Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə60/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   124

qısa  mətn  aralığına  malik  olduqda,  natiq  nitqin  məzmununu  aç­
maqda çətinliklə üzləşir, çünki bu halda məzmun zəngin və kifayət 
qədər inandırıcı ola bilmir.
Eyni  zamanda,  hədsiz  dərəcədə  uzadılmış  giriş,  yaxud  yekun 
dinləyicilərdə yorğunluq və səbrsizlik yaradır (bununla əlaqədar al­
man professoru  X.  Lemmermanın  əyani  surətini  xatırlamaq müm­
kündür.  O, qeyd edirdi  ki, qonaqların gözü qarşısında yemək masa­
sını  uzun  müddət bəzəməklə biz  onlann  qıcıqlanmasına  səbəb  ola 
bilərik).
Məşhur məhkəmə natiqi və natiqlik nəzəriyyəçisi A. F. Koni çıxış 
edənin  «qızıl  kəsim»  qaydasına  əhəmiyyət verməməsi  nəticəsində 
nitqinin tamamilə bərbad olmasının canlı təsvirini vermişdir.
Ola bilər ki, siz ritorikanın tarixi kursundan gənc müdafiəçinin 
az  əhəmiyyətli  oğurluq  işi  haqqında  çıxışı  zamanı  düşdüyü  tra- 
gikomik  vəziyyəti  xatırlayırsınız.  O,  yarım  saat  ərzində  şəxsi 
mülkiyyət anlayışının m üxtəlif ölkələr və dövrlərdə keçdiyi inkişaf 
yolunu  izləməyə  qalxmışdı.  Sonda  isə  belə  söyləmişdi:  «indi  isə 
işin vəziyyətinə keçirəm» (yəni nitqin məzmununun əsas hissəsinə 
keçirəm)- və elə həmin an məhkəmə üzvlərindən ən yaşlısının çox 
ifadəli  ah çəkməsindən soma nitqini yekunlaşdırmalı olmuşdu.
Nitqin  qurulmasının  fundamental  qanunauyğunluqlarından 
biri  də  «kənar am ili»  («sərhəd  effekti»)  adlanır.  Onun  mahiyyəti 
bütünlükdə qavrama və yaddaşın  psixologiyasına aiddir və aşağı­
dakını bildirir: istənilən ardıcıllıqda başlanğıc və son orta hissədən 
daha  yaxşı  yadda  qalır.  Natiqin  nitqinə  aid  edildikdə,  bu  çıxışın 
kompozisiya  çərçivəsinin  hazırlanması  (giriş  və  nəticə)  xüsusi 
diqqət və dəqiqlik tələb edir.
Natiqlik  sənətinin  nəzəriyyə  və  təcrübəsində  qeyd  edilən 
hala  çoxdan  diqqət yetirilmişdir.  Heç  də  təsadüfi  deyil  ki,  özünü 
öldürməyə məcbur olmuş
Demosfenin ölümündən sonra onun qaralamalarında natiqliyə 
aid əsərlər üçün m üxtəlif mövzularda çıxışların 50-dən artıq müm­
kün giriş və nəticə variantlan tapılmışdı.
Qabaqcadan  görülmüş  bu  hazırlıqlar  qiymətli  ritorik  fon­
du,  qayğıkeşliklə  düşünülmüş  mövzulan  təşkil  edirdi  və  hətta
184


I
improvizə  olunmuş  nitq  üçün  də  elə  bir başlanğıc  tapmaq  imka­
nı  verirdi  ki,  o,  dinləyicilərin  diqqətini  cəlb  etsin və  çıxışın  qav- 
ramlmasına  lazımi  rəng  verə  bilsin.  «Kənar amili»nə  aid  birbaşa 
göstərişi M. V. Lomonosov v erird i:« D inləyicilər  .. daha çox baş­
lanğıca və sona diqqət yetirir və onlan  daha çox xatırlayırlar».
Bununla yanaşı,  ümumi  psixologiyaya aid  ədəbiyyatda bu  qa­
nunauyğunluq XIX əsrdə yaşamış alman alimi Q. Ebbinhauzun adı­
nı daşıyır (Ebbinhauz qanunu kimi yada salınır) və burada bir zərrə 
belə ədalətsizlik yoxdur. Yadımıza salaq ki, məhz XIX əsr eksperi­
mental psixologiyanın yaranması və çiçəklənməsi dövrüdür.
Məhz Ebbinhauzun əvvəllər də dəfələrlə qeyd etdiyi informasi­
yanın mənimsənilməsi ideyası sonralar çoxsaylı statistik təcrübələrdə 
təsdiqini  tapmışdı.  Sınaqdan  keçirilən  material  nə  olursa  -   olsun 
(istər rəqəmlər,  istər mücərrəd həndəsi  fiqurlar,  istər sözlər),  nəticə 
eyni olaraq qalırdı: təklif edilən cərgənin yalnız əvvəli ilə sonu şüu­
ra və yaddaşa daha parlaq şəkildə həkk olunurdu.
G iriş  və  yekun  hissələrin  vəzifələri,  on ların   qu ru lm ası 
üsulları  Söylənəcək nitqin giriş və nəticəsini tələb  olunan  şəkildə 
formalaşdırmaq üçün ritorikanın hansı müddəalarını nəzərə almaq 
faydalı  olardı?  Hər şeydən  əvvəl,  nitqin  adı  çəkilən  hissələrindən 
hər  birinin  ifadəsi  zamanı  natiqin  qarşısında  duran  vəzifələri 
nəzərə almaq lazımdır.  Giriş, obrazlı desək, bir növ, kamerton (ya­
xud üvertüra) kimidir, o, auditoriyanı müəyyən məqama kökləyir.
Girişin vəzifələri - dinləyicilərin diqqətini cəlb etmək, onlarda 
maraq  oyatmaq;  onların  inamını  qazanmaq,  təmas  qurmaq,  qan- 
şılıqlı  anlaşma yaratmaq,  bəzən  auditoriyada natiqə  qarşı  yaranan 
və  ünsiyyətin  əks-  suggestiv  sipəri  (təlqinə  qarşı  təbii  psixoloji 
müqavimət,  kənar təsir)  adlandırılan  «gözəgörünməz  ehtiyatlılıq 
buzu»nu əritmək;  dinləyiciləri  çıxışın  əsas hissəsini  qəbul  etməyə 
hazırlamaqdır.
Yekun  hissənin  vəzifələri  -  başlıca  olanı  xatırlatmaq,  deyi­
lənləri  yekunlaşdırmaq  (bunu  hələ  Platon  Sokratın  dili  ilə  24 
yüzillik  bundan  əvvəl  söyləyirdi),  nitqdən  alınan  təəssüratı  qüv­
vətləndirmək,  fəaliyyətə  səsləməkdir.  A.F.Koninin  daha  bir  mu­
siqili  müqayisəsinə  əsasən,  yekun  isə  idealda  elə  olmalıdır  ki,
185


istər-istəməz  dinləyicilərin  qulaqlarında  səslənsin,  özü  haqqında 
xoşagələn-lirik, yaxud gümrah,  eneıjili xatirələr oyatsın.
Yüz  illər  ərzində 
ritorikada  giriş  və  yekun  hissə  zama­
nı  «natiqə  yaxşı  xidmət  edə  biləcək»,  onun  vəzifələrinin  həyata 
keçirilməsinə  yardımçı  olan  üsullar  haqqında  anlayışlar  toplanıb 
zənginləşmişdir.  Ayn-ayn  oxşar  üsulları  sadalayaraq,  zərurət  ya­
randıqda, bu  siyahını onların istifadəsinin xüsusiyyətləri haqqında 
qısa şərhlərlə müşayiət edək.
Beləliklə, girişdə üzvi surətdə aşağıdakılar səslənir:
•  Etiket vəzifəsini yerinə yetirən salamlama və müraciət, tanış 
olmayan natiqin dinləyicilərə təqdim edilməsi;
•  Məruzənin mövzusunun elan edilməsi;
•  Nitqin  «reklamedici»,  maraq  doğuran  adının  elan  və  izah 
edilməsi;
•  Mövzunun əhəmiyyətinin birbaşa göstərilməsi (onun aktual­
lığı, yeniliyi, təcrübi  əhəmiyyəti);
•  Natiqin mövzu ilə maraqlanması səbəbinin şərhi.  Şəxsiyyətə 
yönəlmiş  diqqət  kimi  bu,  dinləyicilərdə  maraq yaratmağa kömək 
edə bilər;
•  Mövzunun əsas anlayışının mahiyyətinin açılması;
•  Açar tezisin irəli  sürülməsi;
•  Çıxışın  məqsədinin  quruluşu  (buraya  həm  də  ondan  əvvəl 
gələn  üsuldan  istifadə  daxildir),  (çıxış  edənin  çatdırmaq  istədiyi 
başlıca fikrin formalaşdırılması);
•  Dinləyicilərin nitqin planı ilə tanış edilməsi. Plan yığcam olma­
lıdır, həm də o, natiqin ətraflı,  çoxsaylı bəndlər və yanmbəndlərdən 
ibarət  olan,  nitqinin  məzmununu  sistemləşdirərək,  «dispozisiyanın 
(mövqenin) mətbəxi»ni  açıqlayan işçi plan yox,  ən optimal, insanın 
operativ  yaddaşının  həcminin  «sehrli  sayma»  uyğun  gələn  -   yəni 
1-2 bənddən ibarət, bir növ, auditoriya plam olmalıdır;
•  Problemin meydana gəlməsi və öyrənilməsi tarixinin yığcam, 
seçilmiş  şəkildə  (məhz  yığcam  və  seçilmiş,  çünki  başqa  cür  olsa, 
işin  əsas  mahiyyətindən  kənarlaşmaq  və  dinləyiciləri  çoxsözçülü- 
yün  dövri  genişliyi  və  zamanların  tozu  ilə  örtülmüş  təfərrüatlarla 
doydurmaq təhlükəsi çox böyükdür) işıqlandırılması;
186


Yüklə

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə