Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə2/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   124

•  müdiriyyətdən  təcili  tapşırıq  alıb,  onu  yerinə  yetirdikdən 
sonra bu  haqda  elə hesabat verə bilər ki,  rəhbərlik dərhal  hesabat 
verənin vəzifə maaşının artırılması haqqında əmr imzalayar.
M üasir  müsbət  nümunələri  isə  fənnin  bu  gün  də  geniş  tədris 
edildiyi  xarici  ölkələrin  təcrübəsindən  görmək  mümkündür.  Belə 
ki, Avropa və Amerikada natiqlik sənətinin ən müasir istiqamətləri 
klassik ritorikaya gedib çıxır və ritorika tamamilə haqlı olaraq, hu­
manitar biliklərin ümumi metodologiyası rolunda çıxış etməyə id­
dialıdır.
Eyni  zamanda,  xaricdə  natiqlik  təcrübəsinin  də  rolu  artır  ki, 
bura tam  haqlı  olaraq,  tədris müəssisəsindəki  təcrübi  və gündəlik 
nitqi, hətta küçədəki danışığı da aid etmək olar.
İnkişaf etmiş ölkələrdə hər bir orta məktəb şagirdi nəzəri bilik­
lərə əsaslanan müəyyən ritorik təcrübə əldə edir. Bu, nitq ustalığına 
aid qısa kurs  da ola bilər ki,  burada  şagirdlər (dinləyicilər) yalnız 
ictimai, açıq çıxışlara hazırlığın ümumi əsaslan ilə tanış olur, işgü­
zar ünsiyyətin  əsaslanna yiyələnməyə başlayırlar.  Amma peşəkar 
natiq  və  ritorlar  hazırlayan  xüsusi  məktəblərdə  uzunmüddətli  ha­
zırlıq keçmək də mümkündür.
Peşəkar natiqlik ustalığına yiyələnməyin ümumi təcrübəsi təd­
ricən bütün dünyada, demək olar ki, istənilən ixtisas üzrə mütəxəssis 
hazırlığının  aynlmaz  hissəsinə  çevrilməkdədir.  İlk  növbədə  bu, 
müxtəlif sosial peşələrin nümayəndələrinə:  diplomatlara,  hüquqşü­
naslara,  psixoloqlara,  pedaqoqlara,  həkimlərə,  ticarət,  həmçinin 
bütün  sosial  xidmət  işçilərinə,  kitabxana,  katiblik  və  bələdiyyə 
üzvlərinə,  ümumiyyətlə,  insanlarla  intensiv  ünsiyyətdə  olan  digər 
sahələrə aiddir. Fikrimizcə, yüksək səviyyəli mütəxəssislərin hazır­
lanması zamanı ritorika kursunun öyrənilməsi məcburi olmalıdır.
Bu gün dünya ölkələrinin ali məktəblərinin tədris planlarına ri­
torika daxildir. Hazırda dünyada təkcə filoloqlar deyil, digər huma­
nitar ixtisasların  (hüquq, beynəlxalq  əlaqələr,  fəlsəfə, jurnalistika 
və s.) tələbələri də ritorik hazırlıq keçirlər.
Humanitar fakültələrdə ritorika kursunun əsas məsələləri kimi 
aşağıdakılar irəli  sürülür:
5


•  sosial  -  humanitar  biliklər  sistemində  ritorikanın  inteqral 
fənn kimi yerinin müəyyənləşdirilməsi,  natiqlik fəaliyyətinin icti­
mai  əhəmiyyəti və natiqin öz nitq davranışı üçün məsuliyyəti;
•  tələbələrin  ictimai  çıxışlarda iştirak üçün  səmərəli  və təsirli 
hazırlıq texnologiyası ilə silahlandınlması;
•  dinləyicilərin nitq mədəniyyətinin öyrədilənlərin peşə və şəxsi 
tələblərinə daha dərindən cavab verən fəal forma və janrları ilə nəzəri 
və əməli (həm genetik, həm də sinxron istiqamətlərdə) tanışlığı.
Ali məktəb ritorik təhsil verərkən ünsiyyət baxımından inkişaf 
etmiş, şüurlu və çevik şəkildə inandırmaq qabiliyyətinə yiyələnmiş, 
cəmiyyət qarşısında m üxtəlif növ və janrlarda maraqlı  çıxışlar et­
məyi  bacaran  şəxsiyyət  yetişdirmək  kimi  sosial  əhəmiyyətli  ən 
yüksək vəzifəni yerinə yetirməyi  qarşısına məqsəd qoyur.
Tədris fənni  kimi  ritorikanın  ali  məktəbdə başlıca vəzifəsi tə­
ləbənin  cəmiyyətin  layiqli  üzvü,  işinin  incəliklərinə  yaxşı  bələd 
olan,  şüurlu  mövqeyə  malik,  yüksək  mənəvi-  ictimai  normaları 
təbliğ  edən və  nitq ünsiyyətini  təşkil  etmək üsullarına yiyələnmiş 
şəxsiyyət tək yetişdirilməsi kimi  sosial borcu yerinə yetirməsidir.
Ritorika  (gözəl  danışıq  qabiliyyəti,  ustalığı  nəzəriyyəsi) .ma­
hiyyət  etibarilə,  yuxanda  qeyd  edildiyi  kimi,  ritorik  pedaqogika 
şəklində meydana gəlmişdir. Belə ki, bu sahədə ilk nəzəriyyəçi və 
praktik olan sofıstlər ritorik-pedaqoji fəaliyyətlə məşğul olurdular, 
yəni gözəl danışıq ustalığı öyrədirdilər.
Deməli, Qədim Roma və Qədim Yunanıstanda tədris fənni ki­
mi meydana gəlmiş ritorika bu gün də pedaqoji və praktik yönüm- 
lü olmalıdır.
Dünyanın  bu  sahə üzrə tanınmış bir  çox  alimlərinin,  məsələn, 
S.S.Averintsevin,  A.F.Losevin,  LK.Qraudinamn,  A.K.Mixalskaya- 
nın və b.  fikrincə,  müasir ritorika nitq ünsiyyətinin yalnız texnikası 
yox,  həm də fəlsəfəsi, onun əxlaqi  seçim, xeyir və şər,  onlann dav­
ranış və ünsiyyətdəki  problemlərini irəli  sürən ümumiləşdirici etika 
və estetikasıdır.
Ali  məktəb  fənni  kimi  ritorika  linqvistika,  üslubiyyat,  mətn­
şünaslıq,  semiotika,  ədəbiyyat  nəzəriyyəsi  və  tarixi  ilə  bir  sırada 
durur və aşağıdakı məsələləri əhatə edir:
6


•  nəzəriyyənin və onun ictimai  dil təcrübəsi  ilə əlaqəsinin öy­
rənilməsi;
•  jan r kimi real  şəkildə mövcud  olan (qarşıya qoyulmuş məq­
səddən asılı olaraq), müvafiq kommunikativ mətnin quruluşu haq­
qında biliklərə yiyələnmək;
•  bu  əsasda,  klassik kanonun  {qanun,  qayda)  çıxış  etm əyə 
hazırlıqla bağlı  h ər b ir m ərhələsində  (k ə şf etm ə,  yerləşdirm ə, 
ifadə  etmə,  yadda  saxlam a  və  cəm iyyət  qarşısında  nitq  söy­
ləm ə)  bacarıqlarını  təm in  edən  peşəkar  ustalığın  form alaşdı­
rılm ası.
Beləliklə, «Ritorika» fənninin ən mühüm vəzifəsi tələbələrin 
nitq  ünsiyyəti  prosesinin  əsas  ünsürlərini  dərk  etmələri  və 
istənilən  nitq  şəraitində  effektiv  nitq  nümayiş  etdirmələri  üçün 
zəruri  olan  bacanq  və  vərdişlərin  formalaşdırılmasını  təmin 
etməkdən ibarətdir.
Bu  dərs  vəsaitinin  məqsədi  -   tələbələrə  klassik  ritorik  nəzə­
riyyənin  əsaslarını  öyrətmək,  onlan  dünya  ritorika  mədəniyyəti 
ilə  tanış  etmək,  antik  məsəl  olan  :  «İnsanın həyatı  necədirsə,  nit­
qi  də  elədir»  ifadəsini və Roma filosofu  Senekanın:  «Ziyafətlərin 
və geyimlərin  dəbdəbəli  olması  dövlət idarəçiliyinin xəstəliyə tu­
tulmasının  əlaməti  olduğu  kimi,  tez-tez  təsadüf  edilən  nitq  ida- 
rəolunmazlığı  da,  söz  danışanların  ruhunun  məhv  olmasının 
göstəricisidir.»  -  kimi  ədalətli  fikrini  yadda  saxlayaraq,  real  nitq 
ünsiyyətinin bilavasitə iştirakçıları  olmalarına kömək etməkdir.
Bu  kitab  ritorika  haqqında  dünya  praktikasında  öz  təsdiqini 
tapmış nəzəri tədqiqatlar, monoqrafiyalar, dərslik və dərs vəsaitləri 
əsasında tərtib  olunmuşdur. Bu kitabda təcrübi fəaliyyət üçün əhə­
miyyətli,  lakin bir qayda olaraq,  bu  sahəyə  aid  digər nəşrlərdə ki­
fayət qədər şərh edilməmiş üç prinsipi  həyata keçirməyə təşəbbüs 
göstərilmişdir:
•  Qısa şəkildə «müasir insanın ritorik mədəniyyəti»  kimi gös­
tərilə biləcək bu fənni mümkün qədər geniş şərh etmək;
•  Şərhlərin təklif xarakteri  daşıması  (qanunauyğunluqlar,  qay­
dalar, üsullar,  alqoritmlər və s.);
•  Şərhin mümkün qədər qısa,  konkret, lakonik olması.
7


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə