Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə42/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   124

Mühazirə  düşüncə,  fikir,  müəyyən  məsələ üzrə  mövcud  fikir­
lərin  müqayisəsi,  dərin  nəzəri  təhlil  xarakterli  də  ola  bilər,  mü­
hazirə  düşünməyi  bacaran  auditoriya  qarşısında  oxunduğu  üçün 
əvvəlcədən  proqnozlaşdırılmış,  eyni  zamanda  həmişə  yeni  və 
gözlənilməz  olmalıdır,  deməli,  natiq  «plan-improvizə»  oxunun 
ətrafında hərəkət edə bilər.
Mühazirənin  geniş  planı,  onun  məntiqi  əsası  -  əsas  suallar, 
mövzunun  əvvəlcədən  düşünülmüş  şəkildə  inkişafı,  hazırlan­
mış  dəlillər,  bir  məsələdən  digərinə  keçidin  məntiqi,  əvvəlcədən 
müəyyənləşdirilmiş,  mühazirəni  yekunlaşdıran  nəticə  -   bir  sözlə, 
başlanğıcın,  məzmunun  açılmasının  və  yekunlaşdınlmasının  məz­
munlu sxemi vaxt üzrə elə hesablanır ki, mühazirənin sübutla, mövzu­
nun əsaslandırılması ilə bağlanan əsas məzmunu «başlanğıc»la (baş­
lanğıc  və  məsələnin  qoyuluşu)  və  əvvəlcədən  müəyyənləşdirilmiş 
sonluq - nəticə ilə birlikdə reqlamentin çərçivəsinə yerləşsin.
İmprovizə 
(lat.  improvise -  «gözlənilmədən») -  mühazirənin 
gedişi  zamanı  ani,  bir anda,  əvvəlcədən planlaşdırılmadan baş ve­
rən,  mühazirəçinin  özü  üçün  də  gözlənilməz  olan,  mühazirənin 
məntiqi  «skelet»ini  söz,  intonasiya, jestlərlə  ətə-qana  gətirən  ya­
radıcılıqdır.
Belə  bir  fikir  mövcuddur  ki,  ali  məktəb  mühazirəsi  natiqlik 
sənətinə yaddır,  natiqlər də  ali  məktəblərdə tribun yox, yalnız pe- 
daqoqlardır.  Lektor-pedaqoq  üslubunun  tərəfdarları  qeyd  edir  ki, 
mühazirədə ən başlıcası  elmilik,  ciddi məntiq, faktlar və dəlillərin 
qüvvəsinin  mövcudluğudur.  Lakin  mühazirə  «quru»  və  hər hansı 
emosiyadan azad olmamalıdır.
Əlbəttə, jannna görə m üxtəlif mühazirələr mövcuddur:  yalnız 
təhsilləndirici  və  maarifləndirici,  nəzəri,  başlanğıc,  təbliği,  yaxud 
tanışlıq, icmal və s.
Lakin ciddi elmilik tələblərinə cavab verən istənilən mühazirə 
yalnız  şüura  yönəldilərək,  dərketmə  prosesində  duyğulan  nəzərə 
almaya  bilməz.  Qavrama  mexanizmindən  psixoloji  komponenti 
çıxarmaq mümkün deyil.
Ən istedadlı  ali  məktəb  professorlanndan biri  olan L.P.Qross- 
man (1888-1965) «gözəl nitqin poetikası»ndan danışır, mühazirəni
129


«oxu predmeti haqqında konkret və parlaq təsəvvür üzərində quru­
lan, canlı ədəbi dildə şərh edilən və ciddi, mütənasib kompozisiya­
ya tabe etdirilən» «bədii hadisə» kimi nəzərdən keçirirdi.
Professor  Qrossman  bədii  ali  məktəb  mühazirəsində  dinləyi­
cilərin  təxəyyülünü  canlandıran  mövzu  şəffaflığı,  şərhin  cəlbedi­
ciliyi, plastik aydınlığı,  daxili mütənasibliyi və emosionallığı kimi 
ünsürləri  əsas görürdü.
Onun  düzgün  olaraq  göstərdiyi  kimi,  mühazirənin  estetikli- 
yi  və  bədiiliyi  həm  də  artistizm  kimi  bir  ünsürlə  təmin  edilir  ki, 
bu  da  nitqin  xarici  zərifliyi,  sərbəst  improvizə,  mühazirəçinin 
dinləyiciləri  cəlb  etmək,  onların  təxəyyülünü  canlandırmaq baca­
rığıdır.  Ali  məktəb  mühazirəçisi  kürsüdə  dayanıb  yeknəsəq  səslə 
məruzə edən natiqdən fərqli  olaraq,  auditoriyada “bir aktyorun te­
atrı”  təəssüratı  yaratmalıdır.  Qrossman  qeyd  edirdi  ki,  mühazirə 
elə  tamamlanmış  və  bütün,  elə  cəlbedici  və  ilhamlı  olmalıdır  ki, 
«ahəngdar poema şəklində» görünsün.
Elm i icm al və siyasi icm al öz formasına görə prinsipial olaraq 
bir-birindən  fərqlənmir.  Burada  nitqin  predmeti  və  şərhin  üslubu 
fərqlidir.  İcmalda müəllifin mövqeyi  aydın  şəkildə üzə çıxır.  Şərh 
etmək-  gördüyünü  müşahidə  etmək  və  ətraflı  düşünmək,  təhlil 
etmək,  qruplaşdırmaq və təsnif etmək deməkdir.
Şərhçi  aşağıdakıları  etməlidir:
1.  auditoriyanın  maraqlarını  oyatmalı,  siyasi,  yaxud  elmi 
həyatda baş verənlər barədə danışmalıdır;
2.  qabaqcıl  baxışları  müdafiə  etməli  və  dinləyicilərdə  «şəxsi 
strategiyanın» yaranmasına kömək etməlidir;
3.  hadisələrin  (elmi  nəzəriyyələr,  kəşflər,  fərziyyələr,  nəzər 
nöqtələri) mahiyyətini aşkara çıxarmalı, əksliklərini göstərməlidir;
4.  proqnozlaşdırma yolu ilə mahiyyət əlaqələrinin aydınlaşdı­
rılması, hadisələrin inkişaf xəttinin müəyyənləşdirilməsi vasitəsilə 
ictimai-siyasi  (elmi) inkişafın gedişini  dərk etdirməlidir;
5.  problemlərin (siyasi,  elmi) əməli  həllinə kömək etməlidir.
İcmalın  predmetini  siyasətin,  yaxud  elmin  ümumi  məsələləri
və s. təşkil edə bilər.  İcmalın predmeti üçün şərh edilən hadisələrin 
məkan-zaman, yaxud mövzu  əlaqələri  səciyyəvidir,  onlar ictimai-
130


siyasi,  yaxud  elmi  sahədə  müəyyən  fəaliyyət mərhələsini  yekun­
laşdırır.
İcmalın  əsas metodu eyni  bir zamanla,  məkanla birləşən fakt­
ların müəyyən birliyinin dərindən öyrənilməsi əsasında auditoriya­
nı  cəmiyyətdə (elmdə) baş verən proseslərlə, yaranmış vəziyyətlə, 
meydana  çıxmış  problemlərlə  tamş  etməkdir. 
Hadisəni  xarici 
vəziyyətinə  və  mahiyyətinə  görə  şərh  edərkən  natiq  auditoriyanı 
zəruri ideyaya yönəldir.
Elmi  icmaldan  fərqli  olaraq,  siyasi  icmalda  qarşı  tərəfə 
(opponentə)  ünvanlanan  məcazlar,  sarkazm;  gerçəkliyin  m üxtəlif 
hadisələrini xarakterizə edərkən qüvvətli  coşqunluq yer ala bilər.
Məlumatverici  nitqin  yaradılmasının  aparıcı  prinsiplərini 
nəzərdən keçirək:
1.  N atiqin  «ehtiyat  bilikləri» prinsipi.  Ən  qüvvətli  təsir  ba­
ğışlayan  nitqlər  biliklərin  dolğunluğu  nəticəsində  meydana  gəlir. 
Bunun  üçün  elə  böyük  biliklər  ehtiyatı  olmalıdır  ki,  onlardan  ən 
lazımlılannı  seçmək mümkün  olsun.  Öyrənmə ağacının budaqları 
çoxdur,  kökləri  dərinə işləyib.  M üəllif informasiyaverici  nitqə da­
xil olacağından əhəmiyyətli dərəcədə çox miqdarda material hazır­
layır, belə ki, məlumatların bir qismi yalnız məruzəçiyə məsələnin 
dərindən və hərtərəfli anlaşılması üçün gərəkli ola bilər.
H ər hansı məsələnin izahı zamam obyektiv olmaqdan ötrü, ya­
zısı  ilə tanış  olduğunuz  ilk müəlliflə,  yaxud  ideyaları  sizinkilərlə 
üst-üstə düşən mənbələrlə razılaşmaq lazım deyil. Bəlkə də,  ətraflı 
öyrəndikdən sonra siz şəxsi mövqeyinizi dəyişməli olacaqsınız. Ev 
tikintisi zamanı çox sayda taxta materialından istifadə edilib, tikin­
ti  başa çatandan  sonra  onlar yığışdırıldığı  kimi, yalnız mövzunun 
işlənilməsi  zamanı  böyük  həcmdə  material  gərəkli  olur,  hazırlıq 
bitdikdən sonra yalnız auditoriyaya veriləcək material  qalır.
2. İşıqlandırılan fa ktla rın  seçilm əsi zam anı sərtlik prin sip i onu 
bildirir ki, gətirilən faktlar, rəqəmlər, adlar, tarixlər, nümunələr,  si­
tatlar yerində,  kifayət qədər və yoxlanmış olmalı,  əsaslandırılmış, 
yaxud illüstrasiya edilmiş müddəalara uyğun gəlməlidir.
Natiq faktik materialı nümunə göstərərkən dəqiq mənbəyə isti­
nad etməli, yaxud bu zəruri  olmadıqda,  kiçik bir sitat gətirildikdə,
131


Yüklə

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə