Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə31/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   124

düşməsi  mühümdür.  Məs.,  təcrübəli  bir  müəllim  öz  xatirələrində 
yazır ki,  tələbələrimdən birinin kimya elminə çox maraqsız oldu­
ğunu hiss etmişdim.  Danlamaq,  onu düz yola dəvət etməklə bağlı 
nəsihətlər  heç  bir  fayda vermirdi.  Tələbənin  dərsləri  oxumaması, 
hətta kimya dərslərinə gəlməməsi faktları çoxalarkən gizli yollarla 
onun  hobbisini  öyrəndim.  Məlum  oldu  ki,  tələbə  stolüstü tennislə 
çox  maraqlanır.  Mən  növbəti  dəfə  tələbə  ilə  görüşə  “təsadüfən” 
stolüstü  tennis  raketkalan  ilə  getdim  və  bu,  oğlanda  xüsusi  ma­
raq  oyatdı.  Biz  tennis  barədə  geniş  polemikaya  girişdik,  yeri 
gəlmişkən  qeyd  edim  ki,  mən bu  söhbətə  hazırlaşmaq  üçün  xey­
li  məlumat toplamalı  olmuşdum.  Tennis  ətrafında  söhbət  mənim 
tərəfimdən  yavaş-yavaş  elmə,  təhsilə,  kimya  sahəsinə  yönəldildi 
və nəticədə tələbə tədricən kimyanı da sevməyə başladı, mənim ən 
yaxşı tələbələrimdən birinə çevrildi.
Eyni maraqlara malik olan insanların fikirləri  çox zaman baş­
qa məsələlər və onların qiymətləndirilməsində də üst-üstə düşür.
Müzakirə mövzusu olmayan, lakin hər iki tərəfi maraqlandıran 
məsələlərlə bağlı söhbət zamanı müvəqqəti olaraq həmsöhbətlərin 
ictimai  vəziyyətləri,  mövqelərindəki  fərqlər  aradan  qalxır.  Sonra 
isə  məhz  bu,  digər  mövqelər  arasındakı  məsafənin  qısalmasına 
yardım edir.
Beləliklə,  II  mərhələnin  məqsədəmüvafıqliyi  birləşmə  üçün 
ilkin əsas  (ilkin birlik) yaratmaqdan ibarətdir,  sonra isə ümumi və 
hər  kəs  üçün  cəlbedici  olan  məsələlərdən  çıxış  edərək,  müəyyən 
müddət ərzində tərəf-müqabillər üçün paralel  irəliləmək mümkün 
olacaq.
Ünsiyyətin II mərhələsi üçün qarşıda duran vəzifələri aşağıda­
kı kimi  müəyyənləşdirmək mümkündür:  mülahizələrin qurulması, 
tərəfdaşla  ümumi  maraqlara  aid  məsələlərdə  razılığa  gəlinməsi, 
onu  həyəcanlandırmaq,  onun  davranışının  xüsusiyyətləri  ilə  tanış 
olmaq. Ümumi maraq mövzusu həm meyar, həm təşkilatçı, həm də 
söhbətin əsası rolunu oynayır.
II mərhələnin mexanizmləri 
Müəyyən bir əşya, yaxud möv­
zuya  olan  maraq  ona  görə  mühümdür  ki,  o,  həmsöhbətin  şüuru­
nu  bütünlükdə  əhatə  edir.  Mövzunun  müsbət  emosional  ahəngi
96


tərəfdaşınızın söhbəti davam etdirməyə, mövzunu dərinləşdirməyə 
səy göstərməsinə xidmət edir.  Eyni zamanda,  həmsöhbətinizin şü­
uru  onu  maraqlandıran  məsələyə  «bənd  olub»,  ona  aid  olmayan, 
inkişafına xidmət etməyən nə varsa,  hamısını  diqqət mərkəzindən 
uzaqlaşdınr.
Qarşılıqlı  fəaliyyətin  möhkəmləndirilməsində  həm  də  eyni 
maraqlar ətrafında birləşmiş insanların, adətən, eyni cür düşünməsi 
əhəmiyyətli rol oynayır, çünki bu, münasibətlərin qaydaya salınma­
sını asanlaşdırır. Burada diqqətin yalnız bir ümumi maraq ətrafında 
birləşməsi  də  prinsipial  məsələdir.  Bu  halda  siz  tərəfdaşınıza 
nisbətən hər hansı üstünlüyünüzü (məsələn, əlavə məlumata malik 
olmağınızı) nümayiş etdirməməlisiniz, həmsöhbətinizdən məlumat 
alarkən qeyri-fəal mövqe tutmağın vacibliyi  də buradan irəli gəlir.
П  mərhələnin  taktik  üsulları 
Sizin  П  mərhələdə  istifadə  et­
diyiniz  bütün  taktik  üsullar  duyğuların  qüwətləndirilməsi,  yaxud 
tərəfdaşın  diqqətinin  digər  problemlərə  yönəlməsinin  qarşısının 
alınması məqsədilə, ümumi maraqlara aid söhbətlərin fəallaşmasına 
yönəldilməlidir. Aşağıdakı üsulları nümunə göstərmək mümkündür:
«Artma»  üsulu.  Bu və ya  digər mövzuda  söhbətin lap başlan­
ğıcında  özünüzü  söylənilən  müddəalara  və  fikirlərə  laqeyd  kimi 
göstərə bilərsiniz;  bu,  tərəfdaşınızın  hər hansı  mülahizəsi  ilə  ciddi 
şəkildə maraqlanmağa başladığınız ana qədər davam edə bilər.  Son­
ra isə ünsiyyət prosesində marağınızın artdığını nümayiş etdirin.
«Təfsilatı ilə»  üsulu.  Bu üsul  həmsöhbətinizin  şərhində  ən ki­
çik  detallara  belə  maraq  göstərdiyinizi  sözlə  ifadə  etməyinizdə, 
həmçinin  söylənənlərin  şərh  olunmasını  xahiş  etməyinizdə  əks 
olunur.
«Keçirmə» üsulu. Bu üsuldan istifadə zamanı ümumi müzakirə 
mövzusu kimi qəbul edilmiş məsələyə tez-tez başqa problemin ay- 
n-ayn  ünsürləri  daxil  olur,  siz də həmsöhbətinizi  həmin ünsürlərə 
«keçirirsiniz». Bu, əsas mövzu ilə bağlı meydana çıxan gərginlikləri 
istənilən başqa mövzu üzərinə keçirmək üçün imkan yaradır.
II  mərhələnin  əlamət  və  göstəriciləri: 
a)  hər  iki  tərəf üçün 
eyni  dərəcədə məqbul  olan bir mövzunun tapılması  (əsas əlamət); 
b) zaman-zaman eyni mövzuya qayıdılması; c) ümumi söz və ifadə
97


fondunun  meydana  gəlməsi;  ç)  inkişaf edən  maraqlar  dairəsində 
və  hər  iki  tərəfi  maraqlandıran  məsələ  ilə  bağlı  keçirilən  söhbət 
zamanı ayrı-ayrı ifadə və söz birləşmələri ixtisar olunur (əməli ola­
raq,  bəzi  ifadələrin  yalnız  başlanğıcını  söyləmək  kifayət  edir  ki, 
həmsöhbətiniz onu davam etdirə bilsin); f) bu mövzu üzrə məlumat 
axını  qəflətən yada düşən xatirələr xarakteri  alır.
II m ərhələnin nəticələri  Qarşılıqlı anlaşmanın yaranması hə­
mişə  ünsiyyət və yaxınlaşmaları  davam  etdirmək  arzusu  doğurur, 
gələcəkdə  mümkün  qarşılıqlı  fəaliyyət  sahəsini  genişləndirmək 
üçün ilkin «dayaq məntəqələri» yaradır.
Eyni  bir  maraqla  bağlı  müntəzəm  ünsiyyət  gələcəkdə  davam 
edə biləcək ilkin  qarşılıqlı  fəaliyyətə yardım  göstərir (əməkdaşlıq 
tipi üzrə). Bu üslubun söhbətin digər mövzularına da keçməsi üçün 
zəmin və imkanlar əmələ gəlir.
I I I   m ərhələ  Ünsiyyətin prinsiplərinin  müəyyən  edilməsi.  III 
mərhələnin əsas vəzifəsi ünsiyyətin fərdi  prinsipləri haqqında mə­
lumat  mübadiləsi  və  tərəfdaşlarınızın  əsas  və  qiymətli  keyfiyyət­
lərinin seçilməsindən ibarətdir.
Həmsöhbətinizin ünsiyyətin prinsipləri kimi təqdim etdiyi hər 
şey (namusluluq, düzlük və s.) sizin tərəfinizdən qəbul edilməlidir. 
Bu onda təkcə indi  sizin tərəfinizdən söylənilən prinsipləri  (və si­
zin bəyan etdiyiniz şəxsi keyfiyyətlərinizi) yox,  həm də sizin son­
radan  söyləyəcəklərinizi  qəbul  etməyə hazır olmaq fikrini  forma­
laşdırar. Bununla da, tədricən qəbul edilənlik mövqeyi  sabitləşər.
Ш mərhələdə tərəfdaşımzla münasibətlərinizin bir sıra müsbət 
və mənfi amilləri  olacaq.
M üsbət amillər.
a)  hamı  üçün  qəbul  edilə bilən  ən ümumi  prinsiplərin  («Mən 
üzüyolayam»,  «həmişə  müzakirələrə  hazıram»,  «düşünürəm  ki, 
hər halda, hər şey qaydasına düşəcək»,  «mən sözü üzə deyənəm», 
«belə hesab  edirəm  ki,  sərt  danışmaq  lazım  deyil,  insanlar inciyə 
bilər» və s.) təklif edilməsi;
b)  insandan  gözlənilən  keyfiyyətlərlə  üst-üstə  düşən  keyfiy­
yətlər nümayiş  etdirmək;  əgər danışan dinləyənə xoş  olan fikirlər 
səsləndirirsə, onların başqasına təsir qüvvəsi  artır;
98


Yüklə

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə