Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə55/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   124

natiqin  nitqinin  təsirliliyini  artırır.  Lakin  bu  keyfiyyətlər  natiqin 
mövzuya  bələdliyi  və  bu  sahədə  mütəxəssis  olması  ilə  möhkəm- 
ləndirildməlidir:  mülahizələr isbat edilən olmalı, tezislər faktlar və 
nümunələrlə təsdiq edilməli, nəticələr əsaslandırılmalıdır və s.
Natiqin  nitqin  mövzusuna  çox  maraq  göstərməsi  və  obyek­
tivliyi  mübahisəli  məsələlərin  müzakirə  edilməsi  zamanı  çıxışın 
uğurlu alınmasının əsas şərtlərindən biridir.
Sonda ümumi ritorikanın natiqin nitq davranışına aid müddəa­
larını ümumiləşdirək:
1.  Ritorika məsləhət verir: «Dinləyiciyə hörmət etmək lazımdır»;
2.  Ritorika tövsiyə edir:  «Sizi maraqlandırmayan məsələ haq­
qında danışmayın»;
3.  Ritorika  ümumiləşdirir:  «İnam,  mehribanlıq,  səmimiyyət, 
obyektivlik, maraq keçici “xəstəlikdir” :  onlar dinləyiciyə ötürülün).
168


V  FƏSİL
NİTQ  FƏALİYYƏTİ
1. Y aranış m ərhələsində rito rik  fəaliyyət
Yaranış zamanı fəaliyyətin iki mərhələsi  olur:
1.  analitik-konseptual  mərhələ - bu  mərhələdə  çıxışın  strateji 
ideyası yetişməyə başlayır;
2.  komplektləşdirici  -  işlənilmə  mərhələsi  -   bu  mərhələdə 
konkret materialın seçilməsi işi  aparılır.
Çıxış  üzərində  işin  başlanğıc  mərhələlərinin  inkişafı  gedişini 
göstərmək üçün natiqlik ustalığına aid kitablarda müəyyən cədvəl 
nümayiş etdirilir.
Məlum  olduğu kimi,  hətta çıxışa hazırlığın lap başlanğıcında, 
mövzu  seçildiyi  zaman  o,  natiq  üçün  «tabula  rasa»  («ağ  lövhə») 
olmur;  natiq nitqin mövzusu haqqında mütləq hansısa,  çox zaman 
tam  dərk  edilməmiş  olsa  da,  heç  olmazsa,  müəyyən  və  təsadüfi 
anlayışlara malik olur.
Yaranışın  analitik  -   konseptual  mərhələsində  bu  yayğın  an­
layışların  nizama  salınması  və  nitqin  ideyasının  saflaşdınlması 
baş  verir.  Sonra  çatışmayan  materialın  qeyd  olunan  istiqamətlər 
üzrə  seçilməsi  təşkil  edilir  və  yeni  əldə  edilmiş,  nəinki  çıxışın 
reqlamentinə  uyğunlaşmayan,  hətta  onun  həcmindən  artıq  olan 
məlumat,  bir  qayda  olaraq,  optimal  şəkildə  sistemləşdirilmiş  ol­
mur. Bu vəzifə artıq yaranışın çərçivəsindən kənarda həll edilərək, 
materialın yerləşdirilməsi mərhələsinin üstünlüyünü təşkil edir.
Beləliklə,  nitqin  məzmunu  üzərində  işin  analitik-konseptual 
mərhələsində aşağıdakılar həyata keçirilir:
169


•  Əgər gələcək natiqə belə bir imkan verilibsə,  nitqin mövzu­
sunun seçilməsi;
•  Mülahizənin  əsas  ideyasının  müəyyənləşdirilməsi  və  nitqin 
məqsədinin dərk edilməsi;
•  Nitqin adının formalaşdırılması;
•  Onun ilkin eskiz-planının müəyyənləşdirilməsi.
Çıxışın m övzusunun və adının  seçilməsi Çıxış üçün mövzu 
ya natiqə kənardan təklif edilir, ya da onun özü tərəfindən müstəqil 
olaraq  seçilir.  Mövzunun  seçilməsi  imkanına  malik  olduqda 
(məsələn,  seminar  məşğələsinə  hazırlıq  üçün  müəllim  tərəfindən 
təklif edilən məruzə və çıxışların mövzularının təhlili zamanı) aşa­
ğıdakı mühüm meyarlar rəhbər tutulmalıdır:
•  N atiqin özünün təfəkkür və m araqlarına uyğunluq.  Öz möv­
zusuna «soyuqqanlı və laqeyd»  olarsa,  natiq dinləyicilərində çətin 
ki,  həyəcan  oyada  bilsin.  Marağını  başqalarına  «yoluxdurmaq 
təsiri» burada böyük əhəmiyyətə malikdir;
•  D inləyicilərin  m araqlarına  (ümumbəşəri,  ya xu d   qrup  ma­
raqları) m üvafiqlik.  Məsələn,  «Stresslərin profilaktikası və ya on­
ların  aradan  qaldırılması»  kimi  bir  mövzu  ümumbəşəri  maraqlar 
qrupuna aiddir və xüsusi  hazırlıq tələb  etmir.  Eyni  zamanda,  filo­
logiya üzrə təhsil alan tələbələr qarşısında ekzistensializm fəlsəfəsi 
haqqında  çıxış  planlaşdırarkən  mövzunu  dinləyicilərin  peşə  ma­
raqlan  ilə  əlaqələndirmək  və  onu  «Ekzistensializm  baxışlan  və 
bədii yaradıcılıq»  şəklində formalaşdırmaq daha yaxşı olar;
•  Yenilik  və  aktuallıq.  Yəqin  ki,  «Kompyuter  əsrində  kitabın 
taleyi»  adlı məruzə aktual və cəlbedici  səsləndiyi üçün,  ona yaxın, 
lakin  daha ümumi  olan «İnsanın mənəvi  inkişafında kitabın rolu» 
mövzusundan daha böyük maraqla qarşılanacaqdır;
•  M übahisəlilik, problem lilik.  İzaha,  şərhə  dramatiklik gətirir, 
natiqə  kənarda  qalmamağa  və  məsələyə  aid  öz  şəxsi  fikrini 
bildirməyə  imkan  verir  ki,  bu  da,  adətən,  dinləyicilər  tərəfindən 
yüksək  qiymətləndirilir.  Məsələn,  ritorika,  yaxud  pedaqogikanın 
mövzusunun  xüsusiyyətləri  haqqında  mühazirə  oxuyarkən,  na­
tiq  maraq yaratmaq,  başlanğıcı  problemli  edib  onu  gücləndirmək 
məqsədilə belə təqdim edə bilər:  «Ritorika (pedaqogika) -  elmdir,
170


yoxsa incəsənət?»  (əslində,  sualın belə birmənalı formalaşdırılma­
sı  elmi  baxımdan  düzgün  deyil  və  işin  mahiyyəti  məhz  müzakirə 
mövzusunun sintetik təbiətindən ibarətdir).
Nitqin  neytral  olan və  onun  mövzusunu  birbaşa göstərən  işçi 
adından başqa, dinləyicilərin maraqlarını cəlb etməyin əlavə imka­
nı  çıxış  üçün  daha  parlaq,  cəlbedici,  «reklamedici»,  maraqlı  adın 
düşünülməsidir.
Məsələn,  məşhur və Azərbaycan  dilinə  bu  yaxınlarda  (2013) 
dublyaj  edilmiş  «Karnaval  gecəsi»  Sovet  filmindəki  son  dərəcə 
gülməli  çıxışın  adı  («Marsda  həyat  varmı?»)  özünün  bütün  uy- 
ğunsuzluğuna baxmayaraq,  ciddi və quru şəkildə formalaşdırılmış 
başqa bir addan (məsələn, «Yerdənkənar mədəniyyətlərin mövcud­
luğu  problemi»)  ritorik-psixoloji  baxımdan  daha uğurlu,  anlaşıqlı 
və cəlbedici  düşünülmüşdü.
Fikrin reklam və tematik adlan bəzən ikiqat başlıqda, məsələn: 
«Nitq  inciləri  (atalar  sözü  və  məsəllərdən  istifadə  haqqında)» 
birləşir.
Mövzunun  adına  reklam,  maraqlandıncı  xarakter  verməyin 
m üxtəlif üsullan mövcuddur.
Bu  üsullardan  bəzi  geniş  yayılmışlanm  sadalayaq  (nitq 
mədəniyyətində jestlər haqqında):
•  O brazlı başlanğıcın daxil edilm əsi («İnsan açıq kitab kimi»; 
«Danışan əllər»; «Jestlər - yalan detektorlandır»);
•  Sualın qoyuluşu.  Ümumi,  xüsusi,  yaxud alternativ xarakter­
li  suallann  formalaşdınlması  mümkündür.  M üqayisə  edək:  «Siz 
jestlərin  dilini  bilirsinizmi?»;  «Sözlər  olmadan  anlamağı  necə 
öyrənməli?»;  « Jestlər:  köməkçilərdir, yoxsa satqınlar?»  (sonuncu 
nümunədə jestl əri canlandıran metafora ilə birlikdə);
•  Frazeologizm lərin,  sitatların  cəlb  edilməsi:  «İmicinizi  öz 
əllərinizlə yaradın» (seçilmiş ifadənin məcazi və həqiqi mənasımn 
canlandınlması);  «Fikrin  dilsiz  işarəsi»-  qədim  şeirdən  olan  bu 
sitatda jest  haqqında  belə  deyilir:  «Fikrin  dilsiz  işarəsi,  \\  Hissin 
sözsüz işarəsi»;
•  Q afiyələnmə.  Çıxışın  nəsrlə  olan  yerdə  qalan  hissəsilə  mü­
qayisədə  homeotelevtin  qədim  ritorik  fiqurundan  ibarət  olub,
171


Yüklə

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə