Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə52/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   124

nıı həqiqi dəyərinə aşkar şəkildə uyğun olmayan iddialan təhlükəli 
deyilsə və başqalan üçün ziyansızdırsa, kənardan baxarkən bu yal- 
nışlıqlar yalnız təbəssüm, şən gülüş doğurursa və məhz bu mənada, 
bu  məqsədlə  bədii  cəhətdən  mənimsənilirsə,  yumoristik  vəziyyət 
yaradılır.
Satira  isə  şəxslərin,  yaxud  bütün  bir  ictimai  qrupun  baş  tut­
mayan  iddialan  başqa  insanlar  üçün  təhlükəlidirsə,  cəmiyyətin 
maraqlanna ziddirsə,  onlar bədii  cəhətdən  aşkarlanır və amansız­
casına həqiqi mənada ələ salınır.  Satiraya gülüş predmeti haqqında 
mülahizələrin banşmazlığı, aşkar təmayüllülük xasdır.
Satiranın  yüksək  səviyyədə  təzahürü  -  sarkazm  üçün  estetik 
obyektin  mənfi  çalarlannın  olmasıdır,  çünki  komik  növün  bu  ça­
lan inandıncı və fəaliyyətə çağıran nitqdə əksər hallarda əyləncəli 
nitqdən daha çox istifadə olunur.
Satira  oz  obyektini  «modelləşdirin)  və  yüksək  dərəcədə  şərti 
obraz yaradır,  bu  isə  şişirtmələr,  hiperbolalaşmalar,  qrotesk  hesa­
bına əldə edilir.  Satiranın «ən mühüm vəzifəsi» alçaqlıq, axmaqlıq 
və  eybəcərlik tərəfindən  təhqir  edilmiş  ən yüksək həyati  dəyərlər 
(xeyir, həqiqət, gözəllik) haqqındakı xatirələri  oyatmaq və canlan­
dırmaqdır.
Bütünlükdə satira və yumorun sahəsi genişdir, yumor və satira 
arasındakı keçid sahəsi də kifayət qədər əhəmiyyətlidir.
İstehza (ironiya) -  (yunan  sözü olan eironeia- özünü yalandan 
oxşatma) komik  olanın aralıq  effekti  kimi ya satirik,  ya da komik 
istiqamətə malik ola bilər.
Sadə  istehza  məcazın  növlərindən  biridir.  Bu  zaman  əşya, 
yaxud  onun  hansısa  xassəsi  əşyanın  həqiqi  əhəmiyyətinin  ko­
mik  xarakterizə  olunması  məqsədilə,  mənasının  tam  əksinə  olan 
söz,  yaxud  sözlərlə  ifadə  olunur.  İstehzanın  klassik  formasına 
aid  nümunə  gətirək:  «Fəhlə  babasan,  buğdanı  ver,  dan  yeyərsən, 
Su  olmasa,  qışda  əridib  qan  yeyərsən...»  (M.Ə.Sabirin  əkinçiyə 
müraciəti).
Alman  tənqidçisi,  mədəniyyətşünas,  filosof  F.  Şlegel  isteh­
za  haqqında  danışarkən  söyləyirdi:  «onda  hər  şey  zarafat  və  hər 
şey  ciddi,  hər şey  səmimi  -  qəlbdən  aşkar və hər şey  çox  dərində
159


gizlədilmiş  olmalıdın).  İnsanın  dünyaya  istehzalı  baxışı  onu  və 
onun  nitqini  doqmatik  təfəkkürdən,  birtərəflilikdən,  qəlibləşmiş 
fikirlərdən xilas edir.
İstehzada gülüş, hadisəyə mənfi (istehzalı) münasibət ciddiyyət 
maskası  altında,  yumorda  isə  ciddiyyət  gülməli  maska  altında 
gizlənir və adətən, müsbət (gülən) münasibət nümayiş etdirilir.
Əyləncəli nitqin yaradılmasının apancı prinsipləri:
1.  Yumoristik çatarların komikdə üstünlük təşkil etməsi prinsipi.
Əyləncəli nitq dinləyiciləri şənləndirməli, yaxşı əhval-ruhiyyə,
rahat psixoloji  fon yaratmalıdır və  deməli,  burada yumoristik  ça­
larlar -   şən  qayğısızlıqdan,  qüvvələrin  çoxluğu və azadlıqdan  do­
ğan  kinsiz  şüurun  sərhədsiz fantaziyası  ilə uyğunlaşmış  gülüş üs­
tünlük təşkil  edəcək.
2.  Kom izm in üsullarının kaleydoskopikliyi (tez-tez dəyişən ol­
ması) prinsipi.  Əyləncəli  nitqə  şux,  karnaval  tipli,  bayrmsayağı- 
şən  əhval-ruhiyyə xasdır;  burada  komikliyin  ən  m üxtəlif üsulları 
bir-birilə uzlaşır.
Komizmin üsullarının m üxtəlif təsnifatı mövcuddur:
1.  M üəllif imkanının  mənsubiyyətinə görə:  orijinal və başqa­
larından alınmış;
2.  Qısalıq səviyyəsinə görə:  kəskin sözlər və lətifələr;
3.  Meydana  gəlmə  texnikasına  görə:  daha  çox  məntiqi  (mən­
tiqsizliklər  alogizmlər və  paradokslar)  və  daha  çox  linqvistik  (üs­
lub  təzadı);  istehzalı  məcazların,  hiperbola  və  litotalann  qro- 
tesk  səviyyəsinə  çatdırılması  imkanı  ilə  komik  effekti(sözün  dar 
mənasında); həmçinin nitqin ayn- ayn fiqurları (məsələn, qaravəlli).
Fərdi n itq . Nitqin bu növü geniş dinləyici kütləsi üçün nəzərdə 
tutulmayıb.  Belə  nitqlə,  adətən,  şəxsi  həyəcan  zamanı,  sənə  əziz 
olanların hislərinə də aid olan ruhi  sarsıntılarla çox yaxın adamla­
ra müraciət  edilir.  Belə  nitqlər  sifarişlə yaradılmır və  əvvəlcədən 
planlaşdırılmır.  Onlar  dərdin  və  sevincin  bütün  dərinliyini  hiss 
etmiş  ruhun  hərəkətidir.  Onların  məqsədi  həyəcanlan  bölüşmək, 
şəxsi  duyğulardan baş çıxara bilməkdir.
Şəxsi nitqin mühüm janrlanna açıq etiraf, tövbə, məhəbbət eti­
rafı, gündəliklər,  şəxsi məktublar daxildir.
160


Nitqin  bu  növünün  tətbiq  sahəsi  kifayət  qədər  dardır,  audi­
toriyası,  bir  qayda  olaraq,  bir-iki  (nadir  hallarda  bir  qədər  çox) 
dinləyicidən ibarətdir (yalnız radioproqramlann,  qəzetlərin redak­
siyalarına  göndərilmiş  məktub-etiraflar  istisna  təşkil  edir.  Lakin 
burada janrın  digər janrlarla  həmsərhəd  olan  növlərindən  danış­
maq yerinə düşərdi).
Təbiəti  etibarilə  son  dərəcə  şəxsiləşdirilmiş  bu  nitqin  ritorik 
əsaslandırılması daha çox emosionaldır, daxili səbəblərdən törəyib, 
öz-özünə əmələ gələn nəqllə, təkrarlar, inversiyalar və retardasiya- 
larla xarakterizə edilir.
Daxili,  şəxsi  nitqlərin çox  hissəsinə əvvəlcədən hazırlıq keçi­
rilir, baxmayaraq ki,  qarşı tərəfə yüksək səviyyədə təsir götərmək 
üçün  bəzi  hazırlıq  ünsürlərinin  mövcudluğu  mümkündür,  söy­
lənən  nitq  praqmatik  gözləntilər  kompleksinin  mövcudluğu  ilə 
səciyyələnir.
Beləliklə,  nitqin bu növündə  əsas intuisiya-emosional  başlan­
ğıcı  hədsiz  nitq  ölçüsüzlüyü  ilə  müəyyən  şəraitdə,  müəyyən  işti­
rakçılarla və müəyyən edilmiş məqsədlə baş verir.
4.3.  Ünsiyyət prosesinin rito rik  əsasları
Nitq  situasiyası  və  nitq  fəaliyyəti 
Nitq  ünsiyyəti  müəyyən 
şəraitdə,  müəyyən  şəxslərlə və müəyyən məqsədlə baş verir.  Nitq 
ünsiyyətinin bu ünsürlərinin birliyi nitq situasiyası adlanır.
Nitq  situasiyasının  quruluşunu  vaxtilə Aristotel  özünün  «Ri­
torika»  əsərində  təsvir  etmişdir:  N itq  üç  ünsürdən  təşkil  olunur. 
N atiqin özündən,  haqqında danışdığı m övzudan və m üraciət etdiyi 
şəxsdən; hər şeyin son m əqsədi m əhz odur (dinləyicini nəzərdə tu­
turam).
Aristotelin fikrincə, məhz nitq vəziyyəti ritorik nitqin üç növü­
nü  müəyyən  edir:  məşvərətçi,  məhkəmə və  epideytik  (təntənəli). 
Həmçinin,  öz  növbəsində,  dinləyicilərin  də  (nitqin  ünvanlandığı 
şəxslərin)  üç  əsas  tipi  müəyyənləşdirilir:  epideytik  nitqdə  sadə 
dinləyicilərdir -  onların vəzifəsi  sadəcə «tərifləmək»,  yaxud «pis­
161


Yüklə

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə