Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə35/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   124

yəni  uyğunlaşma prosesini  təmin edənlər təshihlə (korreksiya ilə) 
bağlıdır. Bu mexanizmlər qarşılıqlı təsirə daimi düzəlişlər edilməsi 
ilə optimal rejimi müəyyən edir.
Ünsiyyətin  bu  mərhələsində  sizin  taktikanız  bərabərhüquqlu 
dialoqun  aparılmasına  gətirib  çıxarmalıdır.  Tərəfdaşınızın  etdiyi 
güzəştlərə  görə  narahatlıq  keçirə biləcəyi  hər bir halın  aradan  qal­
dırılmasına çalışmaq lazımdır. Buna görə də bütün üsullar tərəfdaşı­
nızda qarşılıqlı fəaliyyətə meyl yaratmaq üçün istifadə olunmalıdır.
«İlkin  hərəkətlər»  üsulu.  Hansısa  arzuolunmuz  keyfiyyət, 
yaxud  xüsusiyyətin  meydana  çıxması  təhlükəsi  yarandıqda 
vəziyyətin  yumşaldılması  məqsədəuyğundur.  Əgər  inciklik  yara­
nırsa, bu halda belə xəbərdarlıq edilə bilər:  «Xahiş edirəm, mənim 
indi  Sizə söyləyəcəklərimdən inciməyəsiniz».  Mümkün qəzəb  an­
larının  da  qarşısını  aşağıdakı  şəkildə  almaq  olar:  «Xahiş  edirəm, 
indi eşitdiklərinizə görə əsəbiləşməyəsiniz».
« Tənzimlənməsi  tələb  olunan  keyfiyyətin göstərilməsi»  üsulu 
müəyyən  hərəkətlərin  gözlənilməsinin  köməyi  ilə  uyğun  davra­
nış motivasiyasını  işə salmağı nəzərdə tutur:  «Sizin səbrsizliyinizi 
bildiyimə  görə,  hər  halda,  bir  qədər  dözməyinizi  xahiş  edirəm, 
çünki bu, mövcud məsələnin həlli üçün zəruridir».
(.(.Əmələ gəlmiş  uyğunluğun  qabardılması  və  təsdiq  edilməsi» 
üsulu.  Tərəf-  müqabil  hansısa  əlbir  fəaliyyətin  yalnız  başlanğıc 
uyğunlaşmanın  mövcud  olması  halında  mümkün  olacağına  aid 
kifayət  qədər  aydın  anlayışa  malik  olur,  bu  halda  qeyd  etmək  la­
zımdır ki,  uyğunlaşma  artıq  mövcuddur.  Məsələn,  «Biz  hər hansı 
məsələni  birgə  həll  edə  biləcəyimizə  görə,  yaranmış vəziyyəti  də 
birlikdə  müzakirə  etməliyik.  Bu  halda biz,  lazım  olan  və  düzgün 
nəticəyə gələ bilərib).
«Məsləhət  üçün  müraciət  etmək»  üsulu.  Bu  üsula  o  halda 
müraciət  edilir  ki,  tərəfdaşın  passiv  mövqeyi  müəyyən  edilir  və 
onun əhəmiyyətinin yüksəldilməsi tələb  olunur.  Üsul  qarşı tərəfdə 
ümumi  planların və  davranış proqramının  işlənməsinə fəal  qoşul­
maq arzusunun yaranmasına səbəb  olur.
Məhz  ünsiyyətin  son  mərhələsində  sizin  tərəfdaşınızla  bağlı 
öncədən  keçirdiyiniz  diaqnozlaşdırmanın  düzgünlüyünü  yoxla­
108


maq  imkanı  meydana  çıxır.  Yalnız  indi  siz  ondan  gizli  saxladığı 
xüsusiyyətləri  barədə bu və ya digər şəkildə dostyana mülahizələr 
eşidə  bilərsiniz  (insanın  özünün  zəruri  hesab  etdiyi  formada).Bu 
onun mənfi hərəkətləri, zəif yerləri, pis vərdişləri ola bilər.
Gizlədilən xüsusiyyətlər kimi  həm  də  həmsöhbətinizin  ayn- 
ayn anlayışları, baxışları, davranış prinsipləri, məqsədləri göstərilə 
bilər.  Şəxsiyyətin  mənfi  cəhətləri  haqqında  IV  mərhələdə  əldə 
edilmiş  dağınıq  məlumatlardan  fərqli  olaraq,  bu  mərhələdə  sizin 
tam  bir məlumat  əldə  etmək imkanınız  olacaq.  Bu  zaman həm  də 
özünüzün hərəkətlərinizə aid dəyərləndirməni,  başqalarının rəyini 
öyrənməyiniz çox mühümdür. İnsan özü, hərəkətləri, həmçinin baş­
qalarının hərəkətləri  haqqında özü üçün xarakterik olan ifadələrlə 
danışmağa başlayır.

mərhələnin  əlamət  və  göstəriciləri 
Bu  mərhələ  üçün 
tərəfdaşın  davranışında  baş  vermiş  bütün  dəyişiklikləri,  ümumi 
mülahizələri və qərarları qəbul etməyə üstünlük verdiyini göstərən 
əlamətlər, onun sözləri və müraciətləri xarakterikdir. Bu mərhələdə 
danışıqlarda  «məqsədlərin  ümumiliyi»,  «eyni  istiqamət»,  «birgə 
qərarlar»  kimi  ifadələr  çoxluq  təşkil  etməyə  başlayır.  Həmçinin, 
sizi  nəzərdə  tutulan  tədbirlər barədə  xəbərdar  etmək,  müzakirədə 
suallar vermək meylləri müşahidə olunur.
Dəyişikliklərin daha parlaq göstəricisi isə «bumeranq effekti»- 
dir.  Müəyyən  anda tərəfdaşınız  əvvəllər  söylədiyiniz fikirləri,  rəy 
və  mülahizələri  söyləməyə  başlayır.  Bu,  həmin  fikirlərin  onun 
tərəfindən  kifayət  qədər  mənimsənildiyinin  və  qəbul  edildiyinin 
göstəricisidir.  Bu  mərhələnin  daha  bir  göstəricisi  mülahizə  və 
qiymətləndirmələrdə aydın hiss olunan dəyişiklikdir.
Yəni  həmsöhbətiniz  əvvəllər  hansısa bir müddəanın  əleyhinə 
idi,  indi  isə  onun  mövqeyi  dəyişilib.  Bəzən bu,  yumşaldılmış for­
mada  aşkar  olunur:  sizin  təklif  etdiyiniz  hər  şeyi  qəbul  etməyə 
hazır  olmaq  şəklində  («Hər  şeyin  yaxşı  olması  üçün  nəyi  necə 
etmək  lazım  olduğunu  söyləyin»),  bəzən  isə,  gözlənilmədən, 
məhdud  şəkildə  olsa  da,  mülahizələrinizin  hüquqi  əsası  olduğu­
nu  bildirməkdə  ifadə  olunur.  Bu,  özünəməxsus  şəkildə  əvvəlki 
mövqelərindən çəkilmək deməkdir.
109


Bu  mərhələnin  əhəmiyyətli  göstəricisi  həm  də  hansısa  mü­
bahisəli məsələni  sizin təklif etdiyiniz şəkildə həll etmək təklifidir. 
Bu şəkildə davranışın növlərindən biri m üxtəlif variantlar meydana 
çıxdıqda,  sizə seçimi  özünüzün etməyiniz təklifinin verilməsidir.
Artıq  formalaşmış  bu  mərhələnin  göstəricisi  kimi  «şərtləş­
diyimiz kimi», «danışdığımız kimi»,  «qərara aldığımız kimi» və s. 
ifadələrini  göstərmək mümkündür.
V m ərhələnin  nəticələri V mərhələnin  nəticələri  təkcə  tərəf­
daşın  keyfiyyətlərinin  deyil,  həm  də  onun  hərəkətlərinin  mo­
tiv  və  səbəblərinin  başa  düşülməsidir.  Bundan  başqa,  ünsiyyətin 
gedişində siz onda ünsiyyəti asanlaşdıran m üxtəlif psixoloji vəziy­
yətlərin - hər şeydən əvvəl problemin həllində sizin kömək edəcə­
yinizə daxili  inamdan əmələ gələn rahatlığın,  əmin-amanlıq hissi­
nin formalaşmasına səbəb olursunuz.
Bütün bunlar həmsöhbətinizin qəbul olunmuş qərarın düzgün­
lüyünə inamı ilə müşayiət olunur, çünki bu qərar birlikdə hazırlanıb. 
Onun  davranışını  bəyənməyiniz  isə  tərəfdaşınızda  məqsədlərinin 
düzgünlüyünə inam yaradır və onların həyata keçirilməsinə zəmin 
yaradır.
110


Yüklə

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə