Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə47/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   124

A yırıcı bilvasitə sübut o hallarda tətbiq edilir ki, İsbatı tələb olu­
nan  tezis  bu  sahədəki  mümkün  alternativlərin  hamısını  tamamilə 
istisna edir.
İsbat  aşağıdakı  şəkildə  aparılır:  ayırıcı  mülahizənin  bütün 
üzvləri  ardıcıl  surətdə istisna edilir,  yalnız  isbat edilməli  olan biri 
saxlanılır.  Belə ki,  əgər müəyyən  hərəkətin  dörd  səbəbdən- A,  B, 
C,  Ç-dən  yalnız  biri  nəticəsində  yarandığı  aşkarlanırsa,  həm  də 
müəyyən edilmişsə ki, nə A, nə B, nə də C  səbəb ola biməz,  o hal­
da baş vermiş hadisənin səbəbi Ç -dir.
Bilvasitə  isbat fərziyyəyə  əsaslanan isbatın xüsusi  halıdır.  Bu 
növ  hələ Aristotelə məlum  idi  və  ondan  ibarət idi  ki,  isbat  edilən 
mülahizə hansısa fərziyyənin mümkünlüyünün qəbul edilməsi yolu 
ilə çıxarılır. Bilvasitə isbatın tətbiqi müəyyən çətinliklərlə bağlıdır.
Bu isbat prosesində müvəqqəti olaraq müzakirə edilən tezisdən 
uzaqlaşmaq,  prosesə  əlavə material  cəlb  etmək lazım  gəlir,  bu  da 
əlbəttə,  bütün  mülahizə  prosesini  mürəkkəbləşdirir.  «Bilavasitə 
isbat»  termininə  məhkəmə  kargüzarlığında  da  rast  gəlinir,  lakin 
həmin termin orada bir qədər başqa mənada işlədilir.
Hüquqşünaslar araşdırılan faktın digər faktlar vasitəsilə təsdiq- 
lənməsini bilvasitə isbat adlandırırlar. Həmin faktlar müttəhimin «le­
hinə»,  yaxud  «əleyhinə»  şəhadət etmir,  lakin  işin  məhkəməyə  mə­
lum  olan hallan  ilə birlikdə götürüldükdə,  bu və ya digər cinayətin 
kim tərəfindən törədildiyini müəyyən etməyə imkan verir.
2. 
İnandıncı nitqin qurulması zamanı dəlillərin kəmiyyətindən 
çox, keyfiyyətli seçilməsi prinsipinə üstünlük verilməlidir (klassik 
yanaşmada «dəlilləri  saymır,  çəkirlər»).  Dəlil -  məntiqi  sübutdur, 
onun həqiqiliyi təcrübədə yoxlanıb və isbat edilib.
H ər hansı isbatın zəruri hissəsi olmaqla dəlillər əsaslandırmada 
təməl  rolunu  oynayır.  Təcrübəli  tənqidçi  dəlillərdən birini  şübhəli 
hesab  edərsə, bütün sübutlar dağılır.  «Dəlillər nə qədər çox olsa,  o 
qədər yaxşıdın) prinsipi  səhvdir. İşin nəticəsinə dəlillərin sayı yox, 
etibarlılığı və möhkəmliyi təsir edir.
İsbat  prosesində  daha  güclü  dəlil  həqiqiliyi  şübhə  doğurma­
yan faktlar olur. Z əif dəlillər nitqdən tamamilə çıxarılmalıdır.  Qeyd 
etmək  lazımdır  ki,  eyni  dəlil  müxtəlif  insanlar  üçün  həm  zəif,
144


həm  də  qüvvətli  ola bilər.  Bu  səbəbdən  də,  dəlillərin  təsir  gücünü 
müəyyənləşdirərkən auditoriyanın xüsusiyyətləri nəzərə alınmalıdır.
3.  K om pozisiyalı  təqdim atda  dəlillərin  zəiflədilm əm əsi p rin ­
sipi  (zirvə  və  anti- piram ida  (homer)  nizam ı)  onunla  bağlıdır  ki, 
gətirilən  dəlillərin  sırası  onların  inandıncılığına təsir  edir.  Birinci 
halda orta qüvvətli dəlillər əsaslandırmanın əvvəlinə, güclülər - so­
nuna yerləşdirilir, ikinci halda isə əksinə.
Psixoloqların qeyd etdiyi  kimi, mühüm fikir şərhin əvvəlində, 
yaxud  sonunda  formalaşdırıldığı  halda  daha  yaxşı  və  bütünlüklə 
dərk edilir;  bu,  yaddaşın işinin psixoloji  qanunu ilə  -  «kənar ami­
li»,  yaxud  Q.  Ebinhauz  tərəfindən  formalaşdırılmış  birinci  və  so­
nuncu  yer  qanunu  ilə  bağlıdır.  Dəlillərin  aşağıdakı  nizamı  daha 
inandırıcıdır:  qüvvətlilər- ortalar- ən qüvvətlilər (Homer nizamı).
4. D əlillərin ayrılm ası və birləşdirilm əsi prinsipi.  Əgər dəlillər 
qüw ətlidirsə,  onları  ayrı-ayrılıqda,  hər birini tək-tək inkişaf etdir­
məklə  göstərmək  yaxşı  olar;  əgər  yalnız  güclü  olmayan  dəlillər 
mövcuddursa,  onları  birləşdirmək  lazımdır.  Kvintilian  deyirdi: 
«...zəiflər  qarşılıqlı  surətdə  bir-birini  möhkəmləndirir.  Keyfiyyət 
baxımından  əhəmiyyətə  malik  olmayan  dəlillər kəmiyyətinə görə 
inandırıcıdır - onlar hamısı  eyni bir halı təsdiq edir...»
Əgər  dəlili  dilemma  şəklində  təqdim  etmək  mümkündürsə 
o,  qüvvətlidir,  çünki  dinləyicilər tərəfindən  çıxarılan  nəticə  onlar 
üçün  eşitdiklərindən  daha  təsirlidir.  Məsələn,  qarşı  tərəfin  aşkar 
yalan  danışması  halında  söyləmək  mümkündür  ki,  ola  bilər  o, 
səmimi  olaraq yanılır, yaxud o,  şüurlu surətdə yalan damşır.
Fəaliyyətə  səsləyən  nitq 
Fəaliyyətə  səsləyən  nitqlər  də  bü­
tün  digərləri  kimi  faktik məlumata malik olur,  psixoloji  həssaslıq 
oyadır,  razılığa  gətirir,  bundan  başqa,  özünəməxsus  xüsusiyyətə 
malik olur,  dinləyiciləri  natiqin  səslədiyi hərəkəti yerinə yetirmək 
tələbatını  duymağa məcbur edirlər.
Dinləyiciləri  fəaliyyətə -  yeni,  yaxud  əvvəlkinin  davam  etdiril­
məsinə, yaxud dayandırılmasına səsləyirlər - deməli onları inandırıb­
lar.  Fəaliyyətə  çağınş  birbaşa və ya dolayısı  ilə  olur;  hərəkət nə za­
mansa, yaxud həmin anda başlaya bilər. Lakin bu zaman auditoriyada 
olmayanların yox, yalnız dinləyicilərin hərəkəti nəzərdə tutulur.
145


Fəaliyyətə çağırış xarakterli nitqə hazırlaşarkən natiq aşağıda­
kı  şərtlərə əməl etməlidir:
1.  Mövzunun  dinləyicilər üçün  aktual  olmasını  nəzərə  alma­
lıdır;
2.  Dinləyicilərə təklif edilən fəaliyyət növünü,  yaxud çağırışı 
onların yerinə yetirmək imkanlarını  dəyərləndirməlidir;
3.  M üxalifətin  nə  qədər  qüvvətli  olduğunu  müəyyənləşdir­
məlidir;  dinləyiciləri  fəal  hərəkətə  səsləmək  mümkündür,  yoxsa 
yalnız onları  inandırmaqla kifayətlənməlidir;
4.  Dinləyicilərə  təklif  edilən  fəaliyyət  proqramını  onların 
tələbatlarının ödənilməsi ilə əlaqələndirməlidir.
Oyandıncı  nitqin vəzifəsi -  insanların öz davranışına baxışla­
rını  müəyyən edən motivləri  hərəkətə gətirməkdir.  Necə? H ər şey 
natiqin təşəbbüsü ilə müəyyən olunur.
Lakin aşağıdakı qaydaların nəzərə alınması  faydalı olardı:
1.  Motivləşdirməni  nitqin  digər  elementləri  ilə  (psixoloji  və 
məntiqi təsir vasitələrinin sintezi) uyğunlaşdırın;
2.  Motivləşdirmə  auditoriyaya  və  şəraitə  (dinləyicilərin  ma­
raqlarının,  həmçinin  auditoriya  ilə  natiqi  birləşdirən  və  ayıran 
əlamətlərin nəzərə alınması) uyğun olmalıdır;
3.  Motivləşdirməni  konkret  üsullarla  inkişaf etdirin  (oyadıcı 
nitq yalnız  şüarlardan  - ümumi  müddəalardan  ibarət olmamalıdır; 
öz-özlüyündə fəaliyyət üçün motiv hələ oyadıcı qüvvəyə malik de­
yil,  onu möhkəmləndirən məlumatlar olmalıdır).
4.  Adi  (borc  hissinin  qüvvətli  çağırışına  cavab  verək...  və­
təndaşa  layiq  olmayan  davranış...  və  s.,  ),  yaxud  yalnız  insanın 
duyğularına toxunan(biz ömürlərini azadlıq uğrunda fəda etmiş in­
sanların arzularına layiq olm alıyıq...  və  s . ) çağırışlardan çəkinin; 
hansısa  duyğuları  oyatmaq  məqsədilə  çox  dərinə  getmək  olmaz, 
yaxşı olar ki, emosiyaların özlərinə yox,  onları oyada biləcək fakt­
lara müraciət edilsin.
Fəaliyyətə səsləyən nitqin növlərindən biri də siyasi çıxışlardır 
(məsələn, mitinqdə nitq, çağınş və şüar).
Mitinq nitqi kəskin siyasi xarakter daşıyır və həmişə günün ən 
mühüm və ictimai  baxımdan əhəmiyyətli  probleminə həsr olunur,
146


Yüklə

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə