Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə28/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   124

dirir;  bu onunla əlaqədardır ki,  beynin insanın emosional  həyatını 
nəzarətdə  saxlayan  sağ yarımkürəsi  üzün  sol  tərəfindəki  əzələləri 
idarə edir. M üsbət emosiyalar bu və ya digər dərəcədə üzün hər iki 
tərəfində əks olunur,  mənfi  emosiyalar isə üzün  sol tərəfində daha 
qabarıq əks olunur.
Müraciət  zamanı  jestlər  çox  məlumat  verə  bilər,  çünki  nitq 
dilində olduğu kimi, jestlərin dilində də sözlər və cümlələr vardır.
Jestlərin zəngin «əlifba»sını beş qrupa ayırmaq mümkündür:
1.  İllüstrasiyaedici jestlər-bunlar məlumat jestl əri dir: yolgös­
təricilər  («şəhadət  barmağı»),  piktoqraflar,  yəni  təsvirin  obrazlı 
şəkilləri («bu ölçü və quruluşda»); kinetoqraflar - bədən hərəkətləri; 
«toxmaq» jestlər («rədd» jestləri); ideoqraflar, yəni təsəvvür edilən 
əşyaları birləşdirən özünəməxsus əl hərəkətləri;
2.  Tənzimləyici jestlər -  bunlar danışanın hər hansı məsələyə 
münasibətini  ifadə  edir.  Bura  təbəssüm,  baş  hərəkəti,  baxışın 
istiqaməti, məqsədyönlü əl  hərəkətləri aiddir.
3.  Emblem  jestlər  -   ünsiyyətdə  istifadə  olunan  söz  yaxud 
ifadələrin  özünəməxsus  əvəzediciləridir.  Məsələn,  əllərin  əlsıxma 
hərəkəti  şəklində  birləşdirilməsi  çox  zaman  «salam»,  bu  şəkildə 
birləşdirilib baş üzərinə qaldırılması isə «görüşənə qədər» mənasını 
verir;
4.  Uyğunlaşdıncı jestlər -  insanın əl hərəkətləri ilə bağlı  olan 
spesifik vərdişləridir.
Bunlar aşağıdakı  şəkildə ola bilər:
a) bədənin ayn-ayn hissələrinin qaşınması və dartınması;
b) tərəfdaşa toxunma,  şapalaqla vurma;
c)  əl  altında  olan  ayn-ayn  əşyalann  (qələmlər,  düymə və  s.) 
sığallanması, yaxud onlara müntəzəm toxunma;
5)  affektor  jestlər  -   bədən  hərəkəti,  yaxud  üz  əzələlərinin 
köməyi ilə müəyyən emosiyalan ifadə edən jestlər.
M ikrojestlər də mövcuddur:  göz hərəkəti,  boyunun qızarması, 
gözqırpmalann sayının artması, dodaqlann səyriməsi və s.
Təcrübə göstərir ki,  insanlar  duyğulannın  ifadəsi  üçün tez-tez 
jestlərə müraciət edirlər. Bu səbəbdən, kamil (həssas) insamn yalan­
çı, saxta jestləri ayırd etmək bacanğına yiyələnməsi çox vacibdir.
87


Ünsiyyət  zamanı  tez-tez  aşağıdakı  jest  növlərindən  istifadə 
olunur:
•  Qiymətləndirmə  -  çənənin  qaşınması;  şəhadət  barmağının 
yanaq boyu uzadılması; ayağa qalxma, otaqda gəzişmə və s. (insan 
informasiyanı dəyərləndirir);
•  İnamlılıq  -  barmaqların  piramidanın  gümbəzi  şəklində 
birləşdirilməsi;  stulda yırğalanma;
•  Əsəbilik və inamsızlıq - əl barmaqlarının daraqlanması; ovu­
cun içinin çimdiklənməsi;  barmaqları  ilə masanı  döyəcləmə;  stula 
əyləşməmiş onun söykənəcəyini əllə yoxlamaq və s.
•  Gözləmə  -   ovucların  bir-birinə  sürtülməsi;  nəm  ovucların 
yavaş-yavaş silinməsi;
•  İnkar  -  əllərin  sinədə  çarpazlanması;  arxaya  meylli  bədən; 
çarpaz əllər; əlin burunun ucuna toxundurulması və b.
•  Rəğbət bəsləmə - əlin sinəyə qoyulması; həmsöhbətə ara-sı-
ra toxunmalar və b.;
•  Dominantlıq  -  baş  barmağın  nümayişkaranə  şəkildə  göstə­
rilməsi ilə bağlı jestlər, yuxandan aşağıya sərt əl yelləmələri və b.;
•  Qeyri-səmimilik  -  «ağzı  əlləri  ilə  örtmə» jesti,  «buruna to­
xunma» ağızı örtməyin daha zərif forması kimi - bu ya yalanı, ya da 
nəyə isə şübhə etməyi göstərir; bədənin həmsöhbətdən çevrilməsi, 
«bir yerdə qərar tutmayan» baxış və s.
Geniş yayılmış jestləri (mülkiyyətjestləri, qadına pərəstişkarlıq 
etmək,  siqaret çəkmək,  güzgü jestlər,  baş  əymə jestləri  və  s) başa 
düşmək  insanlan  daha  yaxşı  anlamaq  imkanı  verər.  Beləliklə, 
həmsöhbətin mənalı, təsirli davranışı etibarlı söhbət, yaxud ziddiy­
yətlər,  xarakterin  xüsusiyyətləri,  tərbiyə  haqqında  məlumat  verə 
bilər.  Jestlərin  dili,  sözlərin  dili  və  insanın  daxili  aləmi  qarşılıqlı 
surətdə əlaqədardır.  Bunu görməyi,  qiymətləndirməyi və ünsiyyət 
təcrübəsində  istifadə  etməyi  bacarmaq  ünsiyyətin  texnika və  me­
todikasının  mühüm  tərkib  hissəsidir.  Bundan  başqa,  «bədənin 
dili»  əsas  vəzifənin  həllinə  -  dinləyicilərə  ən  yaxşı  şəkildə  təsir 
göstərmək,  onlar  üçün  məlum  həqiqəti  bəlkə  də  daha  inandırı­
cı,  daha  asan  mənimsənilən,  daha  əyani  və  möhkəm  əks  olunan 
etməyə imkan yaradır.
88


3.3.  H əm söhbətlərin tipləri
Hər bir insan  özünəməxsus,  təkrarsız ünsiyyət tərzinə  malik­
dir.  İstənilən  həmsöhbət  təkrarsızdır.  Buna  baxmayaraq,  onları 
müəyyən ümumi xarakterik cəhətlərinə görə qruplaşdırmaq müm­
kündür.
İşgüzar həmsöhbətlərin təsnifatı üçün əsas meyarlar aşağıda­
kılardır:  öz işini yaxşı bilmək, açıqlıq və səmimilik; söhbətin digər 
iştirakçıları ilə ünsiyyət üsullarına bələd olmaq;  söhbətin sürəti və 
uğurlu alınmasında maraqlı olmaq.
Təsnifatda həmsöhbətlərin doqquz mücərrəd tipi təqdim edilir:
1.  Dalaşqan  insan,  «nihilist» 
Belə  insan  çox  zaman  işgü­
zar söhbətin mövzusundan kənara çıxır.  Söhbətin gedişi zamanı  o, 
hövsələsiz,  səbrsiz və  qızğın  olur.  Öz  mövqeyi  və yanaşma  tərzi 
ilə  o,  həmsöhbətlərini  pərt  edir,  düşünmədən  onları  öz  sübut  və 
dəlilləri ilə razılaşmamağa təhrik edir.
Belə insanlarla münasibətdə özünüzü aşağıda göstərildiyi kimi 
aparmalısınız:
•  Onunla  mümkün  mübahisəli  məsələləri  qrup  halında  söh­
bətdən əvvəl müzakirə etməyə çalışmaq;
•  Soyuqqanlılıq və öz işini bilməsinə inamı  itirməmək;
•  İmkan varsa,  qərarın formalaşdınlmasına onun  sözlərini  da­
xil  etmək;
•  Onun qərannı rədd etməzdən əvvəl, başqalarına onun dedik­
lərini təkzib  etmək imkanı vermək;
•  Onunla  ünsiyyətə  girməyə,  onu  öz  tərəfinə  çəkməyə  çalış­
maq;
•  Göz-gözə söhbət edərkən, onun neqativ mövqeyinin səbəbini 
başa düşmək üçün qeyri-refleksiv dinləmədən istifadə e tm ə k ;
•  Gərgin  anda  qrup  halında  söhbəti  dayandıraraq,  həmin  ada­
ma sakitləşmək imkanı vermək lazımdır.
2. Pozitiv  insan  Əlbəttə,  bu,  işgüzar  tərəfdaşın  ən  xoşagələn 
tipidir.  Xeyirxah və əməksevər olan bu adam diskussiya keçirilər­
kən əməkdaşlığa can atır.
89


Yüklə

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə