Mentorçu ünsiyyətdən hər vasitə ilə xilas olmağa çalışmaq, rəh
bər işçinin nitqində nəsihətamiz ünsiyyət çalarlanmn yaranmasın
dan çəkinmək lazımdır. Ünsiyyət zamanı özünün insanlar üzərində
intellektual, yaxud hər hansı üstünlüyünü nümayiş etdirən, şərh
edilən materiala onlann reaksiyasına əhəmiyyət vermədiyinizi
göstərən duruş tərzi olmamalıdır.
M üasir insanlar informasiya ünsiyyətinə təmkinlə yanaşırlar.
Onlar fikir mübadiləsi etmək, real amilləri elmi şəkildə anlamaqla
özlərini təsdiq etmək, şəxsi inamlarını formalaşdırmaq istəyirlər.
Hazırda ruhlandırıcı ünsiyyətin populyar olması heç də təsadüfi
deyil. Belə ünsiyyət gedişində insanlar intellektual ünsiyyətin üs
tünlüklərindən zövq alırlar. Onlarda öz mənəvi aləmlərini təkmil
ləşdirmək tələbatı aktuallaşır. Ruhlandırıcı ünsiyyət yüksək ünsiy
yət mədəniyyətinin göstəricisidir.
Qarşıdurma yaradan ünsiyyət bir sıra hallarda didaktik ba
xımdan zəruri olur . Passiv, yaxud necə deyərlər, heç nə ilə hey
rətləndirmək mümkün olmayan auditoriyalar olur. Ya da.elə çıxış
mövzuları olur ki, ən m üxtəlif səbəblərdən insanlarda maraq yarat
mır. Belə hallarda ünsiyyətin qarşıdurma yaradan tərzi insanların
diqqətini fəallaşdırmaq, onları müzakirə edilən problemə cəlb et
məklə daha çox diskussiyaların yaranmasına, m üxtəlif nəzər nöq
tələrinin qarşılaşdınlmasına səbəb olur.
İşgüzar ünsiyyətin aşağıdakı p rin sip ləri müəyyənləşdiril
mişdir:
• Şəxsiyyətin yaradıcı potensialının və peşəkar biliklərinin aş
kara çıxarılması üçün şərait yaradılması;
• Səlahiyyət və məsuliyyətlər;
• Rəğbətləndirmə və cəzalandırma;
• İş vaxtından səmərəli istifadə.
Bütün bunlar haqqında daha ətraflı məlumatı kitabın sonun
da verilmiş ədəbiyyat göstəricisindəki mənbələrdən almaq müm
kündür.
325
9.2. İşgüzar söhbət
İşgüzar söhbət şifahi nitqin xüsusi növü kimi
Mütəmadi ola
raq bir-biri, həmçinin yanlarına gələnlərlə işgüzar söhbət apararkən
insanlar bəzən dəhşətli nitq savadsızlığı nümayiş etdirirlər ki, bu da
onların işgüzar fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərərək,
imkanlarını tam şəkildə aşkarlamalanna mane olur. Eyni zaman
da demək lazımdır ki, işgüzar söhbət elmi anlayış kimi müasir
linqvistikada mövcud deyil. Bu səbəbdən, sahibkarlıq fəaliyyəti
sahəsində şifahi işgüzar nitqin araşdırılması heç vaxt aparılma
mışdır. Halbuki bu nitq növü də öz leksik-qrammatik və üslub
xüsusiyyətlərinə malikdir. Bu xüsusiyyətlər, onun sırf işgüzar və
konkret xarakteri bədii ədəbiyyatın qrammatik-üslub vasitələrinin
ona təsirinin qarşısını alsa da, lakin burada məişət danışığı və rəsmi-
işgüzar üslubların təsiri daha parlaq şəkildə özünü göstərir. Məhz
bu xüsusiyyətlər də işgüzar söhbətin nitq materialının təşkilini və
onun dil xüsusiyyətlərini müəyyən edir.
işgüzar söhbət
iş maraqlan ilə bağlı işgüzar əlaqələr qurmaq
və işgüzar problemləri həll etmək üçün lazımi səlahiyyətlərə malik
olan insanlar arasında ən geniş mənada başa düşülən şifahi nitq
rabitəsidir.
İşgüzar söhbət - ilk növbədə yazılı nitqdən əhəmiyyətli dərə
cədə fərqlənən şifahi işgüzar nitqdir. Hər şeydən əvvəl, işgüzar
söhbət bilavasitə ünsiyyət olub, konkret həmsöhbətin (yaxud
həmsöhbətlərin) mövcudluğunu nəzərdə tutur, bu isə ona (yaxud
onlara) bilavasitə təsir göstərmək imkanı yaradır.
Həmsöhbətin mövcudluğu mimikalar, jestlər, intonasiya və
digər ünsiyyət texnikasından istifadəyə imkan verir, bu da şifahi iş
güzar nitşi yazılı işgüzar nitqdən əhəmiyyətli dərəcədə fərqləndirir.
Bilavasitə ünsiyyət əvvəlcədən ətraflı düşünmə imkanını ləğv
edir, bu səbəbdən, işgüzar söhbət sərbəst ünsiyyət formaları ilə
zəngin, həmçinin bir sıra qrammatik və üslub xüsusiyyətlərinə ma
lik olur.
326
Adətən, işgüzar nitqin bu növü üçün işgüzar ünsiyyətdə onların
fikrincə lazımsız hesab edilən və mülahizənin mənasını dəqiq və
qısa şəkildə ifadə etməyə imkan verməyən ümumi ədəbi dilin adi
morfoloji normalarından uzaqlaşma səciyyəvidir. İşgüzar nitqdə
ədəbi dildə yalnız tək halda işlənən toplu isimlərin cəm halında
işlədilməsi artıq normaya çevrilib, məsələn: «Bu 5 aqreqat/лг daxi
li yanma mühərrikinə elastik mufta ilə bağlanan daimi gərginlikli
generatordan ibarətdir», yaxud «Bu stenddə prinsipial baxımdan
yeni kəsiciyə malik üç tokar dəzgah/an təqdim olunur».
Şifahi işgüzar nitqdə, ümumi ədəbi dildə yalnız tək halda iş
lənən isimlərin cəm halda işlədilməsi adi hal alıb.( məs., su- sular,
qəzet oxumaq- qəzetləri oxumaq və s.)
İşgüzar adamların şifahi nitqində bəzi söz və ifadələr adi ədəbi
dildən fərqli olaraq, qrammatik qaydalan pozur. Məsələn, «fəhlələr
gəlirlər» əvəzinə «fəhlələr gəlir», «qonaqlar ayağa qalxdılar» əvə
zinə «qonaqlar ayağa qalxdı » kimi cümlələr normal işlənir.
İşgüzar adamların şifahi nitqində rast gəlinən ən populyar dil
qaydalarının pozulması - əcnəbi dillərdən, xüsusilə də rus dilindən
götürülmüş sözlərin adi hal kimi işlədilməsidir. Məs., rus dilindəki
“uje”, “davay”, “zanit”, “xodlamaq”, ”prosto” və s. kimi sözlər iş
güzar mühitdə geniş istifadə edilir.
Danışıq işgüzar nitqinin bü xüsusiyyətləri ədəbi dil üçün arzu-
olunmazdır, çünki dilin dəqiqlik normasını pozur. Burada onları
nitqin qüsurları kimi nəzərdən keçirmək düzgün deyil, çünki onlar
işgüzar mühitdə hər yerdə işlədilməklə normal aşmışlar.
M allar və onlann istehsal proseslərinin təsvirinin sırf işgüzar
və konkret xarakteri, yuxanda qeyd edildiyi kimi, işgüzar nitqə
bədii ədəbiyyaün qrammatik-üslubi vasitələrinin daxil olmasına
imkan vermir, halbuki, bu hal adi nitq üçün xarakterikdir.
Buna baxmayaraq, işgüzar adamlann məişət nitqi yazılı işgü
zar nitqə də xas olan ümumi qrammatik-üslubi hadisələrdən for
malaşır. Şifahi işgüzar nitqin dilinin spesifikliyi orada yalnız ayn-
ayn leksik törəmə və sintaktik quruluşlara yazılı formaya nisbətən
bir qədər tez-tez rast gəlinməsindədir.
327
Yüklə Dostları ilə paylaş: |