Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə4/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   124

Aristotel  bəlağətli  nitq  elminin  məqsədini  xeyrə  və  insan 
xoşbəxtliyinə  xidmət  etməkdə  görürdü.  Həm  də  sonuncuya  xü­
susi  diqqət  yetirərək,  onu  «ləyaqətdən  ruhlanmış  firavanlıq» 
(ləyaqətdən  qol-qanad  almış  rifah)  kimi  qiymətləndirirdi.  Xoş­
bəxtliyin  meyarları  kimi  isə  bunları  göstərirdi:  insanlar  arasında 
hörmətli  olmaq,  sevimli  işində uğur qazanmaq,  mehriban ailə,  nə­
hayət, ən başlıcası- «yaxşı, yaxın dostu olmaq».
Aristotel  natiq  üçün  zəruri  olan  keyfiyyətləri  göstərir  -  bun­
lar yüksək  savad,  ictimai  fəallıq,  xalqın  hörmət  bəslədiyi  vəzifə, 
dövlət xidmətləri, nitq ustalığı,  qüsursuz namusluluqdur.
Əsərinin bir çox səhifələrində o,  natiqlik bacarığı və biliyi  ol­
mayan və bu baxımdan çıxış edənlə eyni  səviyyədə dura bilməyən 
insanlar  qarşısında  çıxışlara  əvvəlcədən  hazırlaşmağa  natiqin 
mənəvi  haqqının  nə  dərəcədə  olmasından  bəhs  edir.  Düzdür,  o 
həmişə üstünlüyü natiqə verir.
O, 
dövlətin  özünü  qarşılıqlı  nitq  fəaliyyəti  sistemi  kimi  qiy­
mətləndirir,  bu  mənada  ailə  və  dövləti  eyniləşdirir.  Aristotelin 
fikrincə,  nitq  qabiliyyəti  insanı  «digər  canlılardan»  fərqləndirir, 
nitq  həm  ailəni,  həm  də  dövləti  yaradır,  deməli,  ritorika cəm iyyət 
və onun idarə edilm əsi haqqında elmdir.
Aristotelin  fikrincə,  ritorika  bir  çox  məsələlərdə  fılolojidən 
çox,  sosial  elmdir:  o,  insan haqqında elmlərin bütün  sahələrini  ri­
torikada birləşdirirdi.
Əslində,  gözəl  danışıq  qabiliyyətini  Aristotel  m əşvərətçi 
nitqlərə  (onların  məqsədi  nəyi  isə  bəyənmək,  yaxud  rədd  etmək 
idi),  məhkəmə  (onlar günahlandırmaq,  yaxud  bəraət  qazandırmaq 
üçün  lazım  idi)  və  epideytik  (onlann  vəzifəsi  tərifləmək,  yaxud 
pisləmək idi) nitqlərə bölmüşdü.  Bu hissələrin daxilində də ritori­
kanın digər tətbiq sahələri fərqləndirilirdi.
Aristotelin  «Ritorika»  əsərində  iştirakçıların  mənəvi  aləmini 
zənginləşdirən, onlara sevinc bəxş edən dostcasına söhbətə də xeyli 
yer ayrılmışdır.  Çox yaxın ünsiyyətə bu qədər diqqət yetirilməsi ri­
torik fəaliyyətin ənənəvi rəsmi mühitdən uzaqlaşmasını ehtiva edir. 
Sənədlərin,  qanunların,  müqavilələrin,  ticarət  münasibətlərinin
12


və  s.  Mətnlərin tərtibi  ilə  əlaqədar olan  işgüzar nitq  də  diqqətdən 
kənarda qalmayıb.
Aristotel  elmi  ritorikanın  əsas  kateqoriyaları  olan  etos,  loqos 
və pafos haqqında təlimin yaradıcısıdır.
E tos  -  nitqin  münasibliyi,  onun  bu  nitqi  qəbul,  yaxud  rədd 
edəcək dinləyicilərin mənəvi tələblərinə müvafıqliyidir. Bu tezisdə 
dinləyicilərə, müraciət olunana hörmət nəzərdə tutulur.
P afos  -   nitqin  yaradıcısının  dinləyicilər  qarşısında  inkişaf 
etdirilən  niyyəti,  ideyasıdır.  Bu  tezisdə  danışanın  mövqeyi,  onun 
əqidəsi mərkəzləşir.
Loqos -   söz,  dil  vasitəsi,  həmçinin  məntiqdir;  natiq  onlardan 
məqsədinə çatmaq, dinləyicisini inandırmaq üçün istifadə edir.
Onun  fikrincə,  istənilən  nitq  növü  (  məhkəmə,  məşvərətçi, 
epideytik)  etos,  pafos və loqosun  qaçılmaz vəhdətindən  ibarətdir. 
Nitqin hər üç növü birgə, qarşılıqlı əlaqədədir.
Qeyd edək ki, Aristotel özü də parlaq nitqə malik söz ustası idi. 
O, «Məntiq» və «Metafizika» əsərlərində cümlə quruluşunda fikrin 
və  nitqin  o  qədər incə,  güclə hiss edilən çalarlannı  işlətməyə nail 
olmuşdu  ki,  bunlar istənilən  müasir  mütəfəkkirə  şöhrət  gətirərdi. 
Onun «Ritorika -  dialektikaya müvafiq  olan incəsənətdir»  aforiz­
mi  də təsadüfi yaranmayıb.
Gözəl danışmaq sənəti kimi ritorikanın inkişaf yolu çox da asan 
olmayıb.  Onun fövqündə şöhrət əsirləri və unudulmuş yüzilliklər, 
heyranlıq  mədhiyyələri  və  soyuq  istehzalar  bir-birini  əvəz  edib. 
Əvvəllər də, indi də bir çoxlan belə hesab edir ki, tarixdə bu qəribə 
dəyişikliklər silahın gücü ilə müəyyən  edilir.  Toplar və mauzerlər 
«dillənəndə»  ən  yaxşı  natiqlər  belə  susmalı  olurlar.  Əksinə,  hər 
dəfə  demokratiyanın  çiçəklənməsi  ilə  birlikdə  sözün  inandırma 
gücünə diqqət yenidən oyamrdı. Lakin məsələ yalnız bunda olsay­
dı, ritorika elmi həmişə natiqlik sənətinin taleyini yaşamış olardı. O 
özünün varisliyini  itirməz və inkişafın hər yeni  mərhələsində,  hər 
dəfə irəliyə doğru hərəkət edərdi. Aydındır ki,  ritorikanın yüksəliş 
və tənəzzüllərinin başqa səbəbləri  də vardır.
A n tik ritorikanın  əsas nəzəri  nailiyyətləri aşağıdakı  müddəa­
larda üm um iləşdirilə bilər.
13


1. Platon «Qorgi» və «Fedr» (e.ə. 380-370-ci illər) dialoqların­
da  ritorikanın  inandırm a  vasitəsi  kimi  dərk  olunmasının  ənənəvi 
və  dəyişməz  mənasını  müəyyənləşdirir.  Burada  ritorikanın  mey­
dana  gəlməsi  vəziyyətinin  dərk  olunması  xüsusilə  vacibdir: 
həmsöhbətlərin  bir-birini  dinləməyə  razılaşması  zamanı  ünsiyyət 
qaydalarının  qarşılaşdınlması  yaranırdı.  Digər  hallarda  qarşı­
durma  olmurdu.  Bu  vəziyyət  ritorun  nitqini  filosofun  nitqindən 
əhəmiyyətli dərəcədə fərqləndirir. Ritor qarşısındakını inandırmaq­
dan  çox,  fikrindən  daşındırmaq  istəyir.  Xarici  məqsəd  onun üçün 
əsas yerdə durur.  Ondan fərqli  olaraq,  aktyor özünü  ifadə etməyə 
can atır, filosof təkcə inandırmaq yox, həm də özü inanmaq istəyir. 
Bu  səbəbdən  Platon  ritorikam  həqiqət  axtarmaq  vasitəsi  olan  di- 
alektikayla  qarşılaşdırırdı.  Lakin  bu  halda  da  ritorikanın  əxlaqi 
əsaslan  şübhə altına düşürdü.
2. Aristotel  özünün «Ritorika»  əsərində (təxm.  eramızdan 330 
il  əvvəl) bu ziddiyyətləri aradan qaldıraraq göstərmişdi  ki, ritorika 
yalnız  qəbul  edilmiş  inandırma  üsullarından  istifadə  edir.  Başqa 
sözlə desək, nəzərdə tutulurdu ki, ritorika özünün əxlaqi əsaslannı 
qoruyub  saxlayır,  çünki  natiq auditoriya qarşısında özünün həqiqi 
düşüncələrini,  öncəgörmələrini,  müşahidə  və  niyyətlərini  şərh 
edir,  çünki  o,  yalan  söyləmir  və  hərəkətə  keçmədən,  yalnız  nitq 
vasitəsilə  inandırır;  auditoriya  isə  onun  nitqi  ilə  tanış  olduqdan 
sonra öz seçiminə uyğun hərəkət etməkdə azaddır.
Ritorikanın  əxlaqla birləşdirilməsi  davamlı  əhəmiyyətə malik 
idi. Bu anlayış Romada hakim idi və  Siseronun nüfuzu ilə daha da 
möhkəmlənmişdi.  O,  özünün  «Natiq  haqqında»  traktaünda  (  e.ə. 
55-ci  il)  deyirdi  ki,  bəlağətli  nitq  insanın  mənəvi  qüvvəsinin  ən 
yüksək təzahürlərindəndir.
3.  Təkcə  məntiqi  dəlil  və  sübutlardan  yox,  həm  də  psixoloji 
proseslərdən,  mənəvi  qüvvələrin,  məsələn,  qorxu,  qəzəb,  rəhm və 
s.  oyanmasından bəhs edən, inandırma mənbələrinin və üsullarının 
belə təhlili ilk dəfə Aristotel tərəfindən «Ritorika» əsərində, qismən 
«Poetika»nın bəzi fəsillərində və «Orqanon» toplusunda verilmiş­
dir.  Bu təhlilin  fundamental  əhəmiyyəti  belədir:  ritorikanı  məntiq 
və psixologiyaya yaxınlaşdırmaqla biz həm də inandırma prosesini
14


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə