Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə107/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   124

İstehsalat  terminləri  ilə  yanaşı,  işgüzar  adamların  şifahi 
nitqində çoxsaylı konkret texniki sistem və qurğu növlərinin, həm­
çinin xammal və materialların adlarına rast gəlinir.
Bu  cür  leksik  elementlər  spesifıkdir.  Onlar,  bir  növ,  apara­
tın,  cihazın,  mexanizm  yaxud  maşının  onu  hazırlayan  zavodun 
markası  formasındakı  xüsusi  adını  təmsil  edir.  Bu  adlar  həmin 
mexanizmlərə ixtiyarı surətdə yapışdırılır və şərti olur.
M arka və  modellərin  adları,  adətən,  bir  sözdən,  yaxud  sözlə 
rəqəm  göstəricisinin uzlaşmasından  ibarət  olur.  B ir çox  istehsalat 
sahələrinin təcrübəsində belə bir qayda mövcuddur ki,  yeni  quru­
luşlu,  lakin eyni  təyinatlı  olub,  eyni  iş prinsipinə malik aparatlara 
əvvəlki ad verilir, yalnız rəqəm göstəricisi fərqli olur.
Həmçinin  istehsal  edilən  və  satışa  çıxarılan  texnikanın  elə 
konkret növləri mövcuddur ki, onların adı əsas sözlərin baş hərflə­
rindən (müvafiq rəqəm göstəricisi ilə birlikdə) ibarətdir və bu hərf­
lər istehsalçı  zavodun, yaxud bu və ya digər cihazın,  mexanizmin, 
maşının tam adını ifadə edir.
Qeyd edildiyi kimi, şifahi işgüzar nitq bir qədər sadələşdirilmiş 
xarakterə  malikdir.  Bununla yanaşı,  bu  heç  də  o  demək  deyil  ki, 
mücərrəd  anlayışları  ifadə  edən  sözlər burada yolverilməzdir.  La­
kin yazılı  işgüzar nitqlə müqayisədə onlar kəmiyyət etibarilə əhə­
miyyətli  dərəcədə azdır.
İşgüzar  söhbətin  sintaksisi  bütünlüklə  nitq ünsiyyətinin  sadə­
lik və təbiiliyi  şərtlərinə  cavab  verir.  Hazır,  donuq  ifadələrin,  nitq 
qəliblərinin  çoxluğu  fikri  konkret,  yığcam  və  anlaşıqlı  ifadə  et­
məyə,  izahda hər hansı ikimənalılığı kənarlaşdırmağa imkan verir. 
Buradan da işgüzar ünsiyyətin tipik vəziyyətlərinin təsviri zamanı 
işgüzar nitqin  standartlaşdınlmasına və istifadə edilən nitq vasitə­
lərinin əhatə dairəsinin daralmasına aid tələb meydana çıxır.
Bu tələb  işgüzar söhbətin  aparılmasını  əhəmiyyətli  dərəcədə 
asanlaşdırır.  Həqiqətən,  əgər  hazır,  işgüzar  ünsiyyətin  illərdən 
bəri  toplanmış  təcrübəsində  artıq  sınaqdan  çıxmış  standart, 
qəlib  -  ifadələr mövcuddursa,  onlara əsasən  istənilən lazımi  fik­
ri  formalaşdırmaq  mümkün  olursa,  deməli,  onları  şifahi  nitqdə 
ifadə  etmək  xüsusi  bir  çətinlik  yaratmaz.  Bu  tip  quruluşa  malik
328


ifadə və cümlələr qavrama zamanı minimum gərginlik tələb  edir 
və  lazımi  fikri  formalaşdırmaq  üçün  əlavə  səy  göstərməyə  ehti­
yac  qalmadığından  danışanın  vəziyyətini  əhəmiyyətli  dərəcədə 
yüngülləşdirir.
İşgüzar söhbətin sintaksisi də qrammatik tərkibin natamamlığı 
və  onlarda  sintaktik  əlaqələrin  formalarının  zəifləməsi  ilə  xarak­
terizə olunur.  Burada həm  də birləşdirici  sintaktik quruluşa malik 
cümlələr,  tabeli  mürəkkəb  cümlələr və xitablar geniş  yayılmışdır. 
Buraya  həmçinin  feli  bağlama  və  feli  sifət  tərkiblərinin  budaq 
cümlələrlə əvəz edilməsini  aid etmək olar.
Mürəkkəb  cümlələrdən  istifadə  yazılı  işgüzar  nitqin  fərqlən­
dirici xüsusiyyətidir.  İşgüzar insanların nitqində,  əsasən sadə cüm­
lələrdən,  həm  də  daha  çox  yarımçıq  cümlələrdən  istifadə  olunur 
(bu və ya digər sözün boş qalan yeri çox zaman mimika, jest, bədən 
hərəkətləri  ilə doldurulur).  Bu  onunla izah edilir ki,  mülahizələrin 
məzmunu,  adətən,  söylənilənlərin  hissələri  arasındakı  məntiqi- 
qrammatik əlaqələri əks etdirəcək mürəkkəb  sintaktik quruluşların 
mövcudluğunu tələb  etmir.
Belə nitqdə bağlayıcılann olmaması  məna və sintaktik müna­
sibətlərin m üxtəlif çalarlanm ifadə etmək üçün burada həlledici rol 
oynayan intonasiyanın mövcudluğu ilə tənzimlənir.
İşgüzar danışıq təcrübəsində texniki sənədləşmələrdən, texniki 
standartlardan və digər sənədlərdəki  çoxsaylı  parçalardan istifadə 
olunur. Təbii ki, belə bir dil bu növ nəşrlər üçün səciyyəvi olan ge­
niş həcmli  sintaktik quruluşlara ( feli  sifət tərkibləri,  məsdərlər və 
s.) daha çox meyl edir.
Göstərilən formalar bu nitqdə üslub qüsuru kimi qəbul edilmir, 
çünki  onlar şifahi  işgüzar nitqə işgüzar informasiyanın dəqiq  ötü­
rülməsi üçün tələb olunan ciddilik verir.
İşgüzar adamlar, xüsusilə ticarət fəaliyyəti ilə əlaqədar olanlar 
çox tez-tez  konkret  cihaz və  avadanlıqların  istismarı  ilə  əlaqədar 
əməli məlumatlar vermək zərurəti ilə üzləşirlər.  İşgüzar  məlumat­
ların  sintaktik  baxımdan  qeyri-müəyyən  şəxsli,  şəxssiz,  məsdər 
tərkibli cümlələrin və məchul-qayıdış quruluşa malik birləşmələrin 
bolluğu ilə səciyyələnən təlimat xarakterliyi bunun nəticəsidir.
329


İşgüzar danışığa verilən əsas tələblər 
İşgüzar danışığa nitqin 
düzgünlük,  dəqiqlik,  qısalıq və  anlaşıqlıq tələbləri verilir.  Onların 
hər birini  ayn-aynlıqda nəzərdən keçirək.
İşgüzar danışığa verilən birinci və ən vacib tələb - danışanların 
nitqinin düzgünlüyüdür.  Şifahi işgüzar nitqin normaları onun yazı­
lı formasında olduğu kimi  sərt olmasa da,  danışanlar öz nitqlərinin 
düzgün olmasına səy göstərməlidirlər.
Bu tələbə  əməl  edilməsinin zəruriliyi  oradan  irəli  gəlir ki,  iş­
güzar söhbətin iştirakçılarının çox hissəsi  nitq qüsurlarına yol ver­
sə  belə,  söhbət  edənin  daha  aşkar  (bəzən  öz  səhhvlərindən  xeyli 
kiçik)  səhvlərini  (bərkdən olmasa da, ürəklərində) qeyd etməkdən 
heç vaxt vaz keçməz.
Həm  də,  nitqinizin  leksik-üslubi  normalar  baxımından  düz­
günlüyünə qəti əmin olmadıqca, inamsızlıq hissindən azad ola bil­
məyəcəksiniz. Yalnız bu baxımdan tam inamlılıq diqqətinizi nitqi­
nizə yox,  əsas işinizə yönəltməyə imkan verəcək.
Nitqin düzgün olması  üçün sözləri onlann təyinatına ciddi  şə­
kildə uyğunluqla işlətmək lazımdır. Bununla yanaşı, sözlərdən isti­
fadə zamanı yol verilən səhvlər işgüzar söhbətin iştirakçılarının ən 
geniş yayılmış nitq qüsurudur.  Məsələn, belə bir nümunəyə diqqət 
yetirək:  «Hava  platformalarda  yükün  boşaldılmasını  müşayiət 
edirdi» («yükün boşaldılmasına şərait yaradırdı»  olmalıdır).  Bura­
da söz semantikası nəzərə alınmadan işlədilmişdir. Bu növ səhvlər 
danışanların üslub  səliqəsizliyi,  sözə  diqqətsiz  münasibəti,  yaxud 
dili  pis bilməsi nəticəsində meydana çıxır.
Sözlərdən  semantika  nəzərə  alınmadan  istifadə  edilməsi  çox 
zaman  mülahizənin  mənasını  dəyişir.  Məsələn:  «  Zavodun  əsas 
binasının  ucaldılması  iqlimin  kəskin  pisləşməsi  ilə  üst-üstə  düş­
dü».  Əlbəttə,  danışan  hava  şəraitini  nəzərdə  tuturdu  (pis  havanı), 
çünki  iqlim  adı  çəkilən zavod binasının ucaldıldığı bir neçə ay  ər­
zində dəyişə bilməzdi.
Sözlərin  semantikasının  nəzərə  alınmadan  istifadə  edilməsi 
mülahizənin  məntiqsizləşməsinə,  hətta  cəfəngiyyata  çevrilməsinə 
səbəb  ola  bilər.  Məsələn,  «Texniki  kitablar  dekadası  beş  gün  da­
vam  edəcək»  cümləsini  söyləyən,  ya unudub,  ya  da heç bilməyib
330


Yüklə

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə