Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə34/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   124

1
kimi  şübhə altına alırsınız.  Bununla birtərəfli miüdafıəyə tələb ya­
ranır.  Belə  şübhələr üçün  səbəb yenicə  söylənən  mülahizədə han­
sısa gözlənilməz uyğunsuzluq aşkarlandıqda meydana çıxır.  Hətta 
yalnız  bir  fakt  üzrə  də  şübhə  yaranıbsa,  onu  həmin  an  söyləmək 
lazımdır -  bu halda tərəfdaşınız onu yerindəcə aradan qaldırmağa 
calışacaq.
«Ziddiyyətlərin  müqayisə  edilməsi»  üsulu,  insanda  müstəqil 
mülahizə  yürütməyə  meyli  fəallaşdırmaq  lazım  gəldikdə,  ona 
şəxsi  «ziddiyyətləri»  kimi  təqdim  edilməsi  mümkün  olan  bütün 
ziddiyyətləri qarşılaşdırmaq mümkündür.  Təbii ki, bunları  əvvəlcə 
toplamaq lazımdır. Bu, qarşı tərəfə gözləmə vəziyyətindən çıxmaq 
imkanı  yaradar.  Adətən,  insana  sözlərindəki  ziddiyyətləri  göstər­
məklə,  onu danışmağa vadar etmək olar.
«Diaqnostik  suallar»  üsulu.  Başqa  insanlann  xasiyyət  və 
keyfiyyətləri  ilə  bağlı  suallarınız  tərəfdaşınızı  onların  xüsusiy­
yətləri  haqqında  öz  rəyini  söyləməyə  vadar  edir,  bununla  da  siz 
onun mənfi  keyfiyyətlərə münaisbətini  eşitmiş olursunuz və onun 
ətrafdakılann davranışının düzgünlüyü haqqında anlayışları aşkar­
lanır.
«Mübahisəyə çağırış»  üsulu ondan ibarətdir ki,  siz hər hansı bir 
səbəb üzündən mübahisə etməyə başlayırsınız, bu halda kəskin fikir 
mübadiləsi baş verir. Hər iki tərəfin adi etirazları  elə bir şərait yaradır 
ki, tərəflərdən hər biri qarşı tərəfin təsirinə müqavimət göstərir və öz 
dəlillərini  söyləyir. Mübahisə və mövqelərin müdafiəsi  həmsöhbətdə 
öz təsir və ya müdafiə üsullarını yatırmaq meyli doğurur.
«Sərbəstləşmə»  üsulu.  Bəzən  insan  özü  haqqında  danış­
mağa  hazırdır,  lakin  eyni  zamanda  özünü  narahat,  inamsız  hiss 
edir  və  söhbəti  nədən  başlayacağım  bilmir.  Bu  hallarda  diqqəti 
kənar  mövzulara  yayındırmaqla  gərginliyi  aradan  qaldırmaq 
məqsədəmüvafiqdir.
IV mərhələnin əlamət və göstəriciləri 
IV mərhələnin başlan­
masını göstərən əsas əlamətlər:
a)  tərəfdaşınız  birinci  olaraq  onun  özü  tərəfindən  əvvəllər 
bəyan  edilən  keyfiyyətlərin  sabitliyinə  sizin  şübhələrinizi  ifadə 
edir;
105


b)  aşkar  sorğu-  sual,  tərəfdaşınızın  bu  və  ya  digər vəziyyətlə 
hansı  seçimi  edə biləcəyinə aid xahişlər:  «sizin keçən dəfə ona nə 
isə  deməməyiniz  mümkün  deyil»,  «Yəqin  siz  onda  vəziyyətdən 
sakitcə çıxmısınız» və s.;
c) həmsöhbətinizin onun şəxsi xüsusiyyətləri haqqında rəyinizi, 
düzgün  olmayan  ilk qərarınızı  dəyişdirməyə  səy  göstərməsi:  «Siz 
mənimlə bağlı  fikirlərinizdə çox səhv etmisiniz»,  «Siz  düşünmür­
sünüzmü  ki,  mənim  şəxsiyyətimi  dəyərləndirərkən  səhv  etmisi­
niz?», «Siz mənim  ləyaqətlərimi çox şişirdirsiniz» və s.;
ç)tərəfdaşınızın fikirlərində onun davranışına aid özünəməxsus 
özünügöstərmə  və  özünügünahlandırma:  «Mən  həmişəki  kimi 
zəif oldum»,  «Adətən mən belə vəziyyətlərdə son dərəcə sərt olu­
ram», «Belə vəziyyətdə mən inamla hərəkət edə bilmirəm», «Mən 
iradəsizəm»,  «Mən  utanmazam»  (bu,  bir növ,  əvvəlki  aşkarlama- 
lann əvəzidir);
d)  onun  özü  haqqında başqası  kimi  danışması  («dostum  haq­
qında  hekayələr»);  mücərrəd,  mənfi  xüsusiyyətlər  uydurulmuş 
dosta  aid  edilir  ki,  sizin  bunları  necə  qəbul  edəcəyiniz  aydın  ol­
sun;  bununla  həmsöhbətiniz,  bir növ,  sizi  bu  xüsusiyyətləri  qəbul 
etməyə alışdırmaq istəyir;
e)  «əvvəlcədən  etiraz  etmə»yə çalışmaq;  siz tərəfdaşınız haq­
qında mülahizələrinizi söyləməmiş, o özü haqqında fikir bildirməyə 
can atır: «Siz demək istəyirsiniz ki, mənim məlumatım kifayət qədər 
deyil»,  «siz indi  düşünürsünüz ki,  mənə  söylədikləriniz xeyrimizə 
olmayacaq»,  «baxın,  siz indicə mənə deyəcəksiniz ki...»;
f) həmsöhbətinizin «ekstremizmi»;  onun  sizin  münasibətinizi 
öyrənmək üçün istifadə  etdiyi  xüsusi,  yaymdıncı  davranış, yaxud 
hərəkəti:  «Bəlkə mən sizi aldadıram?»
h) sizi zorla mübahisəyə, yaxud diskussiyaya cəlb etmək.
IV mərhələnin əhəmiyyətli əlaməti tərəfdaşınızın başqa adam­
larla,  əsasən onların gizli fərdi xüsusiyyətləri ilə bağlı sorğu-sualı­
dır:  «D necə adamdır?», «N-in iddiaları nə qədər böyükdür?» və s.
Təhlillər  göstərir  ki,  bu  sizin  «möhkəmliyinizi»  yoxlamaq 
üçün özünəməxsus sınaqdır. Yuxanda qeyd edildiyi kimi, başqalan 
haqqında mülahizələr yalnız  lap başlanğıcdan  sizə  nə  qədər inan­
106


maq  mümkün  olduğunu  və  hansı  şəraitdə  sizinlə  açıq  danışmaq 
mümkün olub-olmadığını müəyyənləşdirməkdir. Eyni zamanda bu 
-  əməkdaşlığa  hazır  olmaq  və  artıq  yetişmiş  olan  açıq  danışmaq 
tələbatıdır.
IV mərhələnin nəticələri 
Tərəfdaşın mənfi keyfiyyətlərinin aş­
kara çıxarılması iləbağlı axtarışlar nəticəsində siz onun xarakterinin 
elə cizgilərini  aşkara çıxarırsınız ki,  onlar əvvəllər aşkara çıxmır­
dı  və  sizə məlum  deyildi.  Belə keyfiyyətlər müəyyənləşdirildikdə 
siz  onların  aşkarlanması  üsullarını  nəzərə  almalı  və  onların  ört- 
basdır olunması  səbəbini müəyyən etməlisiniz. M əhz bu səbəbdən 
həmsöhbətin  şəxsiyyətinin  quruluşunda  belə  keyfiyyətlərin  rolu 
daha anlaşılan olur.
IV mərhələnin  əhəmiyyətli  nəticələri  -  ünsiyyətə  maneə  olan 
vərdişlərin (fikir dağınıqlığı, həmsöhbətin laqeyd dinlənilməsi, sö­
zünün kəsilməsi və s.) aşkara çıxarılmasıdır
Beləliklə, 
ünsiyyətin 
IV 
mərhələsinin 
sonuna 
yaxın 
həmsöhbətinizin  müsbət  keyfiyyətləri  müəyyən  edilir,  mənfilərin 
isə  müntəzəm  surətdə  üzə  çıxmaq  xüsusiyyətinə  malik  olmasını 
nəzərə almaq lazım gəlir.
V   mərhələ.
  Tərəfdaşa uyğunlaşma və əlaqənin yaradılması
Siz artıq tərəfdaşınızın əsas müsbət cəhətlərini və çatışmazlıqlarım 
müəyyənləşdirmisiniz.  Deməli,  ona məqsədyönlü təsir göstərmək, 
qarşılıqlı  inama əsaslanan münasibətlər qurmaq üçün zəmin möv­
cuddur. Burada qarşılıqlı münasibətlərin ən optimal səviyyədə sax­
lanması  daha mühümdür.
Bu,  yalnız  onların  sizin  potensiallarınızın  daha  səmərəli  isti­
fadəsinə şərait yaradılmasına imkan verən  şəkildə bölüşdürülməsi 
zamanı  mümkündür.  Bu  halda ünsiyyətin  hər bir iştirakçısının  ifa 
etdiyi rol qarşı tərəfin istəklərinə müvafiq olur. Rollar qarşılıqlı ta­
mamlama prinsipi  ilə bölüşdürülür.  Bundan başqa,  birgə  davranış 
qaydaları da işlənib hazırlanır.

mərhələdə bir şəxsiyyətin  digərinə uyğunlaşmasını  tənzim­
ləyən  mexanizmlər  (yəni  bir  insanın  xüsusiyyətləri  digər  insanla 
qarşılıqlı  fəaliyyət  baxımından  optimal  olana  qədər  tənzimlənir) 
əsas  yer  tutur.  Onları  uyğunlaşdıncı  adlandırmaq  olar.  Digərləri,
107


Yüklə

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə