Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə16/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   124

Çıxış  edən:  «Bu  günkü  gənclik kitaba münasibətini  dəyişdir­
məlidir» - söyləyirsə, nəyi nəzərdə tutur? Kitabın səliqəli  saxlanıl­
masını, yoxsa,  elm öyrənməyə marağın artmasını?
Tez-tez  belə  bir  vəziyyətlə  də  rastlaşmaq  mümkündür:  çıxış 
edən,  sanki  hamıya  məlum  olan  sözlərdən  istifadə  edir,  amma  bu 
zaman hərənin onları bir cür başa düşdüyünü bilmir. Dostlarınızdan 
«vicdanlı olmaq», «yaşamaq bacarığı», «demokratiya», «bazar» və 
s.  sözlərinin onlar üçün hansı mənalan verdiyini  soruşun, bu halda 
söylənilənin düzgün olduğuna dair tam bir mənzərə alınar.
Məlum anlayışlar haqqında sabit və əksərən yanlış təsəvvürlər 
çox zaman natiqin nəzər nöqtəsi ilə razılaşmağa mane olur. Dekart 
yazırdı:  «söz və ifadələrin mənasını müəyyən edin və Siz dünyanı 
al danışların çoxundan azad etmiş olarsınız».
Qeyri-müəyyənliyin  daha  bir  nümunəsi  -   «Kosmonavtlann 
okean üzərindən  göndərdikləri  şəkil  6  mlrd  dollar qənaət  etməyə 
imkan  verdi»  (kosmonavtlann  öz  şəkli,  yoxsa  onlann  çəkdikləri 
şəkil  qiymətli  idi?);  «İdarə  heyətinin  bütün  üzvləri  yenidən  seç­
ki  siyahısına  daxil  edildilər»  («seçki  siyahısına  daxil  edildilər» 
ifadəsini  m üxtəlif cür  şərh  etmək  olar:  yenidən  seçildilər,  yaxud 
ümumiyyətlə  seçkiyə  ehtiyac  olmadı?)  kimi  misallarda  özünü 
büruzə verən qeyri-müəyyənlikdir.
Söylənilənlərdə  qeyri-dəqiqliyə,  qeyri-müəyyənliyə  yol  ver­
məmək  üçün  mütləq  ikimənalı  ifadələrdən  qaçmaq,  çoxmənalı, 
yaxud  auditoriyaya  az  tanış  olan  sözlərin  mənasını  izah  etmək, 
mürəkkəb  anlayışlan  şərh etmək lazım gəlir.
Anlayışın müəyyən  edilməsinin ən ciddi üsulu -  elmi  tərifdir. 
Bu zaman həmin  anlayışın mənsub  olduğu  növ göstərilir və onun 
forma fərqləri  verilir.  Məsələn:  «Gəlir - müəssisənin işinin nəticə 
göstəricisi  olub,  istehsalatın  gəlir və  çıxarları  arasındakı  fərqdən 
ibarətdir».
Şərhin ardıcıllığı hər şeydən əvvəl fikirlərin məntiqi əlaqəsindən 
ibarətdir, bu zaman bir fikir digəri üçün zəmin hazırlayır.
Nitqin uğurlu alınmasında natiqin nitqinin axan, müntəzəmliyi 
mühümdür. M əşhur rus hüquqşünası, bəlağətli nitqin nəzəriyyəçisi 
A.F.Koni  yazırdı:  «Əgər  nitq  bir  məsələdən  o  birinə  sıçrayırsa,
49


əgər əsas  məsələdə tez-tez  qınqlıq yaranırsa,  belə nitqi  dinləmək, 
demək  olar  ki,  mümkün  deyi».  Ardıcıllığa  riayət  etmək  üçün  o, 
belə bir məsləhət verirdi: -Nitqi elə qurmaq lazımdır ki, ikinci fikir 
birincidən, üçüncü ikincidən və s. yaransın, ya da bir fikirdən baş­
qasına təbii  şəkildə keçid edilsin.
İzah zamanı məlumdan naməluma, sadədən mürəkkəbə doğru 
gedən, təsvir zamanı tanış və yaxın olandan uzaqda olana yönələn 
ardıcıllıq məntiqi hesab edilir.
Yalmz  şərhi  daha  maraqlı,  düşündürücü,  əyləncəli  və  s. 
etməkdən ötrü onun belə gedişinin pozulmasına psixoloji cəhətdən 
haqq qazandırıla bilər. B ir üsul kimi bu, tamamilə yolveriləndir və 
təcrübəli natiqlər tez-tez bundan istifadə edirlər.
Məsələn, mühazirəçi hansısa bir cihazın qəribə xüsusiyyətlərini 
nümayiş  etdirir,  lakin  onun  necə  işlədiyini  izah  etmədən,  bunu 
dinləyicilərin  təxəyyülünün  öhdəsinə  buraxır.  Sonra  isə  detektiv 
hadisələrdə  olduğu  kimi,  dinləyicilərin  «kəşf»  etməsinə  yardım 
göstərir.
Bəzən o, yeni üsulun heyranedici nəticələrindən danışır, sonra isə 
dinləyicilərə buna necə nail olunması barədə düşünməyi təklif edir.
Dinləyicilərin  nitqi  bütünlükdə  dərk  edib  yadda  saxlaması 
üçün onlar məruzədə qaldırılan məsələlər arasındakı dəqiq məntiqi 
əlaqəni görə bilməlidirlər.
Bu  zaman təsəvvür etmək lazımdır ki,  natiq üçün  onun  nitqi­
nin hissələri arasındakı  qarşılıqlı əlaqə nə qədər aydın olsa da, «bu 
heç  də  bütün  dinləyicilər  üçün  belə  deyil,  onlar  üçün  bu  əlaqəni 
aydınlaşdırmaq,  diqqətə  gedən  yolu  göstərmək  lazımdır.  Yoxsa 
diqqət azar, yaxud qınlar».
Deməli,  təkcə  dinləyiciləri  sonrakı  məsələyə  hazırlamaq, 
çıxışı  növbəti  məsələnin  məntiqi  olaraq  əvvəlkindən  doğması­
nı  təmin  edən  şəkildə  qurmaq  kifayət  deyil,  həm  də  «birinci­
si,  ikincisi,  bir  tərəfdən,  digər  tərəfdən,  bu  m əsələ  ilə  bağlı fik ­
rim izi  tam am layarkən»  kimi  əlaqə  yaradıcı  söz  və  ifadələrdən 
istifadə  edərək,  bütün  bunlan  izah  etmək  lazımdır.  Əlbəttə,  belə 
əlaqəyaradıcı  söz  və  ifadələr  yalnız  suallarla  məntiqi  cəhətdən 
əsaslandınldıqda yerinə düşür.
50


Mövzunun suallara bölünməsi  qaydalarını yadda saxlayaq:
1.  Mövzunun suallara, hətta lazım gəldikdə -  sualların da kiçik 
hissələrə bölünməsinin bir əhəmiyyətli  əlamətini tapmaq lazımdır.
2.  Suallar çıxışın  əsas  ideyasmı  işıqlandırmalıdır:  artıq  suallar 
olmamalıdır.
3.  Bölünmələrin  fasiləsizliyinə  əməl  etmək  zəruridir;  sual  və 
sual hissələrini düzgün ayırmaq lazımdır.
4.  Suallar kəsişməməlidir,  yəni  eyni  məsələ haqqında müxtəlif 
suallarda danışmaq lazım deyil.
Əgər  mövzu  təsnif  edilməsi  mümkün  olmayan  əşya,  yaxud 
hadisəyə  həsr  olunmuşdursa,  birinci  qayda  belə  formalaşdırılır: 
mövzunun izahı üçün bir giriş seçmək lazımdır.
Məsələn,  mövzu  -  firmanın  işi  haqqında  söhbətdir.  Aşağıdakı 
girişlərdən  istifadə  etmək mümkündür:  tarixi  -  firmanın yaranma 
tarixi,  indiki  işi,  gələcək perspektivləri;  məntiqi  -  firmanın  struk­
turu və  fəaliyyət  istiqamətləri  haqqında  ətraflı  söhbət;  psixoloji  -  
firmanın kollektivi, onun üzvləri arasındakı münasibətlər haqqında 
söhbət.
Bir giriş çərçivəsində mövzunun izahının başqa istiqamətlərini 
də təklif etmək mümkündür. Planın əsas sualları mövzunun şərhinin 
əsas  istiqamətlərinə uyğundur,  alt  suallar  digər giriş  çərçivəsində 
aydınlaşdırıla bilər.
Şərhin ardıcıllığı natiqin təfəkkürünü nizamlayar, ən çətin mə­
sələyə belə aydınlıq gətirər və dinləyiciyə estetik zövq verə bilər.
Şərhdə ziddiyyətin olmaması tələbi hər hansı bir məsələ, yaxud 
əşya haqqında nəyi isə təsdiq edərkən, həmin zaman daxilində, eyni 
məsələ  ilə  bağlı  həmin  fikri  inkar  etməyin  mümkünsüzlüyündən 
ibarətdir.  Əlbəttə,  gerçəklik,  həyat  donmuş  vəziyyətdə  deyil,  za­
man keçdikcə əvvəldə danışılan hadisə ilə əlaqədar (məsələn, idarə 
rəhbərinin fəaliyyəti haqqında) başqa fikir söyləmək olar.
Təbii ki, m üxtəlif baxımdan yanaşıldıqda, bir hadisəni m üxtəlif 
şəkildə qiymətləndirmək mümkündür.  Məsələn,  yeni  alınmış  me­
bel  öz  dizaynına  görə uyğun  gəlsə  də,  qiymətinə  görə  sizi  təmin 
etməyə bilər; yaxud, yaxşı mütəxəssis pis xasiyyətli insan ola bilər 
və s. Belə fikirlər bir-birinə zidd hesab edilmir.
51


Yüklə

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə