Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə46/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   124

qədər inandırmaya və fəaliyyətə yönəldən ağıllı dəlillərə inanacaq­
lar;  məntiqi  sübutlar  nə  qədər  yaxşıdırsa,  psixoloji  təsir  o  qədər 
sabit olacaqdır.
Məntiqi  dəlillər -  mülahizələrin,  nümunələrin,  statistik məlu­
matların  mütəxəssis  fikirlərinin  tətbiqidir  ki,  bunun  da  məqsədi 
inandırma və müvafiq fəaliyyətə cəlb etmədir. Bütün məntiqi üsul­
ları  induktiv  və  deduktiv  kimi  təsnif  edirlər.  İnduktiv-  fərdidən 
ümumiyə, deduktiv isə ümumidən xüsusiyə yönəlmiş əqli nəticədir.
Xeyli  xüsusi  hallan  müşahidə  etdikdən  sonra bütün belə hal- 
lann  birliyi  haqqında  ümumiləşdirici  nəticə  çıxardığımız  zaman 
induksiyanı tətbiq edirik.
Ümumi  inamın,  yaxud  prinsipin  düzgünlüyü  haqqında müla­
hizədən  onlann tətbiq  edildiyi  ayn-ayn  hallann  da düzgün  olma­
sı  haqqında nəticə  çıxararkən  deduksiyadan  istifadə  edirik.  Əsas 
götürülən  bu  prinsip  sözün  ən  geniş  mənasında  ümumi  olmama­
lıdır;  o,  ondan  çıxarılan  nəticələrə  nisbətən  yalnız  çox  ümumilik 
xüsusiyyətinə malikdir.
Psixoloji  nəticələr  -  natiqin  auditoriyanın  hislərinə  təsiridir. 
Dinləyicilərin məqsədlərini nəzərə almaq və nitqi elə qurub inkişaf 
etdirmək  lazımdır  ki,  o,  ünsiyyətin  müvafiq  məqsədlərinə  uyğun 
olan maraqlar oyada bilsin.
Natiq,  həmçinin  dinləyicinin  inamlarının  formalaşmasına, 
yaxud  fəaliyyətinə  mane  olan  arzularını  dəf etməli,  yaxud  onları 
oyatmamalıdır.  İnsanların gündəlik həyatda istifadə etdiyi  bir,  ya­
xud bir neçə tələbat inam və fəaliyyət üçün təkan ola bilər.
İnandırıcı  nitqin  məqsədinə  aid  tələblər  bilavasitə  özünüqo- 
ruma  instinktləri,  fiziki  salamatlığa  can  atmaq  kimi  məsələlərlə 
bağlı  ola bilər ki,  onlar təkcə təhlükəsizlik yox,  həm də azadlıq və 
fəaliyyəti  əhatə edir.
Onlar həm də fiziki -  rahatlığa, komforta və vərdişlərinə uyğun 
olan hər şeyə can  atmaq kimi  motivlərlə bağlıdır.  Təcrübəli  natiq 
auditoriyanın iqtisadi və peşəkarlıq meyllərini;  öz ailəsinin rifahı­
nı  düşünməsini, yaxşı  ad-san qazanmaq,  nüfuz, yaxud hakimiyyət 
əldə etmək istəyini və s.  nəzərə almalıdır.
Digər  zidd  maraqlar  olmadığı  zaman  dinləyicilər  onlara  hə­
qiqət və  ədalət kimi  təklif edilən  hər  şeyi  böyük həvəslə  müdafiə
141


edərlər.  Ədalətlilik,  mərhəmətlilik  hissini  həqiqətən  oyatmaq 
mümkün olursa, dinləyicilər şərin basılmasına yönəlmiş fəaliyyətə 
başlamaq üçün təkid edəcəklər.
İnsamn şüuruna sistemli təsir göstərilməsinin klassik sxeminə 
aşağıdakı  ünsürlər  daxildir:  diqqət  -   maraq  -   arzu  -   fəaliyyət. 
Diqqəti  qeyri-adi  nəql,  vizual  vasitələrlə  cəlb  etmək  olar,  tərəf- 
müqabil özünün hansısa tələbatım ödəyə biləcəyini başa düşdükdə, 
maraqlanmağa  başlayır;  məqsədin  əlçatan  oduğunu  gördükdə 
arzu yaranır;  hərəkət arzu və nə etmək lazım  olduğunu xatırlatma 
nəticəsində meydana çıxır.
Gördüyümüz  kimi,  məntiqi  və  psixoloji  dəlillər  sübutlara  qı­
rılmaz  surətdə  bağlanır  və  vahid  inandırma  prosesinin  iki  tərəfi 
kimi  çıxış  edir.  Məsələn,  natiq  öz  nitqində  dinləyicilərin  borc 
hissinə,  edilən  təklifin  həyata  keçirilməsinin  mümkünlüyünə  və 
dinləyicilərin  anlama  qabiliyyətinə  müraciət  edir;  sonra  təklif 
edilən məsələni xırdalıqları ilə ətraflı izah edir, söylədiklərini fakt­
larla təsdiq edir, eyni zamanda, auditoriyanın vicdanına və şüuruna 
etdiyi  çağırışları  da qüvvətləndirir.
Dilin bədii  ifadə vasitələri  də böyük təsir qüvvəsinə malikdir. 
Hər bir dil -  obrazların dilidir.  Obraz müqayisənin xüsusi forması­
dır. Məlum olmayan məlum olanla birləşir, bu gün, məsələn, idman 
aləmindən olan obrazlardan çox istiıfadə edilir:  «nazir öz qapısına 
qol vurub» deyimi onun öz ideyasına çox qüvvə sərf etdiyini, lakin 
alınan nəticənin arzuolunanın əksi  olduğunu bildirir.
Natiq  söylənilənin  mahiyyətini  aşkara  çıxara  biləcək  parlaq 
ifadələr  axtanşındadır.  Mən  söyləmək  istədiyimi  nə  ilə  müqayisə 
edə bilərəm? Hansı bədii təsvir vasitələrindən istifadə etmək müm­
kündür?  Obrazlar  süni  surətdə  yaradılmır,  onlar  həyatı  diqqətlə 
müşahidə  etdiyimiz  zaman  meydana  çıxır.  Parlaq  ifadələr  insan- 
lann yaddaşında qalır, mücərrəd mülahizələr isə, bir qayda olaraq, 
unudulur.
Məsələn, bir neçə nümunə göstərək:  «Dövlət büdcəsinin təmi­
natı haqqında qanun yalnız bir ilin çətinliklərini dəf etməyə kömək 
göstərən qoltuq ağacı idi», «Biz çox uzun bir tunellə gedirik, orada 
işığı  çox  gec  görəcəyik»  və  s.  Ancaq  yaddan  çıxarmaq  olmaz  ki,
142


obrazların  köməyi  ilə  bir  çox  şeyləri  əyani  şəkildə təqdim  etmək 
mümkündür, lakin heç nəyi  sübut etmək mümkün deyil.
Əgər natiq dəlillərlə  şərhin  məntiqi üsulunu  seçmişsə,  burada 
sübutun  aşağıdakı vasitələrindən  istifadə  edilə bilər:  bilavasitə və 
bilvasitə  /apaqogik və ayırıcı/.
Bilavasitə  sübut  hər  hansı  şübhə  doğurmayan  müddəaya 
əsaslamr ki, ondan bilavasitə tezisin həqiqiliyi çıxarılır.  «Bilavasitə 
sübut»  termini  məhkəmə kargüzarlığında bir qədər fərqli  mənaya 
malikdir.  Hüquqşünaslar  şahidlərin-  hansısa  cinayəti  gözləri  ilə 
görənlərin ifadələrini  birbaşa sübut adlandırırlar.  Bu,  bilvasitə  sü­
butdan  -  yəni  baş  vermiş  cinayət  haqqında  kimdənsə  eşitmiş  in­
sanların söylədiklərindən fərqlənir.
Bilvasitə  sübutda tezisin  həqiqiliyi  ona  zidd  olan  müddəanın 
həqiqiliyinin  inkar  edilməsi  yolu  ilə  əsaslandırılır;  başqa  sözlə 
deyilsə,  bilvasitə  sübut zamanı  müdafiəçi  təklif edilən tezisin ya­
lan  olmasını  sübut  edir  və  bundan  çıxış  edərək,  verilmiş  tezisin 
həqiqiliyini isbat edir.
Bilvasitə sübutların iki növü vardır:  apaqogik və ayırıcı.
A paqogik  sübut  (yunan  dilindəki  apagog-nəticə,  apagogos- 
aparan,  qaçıran)  bilvasitə,  bir  növ  kənara  yönəldən  sübutdur. 
Apaqogik  sübut  aşağıdakı  şəkildə  aparılır.  Siz  hər  hansı  tezisin 
həqiqiliyini  sübut  etməlisiniz.  Biz müvəqqəti  olaraq  qəbul  edirik 
ki, bizim tezisimizə zidd olan tezis həqiqidir və buradan bütün mü­
vafiq nəticələri  çıxannq.
Lakin tezis yalan olduğu üçün, təbiidir ki, ondan çıxan nəticələr 
gerçəkliyə  zidd  olacaqdır.  Bunu  sübut  edərək,  bizim  tezisimizə 
zidd  olan  tezisin  yalan  oduğunu  isbat  etmiş  oluruq.  Lakin  əgər 
həmin tezis yalandırsa,  ona zidd olan tezis, yəni bizim irəli  sürdü­
yümüz tezisin həqiqiliyi zərurətdir.
Belə  isbat  növü  «zidd olandan  çıxış  e d m   isbat»  adlanır.  Bu 
isə terminoloji  baxımdan  düzgün  olmayan  ifadədir,  çünki  əslində 
bu,  «əks olandan isbat»dır,  çünki  əks mülahizənin yalan olmasın­
dan digər əks mülahizənin doğru olması haqqında nəticə çıxarmaq 
olmaz,  bu  yalnız  bir-birinə  zidd  olan  mülahizələrin  mövcudluğu 
halında mümkündür.
143


Yüklə

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə