Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə57/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   124

lektual  tapıntıları  ilə zənginləşdirə bilər.  Lakin beynin  əvvəlcədən 
başqalarından  alınma  ideya  və  nümunələrlə  doydurulması  nitqə 
hazırlaşan insanın problemi öz nəzər-nöqtəsindən görməsinə mane 
ola bilər.  Bu  səbəbdən,  göstərilən  mənbələrə nitqin  məzmununun 
kəşf edilməsi  üçün  müraciət  edilən  mənbələr  prioritetlik  (üstün­
lük,  mühümlük)  baxımından  növbəlilik  planında  formalaşdırıl­
malıdır.  Əməli  işdə  bu,  ritorik  cəhətdən  hazırlıqlı  insanın  nitqin 
məzmununun  zənginləşdirilməsi  üçün  həmin  an  yerindən  qalxıb 
özgə fikirlərinin ardınca kitabxanaya qaçmayacağı mənasını verir.
Məsələni  şəxsən  anlamanın  ilk  cücərtilərinin  boğulmaması 
üçün  və  elə  həmin  informasiya  axtarışını,  bu  sahədə  fəaliyyətini 
gələcəkdə  səmərəli  şəkildə  planlaşdırmaqdan  ötrü  təcrübəli  ritor 
əvvəlcə  özünün  gücü  çatanlannı  etməli,  öyrəniləcək  məsələnin 
mümkün məzmun istiqamətlərini  dərk etməyə çalışmalıdır.
Bəs  natiqin  gələcək nitqin  məzmunu üzərində  düşüncələri  nə 
şəkildə  təşkil  olunmalıdır?  Axı,  heç  də  həmişə  insanın  iradəsinin 
hökmü,  daxilən  səslənən  «düşünməyə  başla!»  komandası  ilə  be­
yində təzə,  qiymətli  ideyalar meydana çıxmır.  Bu baxımdan ağlın 
işini  daha məhsuldar edən perspektiv istiqamətləri  bilməsi  natiqin 
köməyinə çatır.
Klassik ritorikada bu toposlann  (nitqin  predmeti və gerçəklik 
arasındakı  «ümumi yerlərin»,  universal  əlaqələrin  - məsələn,  aşa­
ğıdakı  fikir modelləri:  cins və növ,  bütöv və hissə,  daxili və xarici 
xüsusiyyətlər,  adı  (adın  mənşəyi,  zaman  və  yer,  səbəb  və  nəticə, 
məntiqi və bədii müqayisələr, əksliklər və s.)) birliyidir.
Toposlan  nəhəng  dolabın  çəkilə  bilən  və  içərisində  mülahi­
zənin  mövzusuna  potensial  şəkildə  uyğun  gələn  saysız-hesabsız 
ideyalar olan bölmələri ilə müqayisə edirlər. Hələ Aristotel 24 topo- 
su təsvir etmişdi. M.V.Lomonosov «Bəlağətli nitqə qısa rəhbərlik» 
əsərində  16 mühüm toposu sadalamışdı.
Toposlar  mövzunun  əsas  anlayışları  və  başqa  anlayışlar  ara­
sındakı  çoxşaxəli  əlaqəni,  başlanğıc ideyalara aid göstərişləri,  to­
poslan  və  törəmə  ideyalan  daha  ciddi  cədvəl  formasında,  yaxud 
daha sərbəst sxematik formada, bir növ, «ideyalar ağacı»  şəklində 
formalaşdırmağa imkan verir.
175


Nitqin  özündə  tapılmış  ideyalar  meydanaçıxma  ardıcıllığı­
na görə yox,  seçilmiş,  natiq üçün rahat olan  şəkildə  (heç təsadüfi 
deyil  ki,  hələ Lomonosov  ağlın uğurlu yaradıcılıq fəaliyyəti  üçün 
qarşılıqlı  əlaqələrin,  ideyaların  uyğunlaşdırılınası  və  lazımsız 
təsəvvürlərin qarşısının alınması bacarıqlarının çox mühüm olma­
sını göstərirdi) aktuallaşdınlır.
Klassik  toposlar  sisteminin  «varisləri»  çağdaş  Amerika  rito­
rikasında  təbliğ  edilən  müasir  evristik  sxemlərdir.  Məlumdur  ki, 
«evrika»  sözü hərfi mənada «tapdım»  (suya batan kütlə tərəfindən 
itələyici  qüvvənin  təsiri  haqqında  qanunu  kəşf  edən  Arximedin 
əfsanəvi səslənməsi) deməkdir. Ritorika sahəsində evristik sxemlər 
mövzunu  m üxtəlif cəhətlərdən  nəzərdən  keçirmək  imkanı  verən 
suallar sırası kimi görünə bilər.
Şübhəsiz  ki,  gələcək  müzakirələr  probleminin  özü  natiqdə 
yaradıcılıq ilhamı  yaradır,  bu  səbəbdən  süni  dayaqlara («təfəkkür 
dəstəyi»)  ehtiyac  olmaya da bilər.  Bununla yanaşı,  hətta söhbətin 
mövzusuna  həqiqi  maraq  göstərildiyi  zaman  da  şəxsi  fikirlərini, 
universal  və  nizama  salınmış  məntiqi-ritorik  ehtiyatlarının  kor­
təbii hərəkətini yoxlamaq xeyirli olar.
Gələcək  natiq  çıxışının  məzmununun  zənginləşdrilməsi  üzə­
rində  düşüncələr və  müstəqil  işdən  sonra yaranan  suallara  cavab 
tapmaq  məqsədilə  hazır  informasiya  mənbələrinə  müraciət  edir. 
Burada biz nitqin predmeti üzrə ədəbiyyatla tanışlıq sahəsində ay- 
n-ayn, daha çox məlum olan tövsiyələrlə kifayətlənəcəyik ki, bun­
lar mövzunu dərk etmək üçün fikir üfüqlərini əhəmiyyətli dərəcədə 
genişləndirməyə imkan verir.
Y aranış  zam anı  ədəbiyyat  q a y n aq la rı  ilə  səm ərəli  işə  aid 
tövsiyələr Ədəbiyyat mənbələrinə müraciət edilərkən informasiya 
axtarışı üç əsas pillədən keçir:
1.  biblioqrafik  axtanş  (natiqi  maraqlandıran  nəşrlərə  aid  mə­
lumatların tapılması);
2.  sənədli  axtanş (həmin nəşrlərin özlərinin əldə edilməsi);
3.  nəzəri  -  faktoqrafik  axtanş  (mənbələrdən  çıxışda  əks 
etdirilmək  perspektivi  olan  məlumat,  müddəa  və  nümunələrin 
seçilməsi).
176


Biblioqrafik axtarışın həyata keçirilməsi yollarında qısaca da­
yanaq,  axı, bütün elmlərə qapılan  açan qızıl  açann qədim zaman­
dan bəri biblioqrafiyanın emblemi olması nahaq deyil.
Bu  gün  artıq  təkcə  kartoçka  yox,  həm  də  elektron  forma­
da  təqdim  olunan  kataloqlar  biblioqrafik  informasiya  «xəzinəsi» 
hesab  edilir.  Kataloqlar  m üxtəlif prinisiplər  əsasında  təşkil  edilə 
bilər:  əlifba, fənn (mövzu),  sistemli kataloqlar mövcuddur.
Fənnə əsaslanan yanaşma - əlifba prinsipi ilə yerləşdirilən əsas 
anlayışlann  seçilməsinə;  sistemli  -  elmlərin  m üxtəlif sahələrinin 
seçilməsinə əsaslanır ki, bu elmlərin hər birinin şifri zərurət yaran­
dıqda ayrıca xüsusi göstəriciyə əsasən dəqiqləşdirilir.
Elmin  müəyyən  sahəsini  inkişaf  etdirən  nəşrlər  haqqında 
əlavə, xüsusilə ən yeni məlumatların axtarılması referatlar haqqın­
da məlumat jurnallarının nəzərdən keçirilməsi zamanı aparıla bilər. 
Bu jurnallarda müəyyən  sahə üzrə  son dövrlər üzrə nəşr olunmuş 
mənbələr haqqında məlumatlar olur,  həm  də bu zaman təkcə bib­
lioqrafik məlumatlar yox,  eləcə  də  işlərin  qısa annotasiyası  və ya 
xarici nəşrlərin referatlan yerləşdirilir.
Bundan başqa, çıxışın mövzusu üzrə artıq tapılmış mənbələrdə 
olan  ədəbiyyat  göstəriciləri  də  «gizli  biblioqrafik  vəsait»  he­
sab  edilir.  Bu,  hər  şeydən  əvvəl,  kitabın  və  məqalənin  sonundakı 
ədəbiyyat  siyahıları,  həmçinin  məqalələrin  daxilindəki  biblioqra­
fik məlumatlardır.
Bu  yol  çox  perspektiv  hesab  edilir,  çünki  ondan  istifadə  za­
manı  bilavasitə  ixtisaslı  mütəxəssislər tərəfindən  problemlə  bağlı 
yerinə yetirilmiş iş nəzərə  alınır.  M əşhur fransız ədəbiyyatşünası 
Andre M orua  belə axtarış metodunu «ulduzlu»  adlandırır:  hər bir 
nəşr şüa kimi başqalarının yolunu işıqlandırır.
Əgər  verilən  məlumatlann  dərin  və  hərtərəfli  olması  təmin 
edilməlidirsə,  hazırlaşmağa  ayrılan  vaxtın  imkan  verdiyi  qədər 
biblioqrafik axtarışın m üxtəlif yollarından istifadə etmək lazımdır.
Seçilmiş  ədəbiyyat  mənbələri  ilə  tanışlığın  səmərəli  ardı­
cıllığının  müəyyənləşdirilməsi  zamanı  əqli  işin  elmi  təşkili  üzrə 
mütəxəssislər aşağıdakı  a m i l l ə r i   nəzərə alırlar:
177


Yüklə

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə