Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə24/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   124

- Sizi görməyimə (çox) şadam!
- İzn verin  Sizi  salamlayım!
- Xoş gördük!
- Xoş gəldiniz!
Hərbi  xidmətçilər  arasında  hərbi  salam  verməklə  salamlaş­
malar  qəbul  edilib.  Bu  salamlaşma  forması  ilə  keçmiş  hərbi  xid­
mətçiləri tanıyırlar.
Salamlaşmalar çox zaman əlsıxmalarla müşayiət edilir ki, bu, 
verbal  şəkildə ifadə edilən salamlaşmanı əvəz edə bilər.
Lakin nəzərə almaq lazımdır ki, qadınla kişi görüşürsə, kişi qa­
dının öz  əlini uzadacağını  gözləməlidir.  Əgər qadın bunu etmirsə, 
kişi yüngülcə baş əyməklə qadına öz hörmətini bildirmiş olur.
Görüşənlər  bir-birindən  aralıdadırsa,  salamlaşmanın  qeyri- 
verbal  ekvivalenti  kimi yüngülcə başəymə,  əllərini birləşdirməklə 
yuxarıya qaldırıb dostcasına yelləmək, kişilər üçün bəzən şlyapanı 
azca başından qaldırmaq hərəkətlərindən istifadə oluna bilər.
Nitq etiketi  həm  də davranışın xarakterini, yəni  salam lam anın 
növbəliliyini nəzərdə tutur.
Birinci  salamlayır:
•  K işi-q a d ın ı;
•  Yaşca kiçik olan -  böyük olanı;
•  Yaşca kiçik olan qadın -  yaşca özündən çox böyük olan kişini;
•  Vəzifəcə kiçik olan -  vəzifəcə böyük olanı;
•  Nümayəndə  heyətinin  üzvü  -   heyətin  rəhbərini  (öz  heyəti, 
yaxud xarici olmasından asılı  olmayaraq).
Nitq formullarının sonuncu qrupu aynlm a formullarıdır.  Onlar 
aşağıdakıları ifadə edir:
•  Arzulamalar: Yaxşı yol!  Görüşənədək!
•  Yeni  görüş ümidini:  axşama  qədər (sabaha,  şənbəyə,  yaxud 
bazara  qədər).  Ümidvaram  ki,  ayrılığımız  az  sürəcək.  Tezliklə 
görüşmək ümidi ilə.
•  Bir də görüşmələrinə inanmadıqları halda, ayrılığın uzun sü­
rəcəyi  halda:  Əlvida!  Çox güman ki,  daha görüşməyəcəyik!  Haq­
qınızı halal  edin!
73


Təntənəli, kədərli vəziyyətlər üçün nitq formulları 
Salamla­
madan sonra,  adətən işgüzar söhbət başlayır.  Nitq etiketi  bəzi nitq 
şəraitləri ilə əlaqədar bir neçə söhbət başlanğıcını nəzərdə tutur.
Üç vəziyyət daha tipikdir:
1) təntənəli;
2) kədərli
3) iş, işgüzar.
Birinci  vəziyyətə  dövlət  bayramları,  müəssisənin  və  əmək­
daşların yubileyləri;  mükafat alınması,  ofis,  mağaza açılması;  təq­
dimat;  müqavilə bağlanması, razılaşma əldə olunması və s.  aiddir.
İstənilən  təntənə  səbəbilə,  əlamətdar  günlə  bağlı  dəvətlər  və 
təbriklərdən istifadə olunur.
Vəziyyətdən asılı olaraq (rəsmi, yan-rəsmi, qeyri-rəsmi) dəvət 
və təbrik qəlibləri  dəyişilir.
Dəvətlər:
- İcazə verin (izn verin) S iz i...  dəvət edim.
-  Bayrama  (yubileyə,  görüşə...)  gəlin,  Sizi  (orada)  görməyi­
mizdən çox məmnun olanq.
-  Sizi  (s ə n i)...  dəvət edirəm (edirik).
Əgər qarşı tərəfin dəvətinizi qəbul edəcəyinə əmin deyilsinizsə, 
yaxud  dəvətinizin  yersiz  hesab  ediləcəyindən  narahatlıq  hissi 
keçirirsinizsə, bu halda dəvət sual  cümləsi  ilə ifadə edilə bilər:
- Sizi dəvət edə bilərəmmi? (dəvət etmək olarmı?, dəvət etmək 
mümkündürmü?)
Təbriklər:
- İcazə verin (izn verin)  S iz i...  münasibətilə təbrik edim.
- Ən səmimi  (ürəkdən gələn) təbriklərimi  qəbul  edin.
-  Sizi  (idarə  rəhbərimizin,  idarəmizin,  valideynimin...  )adın- 
dan (tapşınğı ilə) təbrik edirəm (edirik).
- Ürəkdən (səmimi  qəlbdən) təbrik edirəm (edirik).
Kədərli vəziyyətlər ölümlə, həlak olma ilə, öldürülmə ilə, təbii 
fəlakətlə,  terror aktı  ilə,  qarət edilmə,  müflisləşmə və bədbəxtdik, 
bəla gətirən digər hadisələrlə bağlıdır.
Belə  hallarda başsağlığı  verilir.  Başsağlığı  quru,  rəsmi  olma­
malıdır.
74


Bir qayda  olaraq,  başsağlığı  formulları  emosional,  üslubi  ba­
xımdan təntənəli olur:
- İcazə verin Sizin kədərinizə şərik olum.
- Başsağlığılarımızı  qəbul edin.
- Sizin dərdiniz -  bizim dərdimizdir.
- Son qəminiz olsun...
Daha emosional-ekspressiv ifadələr:
- Çox böyük bədbəxtlikdir!
- Bu nə bəladır, başınıza gəldi?!
- Nə qədər böyük bir itkidir!..
Faciəli, kədərli, yaxud xoşagəlməz vəziyyətlərə düşən insanlar 
təsəlliyə möhtac olurlar. Qəmə, kədərə şərik olma, təsəlli vermənin 
etiket  formulları  m üxtəlif  vəziyyətlər  üçün  nəzərdə  tutulub  və 
m üxtəlif təyinatlıdır:
- Təəssüf edirəm!
-  Sizi yaxşı başa düşürəm.
Təsəllivermələr  nəticənin  yaxşı  olacağına  inam  ifadə  edən 
sözlərlə müşayiət edilir:
-  Sizin  halınızı  yaxşı  başa  düşürəm,  amma inanın  ki,  hər  şey
yaxşı olacaq!
- Ümidinizi itirməyin, hər şey yaxşı olacaq!
- H ər şey yaxşı  olacaq!
- Bu da keçib gedəcək!
Təsəllivermələr məsləhətlə müşayiət olunur:
- Bu qədər həyəcanlanmayın (narahat olmayın, əzab çəkməyin)!
- B ir qədər dözümlü olun!
- Allah səbr versin!
-  Sakitləşməyiniz yaxşı  olar!
- Özünüzü ələ alın!
- H ər şeyin yaxşı  olacağına inanmalısınız!
İşg ü zar vəziyyətdə istifadə 
olunan etiket formulları 
Gündə­
lik işgüzar şəraitdə  (iş  güzar vəziyyətdə)  də nitq  etiketlərinin for­
mullarından  istifadə  olunur;  məsələn,  işə yekun  vurularkən,  mal­
ların  qiymətləri  endirildikdən  sonra  satış  vəziyyətinin  nəticələri 
müəyyən  edilərkən,  sərgilərdən  sonra,  m üxtəlif tədbirlər,  görüşlər
75


təşkil edilərkən kimə isə təşəkkür etmək, yaxud əksinə, danlamaq, 
irad tutmaq lazım gəlir.
İstənilən iş yerində, hər hansı təşkilatda kim isə məsləhət vermək, 
təklif irəli  sürmək,  xahiş  etmək,  razılıq  vermək,  icazə  vermək,  qa­
dağan etmək, hansı xahişi isə rədd etmək zərurəti ilə üz-üzə qala bilər.
Bu vəziyyətlərdə  istifadə  edilən  nitq  qəliblərinə  aid bir neçə 
nümunə veririk:
Minnətdarlıq ifadə etmək:
- İcazə verin, yüksək səviyyədə təşkil  edilmiş sərgi üçün Azər 
Məmmədova təşəkkürümüzü (minnətdarlığımızı) bildirək.
- Rektorluq  (direktorluq,  şirkət,  rəhbərlik) bütün əməkdaşlara 
(professor-müəllim  heyətinə)  qış  imtahan  sessiyasını  uğurla  başa 
vurduqları üçün öz minnətdarlığını bildirir.
- Təchizat şöbəsinin müdirinə öz təşəkkürümü bildirmək istə­
yirəm.
- İcazə verin,  sonsuz minnətdarlığımızı bildirək
Hər hansı bir xidmətə, köməyə, mühüm məlumata, hədiyyəyə 
görə sözlərlə təşəkkür etmək lazımdır:
-  Sizə  ...  xidmətə görə minnətdaram.
- Hədiyyənizə görə çox təşəkkür edirəm
-  Sizə son dərəcə minnətdaram.
Minnətdarlığın emosionallığı,  ekspressivliyi (təsirliliyi) aşağı­
dakı  şəkildə ifadə olunduqda daha da artır:
- Sizə öz minnətdarlığımı bildirmək üçün söz tapa bilmirəm.
-  Sizə  o qədər minnətdaram ki,  bunu necə  söyləyəcəyimi  bil­
mirəm.
- Minnətdarlığımın həddi-hüdudu yoxdur.
İradlar,  xəbərdarlıqlar:
-  Şirkət  (müdiriyyət,  idarə  heyəti,  redaksiya)  ciddi  şəkildə 
xəbərdarlıq etməyə (təəssüfləndiyini bildirməyə) məcburdur.
- Təəssüf ki (əfsus ki),  narazılığımı bildirməliyəm...
M əsələhət,  təklif:
Bəzən insanlar, xüsusilə vəzifəli  şəxslər təkliflərini,  məsləhət­
lərini qətiyyətli  şəkildə bildirməyi zəruri hesab edirlər:
-Siz (ham ınız)... etməlisiniz
76


Yüklə

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə