Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə8/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   124

Ritorikanın bu xüsusiyyəti hələ Qədim Yunanıstanda meydana 
çıxmışdır.  Məsələn,  Afinada  mövcud  azad  demokratik  quruluşda 
vətəndaşlar  tez-tez  məhkəmədə,  yaxud  xalq  yığıncağında  çıxış 
etməli,  polisin işlərində fəal iştirak etməli  olurdular.
Xalq  yığıncağında  partiyalar  arasında  keçirilən  müzakirələr 
zamanı qarşı tərəflər arasında məhkəmədə tez- tez sərt mübahisələr 
yaranırdı.  Məhkəmədə  işləri  uğurla  aparmaq,  yaxud  xalq  yığın­
cağında yaxşı  çıxış  etmək  üçün  səlis  və  inandırıcı  danışmağı,  öz 
mövqelərini  müdafiə  etməyi,  qarşı  tərəfin  fikrini  puça  çıxarmağı 
bacarmaq lazım gəlirdi ki, bu zaman afinalılar üçün natiqlik ustalı­
ğına malik olmaq və mübahisə etmək bacarığına yiyələnmək tələb 
olunurdu.
Tarixçilər  söyləyir  ki,  hərbi  Sparta  dövləti  özündən  sonra 
varislərinə heç bir ləyaqətli miras qoymamışdır, halbuki Afina özü­
nün  meydanlardakı,  məhkəmələrdəki,  xalq  yığıncaqlanndakı  de­
mokratik mübahisələri  ilə qısa zaman  ərzində dünyaya çox böyük 
mütəfəkkirlər, alimlər, şairlər verdi, ölməz mədəniyyət nümunələri 
yaratdı.
Tədqiqatçıların  qeyd  etdiyi  kimi,  cəmiyyətin  həyatında  baş 
verən  keçid  dövrlərində  natiqlik  sənəti  daha  fəal  şəkildə  inki­
şaf  etmişdir.  O,  xalq  kütlələrinin  mühüm  dövlət  məsələlərinin 
həllində  iştirakına  tarixi  ehtiyac  yarandıqda  daha  geniş  tətbiq 
olunur.  Natiqlik  sənəti  insanları  inandıraraq,  ilhamlandıraraq  və 
istiqamətləndirərək ümumi  iş ətrafında birləşdirməyə kömək edir. 
Nitq  mədəniyyətinin  İntibah  dövründə,  sosial  inqilablar  zamanı, 
ictimai  hərəkata  milyonlarla  zəhmətkeş  kütlələrin  cəlb  olunduğu 
zamanlarda çiçəklənməsi  də bu fikri təsdiq edir.
Bu  da  təsadüfi  deyil  ki,  ritorikanın  dirçəlişi  XX  əsrin  orta­
larından  Qərbdə  və  Şərqdə  (Yaponiyada),  vahid,  ümumiləşdirici 
nəzəriyyəyə,  humanitar  dərketmənin  xüsusi  məntiqinə  ehtiyacı 
olan  informasiya nəzəriyyəsinin  sürətlə  inkişaf etdiyi  bir zamana 
təsadüf edir.
Yeni  dövr  cəmiyyətin  kapitallaşması  və  kütlələrin  demokra­
tikləşmə uğrunda mübarizəsi ilə əlamətdardır. Bu amillər siyasi və 
məhkəmə natiqliyinin dirçəlməsinə səbəb  olur.
24


Siyasi  nitqin  təşəkkülü  ilk  növbədə  parlament  debatlan 
prosesində  baş  verirdi.  Məhkəmə  natiqliyi  isə  burjuaziya  cəmiy­
yətinin demokratikləşməsi prosesləri ilə şərtlənirdi.  Bunlar isə hü­
quqi  bazanın  formalaşdırılması  olmadan  obyektiv  şəkildə  müm­
kün  deyildi,  bu  da,  öz  növbəsində,  hüquqşünaslann  fəaliyyətinin 
artması ilə bağlı idi.
Ritorikanın tarixi təsdiq edir ki,  «heç nə demokratiyanın qüv­
vəsini və onu hədələyən təhlükələri ictimaiyyət qarşısında söylənən 
nitq kimi  ifadə etmir».  Natiqlik  sənəti  üzrə tədris vəsaiti yaratmış 
məşhur amerikalı alim P.L.Soperin bu sözlərində natiqlik sənətinin 
ictimai  əhəmiyyəti və ona olan ictimai tələbat qabardılır.
N atiqlik  sənəti  və  siyasət  İnkişafının  çoxəsrlik  tarixi  boyu 
natiqlik sənəti  cəmiyyətin həyatının mənəvi, ideoloji,  sosial-siyasi 
sahələrində istifadə edilmişdir.  Lakin  siyasi fəaliyyət  sahəsində o, 
daha geniş tətbiq olunmuşdur.
Antik dövrdən başlayaraq, natiqlik və siyasət sıx əlaqədə olmuş­
dur. Belə ki, Qədim Yunanıstanın bütün məşhur natiqləri böyük siyasi 
xadimlər idi.  Məsələn,  15  il  boyunca Afinanı  idarə edən Perikl  haq­
qında söylənirdi  ki,  «onun dodaqları arasında inandırma ilahəsi yurd 
salmışdın) və «o öz dinləyicilərinin qəlbinə ildınm oxları atırmış».
Qədim  Yunanıstanın  ən  gözəl  natiqi  olan  Demosfen  də  bö­
yük  siyasi  xadim  idi.  Qədim  yunan  tarixçisi  Plutarx  yazırdı  ki, 
Demosfen  əvvəlcə  şəxsi  işlərini  qaydaya  salmaqdan  ötrü  nitq 
mədəniyyətinə üz tutmuş, ustalıq və qüvvəyə yiyələndikdən sonra 
isə dövlət səviyyəsində yarışmalarda birincilik əldə edərək, bütün 
həmvətənlərindən üstün olmuş, natiqliyin zirvəsinə yüksəlmişdir.
Demosfen  Afina  quldarlıq  demokratiyasının  müdafiəçisi  idi. 
30  il  ərzində  o,  qəzəb  və  heyrətamiz  inadkarlıqla Afinanın  əsas 
düşməni  olan Makedoniya çan  Filippin  əleyhinə  nitqlər söyləyir, 
vətəndaşlan  aralanndakı  bütün  narazılıqlan  bir  kənara  qoya­
raq  Filippin  əleyhinə  birləşməyə  səsləyirdi.  Demosfenin  nitqləri 
dinləyicilərə  qüvvətli  təsir  bağışlayırdı.  Belə  rəvayət  edirlər  ki, 
Demosfenin nitqinin məzmununu Filippə çatdıranda,  bu nitqlə ta­
nış  olan  Filipp  söyləmişdi  ki,  əgər  o,  bu  nitqi  dinləmiş  olsaydı, 
yəqin ki,  özü özünə qarşı müharibəyə səs verərdi.
25


İnadlı  zəhməti  hesabına  (tərcümeyi-halından  məlumdur  ki, 
onun çoxlu fiziki  qüsurları  var imiş) özünü kütlə qarşısında çıxış­
lara  hazırlayan  və  bütün  natiqlik  ustalığını  vətənə  xidmətə  həsr 
etmiş Demosfen  natiqin  nitqinin  sosial  təbiətini  düzgün  müəyyən 
etməyi bacarmışdı.  Esxinin Makedoniya yönümlü partiyasına qar­
şı  söylədiyi  «Çələng  haqqında»  adlı  məşhur  nitqində  Demosfen 
natiqlik  sənətinin  siyasətlə  əlaqəsini  göstərmişdi:  «Esxin,  natiqin 
şöhrətini  söz  yox,  səsin  avazı  yox,  onun  siyasətinin  istiqaməti 
təşkil edir».
Natiqlik sənəti  qədim Romada da böyük siyasi  qüvvə idi.
Siyasi  karyeraya  hazırlaşan  və  özlərini  gələcəkdə  dövlət 
rəhbəri  görmək istəyən  insanlar da  auditoriyanı  inandırmaq baca­
rığını  yüksək  dəyərləndirirdilər.  Heç  də  təsadüfi  deyil  ki,  e.ə.  II 
əsrin  ortalarında Romada yunan  ritorlan  meydana  çıxdı  və  orada 
ritor məktəbləri  açıldı.  Gənclər bu məktəblərə axın etdilər.
Lakin yunan ritorika məktəblərində təhsil  almaq heç də hamı­
ya  nəsib  olmurdu:  ritorlann  dərsləri  ucuz  deyildi  və  orada yalnız 
yunan  dilini  mükəmməl  bilənlər təhsil  ala bilirdi.  Əslində,  yunan 
məktəblərinə  yalnız  sonralar  dövlətin  başında  duracaq  zadəgan 
uşaqları gedə bilirdilər.  Buna görə də hakimiyyət yunan ritorlanna 
maneçilik törətmir, onların açdıqları məktəblərə müsbət münasibət 
bəsləyirdi.
Lakin  e.ə.  I  əsrdə  ritorikanın  latın  dilində  tədris  edildiyi 
məktəb açılanda senat həyəcanlandı.  Qədim Romada natiqlik həm 
hörmətli,  həm  də gəlirli  sahə  idi.  Zadəganlar indiyədək yalnız  öz 
oğlanlarının  istifadə  edə  bildiyi  bu  kəskin  silahın  başqa  silklərin 
nümayəndələrinin  əlinə keçməsinə yol  verə bilməzdilər.  Nəticədə 
92-ci  ildə  «Latın  ritor məktəblərinin  qadağan  edilməsi  haqqında» 
edikt (fərman) verildi.
Qədim  Yunanıstanda  olduğu  kimi,  Qədim  Romanın  məşhur 
natiqləri  də  tamnmış  siyasi  xadimlər  idi.  Belə  ki,  ilk  Roma 
natiqlərindən biri Romanın e.ə.III- II əsrlərdə yaşamış dövlət xadimi 
Böyük Mark Katon  olmuşdur.  Karfagenin barışmaz düşməni  olan 
Katon özünün Senatdakı hər bir nitqini  sonralar çox məşhurlaşmış 
aşağıdakı  sözlərlə  bitirirdi:  «Hər  halda,  mən  düşünürəm  ki,  Kar-
26


Yüklə

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə