Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə41/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   124

növ üzrə «İsim və sifətlər nitq hissələri kimi», «Xəbər əsasında qu­
rulan təktərkibli  cümlələrin ümumi və fərqli əlamətləri» və s.  kimi 
mövzular aydınlaşdırıla bilər.
Qismən müqayisə zamanı uyğun (ümumi), yaxud fərqli əlamətlər 
müəyyən edilir.  Bu  şəkildə «Sait və samitlərin əmələ gəlməsindəki 
fərqlər», «Tabelilik və tabesizlik bağlayıcılanmn fərqli cəhətləri» və 
s.  mövzularda elmi məlumatlar formalaşdırıla bilər.
Nəzərdən  keçirilən  məlumatlar  müqayisəli  təsvir,  yaxud 
müqayisəli xüsusiyyətlərin göstərilməsi  şəklində verilə bilər.
Çıxışların  müəllifləri  tərəfindən  əvvəlcə  müqayisənin  aparıl­
dığı  əsas  (əlamət)  göstərilir,  uyğunluq  və  fərqlərin  əhəmiyyətli 
əlamətləri seçilir.  Çıxışlar ardıcıl, yaxud paralel müqayisə şəklində 
qurula bilər.
Elmi məlumat elmi məruzədən ilkin, yaxud yekun məlumatlılığı 
ilə fərqlənir. Onun izah müddəti məhduddur, orada dəlillər və ciddi 
sübutların, o cümlədən ətraflı şərhin olması vacib deyil. Lakin elmi 
məlumatlar öz mahiyyətinə görə həmişə son dərəcə konkretdir.
Məruzə 
-   şifahi  monoloji  nitqin  mürəkkəb  jann  olub,  yazı­
lı  mətnə yaxın  olan,  müəyyən  mövzuya (elmi,  sosial-siyasi və b.) 
həsr olunmuş,  dinləyicilər qarşısında verilən geniş məlumatdır.
M əqsəd -  toxunulan  məsələlər üzrə  dinləyicilərin  fikrini  for­
malaşdırmaq,  sonrakı  əməli  fəaliyyətlərin  xarakterini  müəyyən 
etməkdir.
Məruzənin  şərhinin  məntiqi  mütənasib  kompozisiyası,  sübut- 
luluğu ilə seçilir, burada danışanın  şəxsiyyəti ikinci  plana keçir.
Bir  qayda  olaraq,  məruzə  kağızdan  oxunur,  improvizələrə  və 
kənaraçıxmalara  yol  verilmir,  bunu  həm  də  əvvəlcədən  hazırlan­
mış  plan və tezislər sübut  edir.  Nitqin  mövzusundan  kənara çıxıl­
ması  yalnız  auditoriya  ilə  əks  əlaqənin  yaradılması  üçün  gərəkli 
olur və əvvəlcədən müəyyənləşdirilir.
Məruzənin  məzmunu  mövzu  və  məruzəçinin  qarşısına  qoy­
duğu  məqsədi  ilə  müəyyənləşdirilir.  Hər  şeydən  əvvəl,  vəziyyət 
təhlil  edilir,  məlumatlar  verilir,  vəzifələr  qoyulur,  tövsiyə  verilir 
və  qiymətləndirmə  aparılır.  Bir  qayda  olaraq,  oxunduqdan  sonra 
məruzə müzakirə edilir.
126


I
Hesabat məruzəsi - bu zaman rəsmi  şəxs səlahiyyətli yığıncaq 
qarşısında  görülmüş  iş  haqqında  hesabat  verir,  onu  təhlil  edir  və 
nəticələrini  qiymətləndirir.
Belə məruzə rəsmi xarakter daşıyır, orada eyni zamanda qarşı­
da duran fəaliyyət haqqında danışılır və vəzifələr müəyyənləşdirilir. 
Onun  məzmunu  həm  müzakirə  edilir,  həm  də  hansısa  hissələri 
təshih  edilir,  ayn-ayn  hissələri  bəyənilir və  bəzən  fəaliyyət  üçün 
proqram kimi  qəbul  edilir.
Hesabat  məruzəsi  kollektiv  yaradıcılığın  nəticəsi  ola  bilər. 
Belə  məruzədə,  bir  qayda  olaraq,  gözəl,  bəlağətli  nitqin  başqa 
növlərində  düzgün,  yerində,  bəzən  isə  zəruri  olan  ekspromt,  ya­
xud  improvizələr  olmur.  Məruzə  bütün  bölmə  və  müddəalarının 
düşünülmüş  və  ciddi  dəlillərlə  əsaslandırılmış  olması,  praktik  is- 
tiqamətliliyi,  nəticələrinin  aydınlığı  və tövsiyələrinin  əsaslandırıl­
mış olması ilə fərqlənir.
Elmi  məruzə  elmi  konfranslarda  (simpozium,  seminar,  bey­
nəlxalq  konqreslərdə)  edilir  və  o,  quruluşuna  görə  mühazirə  ilə 
oxşardır.  Lakin  mühazirədən  fərqli  olaraq,  xüsusilə təbiət elmləri 
sahəsində məruzələr konkret  sosial  və  digər tədqiqatlar,  axtarışlar 
üzrə keçirilən eksperimentlərin ümumiləşdirilməsi  olur.
O, 
müəyyən  bir məsələyə  həsr  edilir və  nadir hallar  istisna  ol­
maqla elmi məruzədə elmi kəşf olmalı, yaxud məlum hadisələrə prin­
sipial cəhətdən yeni yanaşmaları əks etdirməlidir. Belə nitq, mühazirə 
kimi dəqiq dəlillərlə və sübutlarla əsaslandırılmış olması ilə fərqlənir.
Elmi  məruzə  fərziyyə  (hipotetik)  xarakterli  də  ola  bilər.  Bu 
şəkildə  çıxışda  hələlik  hər  hansı  konkret  tədqiqatın  nəticələri  ol­
mur;  orada  eksperiment yalnız  nəzərdə  tutulur,  deməli  ideya,  ya­
xud  bu  növ  açıq  çıxışların  əsas  müddəaları  axtarış,  ehtimal  kimi 
qəbul  edilməlidir.
Elmi  məruzədə  təcrübə  üçün,  xüsusilə  yeni  texnologiyanın, 
idarəetmə metodlarının və s. istehsalata (təhsilə) tətbiqi üçün konk­
ret  tövsiyələr  ola  bilər.  Mühazirədən  fərqli  olaraq,  elmi  məruzə 
müzakirə, hətta kəskin diskussiyaların obyektinə çevrilə bilər.
M ühazirə  -  tədris  materialının  elmi  cəhətdən  əsaslandırılmış 
şifahi  şərhi  olub,  sistemli,  sübut edilmiş və geniş şəkildə dəlillərlə
127


əsaslandırılmış,  dəqiq  müəyyən  edilmiş  məqsədə  malikdir  və 
biliklərin geniş yayılması formasıdır.
Artıq  məlum  olan  həqiqəti  təsdiq etmək, yaxud yenisini  kəşf 
etmək,  problemi  işıqlandırmaq,  fərziyyə  irəli  sürmək  və  s.  kimi 
informasiya  məqsədindən başqa mühazirə,  həm  də  dinləyicilərdə 
müzakirə edilən məsələyə maraq oyatmaq vəzifəsi daşıyır. İstənilən 
mühazirənin üç əsas məqsədi var:  təhsil, maarifləndirmə, tərbiyə.
Kütləvi  auditoriya  qarşısında  çıxış  olan  elmi-kütləvi  müha­
zirədən  fərqli  olaraq,  akademik  mühazirə  daha  çox  informasi­
ya verir,  o,  elm  və  təcrübənin  son  nailiyyətlərini  nəzərə  almaqla 
müəyyən  biliklər verir,  dinləyicilərə canlı  elmi  düşüncə,  elmi  dü­
şüncələrin  məntiqi  qurulması,  mövzunun  inkişaf  etdirilməsi  nü­
munəsi göstərir.
Əgər  akademik  mühazirə  ciddi  elmi  şərhdirsə,  burada  möv­
zunun  şərhi  üstünlük təşkil  edirsə,  elmi-kütləvi  mühazirə  özünün 
informasiyalı-tərbiyəedici  istiqaməti  ilə seçilir,  burada auditoriya­
ya təsir göstərilməsi üstünlük təşkil  edir.
Elmi-kütləvi  mühazirə təkcə  elmi  yox,  həm  də  sosial  xarak­
terli  nəticələrlə  yekunlaşmalıdır.  Bu  nəticələr  bütün  cəmiyyətin 
və  ayrılıqda  insanın  tələbləri  ilə  sıx  bağlıdırsa,  elmin  özünün 
tələblərindən çox kənara çıxa bilər.
Mühazirənin  kompozisiya  quruluşuna  verilən  əsas  tələblər 
bunlardır:  şərhin  mütənasib  məntiqi,  mülahizələrin  sistemliliyi, 
gerçəkliyin  hadisələrini  əsaslandırarkən  isbatlılıq  və  dəlillərlə 
əsaslandırılmış  olması.  Mühazirənin  mətni  şifahi  söz yaradıcılığı­
nın qanunlarına əsasən qurulur.
Məruzədən fərqli  olaraq, mühazirənin dil xüsusiyyətləri:  kitab 
dilinin terminlərlə,  mürəkkəb  sözlər və ifadələrlə dolu olan fəlsəfi 
məzmunlu ciddi  normalarından danışıq dilinin ünsürlərinə qədər - 
çox müxtəlifdir.
Mühazirə həmişə  şərhin müəyyən ətraflılığı,  natiqin mülahizə 
və  əqli  nəticələrinin  dərinliyi  və  dəlillərlə  əsaslandırılması  ilə 
fərqlənir və bir qayda olaraq, hər şeydən əvvəl, öyrədici əhəmiyyətə 
malikdir,  dinləyiciyə müxtəlif,  bəzən isə ziddiyyətli  məlumatların 
başa düşülməsində kömək edir.
128


Yüklə

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə