Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə25/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   124

-Siz mütləq bu şəkildə  ...  hərəkət etməlisiniz 
-Mütləq (təkidlə) aşağıdakı işləri yerinə yetirməyinizi məsləhət 
görürəm (təklif ed irəm ).
Bu  formada  verilən  məsləhətlər,  təkliflər,  mülahizələr  əmrə, 
yaxud göstərişə bənzəyir və belə hal, xüsusilə vəzifəcə eyni  səviy­
yəli  işçilər arasında yarandıqda,  heç də həmişə onlara əməl  etmək 
arzusu doğurmur.
Məsləhət,  yaxud təklifin köməyi  ilə fəaliyyətə keçməyə təkan 
verilməsi  nəzakətli, yaxud neytral  şəkildə olmalıdır:
- İcazənizlə,  Sizə bir məsləhət vermək istərdim...
- İcazə verin, təklif edim ...
-  Sizə bir məsləhət verə bilərəm...
- Təklif edirəm ki...
Xahişlə müraciət də mərifətlə, son dərəcə nəzakətlə, lakin ifrat 
yaltaqlığa yol vermədən edilməlidir:
- Mümkünsə, mənim xahişimi yerinə yetirin.
- Zəhmət olmazsa...
- Xahiş edirəm,  mümkünsə...
- Xahiş edirəm, mənə  ...  icazə verin...
- İcazənizlə...
X ahiş m üəyyən qədər qətiyyətlə də ifadə oluna bilər:
- Təkidlə (çox,  son dərəcə) xahiş edirəm...
Razılıq,  icazə aşağıdakı kim i form alaşdırılır:
- Bu dəqiqə, yubandınlmadan yerinə yetiriləcək.
- Baş üstdə!
- Buyurun (icazə verirəm, etiraz etmirəm).
- Sizə icazə verirəm.
- Razıyam (etiraz etmirəm), lazım bildiyiniz kimi hərəkət edin. 
Xahiş,  m üraciət rədd edilərkən aşağıdakı ifadələrdən istifadə
edilir:
- M ən sizə kömək edə bilmirəm (icazə verə bilmirəm).
- Xahişinizi yerinə yetirə bilmərəm.
- Hazırda bu mümkün deyil.
- İndi bu işin görülməsi məqsədəuyğun deyil.
- Bağışlayın, amma biz  Sizin xahişinizi yerinə yetirə bilmərik.
77


- M ən bunu qadağan etməyə məcburam.
İstənilən səviyyəli işgüzar adamlar arasında mühüm məsələlə­
rin qeyri-rəsmi  şəraitdə həll  edilməsi  daha yaxşı  hesab  olunur.  Bu 
məqsədlə ov, balıqtutma, təbiət qoynunda istirahət, bağa, restorana 
dəvət və s.  təşkil  olunur.
Şəraitə  uyğun  olaraq,  nitq  etiketləri  də  dəyişir,  onlar  daha 
rəsmi  olmur,  sadə,  emosional baxımda təbii xarakter alır.
Lakin  bu  şəraitdə  də  subordinasiyaya  (xidməti  tabelik)  əməl 
olunur, təklifsizliyə,  nitq «dağınıqlığına» yol verilmir.
Nitq  etiketinin  daha  bir  mühüm  komponenti  komplimentdir 
(iltifatlı  söz).
Mərifətlə  və  yerində  deyilən  kompliment  ünvanlandığı  insanın 
əhval-ruhiyyəsini  yaxşılaşdırır,  onu  tərəf-müqabili  ilə  müsbət  mü­
nasibət  qurmağa  istiqamətləndirir.  Kompliment  söhbətin  əvvəlində, 
görüş, tanışlıq, yaxud söhbət, aynlma zamanı deyilir. Kompliment hər 
zaman xoşdur. Lakin səmimi olmayan, son dərəcə heyranlıqla, komp­
liment naminə deyilən kompliment, bəzən acı sözdən də təhlükəlidir.
Kompliment  ünvanlandığı  şəxsin  xarici  görkəminə  aid  ola 
bilər,  insanın  yüksək  peşəkarlıq  qabiliyyətlərini,  yüksək  əxlaqi 
keyfiyyətlərini bildirər, ümumi müsbət qiymət verər:
-  Siz yaxşı  (əla,  gözəl,  çox gözəl) görünürsünüz.
-  Siz heç dəyişmirsiniz (qocalmırsınız).
-  Sizin bu günkü çıxışınız çox yüksək səviyyəli oldu.
-  Siz elə (çox) ağıllı  (işgüzar, bacan qlı...)sınız ki.
-  Siz yaxşı (əla, yüksək səviyyəli) mütəxəssissiniz (mühəndis­
siniz, iqtisadçısınız...).
-  Siz  təsərrüfatı  (ticarəti,  tikintini,  işi)  yaxşı  (əla,  yüksək 
səviyyədə) idarə edirsiniz.
-  Siz insanlara yaxşı  (əla,  yüksək  səviyyədə)  rəhbərlik edirsi­
niz.
78


Ill  FƏSİL
ÜNSİYYƏT (kommunikasiya) 
RİTORİKASI
3.1.  Ünsiyyət prosesi
Ünsiyyət  insanlar  arasında  məlumat  mübadiləsi  prosesi  olub, 
məqsədi  təqdim  edilən və  qəbul  edilən informasiyanın  anlaşılma­
sının təmin olunmasıdır.
Ünsiyyətin əsas funksiyaları:
•  İnformasiyaverici  -   həqiqi,  yaxud  yalan  məlumatların 
verilməsi;
•  İnteraktiv  (təşviqedici)  -  insanlar  arasında  qarşılıqlı  fəaliy­
yətin  təşkili;  məsələn,  m üxtəlif  təsir  formalarından:  inandırma, 
əmr, xahiş, təlqindən istifadə etməklə hərəkətlərin razılaşdırılması, 
vəzifələrin  bölüşdürülməsi,  həmsöhbətin  əhval-ruhiyyəsinə,  ina­
mına, davranışına təsir göstərmək;
•  Perseptiv  -   ünsiyyət  tərəfdaşlarının  bir-birini  qəbul  etməsi 
və bu əsasda qarşılıqlı  anlaşmanın yaradılması;
•  Ekspressiv - emosional təəssüratlann yaradılması, yaxud xa­
rakterinin dəyişdirilməsi.
•  İnformasiyanın ötürülməsi:  a) başqa adamlara; b) vəzifələrin 
yerinə yetirilməsi  üçün.  Bu  ötürülmə  aşağıdakı  istiqamətlərdə  ola 
bilər:
a) yuxandan aşağıya:
•  Vəzifələrin müəyyən edilməsi  (nəyi, nə zaman etməli?);
•  Təlimatlandırma (necə, nə şəkildə, kim);
b) aşağıdan yuxanya:
•  Yerinə yetirilmə haqqında məlumat verilməsi;
79


•  Yoxlamalar haqqında məlumat verilməsi;
•  Əməkdaşın şəxsi rəyi haqqında məlumat;
c) üfüqi  istiqamətdə:
•  Fikir mübadiləsi;
•  Hərəkətlərin əlaqələndirilməsi;
•  Planlaşdırma;
•  Yerinə yetirilmə haqında məlumat.
Ünsiyyət  prosesinin  həyata  keçirilməsi  üçün  dörd  əsas  ünsü­
rün mövcud olması vacibdir:
1.  informasiyanı  göndərən;
2.  məlumat - informasiyanın özü;
3.  kanal - informasiyanın ötürülmə vasitəsi;
4.  informasiyanı qəbul edən.
Kommunikasiya (ünsiyyət) prosesi  şərti  olaraq beş m ərhələyə 
bölünür:
I  mərhələ -  informasiya mübadiləsinin başlanğıcı;
I I   m ərhələ  -  ideyaların  sözdə,  simvollarda,  məlumatlarda 
təcəssümü;
IIIm ərhələ - informasiyanın seçilmiş rabitə kanalları vasitəsilə 
ötürülməsi;
IV  m ərhələ- informasiyanı  qəbul  edənin verbal  (söz) və qeyri- 
verbal simvollan öz fikirlərinə köçürməsi- bu prosesi dekodlaşdır- 
ma adlandırırlar;
V   m ərhələ  -   əks-əlaqə  mərhələsi  olub,  informasiyanı  qəbul 
edənin  ona  cavabıdır.  Müəssisədə  çalışanların  idarə  edilməsinin 
səmərəliliyi  həmin  müəssisədəki  ünsiyyət  (kommunikasiya)  pro­
seslərinin səmərəliliyi ilə düz mütənasibdir.
B ir  qayda  olaraq,  ünsiyyətin  (kommunikasiyanın)  aşağıdakı 
növlərini qeyd edirlər:
•  formal (təşkilati struktur tərəfindən müəyyən edilir);
•  qeyri-formal (məsələn,  şayiələrin yayılması kanalı);
•  şaquli  (səviyyələrarası):  yuxandan  aşağıya və  aşağıdan yu­
xan;
•  üfiiqi  -   hərəkətləri  əlaqələndirməkdən  ötrü  həmsöhbətlər 
arasındakı məlumat mübadiləsi;
80


Yüklə

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə