Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə45/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   124

1.  giriş hissə;
2.  əsas hissə:  cinayətin faktik hallarının  şərhi;  iş üzrə toplan­
mış  dəlillərin  təhlili  və  qiymətləndirilməsi;  cinayətin  qiymətlən­
dirilməsinin  əsaslandırılması;  müttəhim  və  zərərçəkmişin  şəxsiy­
yətlərinin xarakterizə edilməsi; cəzanın ölçüsünə aid təklif; dəymiş 
zərərin  ödənilməsi  ilə  bağlı  məsələlərin  nəzərdən  keçirilməsi; 
cinayətin  törədilməsinin  səbəbləri  və  törədilmə  şəraitinin  təhlili, 
onlann aradan qaldırılması  ilə bağlı təkliflər;
3.  yekun hissə
Müdafiə nitqinin növlərinə müraciət etdikdə,  söyləmək müm­
kündür ki, vəkil üçün çıxış etmək həmişə çətindir; cinayət törətmiş 
müttəhimi hamının qarşısında müdafiə etmək çox da asan iş deyil. 
Vəkil  diqqəti  müttəhimin  əvvəlki  xidmətlərinə  yönəldərək  onun 
cəmiyyət qarşısındakı günahlarını azaltmağa çalışır.
Vəkilin nitqi humanizm və mərhəmət duyğularına köklənmiş­
dir.  Müdafiəçi  müttəhimin  işində  və  tərcümeyi-halında  qaçılmaz 
hökmün yumşaldılması  xahişi  ilə çıxış etmək haqqı verən faktları 
axtanb  tapmağa borcludur.  Lakin belə  xahişin  özü  ciddi  surətdə 
əsaslandırılmış olmalıdır.
Biz  artıq vəkilin ittiham  aktına və  prokurorun nitqinə rəğmən 
müttəhimin  günahsızlığını  sübut  edərək,  onun bəraət  alması  haq­
qında məsələ qaldırdığı  hallar haqqında danışmırıq.  Və bütün hal­
larda  vəkil  «antiprokuror  tərəf»  olmayıb,  məhkəmədə  həqiqət, 
qanun və ədalət uğrunda «mübariz»dir. Bu səbəbdən  vəkil də pro­
kuror kimi vahid məqsədə - məhkəmədə baxılan işdə həqiqətin aş­
kara çıxarılmasına doğru irəliləyir.
Məhkəmə  təcrübəsinin  yetişdirdiyi  istedadlı  vəkillər  az  de­
yil  və  burada  özünəməxsus  müdafiə  nitqi  mədəniyyəti  formalaş­
mışdır.  Müdafiə  nitqinin  quruluşuna  aşağıdakılar  daxildir:  giriş, 
işdəki  faktik vəziyyətin və irəli  sürülən ittihamın hüquqi  tərəfinin 
təhlilinin də daxil olduğu əsas hissə və yekun hissə.
İşin  vəziyyətini  nəzərə  alaraq,  vəkil  müdafiənin  əsas  tezisini 
müəyyən edir.
1. 
ittihamı  bütünlükdə  rədd  etməklə,  hərəkətlərində  cinayət 
tərkibinin  olmadığına  əsaslanaraq,  yaxud  cinayət  hadisəsinin  ol­
138


madığını,  və  ya  həmin  hadisənin  müttəhimlə  əlaqəsi  olmadığını 
sübut etməklə müttəhimin günahsızlığını irəli  sürmək;
2.  müəyyən hissələrini  rədd etməldə ittihamı rədd etmək;
3.  Təsnifatın  düzgünlüyünü  şübhə  altına  alaraq,  irəli  sürülən 
ittihamın daha yüngül cəza tələb edən başqa ittihamla əvəz edilmə­
sinin zəruriliyini  sübut etmək;
4.  Müttəhimin  günahım  azaldacaq  hallan  göstərməklə  onun 
günahının və baş vermiş hadisəyə görə məsuliyyətinin az olduğu­
nu əsaslandırmaq.
Qanunla  müttəhimin  nitqinə,  yaxud  özünümüdafiə  nitqinə 
imkan  verilir.  Bu,  məhkəmə  natiqliyinin  üçüncü  növüdür.  O,  öz 
mahiyyətinə görə vəkilin  nitqinə birləşir,  lakin  başqa  formada və 
daha çətin şəraitdə aparılır.
Lakin  qeyd  etmək  lazımdır  ki,  nitqin  bu  növü  siyasi  proses­
lərdə inkişaf etmişdir.  Cinayətkarın,  qarətdə, zorlamada,  adam  öl­
dürmədə və  digər ağır cinayətlərdə günahkar olanlann faktik ola­
raq,  məhkəməyə  mərhəmət göstərməsi  üçün yalvarmaqdan başqa 
heç  bir  əlacı  olmur.  Siyasi  prosesdəki  nitq  isə  tamamilə  başqa 
məsələdir,  bu  halda  məhkəmə  və  müttəhim  bir-birinə  tamamilə 
düşmən olan sinfi zümrələri təmsil edirlər.
Belə  məhkəmə  proseslərində  müttəhimin  nitqi  çox  zaman 
təkcə məhkəmənin yox, bütünlükdə onun təmsil etdiyi sosial quru­
luşun əleyhinə çevrilmiş ittihamedici, ifşaedici səviyyəyə yüksəlir. 
Bu, mahiyyət etibarilə kəskin siyasi nitqdir.
İctim ai-ittiham edici və  ictim ai-m üdafiəedici  nitqlər məhkəmə 
prosesində  ikinci  dərəcəli  yer tutur  (nadir hallarda  söylənir).  M a­
hiyyəti  etibarilə  prokurorun  ittihamedici  və  vəkilin  müdafıəedici 
nitqindən prinsipial baxımdan fərqlənmir.
Haqqında  danışılan  bu  nitq  növünün  müəllifləri  müəyyən 
kollektivlər adından və onların tapşırığı ilə çıxış edir, bu proses və 
baxılan  işlə  bağlı  onların  iradəsini  ifadə  edirlər.  İctimai  ittiham­
çı  da,  ictimai  müdafiəçi  də təkcə qanun məcəllələrinin bəndlərinə 
əsaslanmaqla  kifayətlənməyərək,  cəmiyyətin  əxlaqi  və  mənəvi 
normalarına  müraciət  etməklə  məhkəmənin  ədalətli  qərar  çıxar­
masına nail olmağa çalışırlar.
139


İnandırıcı nitqin qurulması prinsiplərini nəzərdən keçirək:
1. 
İstənilən növ inandırıcı nitq vahid dəlillər sistemindən iba­
rətdir ki, onun tərtibi zamam m əqsədəuyğun-m əntiqi və em osional- 
ritorik əsaslandırma,  m ülahizə  və  təlqinin  uzlaşdırılm ası prinsipi 
üstünlük təşkil edir.
Şifahi  nitqdə  məqsədəuyğunluq  və  emosionallığın  uzlaşdırıl­
ması məzmun və formanın dialektik birliyinin qarşılıqlı əlaqəsidir. 
Kütləvi  çıxışlarda  məqsədəuyğunluq  dedikdə,  hər  şeydən  əvvəl, 
dinləyiciyə  göstərilən  təsirin  məzmunu  və  inandıncılığının  il­
kin  əsasını  təşkil  edən  məlumatın,  faktik  materialın  dəlillərlə 
əsaslandırması başa düşülür.
Emosionallıq -  intonasiya ilə, jestlərin qüvvəsi  ilə, mimikala­
rın ifadəliliyi ilə, danışanın eneıjisi və davranışı ilə yaradılan əhval- 
ruhiyyədir.  Zəruri  əhval-ruhiyyənin  yaradılması,  məqsədəuyğun 
məzmunun  aşkar,  qabanq,  konkret və  buna  görə  mümkün  qədər 
inandırıcı  olması  üçün  obrazlı  və  əyani  vasitələrdən,  parlaq,  yad­
daqalan nümunələrdən və s.  istifadə etməyi bacarmaq lazımdır.
Məzmunu  daha  çox  qabardan,  nitqi  daha  parlaq,  emosional 
baxımdan dolğun edən məcazlar,  haşiyəçıxmalar,  atalar sözləri və 
məsəllər,  aforizmlər, yumor kömək göstərir.
İnsan nə edirsə etsin,  onun fəaliyyəti  psixikanın üç əsas tərkib 
hissəsi  olan  şüur,  şüuraltı  (təhtəlşüur)  və  motorikanın  təzahürü 
kimi  çıxış  edir.  Həmsöhbətinizi  fəallaşdırmaq  üçün  onun  şüuru­
na təsir göstərmək,  şüuraltını  (emosiyalarını) oyatmaq və müvafiq 
fəaliyyətə cəlb  etmək lazımdır.
İnandırıcı nitqə arzuolunan cavab -  dinləyicinin məqsədyönlü 
düşüncəyə  və  bunun  nəticəsi  kimi  fəaliyyətə  yönəlmək  istəyidir. 
İnandırma  prosesi  həm  şüur,  həm  də  duyğular  səviyyəsində  ge­
dir, yəni bu zaman məntiqi və psixoloji  dəlillərdən istifadə olunur. 
Auditoriyanın  nəzər-nöqtəsinə  yalnız  iki  metodla-  inandırma  və 
təlqinetmə  ilə  təsir  göstərmək  mümkündür.  Bu  təsir  üsulları  bir- 
birindən ayrılıqda mövcud ola bilməz.
Məntiqi  düşüncə  çox  zaman  arzularımıza  və  hislərimizə 
bilavasitə  təsir  edən  üsullarla  möhkəmləndirilir.  Digər  tərəfdən, 
dinləyicinin  intellektual  səviyyəsi  nə  qədər  yüksəkdirsə,  onlar  o
140


Yüklə

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə