Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə49/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   124

Bu səbəbdən də nitqin istiqamətverici bölümlərində təklifinizin 
xeyrinə  olan  müsbət hisslər yaratmaq lazımdır.  Müsbət motivasi- 
ya mütləq mənfidən üstün olmalıdır ki, nitq tələb olunan səmərəni 
versin.  Qeyd  edək  ki,  borc  hissinə  müraciət  edən  çağırışlar  az 
həvəsləndirən  və  çox  da  xoşagələn  olmayan  məsuliyyət  hissini 
ön  plana  çəkməməlidir;  belə  çağırışlar  qürur  hissinə,  ümumi  işə 
sədaqət  hissinə,  qüvvə  və  üstünlük  duyğusuna  və  s.  müraciətlə 
uzlaşmalıdır.
3.  G özlənilən fəa liyyət reaksiyasının maksimum  konkretləşdi­
rilm əsi prinsipi.  Dinləyicilərin  arzu  olunan  fəaliyyət  reaksiyasını 
əldə  etmək  üçün  nitqin  əsas  hissəsində  baş  ideyanı  təsvir  edən 
konkret  nümunələrdən  istifadə  edilməsi  daha  məqsədəuyğundur, 
nəinki çoxsaylı faktlardan istifadə edilməsi.
Oyandıncı nitqin yekununda, bir qayda olaraq, həm bilavasitə 
fəaliyyətə  çağırış  olur,  həm  də  fəaliyyətin  konkret  xarakteri  gös­
tərilir.  Çox  zaman  əgər  kifayət  qədər  əsaslandırılmış  motivasiya- 
dan  istifadə  edilibsə,  hərəkətə  keçmək  çağırışı  bütünlükdə yalnız 
nitqin yekun  hissəsinə  daxil  olur və  onu  tam  əvəz  edir.  Bu  halda 
bir-iki ifadə kifayət edir.
Həyəcanlı  şüarların  dalbadal  düzülməsi  kimi  ənənəvi,  la­
kin  köhnəlmiş  üsuldan  mütləq  uzaqlaşmaq,  əgər  bəzən  onlardan 
istifadə  etsəniz belə,  onları  diqqətlə  seçmək lazımdır.  Bəzi  zəruri 
izahatlann  olmaması  auditoriyada  çaşqınlıq  yaradar  və  onların 
təklif edilən fəaliyyətdən yayınmasını  asanlaşdırar.
Çağınş  edilən  fəaliyyətlər  elə  bəsit  və  asan  görünməlidir  ki, 
dinləyici  onunla  sadəcə  razılaşsın  və  ona  qarşı  çıxmasın.  Lakin 
əgər siz  auditoriyanın təklif ediləni yerinə yetirəcəyinə inanmırsı­
nızsa, onda bunu xahiş etm ək qətiyyən lazım deyil.
4.  U sandır ıcı  olmayan göstərişverm ə prinsipi.  İstənilən  qey- 
ri-ordu  tərkibli  auditoriya,  ona  nəyi  isə  etməklə  bağlı  göstəriş, 
xüsusilə  də  əmr  verirlərsə,  daxili  qarşıdurma  hissi  keçirəcəkdir, 
əgər  dinləyicilər  natiqlə  razılaşırlarsa,  istiqaməti  göstərməklə  on­
ların  hərəkətinə yalnız təkan vermək lazımdır;  bu  zaman  sərt ifa­
dələrdən, kəskin fikirlərdən, fəaliyyət proqramı barədə rəhbər gös­
tərişlərdən imtina edilməlidir.
150


Ruhlandırıcı  nitq 
Ruhlandırıcı  nitq  insanların  hiss  və  arzu­
larına yönələrək,  ən yaxşı  mənəvi  duyğuların oyadılması məqsədi 
daşıyır,  dinləyiciləri  vətəndaşlıq borcunun  şəxsi  mənafedən üstün 
olması fikrinə istiqamətləndirir.  Ruhlandırıcı nitqdə yeni məlumat 
və  faktlardan  istifadə  olunmur.  Onun  məqsədi  -   dinləyicilərin 
diqqətini  artıq  məlum  olan,  lakin  dərindən  dərk  edilməmiş  məsə­
lələrə cəlb  etmək,  ilk növbədə,  hisslərə təsir etmək,  mənəvi  həyatı 
fəallaşdırmaqdır.
Ruhlandırıcı nitqin əsas janrları bunlardır: hərbi vətənpərvərlik 
məzmunlu  çıxışlar,  salamlama,  təbrik  və  başsağlığı  nitqləri,  dini 
natiqlik və s.
Hərbi vətənpərvərlik nitqi adətən komandir tərəfindən həlledi­
ci  döyüş  qabağı  söylənilir.  Əlbəttə,  hərbi  işdə  natiqliyin  ən 
m üxtəlif növlərindən istifadə olunur.  Lakin formasına və jan r xü­
susiyyətlərinə  görə  onlar  sosial-siyasi  və  akademik  natiqlikdən  o 
qədər də fərqlənmir.
Son  dərəcə  qısa  nitq  -  çağırış  vətənpərvər  xarakter  daşıyır, 
mahiyyəti  etibarilə  sərtdir,  həmişə  qəhrəmanlıq  ideyasına  kök­
lənmişdir,  şəxsi  igidlik,  mərdlik  göstərməyi  tələb  edir.  Belə  nit­
qin  xüsusiyyətlərindən  biri  də  onun  müzakirə,  xüsusilə  də  tənqid 
edilməyən olmasıdır.
Xarakterinə,  çağırış  intonasiyasına  görə  pafoslu,  formasına 
görə lakonik, göstərişləri  aydın və dəqiq olan hərbi vətənpərvərlik 
nitqi  təkcə  qəhrəmanlığa  və  hünərə  çağırış  yox,  həm  də  əmrdir. 
Əgər  belə  nitq  öz  cəsarəti,  hünəri  ilə  tanınmış  şəxs  tərəfindən 
söylənirsə,  onu dinləyənləri xüsusilə ruhlandırır.
Salam lam a nitqi çərçivə nitqi adlanan nitqlərə aid edilir (onla­
rın arasında hansısa bir müəssisənin açılışı ilə bağlı və təşəkküredici 
nitqlər  də  var).  Onlar  tədbirin  mərkəzi  hadisəsi  sayılmır,  amma 
həmin hadisəni  əhatəyə alır,  çərçivələyir.
Salamlayıcı  nitq  söylənərkən  məruzəçini  qısa  şəkildə  (fərdi) 
təqdim  edən,  lakin  onun  haqqında  ifrat  tərifə  yol  verməyən 
məlumatdan  istifadə  edilir.  Bütün  insanlan  əsrin  nəhəng  xadimi 
kimi  salamlamaq düzgün deyil.
151


Yüksək  dərəcəli  keyfiyyətlərin  sadalandığı  uzun-uzadı  tə­
riflər  xoşagəlməz  narahatlıq  hissi  doğurur.  Bəzi  hallarda  natiqi 
dinləyicilərə  təqdim  edərkən  aparıcı  onun  məruzəsinin  məzmunu 
da  deyir.  Bu,  səhvdir.  Natiqi  yalnız  təqdim  edərək,  onun  nitqinin 
məzmununu iki-üç kəlmə ilə ifadə  etmək lazımdır.  Heç bir halda 
onun məruzəsinin mahiyyətini izah etmək olmaz.
Salamlama  nitqi  üzrə  ixtisaslaşmış  bəzi  natiqlərdə  «rəqabət 
kompleksi»  (Veller üzrə)  yaranır.  Sanki  onlar  dinləyicilərə  «bircə 
siz  mənim  bu  barədə  anlayışım  olmadığını  düşünməyin»  fikrini 
isbat  etmək  məqsədilə  nitq  söyləyirlər...  Əsas  məruzəçi  bundan 
sonra çətin vəziyyətdə qalır,  çünki  öz nitqinin ayn-ayn  hissələrini 
dəyişməli  olur.
Salamlayıcı nitqdə aşağıdakı ardıcıllığa riayət etmək lazım gəlir:
1.  İclası  açmaq və  iştirakçıları  salamlamaq.  Bu  halda  «mənə 
yüksək şərəf qismət olub» tipli  standart ifadələrdən istifadə etmək­
dən  çəkinmək  daha  yaxşı  olar.  Yığıncaqda  iştirak  edən  məşhur 
ictimai,  siyasi  xadimləri  xüsusi  şəkildə  salamlamağın lazım  olub- 
olmadıgını  əvvəlcədən  müəyyənləşdirmək,  əgər  buna  ehtiyac 
zəruridirsə,  o zaman onlann ad, soyad və vəzifələrini dəqiq demək 
lazımdır.
2.  Məruzəçini  və ya məruzəçiləri  salamlamaq, yaxud təqdim 
etmək.  Natiq  giriş  nitqi  ilə  vasitəçi  vəzifəsini  yerinə  yetirərək 
əsas  məruzəçini  təqdim  edir.  Ola  bilər  ki,  o,  salamlama  nitqi  ilə 
çıxış  edən  məruzəçinin  şəxsiyyəti  haqqında  nə  isə  söyləsin,  həm 
də bunu ixtiraçı kimi  etsin.  Əsas məsələ təqdimatın yığcamlığıdır. 
Yumoristik ifadələr, parlaq fikirlər də yerinə düşər.
3.  Sözü məruzəçiyə vermək.
Tədbiri yekunlaşdıracaq nitq üçün aşağıdakıları m üəyyənləş­
dirm ək lazım dır.
1.  Natiqə təşəkkür sözü söyləmək.  Sadə, işgüzar, eyni zaman­
da  ürəkdən  gələn  sözlər  yerinə  düşər.  «Alqışlarınız  onu  göstərir 
ki»,  «dinləyicilərin  münasibətindən  aydın  görünür»  tipli  şablon 
ifadələrdən çəkinməyə çalışın.
2.  Minnətdarlığınızı  qısa şəkildə ifadə edin. B ir neçə ifadə ilə 
məruzənin ən əhəmiyyətli hissələrini qiymətləndirin.
152


Yüklə

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə