Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə36/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   124

IV  FƏSİL
NİTQİN  FORMA VƏ JANRLARI
4.1.  Dialoq ünsiyyət form ası kimi
Şəxsiyyətlərarası ünsiyyət müxtəlif formalarda həyata keçirilə 
bilər ki, onlardan ən əsası dialoq və monoloqdur.  Canlı nitq prakti­
kasında onları təmiz şəkildə ayırmaq mümkün deyil.
Bu formalar bizi tərəfdaşların müxtəlif kommunikativ vəzifələri 
ilə və  onların  həyata  keçirilməsi  şəraiti  ilə  şərtlənən  fərdi  səylərin 
birləşdirilməsinin müxtəlif üsulları baxımından maraqlandırır.
Buna  görə  K.Menqin  ardınca  biz  də  dialoq  anlayışı  dedikdə 
«elə  bir  kommunikativ  fəaliyyət  növü  başa  düşəcəyik  ki,  onun 
gedişində tərəfdaşların birgə məqsədi bir tərəfdaşın bu və ya digər 
mülahizəsi  və  digər  tərəfdaşın  həmin  mülahizəni  dərk  etməsi 
nəzərdə tutulur.  Dialoq  üçün həmsöhbətlərin  danışan və  dinləyən 
rollarını dəyişməsi xarakterikdir».
Ünsiyyətin  məhsuldarlığı  baxımından  «dialoq»  və  «poliloq» 
terminlərindən  istifadədə  prinsipial  fərq  yoxdur,  həmçinin  «di­
aloq-  monoloq»  müxalifətinin  yaradılması  da  aktual  deyil,  çün­
ki  dinləyən  və  danışanın  mövcudluğu  monoloqdan  daha  mühüm 
göstəricidir.
«Linqvistik  terminlərin  lüğət-  məlumat  kitabı»nda  poliloqun 
belə bir tərifi ilə rastlaşırıq:
Poliloq  (yunan  sözü  polys  -   «çoxsaylı»  və  loqos  -   bura­
da  söhbət»)  -   bir  neçə  şəxs  arasında  söhbət.  Məzmunu  etibarilə 
qismən  «dialoq»  termini  ilə uyğundur.  Vəziyyətlə  əlaqəlilik,  özü- 
özünə meydana çıxmış olmaq, xətti  olmamaq poliloqun məzmun- 
məna quruluşunda maksimum dərəcədə əks olunur.
111


Poliloqun replikalarının məna və forma əlaqəsi dar mənada di­
aloqa nisbətən daha çox dəyişmə amplituduna malikdir.
Dialoqun  ünsiyyət  forması  kimi  əsas  inkişaf  mərhələləri
Müstəqil  ədəbi-fəlsəfi jan r kimi  dialoq  antik Yunanıstanda,  İdeo­
loji mübarizənin kəskinləşdiyi  dövrdə,  antik demokratiyanın inki­
şaf etməsi  ilə meydana gəldi;  çünki  ictimai  həyat hər bir yunamn 
həyatının  əhəmiyyətli  komponenti  idi  və  onlar  camaat  qarşısın­
da  çıxış  və  mübahisə  etmək  bacarığına  yiyələndiyi  halda  uğurlu 
şəxsiyyət hesab  edilirdi.
M üxtəlif  mədəniyyət  növləri  özləri  üçün  xarakterik  olan 
m üxtəlif fikir mübadiləsi növləri yaradırdılar. Dinlərin öz araların­
da mübarizəsinin açıq mübahisələrdə əks olunduğu hind ənənəsində 
xalq qarşısında diskussiyalara üstünlük verilirdi; həm də bu diskus­
siyalar son dərəcə dəbdəbəli,  bəzən hətta teatrlaşdınlm ış formada 
keçirilirdi; bu  söz döyüşündə məğlubiyyətə uğrayan qalib  gələnin 
qulu  olar,  öz  mülkiyyətini  qalibə verməli,  məhkəmənin  qərarı  ilə 
özünü öldürməli  ola bilərdi,  çünki bundan sonrakı fiziki  mövcud­
luğunu mümkün hesab etməzdi.
Nəticədə məşhur «mübahisənin hind qaydası» meydana gəldi: 
fikrini  formalaşdırmazdan  əvvəl  opponentinin  nəzər-nöqtəsini 
müəyyənləşdirmək,  onu  təkzib  etmək və  yalnız  bundan  sonra  öz 
mülahizələrini  izah  etmək,  onları  tərəfdaşının  mövqeyi  baxımın­
dan əsaslandırmaq lazımdır.
Çin filosofları və məntiqçilərinin diqqətini  sofıstlərin m üxtəlif 
əsaslandırmaları,  mübahisənin  psixoloji  istiqaməti  (mübahisə 
edənlərin  motivasiyası),  anlayışların  mənasının  dəqiqləşdirilməsi 
problemi və bir çox başqa məsələlər cəlb edirdi.
Məsələn, moizm cərəyanının banisi filosof Mo Dinin ardıcılla­
rı  mübahisənin aşağıdakı  şərtlərini nəzərdən keçirirdilər:
A) əgər mülahizələr eynidirsə,  deməli  mübahisə ola bilməz;
B) eyni bir məsələ haqqında m üxtəlif mülahizələr mövcuddur­
sa, mübahisə yaranır;
C) mübahisədə fikri həqiqətə uyğun olan şəxs qalib gəlir və s.
Yunanıstanda isə dialoq cəmiyyətin intellektual səviyyəsinin və
onun potensial imkanlarının özünəməxsus meyarı  idi. Antik dialo­
112


qun inkişafı daha çox yunanların əfsanə yaratmaq, mübahisə etmək, 
sual  qoymaq və onun cavablarını axtarmaq, təfəkkürün əks və zidd 
formalarının vəhdətinin qəbul edilməsi meylləri ilə stimullaşırdı.
Antik  dialoq  qədim  yunan  mədəniyyətinin  mühüm  hissəsinə 
çevrildi,  klassik  idealın  həqiqi  obrazı  oldu;  bunların  əsasında  isə 
fikir plüralizminin, fərdi mövqelərin və nəzər nöqtələrinin bərabər 
hüquqlu  olmasının,  ümumbəşəri  azadlıq  prinsiplərinin,  həmçinin 
şəxsiyyətin mütləq azadlıq və dəyərlərinin, o cümlədən bütünlükdə 
cəmiyyət azadlığının prinsipial  şəkildə qəbul edilməsi  dururdu.
Yalnız  sofıstlər mübahisəni  xüsusi  tədqiqat predmetinə  çevir­
dilər. Dialoq aparmağı bir sənət kimi qəbul edən sofıstlər mübahisə 
edənə müəllim kimi  öz xidmətlərini təklif edir və bundan ötrü pul 
alırdılar.
Onlar  dialoqu  inandırma  və  m üxtəlif nəzər-nöqtələrinin  toq­
quşması zamanı  çətin vəziyyətdən çıxma üsulu hesab  edir,  obyek­
tiv həqiqəti  axtarmağın  qayğısına  qalmadan,  hər hansı  qərara  aid 
əks fikri  daha tez tapmağın yollarını  axtarırdılar.
Onlar anlayış - kateqoriyalı təfəkkürün universal çevikliyindən 
və zəngin linqvistik imkanlarından (yayğın,  qeyri-konkret,  ikimə­
nalı mülahizələrdən nəinki çəkinmir, hətta qəsdən diskussiyada belə 
halların yaranmasına süni surətdə təhrik edirdilər) ustalıqla istifadə 
edirdilər  və  nəticədə  xüsusi  dialoq  nəzəriyyəsini  -   məzmunsuz, 
boş sözlərdən ibarət olan «heç nə haqqında mübahisə» yaratdılar.
Bu  dövrdə  «elmdənkənar»  mübahisə  üsullarının  geniş  yayıl­
ması  təkcə  Sokrat  tərəfindən  pislənməklə,  Aristofan  tərəfindən 
təbii-elmi  məşğələlərin  məsxərəyə  qoyulması  ilə  qalmır,  həm  də 
digər faktlarla əyani  surətdə sübut olunur.
Sokrat  sofıst  fəlsəfənin  və  eristikanın  qüsurlarını  aradan  qal­
dırmağa çalışaraq,  kütlə qarşısındakı  mübahisələri  həqiqət axtaran 
iki  bərabərhüquqlu  tərəfdaşın  təkbətək  söhbətinə  (evristik  dialoq) 
çevirir. Bu, yüksək bədii tərzdə tərtib edilmiş fəlsəfi söhbət janrıdır.
Belə  söhbətin  əsas  məqsədi  həmsöhbətinin  gözü  qarşısında 
həqiqətin yaranmasıdır; tərəf-müqabili kifayət qədər güclü dəlillər 
gətirdiyi halda Sokratın öz nəzər-nöqtəsindən imtina etməyə hazır 
olmasını göstərir.
113


Yüklə

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə