Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə106/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   124

Mentorçu ünsiyyətdən hər vasitə ilə xilas olmağa çalışmaq, rəh­
bər işçinin nitqində nəsihətamiz ünsiyyət çalarlanmn yaranmasın­
dan çəkinmək lazımdır. Ünsiyyət zamanı özünün insanlar üzərində 
intellektual,  yaxud  hər  hansı  üstünlüyünü  nümayiş  etdirən,  şərh 
edilən  materiala  onlann  reaksiyasına  əhəmiyyət  vermədiyinizi 
göstərən duruş tərzi olmamalıdır.
M üasir  insanlar  informasiya  ünsiyyətinə  təmkinlə  yanaşırlar. 
Onlar fikir mübadiləsi  etmək,  real  amilləri  elmi  şəkildə anlamaqla 
özlərini  təsdiq  etmək,  şəxsi  inamlarını  formalaşdırmaq  istəyirlər. 
Hazırda  ruhlandırıcı  ünsiyyətin  populyar  olması  heç  də  təsadüfi 
deyil.  Belə ünsiyyət gedişində insanlar intellektual  ünsiyyətin üs­
tünlüklərindən zövq  alırlar.  Onlarda öz mənəvi  aləmlərini  təkmil­
ləşdirmək tələbatı  aktuallaşır.  Ruhlandırıcı ünsiyyət yüksək ünsiy­
yət mədəniyyətinin göstəricisidir.
Qarşıdurma  yaradan  ünsiyyət  bir  sıra  hallarda  didaktik  ba­
xımdan  zəruri  olur  .  Passiv,  yaxud  necə  deyərlər,  heç  nə  ilə  hey­
rətləndirmək mümkün  olmayan  auditoriyalar olur.  Ya da.elə  çıxış 
mövzuları olur ki, ən m üxtəlif səbəblərdən insanlarda maraq yarat­
mır.  Belə  hallarda ünsiyyətin  qarşıdurma yaradan  tərzi  insanların 
diqqətini  fəallaşdırmaq,  onları  müzakirə  edilən  problemə  cəlb  et­
məklə  daha çox  diskussiyaların yaranmasına,  m üxtəlif nəzər nöq­
tələrinin qarşılaşdınlmasına səbəb olur.
İşgüzar  ünsiyyətin  aşağıdakı  p rin sip ləri  müəyyənləşdiril­
mişdir:
•  Şəxsiyyətin yaradıcı potensialının və peşəkar biliklərinin aş­
kara çıxarılması üçün şərait yaradılması;
•  Səlahiyyət və məsuliyyətlər;
•  Rəğbətləndirmə və cəzalandırma;
•  İş vaxtından səmərəli istifadə.
Bütün bunlar haqqında  daha  ətraflı  məlumatı  kitabın  sonun­
da verilmiş ədəbiyyat göstəricisindəki mənbələrdən almaq müm ­
kündür.
325


9.2.  İşgüzar söhbət
İşgüzar söhbət şifahi nitqin xüsusi növü kimi 
Mütəmadi ola­
raq bir-biri, həmçinin yanlarına gələnlərlə işgüzar söhbət apararkən 
insanlar bəzən dəhşətli nitq savadsızlığı nümayiş etdirirlər ki, bu da 
onların işgüzar fəaliyyətinə əhəmiyyətli  dərəcədə təsir göstərərək, 
imkanlarını  tam  şəkildə  aşkarlamalanna  mane  olur.  Eyni  zaman­
da  demək  lazımdır  ki,  işgüzar  söhbət  elmi  anlayış  kimi  müasir 
linqvistikada  mövcud  deyil.  Bu  səbəbdən,  sahibkarlıq  fəaliyyəti 
sahəsində  şifahi  işgüzar  nitqin  araşdırılması  heç  vaxt  aparılma­
mışdır.  Halbuki  bu  nitq  növü  də  öz  leksik-qrammatik  və  üslub 
xüsusiyyətlərinə  malikdir.  Bu  xüsusiyyətlər,  onun  sırf işgüzar və 
konkret xarakteri bədii  ədəbiyyatın qrammatik-üslub vasitələrinin 
ona təsirinin qarşısını alsa da, lakin burada məişət danışığı və rəsmi- 
işgüzar üslubların təsiri  daha  parlaq  şəkildə özünü göstərir.  Məhz 
bu xüsusiyyətlər də işgüzar söhbətin nitq materialının təşkilini  və 
onun dil xüsusiyyətlərini müəyyən edir.
işgüzar söhbət 
iş maraqlan  ilə bağlı  işgüzar əlaqələr qurmaq 
və işgüzar problemləri həll etmək üçün lazımi səlahiyyətlərə malik 
olan  insanlar  arasında  ən  geniş  mənada  başa  düşülən  şifahi  nitq 
rabitəsidir.
İşgüzar söhbət -  ilk növbədə yazılı  nitqdən  əhəmiyyətli  dərə­
cədə  fərqlənən  şifahi  işgüzar  nitqdir.  Hər  şeydən  əvvəl,  işgüzar 
söhbət  bilavasitə  ünsiyyət  olub,  konkret  həmsöhbətin  (yaxud 
həmsöhbətlərin)  mövcudluğunu  nəzərdə  tutur,  bu  isə  ona  (yaxud 
onlara) bilavasitə təsir göstərmək imkanı yaradır.
Həmsöhbətin  mövcudluğu  mimikalar,  jestlər,  intonasiya  və 
digər ünsiyyət texnikasından istifadəyə imkan verir, bu da şifahi iş­
güzar nitşi yazılı işgüzar nitqdən əhəmiyyətli dərəcədə fərqləndirir.
Bilavasitə ünsiyyət əvvəlcədən  ətraflı  düşünmə imkanını  ləğv 
edir,  bu  səbəbdən,  işgüzar  söhbət  sərbəst  ünsiyyət  formaları  ilə 
zəngin, həmçinin bir sıra qrammatik və üslub xüsusiyyətlərinə ma­
lik olur.
326


Adətən, işgüzar nitqin bu növü üçün işgüzar ünsiyyətdə onların 
fikrincə  lazımsız  hesab  edilən və  mülahizənin  mənasını  dəqiq  və 
qısa  şəkildə ifadə etməyə imkan verməyən ümumi  ədəbi  dilin  adi 
morfoloji  normalarından  uzaqlaşma  səciyyəvidir.  İşgüzar  nitqdə 
ədəbi  dildə  yalnız  tək  halda  işlənən  toplu  isimlərin  cəm  halında 
işlədilməsi artıq normaya çevrilib, məsələn: «Bu 5 aqreqat/лг daxi­
li  yanma mühərrikinə  elastik mufta ilə bağlanan  daimi  gərginlikli 
generatordan  ibarətdir»,  yaxud  «Bu  stenddə  prinsipial  baxımdan 
yeni  kəsiciyə malik üç tokar dəzgah/an təqdim olunur».
Şifahi  işgüzar nitqdə,  ümumi  ədəbi  dildə  yalnız  tək  halda  iş­
lənən isimlərin cəm halda işlədilməsi  adi  hal  alıb.( məs.,  su-  sular, 
qəzet oxumaq- qəzetləri oxumaq və s.)
İşgüzar adamların şifahi nitqində bəzi söz və ifadələr adi ədəbi 
dildən fərqli olaraq, qrammatik qaydalan pozur. Məsələn, «fəhlələr 
gəlirlər»  əvəzinə «fəhlələr gəlir»,  «qonaqlar ayağa qalxdılar» əvə­
zinə «qonaqlar ayağa qalxdı » kimi  cümlələr normal işlənir.
İşgüzar adamların  şifahi  nitqində rast gəlinən  ən  populyar dil 
qaydalarının pozulması - əcnəbi dillərdən, xüsusilə də rus dilindən 
götürülmüş sözlərin adi hal kimi işlədilməsidir. Məs., rus dilindəki 
“uje”, “davay”, “zanit”, “xodlamaq”, ”prosto” və s.  kimi  sözlər iş­
güzar mühitdə geniş istifadə edilir.
Danışıq işgüzar nitqinin bü xüsusiyyətləri  ədəbi dil üçün arzu- 
olunmazdır,  çünki  dilin  dəqiqlik  normasını  pozur.  Burada  onları 
nitqin qüsurları kimi nəzərdən keçirmək düzgün deyil,  çünki  onlar 
işgüzar mühitdə hər yerdə işlədilməklə normal aşmışlar.
M allar və  onlann istehsal  proseslərinin təsvirinin  sırf işgüzar 
və  konkret  xarakteri,  yuxanda  qeyd  edildiyi  kimi,  işgüzar  nitqə 
bədii  ədəbiyyaün  qrammatik-üslubi  vasitələrinin  daxil  olmasına 
imkan vermir,  halbuki, bu hal  adi nitq üçün xarakterikdir.
Buna baxmayaraq,  işgüzar adamlann məişət nitqi  yazılı  işgü­
zar nitqə  də  xas  olan ümumi  qrammatik-üslubi  hadisələrdən  for­
malaşır.  Şifahi  işgüzar nitqin dilinin spesifikliyi  orada yalnız ayn- 
ayn leksik törəmə və sintaktik quruluşlara yazılı formaya nisbətən 
bir qədər tez-tez rast gəlinməsindədir.
327


Yüklə

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə