Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə56/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   124

düşünülmüş  adın  xüsusilə  möhkəm  yadda  qalmasını  təmin  edir 
(«Jestdən et istifadə - vaxtını vermə badə»; «Natiqin jesti- bir dost­
luq testi»;  «Jestdə axtarma qılıq, razılıq-narazılıq!»  (alternativ su­
allarla birləşdirilərək və s.).
Bununla  yanaşı,  universal  xarakterə  malik  «reklam»  adlarda 
«maraq  oyadıcı»  leksika və frazeologiyadan istifadəyə rast gəlinir 
(tapmacalar,  metamorfozalar,  kəşflər,  paradokslar,  sirlər,  qeyri-adi, 
sensasiyalı, heyranedici,... dünyasına səyahət... və s., Məsələn: Jes­
tin sirləri; Xüsusi cəlbedici  dil; İşarələr dünyasına səyahət və s .,).
N itqin m əqsəd istiqam ətinin form alaşdırılm ası Ümumi məq­
sədindən  asılı  olaraq  çıxışların  təsnifatını  nəzərdən  keçirək.  Nit­
qin  uğurlu  alınması  üçün  həm  də  natiq  tərəfindən  qarşıdakı  nitqin 
məqsədinin daha düzgün və dəqiq dərk edilməsi mühüm əhəmiyyətə 
malikdir.  Filosof Seneka  demişdir:  «Kim  ki,  yolunun  hansı  limana 
olduğunu bilmir, onun üçün heç vaxt külək arxadan əsməz».
Camaat  qarşısında  çıxış  zamanı  bu,  o  deməkdir ki,  nitq üçün 
nə  qədər yaxşı  şərait yaransa,  auditoriyanın  ilkin  əhval-ruhiyyəsi 
nə qədər yaxşı olsa belə, danışan tərəfindən şüurlu olaraq müəyyən 
edilmiş və  həyata tətbiq  edilmiş məqsəd  olmadan,  bu  çıxış  sözün 
əsl mənasında baş tuta və ona sərf olunan vaxtı  doğrulda bilməz.
Nitqin  məqsədi  dedikdə  ritorikada  dinləyicilərin  arzuolunan 
reaksiyasının  mövcudluğu  başa  düşülür.  Deməli,  natiqin  söylə­
yəcəkləri üzərindəki bütün işi ona yönəldilməlidir.
B ir çıxışda həyata keçirilən ümumi (məqsədin müəyyən növü) 
və  konkret  məqsədlər  göstərilir.  Hələ  Roma  ritorikasında  ümu­
mi  natiqlik məqsədlərinin  üçlüyünü  xüsusi  olaraq  qeyd  edirdilər: 
öyrətmək (docere), təhrik etmək, qaldırmaq (movere), könlünü aç­
maq,  əyləndirmək (delectare). Ümumi məqsədlərin Amerika praq­
matik ritorikasında yaranmış  müasir növləri  də  genetik  olaraq bu 
bölgüyə və onlara əsaslanan mülahizələr qrupuna gedib çıxır.
Natiq  çıxışlarının  aşağıdakı  ümumi  məqsədləri  və  müvafiq 
janr qrupları  qeyd olunur:
1.  məlumatverici  (mühazirə,  məruzə,  məlumat üçün  səciyyə­
vidir);
2.  inandırıcı (ittiham, yaxud müdafiə nitqlərində istifadə olunur);
172


3.  fəaliyyətə çağıran (mitinq nitqləri, reklam çıxışları);
4.  ruhlandırıcı (moizə, hərbi-vətənpərvərlik çıxışları);
5.  əyləndirici (bəzi tostlar,  şifahi yumoristik hekayə);
6.  məxfi, məhrəm (tövbə, məhəbbət etirafı nümunə ola bilər).
Sadalanan  məqsəd  növlərindən  xüsusilə  geniş  dəlillər  siste­
minə  malik  çıxışlara  xas  olan  ikinci,  üçüncü  və  dördüncüsü  bə­
zən  təşviqat  istiqamətli  anlayışlar  şəklində  birləşir.  Təbiidir  ki, 
mülahizələrdə  qarşıya  bəzən  bir yox,  iki,  yaxud  bir  neçə  ümumi 
məqsəd qoyula bilər, lakin onların arasında da əsas və əlavə olanlar 
fərqləndirilir.
Belə  ki,  çıxışların  mütləq  əksəriyyətində  müəyyən yeni  məlu­
mat olur. Lakin bu məqsəd əsas kimi qoyulur, məsələn, əsas məqsədi 
fəaliyyətə  çağırış,  haqqında  danışılan  ölkəyə  gəzməyə  getmək  qə­
rarına yönəltmək olan turizm agentinin Böyük Britaniyanın memar­
lıq abidələri haqqındakı nitqində müvafiq məlumatlar yer alacaqdır.
Çıxışın  konkret  məqsədləri  hər  bir  əsas  məqsədin  bazasında 
şərti model  əsasında formalaşır:  konkret məqsəd -  ümumi məqsəd 
-  müvafiq başlıca fikir.
Məsələn,  ritorika  kursu  üzrə  giriş  mühazirəsinin  konkret 
məqsədləri  aşağıdakılardan ibarət ola bilər:
•  Klassik anlamda ritorikanın nitqin inandıncılığı və onun ya­
radılması incəsənəti,  elmi olması haqqında məlumat (informasiya) 
verilməsi;
•  Həm işgüzar, həm də şəxsiyyətlərarası ünsiyyətdə ritorik ba­
carıqların hamı və hər kəs üçün faydalı olmasına inandırmaq;
•  Dinləyiciləri  bəlağətli  və  inandırıcı  danışmaq  bacınğının 
tədricən inkişaf etdirilə bilməsi  və təkmilləşdirilməsinin  məqsəd- 
yönlülük,  əməksevərlik,  uğura  inamla  («natiq  olurlar»)  mümkün 
olması ilə ruhlandırmaq.
Yuxanda  sadalanan  və  çıxış  zamanı  həyata  keçirilmək  üçün 
irəli  sürülən bütün  məqsədlərin  birliyini  ümumilikdə  məqsəd  ad­
landıracağıq.
B ir daha qeyd edək ki, natiq çıxışın məqsədini nə qədər hərtə­
rəfli və dərindən dərk edirsə, onun uğur qazanmaq şansı bir o qədər 
artıq olur.
173


Məsələn,  təsəvvür  edək  ki,  təsvir  olunan  halda  natiq  dar  ip- 
formasiya məqsədi  ilə kifayətlənmək qərarına gəlir və  artıq birin­
ci  mərhələdə  öz  mühazirəsini  ritorika  tarixindən  mümkün  bütün 
məlumatlarla doldurur, lakin bu zaman əlavə məqsədlərin əhəmiy­
yətini nəzərdən qaçırır.
Nəticədə o, dinləyicidə müsbət motivasiyam formalaşdıra bil­
məyəcək, gələcəkdə kurs üzərində işləmək üçün lazım olan emosi­
onal  təkanı  verməyi  və  nəticədə  fənnə  maraq  oyatmağı  bacarma­
yacaq.
Çıxış  üçün  m aterial  seçilməsinin  əsas  m ənbələri Yaranışın 
komplektləşdirici - işləmə mərhələsində natiqin əlində, ümumilikdə 
götürülsə, aşağıdakı informasiya mənbələri  olur:
1.  şəxsi düşüncələri, xatirələri, təxəyyülü;
2.  bəhs ediləcək sahəyə aid xüsusi təşkil  edilmiş müşahidələr 
və şəxsi  təcrübə;
3.  Nüfuzlu şəxslərdən məsləhət alınması;
4.  Radio-televiziya verilişlərinin dinlənilib qavranılması.
Bir qayda olaraq,  natiq tərəfindən hazırlıq mərhələsinə nə qə­
dər  müxtəlif mənbələr  cəlb  edilərsə,  onun  nitqi  dinləyicilər üçün 
bir  o  qədər  məzmunlu və  maraqlı  alınar.  Auditoriya üçün  natiqin 
bəhs etdiyi  sahədə şəxsi təcrübəsinin olması böyük maraq doğurur 
(jurnalistlərin xüsusilə kəskin problemli  materiallar hazırlayarkən 
istifadə  etdiyi  «rolun yoxlanması»,  «obraza  daxil  olma»  metodu­
nun tətbiqi).
N itqin m əzm unuun kəşf edilm əsi üçün evristik sxem lərdən 
istifadə edilməsi
Hələ  maarifçilik  dönəmində  ilk baxışdan  bir-birinə  tamamilə 
zidd  olan  iki  tezis  formalaşdırılmışdı:  «İnsanlar  kitab  oxumağı 
tərgitdikləri  zaman  düşünməyi  də  tərgidirlər»  (D.  Didro)  və  «Bir 
çox  insanlar  yalnız  ona  görə  kitab  oxuyurlar  ki,  düşünməsinlər» 
(K.  Lixtenberq).
Sözsüz ki,  dördüncü qrup mənbələrindən istifadə nitqi bir çox 
istedadlı və qeyri-adi  insanların (çox zaman hətta natiqdən zaman 
və məkan baxımından əhəmiyyətli  dərəcədə uzaq olanların) intel­
174


Yüklə

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə