Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə38/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   124

anlayış),  yəni  tezislərin  cəmi  (məsələn,  «Klassik  mətnlərin  slenq 
dilinə tərcüməsi:  linqvistik eksperiment, yoxsa ədəbi xuliqanlıq?»).
Tezisə  nəzakətli  məntiqi  forma  vermək  üçün,  hər  şeydən 
əvvəl, müzakirənin, yaxud fikir ayrılıqlarının predmetini müəyyən 
edəcək anlayışların məzmununu dəqiqləşdirmək lazımdır.
Dəlillərin  təminedici  olmasına verilən  minimum  tələblər  on­
ların  dinləyici  üçün  həqiqi  və  real  əhəmiyyətə  malik  olmasıdır. 
Dəlillər onların köməyi  ilə  əsaslandırılacaq tezisin həqiqiliyindən 
asılı olmayaraq,  öz-özlüyündə həqiqi olmalıdır.
Ritorikada və əsaslandırma nəzəriyyəsində bir-biri ilə sıx şəkil­
də  bağlı  olan  anlayışlar mövcuddur:  sübut,  dəlillərlə  əsaslandırma 
və inandırma. 
Sübut 
dedikdə,  hər hansı tezisin  həqiqiliyinin  şübhə 
doğurmayan  dəlillərlə  əsaslandırılması  başa  düşülür. 
Dəlillərlə 
əsaslandırma 
hər hansı fikri  əsaslandırmaq üçün mənbə və dəlillər 
göstərilməsi prosesidir.
Birinci prosesdə həqiqiliyə riayət edilməsi - mütləq şərt, ikinci 
prosesdə isə arzu ediləndir.
Məntiqlilik  inandıncılığın  sinonimi  deyildir.  Məntiqlilik 
mülahizələrin  ardıcıl,  sistemli,  razılaşdırılmış formasıdır ki,  onla­
rın razılaşdırılmış olması  prinsipi çox geniş sahələrdə dəyişə bilər.
Quruluşuna görə sübut və dəlillər bir-birindən fərqlənmir.  Sü­
butlar həqiqiliyə, dəlillər inandırmaya aparır ki, inandırma səhv də 
ola  bilər.  Lakin  çox  zaman  real  nitq  situasiyalarında  məhz  sübut 
nəticənin məntiqi  məcburiliyinin qüvvəsinə görə yox,  şəxsiyyətin 
ta  qədimdən  ona  zorla  təlqin  edilən  hər  bir  şeyə  qarşı  çıxmaq 
meyllərinə görə qəbul  edilmir.
Dəlillərlə  əsaslandırılma  şərh  edilənin  həqiqiliyinə  olan  ina­
ma  əsaslanır  və  emosional  formalar  dəlilləri  daha  cəlbedici  edir. 
Mürəkkəb,  yeni,  mübahisəli  ideyaları  sübut  etmək  lazımdır,  sadə 
təsdiq və inkarlar üçün isə bir sıra hallarda dəlillərlə əsaslandırma 
kifayət  olur.  İnsan  təfəkkürü  ümumiyyətlə  yalnız  məntiqi  ola 
bilməz o, məntiq, hisslər və iradənin birliyini təmsil  edir.
İnandırma 
subyektin  qəbul  etdiyi  məlumata  olan  xüsusi 
münasibətidir.  Dəlillərlə  əsaslandırmanın  inandıncılığı  proble­
mi  -   auditoriyanın  irəli  sürülən  müddəa  və  dəlillərə  olan  zəruri
117


münasibətinin formalaşıdınlması problemidir. Bu problem həqiqi­
liyin nümayişi yox, irəli sürülmüş müddəaların başa düşülüb həqiqi 
kimi  qəbul edilməsidir.
Deməli,  in an d ırm a  öz növbəsində tezisin  elə  anlaşma  səviy­
yəsinə  çatdırılmasıdır  ki,  bu  zaman  qəbul  edən  nəticənin  həqi­
qiliyinə,  fikrin  düzgünlüyünə,  yaxud  heç  olmazsa,  ağlabatan  ol­
masına şübhə etmir, inandıranın haqqında damşqdığı məsələyə aid 
inamsızlıq, yaxud tərəddüd hissi  keçirmir.
K o n stru k tiv  dialoqun ap arılm ası q ay d aları Hər hansı insan 
fəaliyyətində  olduğu  kimi,  ünsiyyətdə  də  konstruktiv  (qurucu) və 
destruktiv (dağıdıcı) ünsürlər bu və ya digər dərəcədə uzlaşır.
Konstruktiv  ünsür  dedikdə  psixologiyada  «nə  isə  yeni  bir 
başlanğıcın  əmələ  gəlməsində  meydana  çıxan  bir  əlamət,  yaxud 
əlamətlər qrupuna malik olan və məhz ona görə yaradılmış yaradı­
cı başlanğıc»,  destruktiv ünsür dedikdə isə «dağılma, nəyinsə nor­
mal quruluşunun pozulması» başa düşülür.
Birinci  halda  iradi  səy  meydana  çıxan  affekt  meyllərə  qalib 
gəlir, ikinci halda isə emosiyalar üstün olur.
Həmsöhbətlərin  davranışını  əlaqələndirən  bir  sıra  nitq  qay­
dalarına  əməl  edilməsi  fikirləri  və  emosiyaları  uzlaşdırmağa 
kömək  göstərir.  Səmərəli  kommunikativ  davranışın  normalarının 
müəyyənləşdirilməsi üçün ilk təşəbbüsü Aristotel  göstərib.
«Ritorika»  traktatının  «Üslub  haqqında»  adlı  fəslində  o,  üslu­
bun səmərəliliyini müəyyən edən üstün cəhətlərini göstərir: aydınlıq, 
əhəmiyyətlilik,  həqiqilik.  Kommunikasiya  qaydalanmn  (postulatlar 
(sübutsuz olaraq əsas götürülən müddəa) maksimlər, prinsiplər) mü­
fəssəl və sistemli formalaşdırılması təcrübəsi Q.P.Qraysa məxsusdur.
«Kommunikasiya  prinsipi»  adlandırılan  əsas  prinsip  nitq  ün­
siyyətinə  qəbul  edilmiş  məqsədə və  danışığın  istiqamətinə uyğun 
olaraq öz töhfəsini vermək tələbindən ibarətdir. (Qraysa qədər belə 
qaydaları formalaşdırmağa N.P.Smit təşəbbüs göstərmişdir).
Əməkdaşlıq  prinsipinin  özü  həm  danışan  tərəfindən  «koope- 
rativliyə» can atmaq kimi,  həm də danışanın sözlərini ünvanladığı 
şəxs  tərəfindən  öz  bildiyi  kimi  təfsirini  nəzərdə  tutması  şəklində 
başa düşülə bilər.
118


Adı  çəkilən  tövsiyələrə  əməl  edilməsi  nitqin  kommunikativ, 
yəni quruluş düzgünlüyünü təmin edir ki, bu da ünsiyyət baxımın­
dan nitqin düzgünlüyünə nisbətən daha əhəmiyyətlidir. Kommuni­
kativ  düzgünlük  anlayışı  altında  söhbətin  aparılması  qaydalarına 
uyğunluq başa düşülür.
E.Melibruda bu haqda yazır ki, bizim mülahizələrimiz tərəf­
daşımıza o zaman aydın olur ki,  biz danışdığımız məsələyə görə 
məsuliyyəti  öz  üzərimizə  götürürük.  Şəxssiz formada  subyek­
tiv  anlayışlar  obyektivlik görüntüsü yaradır  və  riqoristiklikfçox 
təəssübkeşlik) ifadə edir.
V. V.Boqdanov bu vəziyyəti keyfiyyət postulatına münasibətdə 
belə izah edir:
Əgər danışan verdiyi məlumatın həqiqilinə inannursa, tərəf- 
müqabilində  özünün yalan  danışması  təəssüratının yaranması- 
nın qarşısını almaqdan ötrü qətiliyin azaldılması vasitələrindən, 
yəni «mənə məlum olduğu  qədər»,  «əgər mən səhv etmirəmsə», 
«güman  ki»,  «bəlkə  də»,  «belə  görünür  ki»  kimi  epistemik 
ifadələrdən istifadə edir.
Nitq ünsiyyətinin Q P.Qrays tərəfindən formalaşdırılan prinsipləri 
aydındır, lakin onların təcrübədə tətbiqi şərhin birmənalı olmaması ilə 
mürəkkəbləşir:  informasiyanın  mühümlüyünün  parametrlərini,  onun 
həqiqiliyim müəyyənləşdirmək üçün vahid və dəqiq meyarlar mövcud 
deyil; bu səbəbdən məşhur praqmatik təmayüllü amerikalı  sosiolinq- 
vist R.Lakoff postulatların  (sübutsuz  olaraq  əsas  götürülən  müddəa) 
formalaşdınlmasım  danışanın  öz  nitqinin  dinləyənə  göstərdiyi  təsiri 
nəzərə alması baxımından dəyişdirməyə təşəbbüs göstərmişdir.
Zorla  qəbul  edilməyə  çalışma.  Danışan  öz  fikrini  nə  qədər 
qətiyyətlə  formalaşdırırsa,  dinləyici  onunla  razılaşmağa  o  qədər 
az  meyl  edir.  Hədsiz  qətiyyətliliyi  aradan  qaldırmaq  üçün  xüsusi 
ritorik vasitələrdən  istifadə  edilir:  təsdiq  formasında  verilən  sual, 
girişdən istifadə və s.
Həmsöhbətini  dinlə.  İstənilən  münasibət  yalnız  onda  müm­
kündür ki,  danışan və  dinləyən ümumi  məlumat  ehtiyatına malik 
olsun; bunu da müəyyən etmək üçün danışan və dinləyən arasında 
əks əlaqəni təşkil etməyi öyrənmək lazımdır.
119


Yüklə

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə