Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə39/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   124

Xeyirxah  ol.  Dinləyicinin  rəğbətini  ona  səmimi  münasibətini 
nümayiş etdirməklə daha tez əldə etmək mümkündür.
R.Lakoffun  qaydaları  nitq  mərifətinin  linqvistik  əsaslarını 
müəyyən edir.
İnandırmanın  psixotexnikası  məsələləri  üzrə  mütəxəssis 
A.Y.Panasyuk  məntiq  və  psixoloji  tövsiyələrin  tələblərini  vahid 
sistemlə birləşdirməyə təşəbbüs göstərmişdir. Hələ Siseron «rasio- 
emosio» uzlaşmasını qorumağın zəruriliyini  qeyd etmişdi:
Natiq  iki  əsas xüsusiyyətə  malik  olmalıdır:  birincisi,  dəqiq 
faktlarla inandırmaq, ikincisi isə dinləyicilərin qəlbini təlqinedici 
və təsirli nitqlə həyəcanlandırmaq bacarığıdır.
Dəlillərin formalaşdırılması qaydaları
Məntiqi baxımdan:
1.  resipientin  (inandınlanın)  mövqeyi  baxımından  dəlilin 
məzmunu həqiqətə uyğun olmalıdır;
2.  tezis məntiqi  şəkildə dəlildən çıxmalıdır;
Psixologiya baxımından:
1.  resipientin bu tezisi  qəbul  etməsində  şəxsi  marağını  axtar­
maq və göstərmək arzuediləndir (qüvvətli dəlillər);
2.  resipientin  dəyərlər  sisteminin  fərdi  xüsusiyyətləri  dəlildə 
nəzərə alınmalıdır.
İnandırıcı təsir prosesində dəlillərin keyfiyyəti ilə yanaşı, həm 
də onların bir çox amillərdən asılı olan təqdim edilmə qaydası çox 
mühüm əhəmiyyətə malikdir;  onlardan ən mühüm olanları -  inan- 
dınlanın qavramasına yönəldilən başlanğıc mövqe və qavramanın 
«kənar  amili»  adı  alan,  çoxdan  məlum  olsa  da,  alman  psixoloqu 
Q.Ebbinhauzun yalnız XIX əsrin sonunda əsaslandırdığı psixoloji 
qavrama qanunudur.
Rus  alimi  M.V.Lomonosov  özünün  «Bəlağətli  danışığa  qısa 
rəhbərlik» əsərində yazırdı:
Dəlillərdən  qüvvətli və  mühüm olanlarını  irəliyə çəkmək,  o 
birilərdən zə if olanlarını ortaya, ən qüvvətli olanlarını müddəanın 
sonuna qoymaq lazımdır, çünki dinləyicilər və oxucular daha çox 
əvvələ və sona diqqət yetirir və onları daha çox yadda saxlayırlar.
120


Dəlillərin  yerləşdirilm əsi  Resipientin  başlanğıc  istiqaməti 
neqativdir  (mənfidir).  Dəlillərin yerləşdirilməsi:  induktor (inandı­
ran) güclü (bu resipient üçün)  dəlillərdən başlayır və çox qüvvətli 
olmayanlarla tamamlayır.
Resipientin  başlanğıc  istiqaməti  pozitivdir  (müsbətdir). 
Dəlillərin  yerləşdirilməsi:  induktor  (inandıran)  nisbətən  zəif  (bu 
resipient  üçün)  dəlillərlə  başlayıb,  qüvvətlilərlə  başa  çatdırır, 
beləliklə, «kənar effekti»ni  nəzərə almış olur.
A.Y.Panasyuk dəlillərlə əsaslandırılmış təsirin əks-göstəriş ol­
duğu,  apelyasiyanın  (müraciətin)  isə  sadəcə  perspektivsiz  olduğu 
hallan müəyyənləşdirmişdir.
Bunlar  «səmərəli  şəkildə  həll  ediləməsi  mümkün  ol­
mayan  əksliklər»  vəziyyətidir  ki,  bu  zaman  «ehtimallıq»  və 
«əhəmiyyətlilik»  psixoloji  maneələri  işə  düşür  (həmsöhbət başqa 
təsəvvürlərə malikdir),  yaxud «mən  onsuz  da razılaşmayacağam» 
kimi şüurlu təcridolunmalar vəziyyətində attraksiya (həmsöhbətini 
özünə tərəf çəkmək) formalaşdırmaq lazımdır.
Attraksiya  formalaşdınlması  üsullan  verbal  və  qeyri-verbal 
(kinetik) növlərə bölünür.
Verbal üsullara aiddir:
•  «şəxsi  ad»  (insan  üçün  şəxsi  adı  çox  əhəmiyyətlidir,  la­
kin  resipient  öz  adını  eşidərkən  bütün  diqqətini  onda  cəmləş­
dirməməlidir);
•  «qızıl  sözlər»  (mətnə  daxil  edilmiş  və  sanki  təsadüfən 
söylənilmiş və resipientin sanki hiss etmədiyi kompliment-sözlər);
•  «sevimli  mövzu»  (sevdikləri  barədə  söhbət  nəinki  həmsöh­
bətinə yaxşı münasibət yaradır, həm də şəxsiyyətdə işlə heysiyyətin 
nə dərəcədə uzlaşdığını  göstərən xüsusi  testdir;  bu üsulda «mən»i 
çox həssas olan insanlarla işləmək mümkün deyildir).
Attraksiyanın  formalaşmasına açıqlıq/qapalılıq  duruşları  (po­
zaları), gövdənin, başın, əllərin vəziyyəti təsir göstərir.
İnsan şüurunda iki istiqamət (emosiyalar və intellekt) inandırıcı 
təsir zamanı  eyni dərəcədə mühümdür və onların ahəngdar şəkildə 
uzlaşması da kifayət qədər mühümdür, çünki yalnız nəzarətdə olan 
emosiyalar işə fayda verir.
121


Əməli  ünsiyyətə  nail  olmaq  üçün  ünsiyyətin  «korporativlik 
prinsipi», yaxud «əməkdaşlıq prinsipi» adı almış ümumiləşdirilmiş 
prinsiplə  diqtə  edilən  qayda  və  strategiyalarına  əməl  etmək 
zəruridir.
4.2.  M onoloq və monoloji nitqin əsas növləri
Akademik lüğətlərdə monoloqu  «öz-özü  ilə təklikdə nitq,  ya­
xud  bir  şəxsin  dinləyicilərə  ünvanlanmış  sürəkli  nitqi»  şəklində 
izah  edirlər.  Şifahi  monoloji  nitq  nitq  ünsiyyətinin  mürəkkəb  for­
masıdır.
Şifahi  monoloji  nitq  qədim  elm  olan  ritorikanın  əsasında  du­
rur.  Bu elm bəşəriyyətin inkişafında çox böyük rol  oynamışdır.
Monoloji nitq məqsədyönlü məlumatvermə, insanlara dil vasi­
təsilə şüurlu təsir göstərmə prosesidir. Natiq dinləyicilərə müəyyən 
mövzu üzrə müvafiq dil formalarına salınmış və müəyyən məqsəd 
daşıyan  düşündükləri  ilə  müraciət  edir ki,  bu  da ya dinləyicilərdə 
müəyyən hiss və duyğular oyatmağa, yaxud onları  müəyyən hərə­
kətlərə təşviq  etməyə yönəldir.  Buna müvafiq olaraq,  informasiya 
(məlumat) verən, inandıran və təhrik edən nitq növlərini müəyyən­
ləşdirirlər.
İnform asiya  (m əlum at)  verən  nitq  M əlumatlandıncı  nitqin 
məqsədi - yenini dərk etmək və mənimsəməkdə kömək göstərmək, 
fənn  (yaxud  obyekt)  haqqında  anlayış  verməkdir.  Bu  isə  yalnız 
nitq  aydın  və  maraqlı  olduqda  mümkündür.  Nitqdə  nəqletmə, 
təsvir,  mühakimə yürütmək,  xüsusilə  onun  şərh  kimi  növlərindən 
biri üstünlük təşkil edə bilər.
N əqletm ə  -   hərəkətdir;  təsvir  əşyanı  hissələrə  ayırır,  xüsu­
si  hallar  haqqında  danışır və  onlara  şəkildəki  kimi  əyani  görkəm 
verir;  izah  -   hansı  əşyanın  hərəkətdə  olduğunu,  yaxud  onun  qu­
ruluşunun necə olduğunu göstərir.  Nəqletmə ilə yaradılan hərəkət 
hissi,  konkretlik təsvir üçün xarakterikdir və izaha xas olan qanu­
ni  arlıcıllıq  nitqin  öyrədici  əhəmiyyətə  malik  olan  daha  mühüm 
xüsusiyyətləridir.
122


Yüklə

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə