Bütün bunlar ünsiyyətin kommunikativ texnikası olmadan hə
yata keçirilə bilməz. Ona yiyələnmə səviyyəsi işçinin peşəyə ya-
rarlılığının ən başlıca göstəricisidir.
Başqa sözlə, peşəkar işçi aşağıdakıları bacarmalıdır:
• Ünsiyyətin məqsəd və vəzifələrini ifadə etməyi;
• Ünsiyyəti təşkil etməyi;
• Şikayət və ərizələri araşdırmağı;
• Ünsiyyətin bacarıq və üsullarına, taktika və strategiyasına
yiyələnməyi;
• Danışıqlar aparmağı, işgüzar müşavirəni idarə etməyi;
• Münaqişələrin qarşısını almağı və onları həll etməyi;
• Sübut etməyi və əsaslandırmağı, dəlillər göstərməyi və inan
dırmağı, razılıq əldə etməyi, söhbət, diskussiya, dialoq, mübahisə
aparmağı;
• Psixoterapiya həyata keçirməyi, həmsöhbətindəki stressləri,
qorxu hissini aradan qaldırmağı, onun davranışını idarə etməyi.
Ünsiyyətin idarə edilməsinin sosial-psixoloji metodları möv
cuddur: yoluxdurma, təlqinetmə, təqlidetmə, inandırma, dəb,
məcburetmə.
Yoluxdurma - şəxsiyyət tərəfindən müəyyən psixoloji vəziyyə
tin təbii şəkildə və qeyri-iradi qəbul edilməsidir.
Təlqinetm ə- bir subyektin başqasına fəal surətdə təsir
göstərməsidir. Təlqinetmə təlqin mənbəyinin nüfuzlu olması, həmin
mənbəyə inamın güclülüyü və təlqinedici təsirə müqavimətin ol
maması şəraitində baş verir.
Təqlidetmə- bir insan tərəfindən başqa insanın müəyyən davra
nış nümunəsinin, damşıq tərzinin və s. təqlid edilməsidir. Təqlidin
ən kütləvi təzahürü dəbə uyğunlaşma, xüsusilə, geyim, danışıq
tərzinin düşünmədən təkrarlanması və özünü cəmiyyətin pərəstiş
etdiyi ən m üxtəlif insanlar kimi aparmaqdır.
İnandırm a - bir insanın dünyagörüşünün başqa birisinin ba
xışlar sisteminə köçürmək üçün edilən məqsədyönlü təsir olub,
şəxsiyyətin şüur sahəsinə təsirin əsas üsuludur. Onun məqsədi in
formasiyanın mənimsənilməsi zamanı şəxsiyyyətin təfəkkürünü
fəallaşdırmaq, inamım formalaşdırmaqdır.
322
İnandırma metodu həm adi, həm də nəzəri təfəkkürə təsir gös
tərir. Adi təfəkkür səviyyəsində bu təsir nəticəsində anlama yaranır.
Bu təfəkkür formasında nə haqdasa anlayışlar, ötürülən informa
siyaya inam mövcuddur. Bütün bunlar sadə-dərketmə xarakterinə
malikdir.
Yalnız şəxsiyyət adi dərketmə sərhədlərini aşaraq, hansısa
hadisənin əsaslı, məzmunlu dərk edilməsi səviyyəsinə yüksəldikdə,
onun şüurunda inamlar, yəni şəxsi mövqe yaranır.
İnandırma insanlara təsir göstərmənin metodu kimi nadir hal
larda ayrıca tətbiq olur. O, daim təqlid və təlqinetmə ilə qarşılıq
lı fəaliyyət göstərir. Bu anlayışlar arasında fərq ondan ibarətdir
ki, inandırma insanların onlara ünvanlanan informasiyanı şüurlu
surətdə dərk etməsini, təqlid və təlqinetmə isə onların bu informa
siyanı düşünmədən, yalnız onu ötürən insanın nüfuzuna, auditori
yanın əhval-ruhiyyəsinə əsaslanaraq, yaxud ictimai fikrin təzyiqi,
şəxsi dəyərlər sistemi əsasında qəbul etməsini nəzərdə tutur.
Bu cür psixoloji təsiri mühazirə dinləyərkən, kütləvi teatr, id
man tədbirləri keçirilərkən müşahidə etmək mümkündür. Təqlid
və təlqinin yüksək nəticələrə malik olmasını göstərən ən parlaq
nümunələr dəb və şayələrdir.
Təlqinetmə daha mürəkkəb metoddur. Bu, insanın iradəsinin
ziddinə onun söz, yaxud digər bir vasitə ilə lazım olan psixoloji
vəziyyətə (əhval-ruhiyyə, təəssürat, fəaliyyət) gətirilməsidir.
Təlqinetmənin təqlidetmədən fərqi ondan ibarətdir ki, təqlidetmə
zamanı məqsədə nail olma informasiya mənbəyinin əyaniliyi, yaxud
ondan gələn informasiyanın yüksək cazibədarlığı ilə əldə olunur. Bu
rada obraz ( daha dəqiqi - obyekt) informasiyanın dərk edilməsində
əsas rol oynayır. Təlqinetmə zamanı isə məqsədə çatma bilavasitə
emosional təsirlə müəyyən edilir ki, onun da əsas qüvvəsi sözdür.
M dcburetmə - əvvəlki metodlarla müqayisədə insanlara təsirin
ən zorakı üsuludur, çünki insanları öz arzu və inam lanm n əksinə
getməyə məcbur etməyi nəzərdə tutur.
Məcburetmənin əsasında cəzalandırma və s. kimi fərd üçün ar
zuolunmaz nəticələrdən qorxmaq dayanır. Etik baxımdan məcbu-
retməni yalnız müstəsna hallarda, məsələn, məsələ hüquqi qayda-
323
lann, yaxud cəmiyyətin əxlaq normalarının pozulmasına qədər
gedib çatdığı halda haqlı saymaq olar.
Ünsiyyət prosesində inandırma, təlqinetmə, təqlidetmə və
məcburetmə bir-biri ilə qarşılıqlı əlaqədə olan metodlar sistemi ki
mi tətbiq olunur. Rəhbər işçi yığıncaqların, m üxtəlif kütləvi gö
rüş və müşavirələrin keçirilməsi zamanı onlardan ağılla istifadə
etməyi bacarmalıdır.
Ünsiyyət üslubuna təsir göstərən am illəri nəzərdən keçirək:
1. Auditoriyanın tərkibi. Burada onun mədəni-təhsil, milli, yaş,
psixoloji və peşəkarlıq keyfiyyətlərini səciyyələndirən hər bir məsə
lənin nəzərə alınması vacibdir. M üxtəlif auditoriyalar yaxşı kommu
nikasiya təsirinin əldə edilməsi üçün xüsusi yanaşma tələb edir.
2. Çıxışın materialının məzmunu və xarakteri. Məsələn, peşə
kar fəaliyyətin aktual məsələlərinin işıqlandırıldığı çıxışda avtori
tar intonasiya, sərt mülahizələr yolverilməzdir.İnsanlara daha çox
inam nümayiş etdirmək, çıxış prosesində onlarla məsləhətləşmək
lazımdır. Bu zaman dostyana şəkildə fikir mübadiləsi, biliklərinizi
qarşılıqlı surətdə zənginləşdirmək arzusunun açıq göstərilməsi
kommunikativ ünsiyyətin etibarli variantıdır.
3. Çıxış edənin öz şəxsi-işgüzar keyfiyyətlərini, insanlara şərh
etmək istədiyi problemlərə peşəkar bələdliyini obyektiv şəkildə
qiymətləndirməsi. Elmi-iqtisadi və əməli hazırlığım qiymətləndirərkən
nə çox yüksəyə qalxmaq, nə də olduqca aşağı enmək lazımdır.
Şəxsi kommunikasiya keyfiyyətlərini tənqidi şəkildə qiymət
ləndirmək lazımdır. Çıxış edən ünsiyyət texnikası üzərində ciddi
düşünməli, ünsiyyət prosesində özünü nəzarətdə saxlamalıdır.
İşgüzar ünsiyyətin bir neçə növü mövcuddur:
• Mentorçu - öyrədici, nəsihətamiz;
• Ruhlandırıcı - insanları ruhən yüksəldən, onlara öz mənəvi
qüvvələrinə və şəxsi keyfiyyətlərinə inam aşılayan;
• Qarşıdurma yaradan - insanlarda etiraz etmək, razılaşma
maq arzusu doğuran;
• İnformasiya verən- dinləyicilərə müəyyən məlumatların ve
rilməsinə, onların yaddaşında hansısa biliklərin bərpa edilməsinə
yönəldilən.
324
Yüklə Dostları ilə paylaş: |