Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə48/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   124

yüksək  emosional  gərginliyə  malik  olur,  son  dərəcə  yüksək  into­
nasiyası  və pafosu ilə fərqlənir.  Mitinq nitqi  auditoriyanın hiss və 
meyllərini ifadə edir; onun məqsədi baş verənləri qiymətləndirmək 
və auditoriyanı inandırmaqdır.
Mitinqdə çıxış edən natiq yadda saxlamalıdır :
•  Nitq lakonik olmalıdır;
•  Nitqdə yalmz bir tezis olmalıdır;
•  Artıq məlum olan dəlilləri təkrar etmək lazım deyil;
•  Artıq  dinlənilmiş  nitqdəki  ideyam  tənqid  etmək  olar,  lakin 
onun müəllifinin şəxsiyytinə toxunmaq  yolverilm əzdir;
•  Nitq aydın, anlaşıqlı, emosional və dinamik olmalı, vərəqdən 
oxunmamalıdır.
Mitinq  insanların  konkret  bir  fəaliyyətə  səfərbərliyini  tələb 
edən məşhur daxili,  xarici  siyasi, yaxud beynəlxalq cari  hadisəyə, 
və ya hansısa xüsusi hadisəyə (fakta) həsr oluna bilər.
Mitinqdəki  nitq,  bir  qayda  olaraq,  həyəcanlı  və  ruhlandırıcı 
ola  bilər.  Yekun  sözü  parlaq,  emosional  baxımdan  təsirli  olmalı­
dır.  Mitinqdə  söylənən  sözlər  həmişə  təsirli  olub,  ictimai  həyatın 
bütün  sahələrində  böyük  təşkiledici  (yaxud  dağıdıcı)  əhəmiyyətə 
malikdir.
Mitinqdə söylənən nitq bir saat da,  10-15 dəqiqə də çəkə bilər. 
Lakin  istənilən  halda  o,  parlaq  emosionallığı,  intonasiyasının  son 
dərəcə dəqiqliyi və yüksək pafosu ilə seçilməlidir.
Belə nitq mövzunun yeni istiqamətlərini aşkara çıxarmalı, təzə 
faktlarla  möhkəmləndirilməli,  bu  səbəbdən  də yeni  şəkildə  qəbul 
edilməlidir.  Bu cür nitq çağınş səciyyəlidir və həmişə xarakterinə 
görə ümumi, vahid hiss və duyğulan təxirəsalınmaz məqsədə çat­
maq üçün səfərbər etməyin ilk carçısı  olur.
Çağınş  -  hansısa  insan  qrupuna  müəyyən  hərəkətə  başlamaq 
müraciətidir.
M üasir  dövrdə  daha  çox  kommersiya  çağınşlan  eşidilir  ki, 
onlar  insanlan  hansısa  məhsulu  almağa,  yaxud  sərmayə  yatınmı 
etməyə  səsləyir,  bəzən  isə  istənilən  ticarət  xidmətini  təklif  edir. 
Çox  zaman  kommersiya  çağınşlannda birbaşa  nitq  taktikasından 
(alın,  əldə  edin  və  s.)  yox,  dolayısı  ilə  (bilvasitə)  -m əsələn,  sa­
147


tılan  malın,  təklif  edilən  xidmətin  cəlbedici  reklamından,  malın 
keyfiyyətli, ediləcək alış-verişin sərfəli olması haqqında bu sahədə 
nüfuzlu sayıla biləcək və yaxud cəmiyyətin tanıdığı  şəxsin rəyinin 
səsləndirilməsindən istifadə edilir.
Sosial  çağınşlar  bütünlükdə  cəmiyyətin,  yaxud  onun  ayn-ayn 
qruplanmn həyatının yaxşılaşdınlmasına,  ictimai təşkilatların fəaliy­
yətinin, cəmiyyətin həyatının müxtəlif sahələrindəki yenidənqurmanın 
dəstəklənməsinə aid olur,  şəhərin abadlaşdınlmasına səsləyir;  bunlar 
konkret adamlara xəstəlikləri  ilə,  maddi  vəziyyətinin çox pis  olması 
ilə bağlı kömək göstərilməsi üçün çağınşlar da ola bilər.
Sosial  çağınş  nitqləri  insanlann  hislərinə  müraciət  edir  və 
onlar  tərəfindən  başa  düşülməyə,  həmrəy  olmalanna,  mərhəmət 
göstərmələrinə  hesablanır.  Ona görə  də,  belə nitqlərdə müraciətin 
səbəbi və xahişin mahiyyəti haqqında məlumat emosional, təmkinli, 
lakin  laqeyd  qalmaq  mümkün  olmayan  formada  təqdim  edilir. 
Şəxsiyyətə yönəlmiş çağınşlar da ictimai  çağınşlara yaxındır.  La­
kin bunlar bütün cəmiyyətə, yaxud  onun ayn-ayn  qruplanna yox, 
insanın  daxili  aləminə  yönəldilmiş  çağınşlardır,  onlann  vəzifəsi 
insanlann  özünü təkmilləşdirməyə,  vərdişlərini  təshih  etməyə,  öz 
təbiətini dəyişdirməyə olan səylərini qüvvətləndirməkdir (məsələn, 
sağlam həyat tərzinə, siqareti, yaxud narkotik qəbulunu tərgitməyə, 
özünütərbiyəyə,  özünütəkmilləşdirməyə və s. yönələn çağınşlar).
Siyasi  çağınşlar  m üxtəlif miqyaslı  seçkilər  dövründə,  siyasi 
tədbirlərə  (referendum,  mitinq,  etiraz  aksiyası  və  s . )  hazırlıq  za­
manı,  siyasi-  iqtisadi  sahədə böhran  olduqda,  artıq vaxtı  yetişmiş 
problemin həlli tələb olunduqda fəallaşır.
Siyasi  çağınşın  quruluşu  hakimiyyətin  müəyyən  qurumu­
na  (yaxud  əhalinin  müəyyən  qrupuna,  bəzən  bütün  cəmiyyətə) 
müraciətin  səbəbi  haqqında  məlumatdan,  onun  mahiyyətindən 
(məhz nəyə,  hansı  hərəkətə çağınş  edilməsindən) ibarətdir.  Siyasi 
çağınşa xüsusi tələblər verilir -  müraciətin səbəbləri kifayət qədər 
əsaslandınlmalıdır,  çağınşın mətni yığcam və geniş əhali  kütlələri 
üçün anlaşıqlı olmalıdır.
Şüar- qısa,  aydın, yaxşı yadda qalan, tezisdən fərqli  olaraq nə 
danışan,  nə  də dinləyənlər üçün heç bir əsaslandırma, yaxud isbat
148


tələb etməyən ifadədir. Bu, rəhbər ideyanı, vəzifəni, tələbi (məsələn, 
«Yalnız  bir  narkotik  var-  bu,  idmandır»,  «Biz  şəhərimizin  rahat 
həyətləri və təmiz küçələrinin tərəfdarıyıq», «Hamı yerli mal alsın, 
xeyri vətənə qalsın»,  «...  səs verək!»,  «Yaşasın demokratiya!» və 
s . ) qısa formada ifadə edən çağırışdır.
Şüar inandırıcı təsirin əhəmiyyətli ünsürüdür,  lakin ondan sui- 
istifadə edilməməlidir. Bütün zamanlarda yüksək tribunadan arxa­
sında  heç  bir  iş  dayanmayan  şüarlarla  danışan  natiqlərin  sayı  az 
olmayıb.(Azərbaycanda milli-azadlıq  hərəkatı  başlayarkən  edilən 
çıxışları  xatırlayın) Bəzən  nitq yalnız  şüarlar qışqırmaqdan  ibarət 
olub  ki,  bu  şüarlardakı  məsələlərin  həlli  ilə  bağlı  natiq  hətta  ən 
ümumi  şəkildə belə, heç bir yol,  nüsxə, vasitə bilmir.
Belə  çıxışlar təhsil  səviyyəsi  aşağı  olan  dinləyicilərə xoş gələ 
bilər,  çünki  bu  zaman  natiq  auditoriyanın  şüuruna  yox,  hislərinə 
təsir göstərməyə çalışır, məntiqi yox, emosional anlayışlarla işləyir.
Fəaliyyətə  səsləyən  nitqin  yaradılmasının  aparıcı  prinsipləri 
aşağıdakılardır:
1.  Arzu  olunan  hərəkətin  kom pleks  m otivasiyası  prinsipi. 
Oyadıcı  nitqdəki  çağırış  motivləşdirici  olmayan,  yaxud  kifayət 
qədər motivləşdirilməyən  olduqda (pis  hərəkət etmə,  özünü yaxşı 
apar,  demokrata  səs ver və  s . )  bir qayda olaraq,  cavab  reaksiyası 
doğurmur, deməli, natiq auditoriyanın xüsusiyyətlərini və ünsiyyət 
vəziyyətini  nəzərə almaqla, fəaliyyətə çağırışı motivlər kompleksi 
ilə möhkəmləndirməlidir.
Bu nitqdə auditoriyanın eyni zamanda bir neçə tələbatına ( fizi­
ki, iqtisadi,  sosial, oyun və s . ) müraciət olmalıdır. Fəaliyyətə çağı­
rarkən  nitqi  elə  qurmaq  mümkündür ki,  onun  hər bir bölməsində 
fəaliyyətin  xüsusi  motivinə  göstəriş  mövcud  olsun.  Motivlərin 
daha  tez-tez  uyğunlaşması  bir  tərəfdən  məsuliyyəti,  yaxud  borc 
hissini və digər tərəfdən şəxsi mənafeyi birləşdirir.
2.  M üsbət  çağırışların  m ənfi  çağırışlara  nisbətən  üstünlük 
təşkil etməsi.  Natiqin  auditoriyanı  səslədiyi  fəaliyyət  (yaxud  fəa­
liyyət üçün  proqram)  çox zaman vəsait,  səy,  vaxt itkisi,  bir  qisim 
rahatlıqlardan imtina ilə bağlıdır.
149


Yüklə

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə