə mal gətirilməsinə 
aid cədvəl tərtib olunmuşdun» («Əlavə mal gətirilməsinin cədvəli» 
əvəzinə).  «Müəssisə  öz  məhsullarının  maya  dəyərinin  azaldıl­
masına  aid  böyük  uğurlar  qazanmışdın»  («M əhsullanmn  maya 
dəyərinin azaldılmasında»  olmalı idi).
Feili  sifət  tərkiblərindən  istifadə  zamanı  ədəbi  normanın 
mümkün pozulmalannın qarşısının alınması  üçün,  onlara xas olan 
qrammatik  xüsusiyyətlər  nəzərə  alınmalıdır.  Çox  zaman  işgüzar 
danışıqlarda aşağıdakı  səhvlərə rast gəlinir;
•  Feili  sifətlərdə zaman anlayışı  qarışıq  salınır.  Məsələn:  «Ye­
kun sözü ilə çıxış etmiş iclasın  sədri  ona verilən bütün sualları  ca­
vablandırdı»  («çıxış edən»  olmalı idi).
•  Feili  sifətlərdən  düzgün  istifadə  edilmir.  Məsələn,  indiki 
zaman  mənası  əmələ  gətirən  feli  sifət  şəkilçisi  -an2  əvəzinə  gə­
ləcək  zaman  mənalı  acaq2  feli  sifət  şəkilçilərindən  istifadə  edir­
lər:  «Bunu etməyə çalışacaq  şirkətlər»  ( «bunu etməyə çalışan şir­
kətlər»  əvəzinə);
•  Feilin  qrammatik  məna növlərindən  səhv istifadə  edilir  (mə­
sələn, qayıdış) ki, bunlar fərqli mənalar daşıya bilir. Məsələn: «əlavə 
yemləndirilməyə yola salman toyuqlar...» («göndərilən» olmalı idi).
Yuxanda qeyd edildiyi kimi, işgüzar adamlann nitqinin səciy­
yəvi xüsusiyyətlərindən biri də məsdər tərkiblərindən geniş istifadə 
edilməsidir. Lakin bu leksik kateqoriyadan səriştəsiz istifadə üslub 
qüsurlanna səbəb olur və deməli, işgüzar nitqin də səhv olması ilə 
nəticələnir. M əsdər tərkiblərinin çoxluğu nitqi ağırlaşdınr, onu qu­
ru və çətin anlaşılan edir.
Adətən,  işgüzar nitqdə  m əsdər tərkiblərindən  istifadə  zam anı 
aşağıdakı çatışm azlıqlar m eydana çıxır:
  Nitqin  mürəkkəbləşməsi,  məsələn,  «dəstəyin  fırladılmasını 
həyata keçirmək» («dəstəyi fırlatmaq» əvəzinə);
•  Süni  söz  yaradıcılığı  vasitəsilə  formalaşdırılan  ifadələrdən 
istifadə edilməsi, məsələn:  sındırılmış qablaşdırma materialları, an­
bar sahələrinin verilməməsi, şirkətin struktura daxil olmaması və s.
İşgüzar söhbətdə, həmçinin (yazılı nitqdəki qədər tez-tez olmasa 
da)  mürəkkəb  cümlələrin  müxtəlif növlərindən istifadə  olunur.  La­
333


Yüklə

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə