Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə50/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   124

3.  Dinləyicilərlə vidalaşın.
Təbrik  (təntənəli)  nitqi  təntənəli  səbəblə  əlaqədar  emosio­
nal  ifadələrdir;  onun  məqsədi  bayram  əhval-ruhiyyəsi  yaratmaq, 
dinləyicilərin  qəlbini  isindirməkdir.  Deməli,  belə  nitqin  hazırlan­
ması  zamanı  biz  özümüzdən  soruşmalıyıq:  bu  bayram  zamanı 
dinləyiciləri nə düşündürür? Bayram nitqi  o zaman inandırıcı  olur 
ki,  orada  «poeziyanın  nəfəsi»  olsun.  Təntənəli  nitqin  ən  çox  rast 
gəlinən növü yubiley (fəxri) nitqidir.
Yubiley nitqinin iki növü mövcuddur: hansısa əlamətdar tarixə 
- müəssisə, yaxud təşkilatın ildönümünə həsr olunmuş nitq, yaxud 
cəmiyyət qarşısında xidmətləri olan şəxsiyyətin şərəfinə söylənilən 
nitq.  Hər iki  nitq bayram xarakteri  daşıyır və təntənəlidir.  Bunun­
la yanaşı,  onlar müəyyən dərəcədə yekunlaşdıncı xarakter daşıyır. 
Əlbəttə, bəzən təşkilatın bayramına həsr olunmuş yubiley nitqi sırf 
işgüzar xarakterli olur, bu halda o,  siyasi nitqdən az fərqlənir.
Əməkdar xadimin  şərəfmə yubiley nitqi yantəntənəli və dost­
luq  şəraitində  söylənilir,  bir  qayda  olaraq,  tərif xarakteri  daşıyır. 
Bu nitq yubilyara hörmət və ehtiram ifadə edir,  onun ünvanına xe­
yirxah hiss və arzularla zəngin olur.
Belə  nitqin  əsas  üstünlüyü  zarafat,  yumor,  yubilyann  xasiy­
yətinin  dəqiq  təsviri,  onun  həyatının  mühüm  anlarının  xatırlan- 
maşındadır.  Bütün bunlar çox zaman təbriklərin,  kollektiv təbrik 
məktublarının,  hətta xüsusi  olaraq bu məqsədlə yazılmış  şeirlərin 
oxunması ilə müşahidə olunur.
Ekspromt, improvizə edilmiş, səmimi nitqlər xüsusilə xoş təsir 
bağışlayır.  Və  əksinə,  əvvəlcədən  yazılmış,  yaxud  əzbərlənmiş 
«nitq» təəssüf hissi doğurur.
İncəsənət xadiminin  ünvanına  söylənən  yubiley  sözləri  zara­
fatyana improvizə ilə, aktyorların kollektiv səhnələşdirilmiş çıxış­
ları ilə, solo mahnı ifası ilə, bəzən balet nömrəsi ilə müşayiət oluna 
bilər.  Burada gözəl  nitq  üzvi  şəkildə incəsənətin  digər növləri  ilə 
birləşir və bədii tamaşanın bir hissəsinə çevrilir.
Əməkdar xadimin  şərəfmə  söylənilən yubiley  nitqi üçün belə 
bir  plan  təklif  edilə  bilər:  salamlama;  nitqin  söylənilməsi  üçün 
səbəb;  yubilyann  həyat  yolunun  əlamətdar  mərhələləri;  onun
153


şəxsiyyətinin  ən  maraqlı  cəhətlərinin;  müsbət  keyfiyyətlərinin 
vurğulanması;  müvafiq  nümunələrin  göstərilməsi;  yubilyann  hə­
yatındakı  hadisələr  haqqında  onun  öz  çıxışları  ilə  müşayiət  olu­
nan  məlumatın  verilməsi;  yubilyann  fəaliyyətinin  əhəmiyyətinin 
xülasəsi;  minnətdarlıq ifadələri;  gələcək haqqında xoş arzular.
Çox  zaman  bayram  nitqlərinin  söylənilməsi  zamanı  «sonsuz 
növbə»  yaranır.  Beşinci  və  ondan  sonrakı  təbrik  nitqini  söyləyən 
natiqin yalnız qısa,  əyləncəli  çıxışı uğurlu ola bilər.
M dzarüstü  (xatirə,)  nitq.  Dünyadan  köçmüş  insana  həsr  olun­
muş  bu  nitqlər  həmişə  qiymətləndiriri  xarakter  daşıyır.  Kədərlə 
dolu,  bəzən  hətta  faciəli  intonasiyaya  malik  belə  nitqlər  həmişə 
təsirli  olur.  Dünyadan  köçmüş  insan  haqqında,  bir  qayda  olaraq, 
el  arasında deyildiyi  kimi,  yaxşı  sözlər söylənilməsi  qəbul  edilib- 
“Ölənin dalınca danışmazlar” .  -  «De mortius  aut bene,  aut nihil» 
(Ölülər haqqında ya yaxşı danış, ya da heç danışma»).
İstənilən məzarüstü nitq kədərli olmaqla yanaşı, həm də dünya­
dan köçmüş insanın qısaxasiyyətnaməsini verir, onun xoş əməlləri 
haqqında danışır, çox zaman yerdə qalanlara onun yanm çıq qalmış 
işlərini  davam etdirməyi məsləhət görür.
Bir  qayda  olaraq,  belə  nitqlər  o  zaman  söylənilir  ki,  dünya­
dan  köçmüş  insan  ictimai  həyatda,  elmdə,  texnikada,  incəsənətdə 
öz  əməksevərliyi,  istedadı və namusluluğu ilə böyük bir iz  qoyub 
getmiş olsun.
Dostun məzarüstü  sözü ləyaqətli  və  sadə  olmalıdır.  Bu nitqdə 
«o,  kim  olub;  bu gün  o bizim  üçün  kimdir?»  suallarına  cavab  ve­
rilir.  Ən yaxşısı,  hədsiz tərifə yol vermədən  dünyadan köçmüş in­
sanın  məziyyətləri  haqqında  sadə  sözlər  söylənilməsidir.  Sonda 
«Quran»dan sitat, yaxud şer parçası  söylənilə bilər.
D ini natiqlik -  qədim,  kütlələrə böyük təsir təcrübəsinə malik 
olan  natiqlik  növüdür.  Biz  burada  daha  çox  müsəlman  dini  danı- 
şınq.
Dini natiqliyinin əsas növü moizədir. Moizə, bir qayda olaraq, 
«mütləq  həqiqət»i  ifadə  etməsinə  dair  inam  üzərində  qurulsa  da, 
dinləyicilərin «həyatın mənası»  haqqında düşüncələrini  istisna et­
mir.  Onun ən səciyyəvi xüsusiyyəti  əxlaqi-etik nəsihətçilikdir.
154


İnsanlara  rəhmdillik,  məhəbbət  və  xeyirxahlıqla  dolu  olan 
moizə insana təsir vasitəsidir. Moizəçi öz fikirlərini dəlillərlə əsas­
landırmağa  və  dəqiqliklə  sübut  etməyə  ehtiyac  görmür.  O,  «Al­
lahın  sözü»  ilə  danışır,  belə  söz  isə  mədrəsə,  məscid  qanunlarına 
uyğun olaraq «təftiş edilə bilməz».
İstənilən  şəkildə həqiqi  biliyə can  atmaq,  hətta «lazımsız  ma­
raq göstərmə» həmişə şəriət tərəfindən pislənmişdir.  Bu səbəbdən 
də,  istənilən  dini  moizə,  hər  şeydən  əvvəl,  kor inam  və  hər  şeyin 
«Allahın əlində olması» fikri üzərində qurulur.
Əvvəlcədən  düşünülmüş,  məsciddəki  dindarların  emosional 
cəhətdən  oyanmasına,  bəzən  həm  də  təxəyyülünə  hesablanmış 
moizə dini  mərasim  zamanı  oxunur.  Hərəkətlər dayanır,  azan,  na­
maz və  digər  ayinlər kəsilir,  minbərdə  ruhani  şəxs  görünür və  öz 
«sözünü»  söyləməyə başlayır.
Dini  ritorika,  həmçinin  ümumiyyətlə  ilahiyyat  məzmunlu 
nitqlər  üçün  dinin  bilik  üzərində  üstünlüyü  səciyyəvidir.  Lakin 
məscid,  mədrəsə  özünün  nəsihətverici-təbligedici  fəaliyyətində 
artıq insanı  əhəmiyyətsiz hesab  etmir,  əksinə,  onu hansısa şəkildə 
yüksəltməyə  çalışır.  Ruhani-natiq müasir  elmlə  dini  inamın  birli­
yi  haqqında danışır.  Dünyəvi  sevincləri  inkar etməyən  dini  ritori­
ka,  eyni  zamanda,  «göylər»i  yada  salaraq,  dindarlann  nəzərlərini 
səmalara yönəldir.
Dini  natiqliyin həmçinin,  dini  universitetlərdə və  akademiya­
larda  mühazirələr,  məscidlərdə  m üxtəlif ilahi  problemlərə,  bu  və 
ya digər dini göstərişlərin  şərhinə və s.  həsr olunmuş nitqlər və b. 
növləri də mövcuddur. Bunlarda formal məntiqin qanunlarına əməl 
edilməsi,  səslənən  sözlərin  dəqiq  seçilməsi  və  natiqlik  sənətinin 
ünsürlərini də görmək mümkündür.
Ruhlandırıcı nitqin yaradılmasının aparıcı prinsipləri aşağıda­
kılardır:
1. 
Təmkinli coşqunluq prinsipi. Ruhlandıncı  nitq insanın his­
lərinə  istiqamətləndiyi  üçün,  onlann  ifadəsində  səmimi,  təmkinli 
və  ləyaqətli  olmalıdır;  hədsiz  emosionallıq,  sentimentallıq  nitqin 
intonasiyasım  qeyri-səmimi  edir,  natiq  isə  dinləyicilərin  gözündə 
ləyaqətini itirir.
155


Yüklə

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə