Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə58/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   124

•  Mətnin mənimsəmə üçün çətinlik dərəcəsi - qavramada sadə 
və anlaşıqlı  mənbələrdən daha mürəkkəb,  oxucunun böyük hazır­
lığa malik olmasını tələb  edən mənbələrə keçirlər (məsələn,  möv­
zu  üzrə  məlumat  kitabı-lüğətdəki  məqalə  ilə tanışlıqdan  məhz  bu 
problemə həsr olunmuş monoqrafiyaya);
•  Mənbənin  nəzərilik  səviyyəsi  (nəzəri  cəhətdən  daha  çətin 
olan mətnlərdən daha tətbiqi, öyrənilən müddəalardan əməli nəticə 
çıxaranlara, məsələn,  ali məktəb dərsliyinin müvafiq bölməsindən 
bu mövzunun tədrisi problemlərini şərh edən metodik tövsiyələrə);
•  Problemin  əhatəliliyinin  genişliyi  (daha  ümumi  və  geniş 
profilli mənbədən mövzu əhatəsinə görə daha dar olana- məsələn, 
problemi  ümumi  şəkildə bütünlükdə  əhatə edən kitablardan möv­
zunun xüsusi istiqamətlərini  əks etdirən jurnal məqalələrinə);
•  Əksinə  xronoloji  ardıcıllıq  (yeni  informasiyanı  əks  etdi­
rən  mənbələrdən  daha  köhnə,  mövzunun  öyrənilmə  tarixini  əks 
etdirənlərə).  Bu,  köhnəlmiş məlumatları  nəzərə  almadan,  məsələ­
nin  müasir vəziyyətinə  aid  lazım  olan  anda  məlumat  əldə  etmək 
imkanı verir.
Nitqə hazırlaşarkən insan diri-diri kitab qalağı altında basdırıla 
bilər (və əksinə, onun köməyi ilə bu qalağın üzərinə yüksələ bilər). 
Bu,  mövzunun  məzmununu  axtararkən  mənbələrlə  işləməyin 
səmərəlilik dərəcəsindən asılıdır.
İnformasiya  axtan şımn  nəzəri-faktoqrafik  pilləsində  ayn-ay- 
n   ədəbi  mənbələrlə  tanışlıq  zamanı  oxu  strategiyasının  çevikliyi 
prinsipinin seçilməsi haqlı hesab edilir.
Qeyd  edilən  prinsipin  obrazlı  şəkildə  ifadəsi  ingilis  filosofu 
F.Bekonun  (XVII  əsr)  məlum  mülahizəsində  verilmişdir:  «Bəzi 
kitablann  biz  dadına  baxm q,  digərlərini  uduruq,  çox  az  qismi­
ni  çeynəyir və  həzm  edirik».  Şübhəsiz,  bu  gün  ən  m üxtəlif elm 
sahələrində nəşrlərin  sayı  son dərəcə çoxdur və «məhvedici  zərbə 
sürətilə»  zənginləşməkdə  davam  edir,  bu  səbəbdən,  «informasiya 
partlayışı»  şəraitində bu prinsipin əhəmiyyəti  daha da artır.
Oxu növləri aşağıdakı xüsusiyyətlərinə görə təsnif edilir:
a)  mənbənin  həcmini  əhatə  etmək  dərəcəsinə  (tamamilə, 
bütünlükdə və seçmə);
178


b)  materialın  mənimsənilməsinin  dərinliyinə  görə  (oxu- 
nəzərdən keçirmə, tanış olma və öyrənmə (analitik, dərindən)).
«Materiala  daxilolma»nın  dərinliyinə  görə  oxunun  m üxtəlif 
strategiyalarının xüsusiyyətlərini yığcam şəkildə xarakterizə edək.
Oxu - nazardan keçirma həmişə seçmə olur, bu, bir növ, kitaba 
sürətli  «diaqnoz qoyulması»dır.  Bu halda,  ilk növbədə,  aşağıdakı­
lara daha çox diqqət yetirilir:
•  nəşrin cildi və titul vərəqinə;
•  annotasiyaya. Burada yığcam şəkildə kitabın müəllifi, kitab­
da işaqlandınlan əsas məsələlər, nəşrin xüsusiyyətləri və onun ün­
vanlandığı oxucular haqqında məlumat verilir;
•  əsərin  quruluşu haqqında həmin anda məlumat əldə  etməyə 
imkan verən başlıqlara;
«  əsərin yazılma vaxtı  və  onun yaranma tarixi  haqqında üm u­
mi  məlumat  verə  bilən  ön  söz  və  son  sözlərə,  m üəllif haqqında 
bioqrafık məlumatlara,  kitab  haqqında m üxtəlif rəylərə,  əsərin bu 
gün üçün əhəmiyyəti haqqında məlumatlara;
•  informasiyanı  əyani  və  kompakt  şəkildə  təqdim  edən  qra­
fik  və  illüstrativ  materiala  (bu  mənada  ilk  növbədə  kitablardakı 
şəkilləri  cızma-qara  edən  uşaqların  davranışı  psixoloji  baxımdan 
qanunauyğundur);
•  abzasların  böyüklüyünə.  Bu  meyar mütləq  deyil,  lakin  eyni 
zamanda kifayət qədər nümayişetdirici ola bilər. Belə hesab edilir ki
kiçik abzaslar mətnin çox sayda müxtəlif ideyalarla zənginliyindən, 
böyük abzaslar isə mənbədəki dəlillərin əhəmiyyətli dərəcədə geniş 
və əsaslandırılmış olmasından xəbər verir;
•  əhatə  olunan  materialın  həcmi  haqqında  təsəvvür  yarada 
bilən ad və mövzu (anlayış) göstəricilərinin mövcudluğuna.
Belə nəzərdən keçirmə nəticəsində nəşrdən istifadənin zəruri­
liyi  və  ayn-ayn  hissələrlə  işin  sonrakı  strategiyası  haqqında ilkin 
nəticə çıxarılır.
Tanışlıq  oxusu  prosesində  informasiyanın  «fikir  tutumunun 
ölçülməsi»  həyata keçirilir (onun  baş və  ikinci  dərəcəli,  təzə,  ya­
xud  artıq  məlum,  həqiqi,  yaxud  mübahisəli,  şübhəli,  həqiqətə  az 
uyğun olan növlərə ayrılması).
179


İnform asiyanın  m əna  dəyərinin  m üəyyənləşdirilm əsi  zam anı 
aşağıdakılar xarici yolgöstərən olur.
•  struktur əlamətlər (mətndə yerləşmə:  əsərin çox zaman yeni 
bir  məlumatın  yerləşdirildiyi  başlanğıcı  və  sonu,  yaxud  onun  bir 
hissəsi,  ayrıca bir ifadə -  rema);
•  dil  əlamətləri  {deməli,  şərh  olunandan göründüyü  kim i tipli 
sözlərin  və  ifadələrin;  sifətin  çoxaltma  dərəcəsinin-  ən  qocaman, 
daha məşhur,  daha parlaq;  modal  sözlərin- yalnız,  təkcə,  məhz və 
s. istifadəsi);
•  qrafik əlamətlər (şriftin tündlüyünün dəyişdirilməsi,  əlyazma 
(kursiv) hərflərlə yığılma, altından xətt çəkilmə, rəngli çap və s.)
Tanışlıq  oxusunun  nəticələri  kitabın  arasına  xüsusi  kağızlar 
qoymaqla, yaxud,  əgər natiqin şəxsi  kitabxanasında olan kitabdan 
istifadə edilirsə, mətnin qrafik işarələnməsi və onun kənarlarındakı 
qeydlərdən  (marginallar)  istifadə  ilə  göstərilə bilər.  Bu  zaman  ri­
yazi,  bəndlərə  görə,  fərqli  quruluşlu  xətlər və  s.  qəbilli  m üxtəlif 
rəmzlərdən istifadə oluna bilər.
Öyrənmə oxusunun (mətnin son dərəcə diqqətli işlənməsi, öy­
rənilməsi) gedişi zamanı, adətən, qeydlər aparılır. Onlar çıxarışlara 
əsaslana,  yaxud  oxucu  tərəfindən  müstəqil  şəkildə  formalaşdırıla 
bilər,  plan,  tezis,  və  ya  konspekt  formasında  ola bilər  (konspekt- 
ləşdirmə  zamanı  mənbənin  əsas  müddəaları  ayn-ayn  dəlillər və 
nümunələrlə müşayiət olunur).
Qeydlərin mümkün yerləşdirmə  sistemlərindən ən az səmərə­
lisi  bütünlükdə  dəftərə yazma,  ən  çox  səmərəlisi  isə kartoçkalara 
yazma (bir növ,  səpələnmiş konspekt) hesab edilir.
Kartoçkalara yazmanın  rahatlığı,  hər  şeydən  əvvəl,  materialın 
sürətlə komplektləşdirilməsinə və köçürmənin yapışdırma ilə əvəz 
olunmasına imkan verməsindən irəli gəlir. D. İ. Mendeleyev özünün 
məşhur dövri qanununu yalnız kimyəvi elementlərin xüsusiyyətləri 
yazılmış aynl-ayn kartoçkalan bütün günü m üxtəlif şəkildə sistem­
ləşdirərək,  bir növ  özünəməxsus «pasyans»  düzdükdən  sonra kəşf 
etmişdi (bu, daha çox zəruri məlumatın dinamik şəkildə mövcudlu­
ğundan irəli gəlirdi). Aşağıdakı tələbləri əməl edildikdə bu qeydlər 
sisteminin üstünlükləri  daha aşkar görünür:
180


Yüklə

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə