Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə51/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   124

Bu  səbəbdən,  öz  emosiyalarına yox,  emosiyaları  yarada bilə­
cək faktlara müraciət edilməlidir. Əgər natiq dinləyicilərdə müsbət 
emosiyalar  yaratmaq  istəyir  və  müsbət  hislərə  müraciət  edirsə, 
auditoriyanın həyəcanlılıq  səviyyəsini  nəzərə almalı,  insanları  hər 
şeyi  əlvan görməyə məcbur etməməlidir.
2.  N itqin  qəlib form alarının  qarşısının alınm ası prinsipi.  İn­
sanlar duyğularına aid olan hər şeyə mərifətli, təmkinli  münasibət 
bəslənməsinə  üstünlük  verirlər.  Səmimiyyət,  dərin  təsirlilik  yal­
nız nitqin  intonasiyasından yox,  həm  də  onun  formasından-  çıxış 
edənin seçdiyi  söz və ifadələrdən asılıdır.
Nitqin bəzəkverici ünsürləri -  epitetlər,  metaforalar və s.  çox 
ciddi seçimə məruz qalmalıdır; burada qəliblərə, şablonlaşmış me­
taforalara yer yoxdur.  Ruhlandırıcı  nitq -  həmişə məlum,  dinləyi­
cilərə yaxın olan məsələ haqqında yeni, bu səbəbdən də təsirli olan 
sözdür.
3.  M ədhiyyəçilik  prinsipi.  Bu  prinsip  tərifedici  məzmunlu 
nitqlər üçün nəzərdə tutulur və səbəbkarın ünvanına tənqidin, mən­
fi ünsüurlərin nitqdən çıxarılmasını tələb edir.
Əyləncəli  və  şəxsi  (ən  m əxfi)  nitq.  Əyləncəli  nitq  adında  nə­
zərdə  tutulandan  başqa  heç  bir  məqsəd  daşımır.  O  özlüyündə 
dinləyicini  əyləndirməli,  güldürməlidir.  Söyləmək olardı  ki,  onun 
məqsədi  sadəcə dinləyicinin diqqət və marağım  saxlamaqdır, lakin 
burada əyləncəlilik - maraq məqsəd kimi nəzərdə tutulur.
Belə  nitqi  tez-tez  qonaqlıqda,  yaxud  insanlar  xoşagələn  ün­
siyyət  prosesində  birgə  vaxt  keçirdikləri  zaman  eşidirik.  Burada 
həm  zarafat,  həm  ciddi  fikir,  həm  həqiqət,  həm  fantaziya  vardır. 
Bu nitqdə yumor, çoxlu şəxsi münasibət, ironiya, məzəli ciddiyyət, 
karikatura və şişirtmə mövcuddur.
Əyləncəli  nitqin  növləri  kimi  komik  və  dramatik  (cəlbedici 
süjetə malik olan nəql) nitqləri göstərmək olar.
Əgər  nitqin  yumorlu  olacağı  nəzərdə  tutulursa,  ayn-ayn  in­
sanların,  yaxud  insanlar  qrupunun  vərdişlərinə,  həyat  tərzinə  və 
davranışına  edilən  zarafatyana  hücumlar  hazırlamaq  haqqında 
düşünmək  mümkündür.  Bu  zaman  adi  vəziyyətlərin,  yaxud  şəxsi 
keyfiyyətlərin  təsviri  zamanı  zarafatyana  şişirtmələrə yol  vermək
156


mümkündür;  dediyinizin  əksi  olan  hərəkətlərin  yumorlu  nümayi­
şi  yerinə  düşər;  susaraq,  qəflətən  düyünlərin  açılması  üsulundan 
istifadə  etmək  olar.  Tarixi  lətifələr  -   məşhur  insanların  başına 
gələn gülməli  əhvalatlar da yerinə düşər.
Əgər siz komik nitqtdən isifadədən yan keçirsinizsə, bu, şəxsən 
sizə  məlum  olan,  yaxud  başınıza  gələn  hadisə  haqqında  hekayə, 
məsələn,  ov,  balıq  ovu,  elmi  ekspedisiya,  zavoda,  kinostudiyaya 
getmə,  yaxud  cəlbedici  hadisə,  məsələn,  daşqın,  yanğın,  dağ  zir­
vəsinə qalxma, dəniz dibinə enmə zamanı baş verən fövqəladə hal­
larda kömək göstərilməsi haqqında söhbət ola bilər.
Söhbətdə  mütləq  təhlükə  və  mübarizə  ilə  bağlı  epizod,  dra- 
matiklik  ünsürləri  olmalıdır.  Nitqdə  dramatik  ünsürlər  konflikt, 
gözləmə,  düyünlərin  açılmasıdır.  Belə  əhvalatlan  birinci  şəxsin 
dilindən, indiki zamanda təqdim etmək mümkündür. Bu, hadisələ­
rin dinləyicilərin gözü qarşısında baş verməsi təsiri, yəni «iştirakçı 
olmaq effekti» yaradır.
Əyləncəli nitqin mühüm janrları masa başındakı nitq (tost), şi­
fahi məişət hekayəsi və başqalarıdır.
M asa  başındakı  (ziyafət)  nitqin  (tost)  iki  növü  vardır.  Birin­
ci  növ  rəsmi,  xüsusilə  diplomatik  qəbullarda  söylənən  sözdür. 
Məlum təntənəlilik,  çox zaman isə dostluq duyğularına köklənmiş 
belə  nitqlər  işgüzar  və  siyasi  xarakter  daşıyır  və  sosial-siyasi 
natiqlikdən nadir hallarda fərqlənir.
Tost isə başqadır -  o,  folklorun bir hissəsi,  xalqın əsrlər boyu 
formalaşmış  yaradıcılığıdır.  Burada  hətta  bir  qədər  şişirtmə  tərif 
və  qiymətləndirmələr  tamamilə  yolveriləndir,  fəxri,  şərəfli  sözlər 
yerinə  düşür,  lakin  tostda  hətta  bir  kəlmə  belə  tənqidə  yol  veril­
mir.  Ürəkdən  gələn  duyğular,  sağlamlıq,  xeyir və  hər  şeydə uğur 
arzulan  dəyişməz  olaraq  belə  masaətrafı  nitqlərin  intonasiyasını 
müəyyənləşdirərək,  onun rəmzinə çevrilmişdir.
Təcrübəli  tamada  belə  nitqlərin  ustasıdır.  O  həmişə  nəyi,  nə 
zaman və necə deyəcəyini yaxşı bilir.  Onun sözü başqalan tərəfin­
dən havada tutularaq davam etdirilə bilər. Əlbəttə, onlann arasında 
çərənçilər də ola bilər ki,  belələrinin ən parlaq  obrazını  xalq yazı­
çısı  Anar  “Kəlam  qonaqlığı”  hekayəsində  məharətlə  yaratmışdır.
157


Buradakı  içki  düşkünü  «toy,  yubiley  və  dəfn  nitqlərini  ekspromt 
olaraq  söyləmək»  kimi  nadir  istedada  malik  idi.  Lakin  ədəbli 
cəmiyyət belələrini özü üçün tamada seçməz və yəqin ki, masasına 
yaxın da buraxmaq istəməz.
Yaxşı olar ki, tostlar ciddi şəkildə hazırlansın,  çünki onlar ruh­
landırmalıdır.  Tost söyləyərkən epik genişlikdən  çəkinin.  Bəzi  ta­
madalar ən yaxşı niyyətlərlə isti və zəngin toy yeməklərini  soyuq, 
dadsız etməyə nail  olurlar ki,  qonaqlar bundan çox təəssüflənir və 
yəqin ki, uzunçunu heç bağışlamırlar.
Bir dəfə bayram naharı zamanı alman bəstəkarı Xamperdinkdən 
«iki yemək arası» nitq söyləməyi xahiş edirlər. O qalxır, ətrafdakılan 
dostcasına  süzür,  boğazını  antlayır,  əllərini  bir-birinə  sürtür  və 
əyləşir.  Qonaqlardan biri  söyləyir ki, bu,  indiyə kimi  onun eşitdiyi 
ən yaxşı nitq idi.
Əgər  şən  bir  fikir  söyləməyi  bacarırsınızsa  da,  məclisdə  heç 
bir vəchlə uzun danışmayın.
Komik pafosun əsas formaları yumor və satiradır.Gülüş insan 
həyatımn  aynimaz  ünsürüdür və  onun  m üxtəlif təzahürləri  möv­
cuddur.  Gülüş  insanın  təfəkkür  və  davranışının  (həm  də  birinci 
növbədə nitqinin) bir forması,  həyat eşqinin,  ruhən şənliyin,  həyat 
gücü və  enerjinin ifadəsi  olaraq,  həm  də xeyirxah ünsiyyətin mü­
hüm hissəsidir.
Gülüş  həmçinin  insanların  onları  əhatə  edənlərlə  razılaşma- 
ması,  nəyə isə gülməkdir, bir sıra əksliklərin bilavasitə-emosional 
dərk edilməsidir.  Gülüşün mənbəyi komik (qədim yunan sözü ko- 
mos -  kənd  bayramı)  olandır və  bu komik  olanın  növlərini  -  yu­
mor və satiranı nəzərdən keçirək.
Yumor -  hadisənin xarici  komik izahını  daxili  ciddiyyətlə uz­
laşdırır.  Fantaziyanın  dialektikası  əhəmiyyətsiz  olanın  arxasında 
yüksəyi,  ağılsızlıqda-  müdrikliyi,  qəribə  inadcıllıqda  -   əşyaların 
həqiqi  təbiətini,  gülməlidə-  kədərlini,  Mirzə  Cəlilin  təbirincə: 
«dünyaya  görünən  gülüşün  içərisindən  ...  görünməyən  göz  yaş­
larını»  açır.
Yumor  və  satira  insanların  ictimai  həyatına  münasibətlərinə 
görə fərqlənir. Əgər insanın, yaxud insanlar qrupunun əsassız, onla-
158


Yüklə

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə