Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə59/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   124

•  kartoçkanın  məzmununun  vahid  bir  məsələni,  müəyyən  alt 
mövzunu, yaxud kiçik mövzunu izah etməsini nəzarətdə saxlamaq;
•  qeyd edilən müddəalann müəlliflərini,  onların ədəbiyyatdan 
sitat (məhz,  konkret olaraq  hansı  ədəbiyyatdan),  yaxud  oxucunun 
şəxsi  şərhləri  olduğunu dəqiq göstərmək;
•  qeydi  kartoçkanın  yalnız  bir  tərəfində  aparmaq.  Oxunmuş­
lar  üzrə  düşünülmüş  şəkildə  qeydlər  apanlması  və  bu  qeydlərin 
sistemləşdirilməsi  natiqə  nəinki  aynca  bir  çıxışa  hazırlaşmağa, 
həm  də tədricən,  onu maraqlandıran mövzu üzrə özünün təkrarsız 
və sonralar dəfələrlə müraciət edəcəyi işçi arxivini (artıq işlənilmiş, 
yığcam və şəxsi təfəkkürünün süzgəcindən keçmiş xəzinəsini) ya­
ratmaq  imkanı  verəcək  ki,  bu  arxivi  şəxsi  mülahizələrinə  əsasən 
nizama salmaq və xüsusi ayıncı kartoçkalar qoymaqla qutulara, ya 
da mövzu zərfləri ilə aynca qovluqlara yığmaq mümkündür.
Natiqlik, yaxud bədii söz ənənəsində  mətn üzərində işin bütün 
sonrakı  mərhələlərinin  uğurlu  alınmasında yaranış  mərhələsinin 
müəyyənedici  əhəmiyyəti  dəfələrlə  qeyd  edilmişdir.  Hələ  Katon 
«İşi  öyrən,  sözlər gələcək»  lakonik məsəlini  özünün  «ritorik kre­
dosu»,  şüan  kimi irəli  sürmüşdü.
Siseron  düşüncənin yüksək idealına yönəlmiş  aşağıdakı  mak- 
simalist  fikri  irəli  sürürdü:  «Nitq  yalnız  onun  mövzusunu  tam 
bilmə əsasında çiçəklənməli və genişlənməlidir».
5. 2. Çıxışın kompozisiyası. M aterialın 
yerləşdirilm əsi m ərhələsində rito rik  fəaliyyət
Kompozisiya  anlayışı  və  nitqin  qurulması  zamanı  natiqin 
fəaliyyəti 
«Kompozisiya» sözü hamıya hələ məktəb partasından tanış 
olduğu kimi, ümumestetik mənaya malikdir, yəni  incəsənətin müxtəlif 
növlərinə: bədii ədəbiyyat, təsviri sənət, musiqi və s. aid istifadə edilir.
Bu  zaman  «kompozisiya»  termini  öz  istifadəsinin  ən müxtəlif 
sahələrində  məlum ümumi  mənaya malikdir və adətən,  «qurulma, 
tərtib edilmə» (latın dilindən hərfi tərcümədir) kimi izah edilir.  Daha
181


dərindən  düşünüldükdə,  məlum  olur ki,  bu  anlayış  o qədər də  sadə 
deyil və onun bildirdikləri müəyyən tərkib hissələrindən ibarətdir:
1.  materialın hissələrə ayrılması;
2.  bu hissələrin bir-biri ilə və bütünlükdə nitqlə əlaqələndirilməsi;
3.  onların yerləşdirilmə ardıcıllığı.
Nəzərdən  keçirilən  anlayışın  üç  məna  komponenti  materi­
alın  yerləşdirilməsi  mərhələsində  natiqin  fəaliyyətinin  tərkibini 
müəyyənləşdirir.  Buna üç  qlobal  əməliyyat uyğun  gəlir:  seçilmiş 
materialın quruluşunun müəyyənləşdirilməsi, hissələrin ölçülərinin 
motivləşdirilmiş  şəkildə  uyğunlaşdırılınası  (proporsionallaşdınl- 
ma), onların düzülüş qaydasının müəyyənləşdirilməsi.
Qeyd  edək ki,  ritorikaya  aid  antik mənbələrdə  natiqin  fəaliy­
yətinin  müzakirə  edilən  mərhələsi  (yerləşdirmə)  «dispozisiya» 
adlanırdı və «kompozisiya»  sözü ilə eyni kökdən əmələ gəlmişdi. 
Bu  terminə,  məsələn,  L.  N.  Tolstoyun  «Hərb  və  sülh»  əsərində 
rast gəlinir -  XIX əsrdə o (həmin  termin),  orduya döyüşdən  öncə 
müəyyən mövqe tutmaq barədə verilmiş əmri bildirirdi.  Beləliklə, 
bu mərhələdə natiq ideya ordusunu daha təhlükəsiz və döyüşə qa­
bil  şəkildə  düzən,  özünün  etibarlı  ön və  arxa cəbhəsini  quran  sər­
kərdə kimi gözümüz önündə canlanır.
Beləliklə, çıxışın materialı hansı kompozisiya bloklarına bölü­
nürdü?  Baxmayaraq  ki,  ritorikanın  tarixi  kursundan  məlum  oldu­
ğu kimi, Aristotel  də daxil  olmaqla bütün qədim müəlliflər çıxışın 
quruluşunda  səkkiz tərkib  hissə olduğunu  qeyd edirdilər,  istənilən 
mətnin tərkibində hissələrə ayrılmanın birinci mərhələsində üç ib­
tidai  ünsür  daha  möhkəmlənmiş  və  sabit  şəkildə  formalaşmışdır: 
giriş -  əsas hissə (açılma, yaxud mövzunun şərhi) - yekun.
Bu hissələr istənilən məktəb inşasının planında yer alır və rum 
rəqəmləri  ilə  qeyd  edilir ki,  bu  da  onların  böyüdülmüş  xarakteri­
ni, birinci növbədə olanlara aidliyini göstərir.  Onları gələcək şifahi 
nitqin konspektində də eynilə belə göstərmək mümkündür.
Yeri gəlmişkən,  mülahizənin tərkib hissələrinin bu tipologiya­
sı antik qaynaqların yuxanda qeyd olunmuş səkkiz hissəli sxeminə 
zidd deyil, çünki giriş və yekun (proloq və epiloq) həmin tipologi­
yanın da tərkibinə mütləq daxil edilirdi.
182


Göstərilən üç hissə, adətən, hətta sərbəst kompozisiyalı  adlan­
dırılan, natiqin «şüur seli» modeli üzrə inkişaf edən improvizasiya- 
lı çıxışlarda da mövcud olur. Mətnin üç hissəli quruluşu çox zaman 
gələcək nitqini vaxt darlığı  (seytnot) vəziyyətində düşünməli  olan 
natiqin intellektual  səylərinin  səfərbər olunmasına xidmət  edir və 
nitqə bir neçə dəqiqə qalmış tələsik edilən qeydlərdə əks olunur.
Çıxışın  qurulmasının  ümumi  qaydaları 
Çıxışın  qurulması­
nın ümumi  qaydaları  sırasına «qızıl  kəsmə»  qaydası  da aiddir.  Bu 
qayda  nitqin  quruluş  hissələrinin  optimal  tənasübünün  axtarışını 
istiqamətləndirir.  Qaydanın adı məcazi  məna daşıyır.  «Qızıl»  sö­
zü burada ən yaxşı, tapılmasının xoşbəxtlik gətirdiyi, yüksək ləya­
qətin göstəricisi mənasında istifadə edilir.
Belə terminoloji ad intibah dövrünün məşhur dahi sənətkarı Le­
onardo da Vınçi tərəfindən verilmişdi, lakin bu qaydanın mahiyyəti 
hələ antik dövrdə də mövcud idi:  o, incəsənətin müxtəlif növlərində 
yaradılmış, ilk növbədə plastik sənət nümunələrinə aid edilirdi.
Natiqliyə  aid  edilərkən  bu  qayda  belə  səslənir:  nitqin  giri­
şi  və  yekunu  (onun  kompozisiya  çərçivəsi)  həcmi  etibarilə  bütün 
mülahizənin  üçdə-birindən  artıq  olmamalıdır.  Bu  cəhəti  vurğula- 
maq lazımdır:  əgər natiq dinləyicilərin diqqətini  təşkil  edə bilsə və 
mülahizənin üçdə-birindən daha qısa zamanda çıxışını yekunlaşdır­
mağı bacarsa, bunun üçün ona yalnız təşəkkür etmək lazımdır.
Bu  qayda  çıxışın yalnız yuxan  cizgisini  -  çıxışın  davametmə 
müddətinin və yekununun son sərhəddini müəyyən edir.  Qaydanın 
tətbiqi  sadə riyaziyyat məsələsidir.
Məsələn, əgər siz yuxan sinif şagirdləri qarşısında yazıçının həyat 
və yaradıcılıq yolu haqqında yanm saatlıq bir mühazirə oxumalısımzsa, 
giriş və yekun (dövrün ümumi mənzərəsi və həmin yazıçının sələfləri, 
yaradıcılığının  əhəmiyyətinin  qiymətləndirilməsi,  sonrakı  nəsillərin 
ona verdiyi qiymət və s.)  10 dəqiqədən artıq vaxt almamalıdır.
Əks  halda,  əgər bunun  üçün vaxt varsa,  mühazirənin  mövzu­
sunu  başqa  şəkildə  formalaşdırmaq  lazımdır  ki,  daha  ətraflı  izah 
etdiyiniz istiqamətlər müzakirənin əsas obyekti kimi yer ala bilsin.
Göstərilən  qanunauyğunluğun  funksional  baxımdan  doğrul­
dulması  ondan ibarətdir ki,  əsas hissə çıxışın üçdə ikisindən daha
183


Yüklə

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə