Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə54/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   124

Məsələn,  Hitler  və  Mussolini  də  parlaq  və  istedadlı  natiqlər 
idi və öz faşist nitqləri  ilə Almaniyanın,  İtaliyanın əhalisinin  əhə­
miyyətli  hissəsini  cəlb  edərək,  planetimizi  dünya  müharibəsinin 
qanlı  qırğınlarına  atdılar.  Söz  böyük  qüvvədir  və  ondan  yüksək 
məsuliyyət  hissi  ilə  istifadə  edilməlidir.  Əslində,  bu  məsuliyyət 
yalnız Yer üzərində sülhün, həyatın qorunmasına, insan fikirlərinin 
və duyğularının təcəssümünə xidmət edməlidir.
Məsuliyyətsizliyin  qarşısında  əxlaq  sədd  yaradır.  Çox  qədim 
zamanlardan  bəri  müqəddəs  dini  kitablarda  yazılmış  əsas  əxlaq 
meyarları bütün dünyada səslənir:  ata və ananı öldürmə; yalan da­
nışma;  ehtiraslanna tabe  olma;  oğurlama;  adamlara  şər atma;  ya­
xın adamının malına göz dikmə.
Bu  müqəddəs  kitablarda  yazılanlar  və  müdrik  adamların 
deyimləri  insanda həyat çətinliklərinə dözməyə kömək edən ləya­
qət hissi, zəiflərə, səhv etmişlərə, kimsəsizlərə rəhm hissi, insanlara 
azad və bərabər birliyin üzvləri  kimi  məhəbbət hissi,  insana qarşı 
zorakılığın  qəbul  edilməməsi  və  şəxsiyyət  hüquqları  və  azadlıq­
larının  müdafiəsinə  olan  daxili  tələbat,  mənəvi  dəyərlərə  hörmət, 
özünün  maddi  dəyərlərə  aid  arzularını  nəzarətdə  saxlamaq  kimi 
keyfiyyətlərin  formalaşdınlmasına  kömək  edir.  Obrazlı  deyilsə, 
natiqlik sənətində də əxlaqlılıq nitqin ürəyidir.  Həqiqəti  çox adam 
eşidir və özləri, qərarları və hərəkətləri üçün nümunə kimi yaddaş­
larında qoruyub  saxlayırlar.
Natiq obrazı şəxsiyyətin keyfiyyətlər sistemi kimi
Səmərəli,  təsirli  nitq üçün natiqin hansı  şəxsi  keyfiyyətləri və 
nitq  davranışı  xüsusilə  əhəmiyyətlidir?  Danışanın  şəxsiyyəti  haq­
qında Aristotel  yazırdı:  “D anışana  etibar  oyadan  üç  səbəb  var, 
çünki  bizim  sübutsuz  inandığım ız m əhz  bu  qədər şeydir,  bunlar 
dərrakə, yaxşı adam lıq və xoş əhval-ruhiyyədir.  Əgər dinləyicilərə 
elə gəlirsə  ki,  natiq bütün  bu  keyfiyyətlərə  malikdir,  onlar m ütləq 
ona inam hiss edirlər. ”
Plutarx iki natiqi - Demosfen və Fokionu müqayisə edərək de­
yirdi:  «özünə  inam  aşılam ış  insanın  tək  bir  sözü,  bir  dəfə  başını
165


tərpətm əsi digər geniş dəlillərin ham ısından daha əhəm iyyətlidir». 
O, Demosfeni dahi natiqlər, Fokionu isə mahir natiqlər sırasına aid 
edirdi.  Çünki  Fokion  dinləyicilərə  təkcə  nitqlərinin  qüvvəsi  ilə 
yox, həm də qüsursuz həyatı  ilə təsir edirdi.
Roma ritoru  Kvintilianın  natiqin  şəxsiyyətinə verdiyi  tələblər 
aforizm-məsləhətdə  ümumiləşdirilmişdir:  yaxşı  natiq  olm aq  istə­
yirsənsə,  əvvəlcə yaxşı insan ol.
Siseron  natiqin  xarici  görkəmi  haqqında  tövsiyyələr  verirdi: 
natiqin xarici görkəmi dinləyicilər üçün xoş olmalıdır. Natiq öz ba­
xı şlannı idarə etməlidir,  çünki insanın sifəti onun ruhunun əksi dir­
sə,  gözlər onun  ifadəsidir.  Qamət düz,  natiq  sakit olmalıdır,  nadir 
hallarda gəzişmək  olar,  lakin  son  dərəcə  sərbəstlik yaramaz,  artıq 
hərəkətlərə yol verilməməli,  əllər yellədilməməlidir.
Siseron səslə bağlı yazırdı:
H ərflər  ayrı-ayrı  deyildikdə  və  xüsusilə  incə  şəkildə  qabar- 
dıldıqda  xoşum a  gəlmir,  həm çinin  onların  tələffüzü  əhəm iyyətsiz 
şəkildə  pozulduqda  da  xoşum a  gəlm ir;  sözlər  zəif,  ölən  səslə 
deyildikdə  xoşum a  gəlmir,  həm çinin  onlar  səs-küylə,  sanki  ağır 
təngnəfəsliklə deyildikdə də xoşum a gəlmir.
Səs  sadə  və  təbii,  rəvan  və  yumşaq  səslənməlidir.  Səsin  bu 
keyfiyyətləri xüsusi çalışmalar vasitəsilə əldə edilir.
Natiqin  mükəmməlliyə  səy  göstərərək,  öz  dilində  danışması, 
özünə  məxsus  nitq  üslubu  axtarması,  söyləyəcəyi  nitqin  ritmini 
müəyyənləşdirməsi çox mühümdür.  Siseron göstərirdi ki, nitq çay 
kimi  arasıkəsilmədən  söylənməlidir.  «Sözlərdə m üəyyən bir m ate­
ria l varsa,  ritm də onun bəzəyi var».
Qeyd  etmək  lazımdır ki,  Qədim Yunamstanda  da,  qədim Ro­
mada da natiqlik sənəti təkcə obrazlı  nitqi yox,  həm  də ondan alı­
nan  estetik  həzzi  özündə  birləşdirirdi,  musiqi,  nəğmə,  bədii  oxu 
dinləyicilərə həzz verdiyi kimi, gözəl nitq də dinləyicilərin zövqü­
nü oxşamalı idi.
Dinləyicilər qarşısında söylənilən nitqin kompozisiyası və ona 
hazırlığın planı  göstərir ki,  şifahi  çıxışa da yazılı  mətnin hazırlan­
ması  ilə başlamaq  lazımdır.  Belə ki,  «qələm  gözəl nitqin ən yaxşı 
ustadıdır».
166


Natiqin ümumi inkişafı, dünyagörüşü və erudisiyasının artırıl­
ması məqsədilə Siseron bədii əsərlərdən, poetik mətnlərdən müm­
kün  qədər  çox  parçalar  əzbərləməyi,  tarixi  öyrənməyi  məsləhət 
görürdü.
Siseronun fikrincə, sözlərdən istifadə etmək bacarığı və şablon 
olmayan  parlaq  ifadələrdən  ibarət  böyük  söz  ehtiyatı  gözəl  nitq 
üçün zəmin və təməl  hazırlayır.
Bəs bu təməl üçün sözlər- kərpiclər necə seçilməlidir?
Siseron məsləhət görürdü:
1.  Ümumişlək sözlər arasında çox işlədilmiş və insanlan bez­
dirmiş olanlardan( deməli, yəni və s .,) qaçmaq,  seçilmiş və parlaq 
ifadələrdən istifadə  etmək;
2.  Qədim,  yaxud  yeni  sözlər  (neologizmlər)  arasından  canlı 
müasir dil üçün qəbul edilən olanlan  seçmək;
3.  Metaforanın  seçimi  zamanı  onun  yerində  işlənməsini  nə­
zərə almaq lazımdır.
M üasir  ritorika  natiqin  şəxsiyyətinin  nitqin  səmərəliliyinə 
kömək edən konkret xüsusiyyətlərini  göstərir:  cazibədarlıq,  məla­
hət,  artistizm,  inam,  səmimiyyət,  maraqlılıq,  həvəslilik.  Sevimli 
natiq -  təbii, olduğu kimi  görünən natiqdir.
Biz  nitqi  yox,  danışan  insanı  dinləyirik.  Klassik  ritorika bil­
dirir ki,  «Təqlid etm ək üçün ən yaxşı nümunə sizin özünüzsünüz».
Psixoloqlar müəyyən etmişlər ki,  natiqin məşhurlaşmasına tə­
sir edən məsələlər bunlardır:  xarici  görkəm  (ümumi  görünüş,  ge­
yim,  davranış  tərzi);  qadınlarda xüsusilə  nəzərə  çarpan xanımlıq, 
zərif nitq və  incə  davranış,  kişilərdə  mərdanə  davranış,  qətiyyət; 
hər ikisində səlislik,  emosionallıq və ekspressivlik.
Cəlbedicilik, məlahətlilik keyfiyyəti artistliklə -  dinləyicilərlə 
tamaşa formasında ünsiyyət qurmaq bacarığı ilə sıx bağlıdır. Lakin 
bu tamaşada natiq  öz  rolunu  oynamalıdır.  Və  əgər natiqin  emosi­
yaları,  artistizmi  səmimidir və çıxışının yaxşı nəticə ilə tamamlan­
masına yönəldilmişdirsə,  bunlar dinləyiciyə çatır və onlann cavab 
reaksiyası da analoji  olur.
Danışanın  şəxsi  keyfiyyətləri,  xeyirxahlıq  və  səmimiyyəti 
dinləyicilər  tərəfindən  həmin  an  müsbət  qiymətləndirilir  və  bu,
167


Yüklə

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə