Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə37/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   124

Həqiqətin axtarılması  metodu -  mayevtika (mamaça metodu) 
-   bu  metod  əməli  olaraq  həmsöhbətlərin  rolunu  aparıcı  və  idarə 
edilən, yəni bir tərəfdən müəyyən suallar verilməsi,  digər tərəfdən 
isə  onlara  cavablar  axtarılması  və  müəyyən  nəticələrə  gəlinməsi 
şəklində müəyyənləşdirir.
Şərhin  dialoji  formasının  metodoloji  izahı  yalnız Platon tərə­
findən  verilir.  Dialoq  nəzəriyyəsində  Platon  sofistlərin  subyektiv 
həqiqətinin  əksinə  olaraq,  hamı  üçün  əhəmiyyətli  olan  biliklərin 
tapılmasım  qarşısına məqsəd qoyur.
Onun  dialoqu  nəinki  həmsöhbətlər arasında hər hansı  kobud­
luğu,  yaxud  şəxsi  anlaşılmazlıqları  istisna  edir,  həm  də bir qayda 
olaraq, xeyirli  sonluq- həqiqətin birlikdə tapılması  ilə nəticələnir.
Onun  dialoqu danışanın ritorikanın formal  imkanlarından  sui- 
istifadə  etməsinə  görə  mənəvi  məsuliyyətini  nəzərdə  tutur.  Pla­
tonun  dialoqu  xüsusi  kompozisiya  prinsipinin  -  problemli  fikrin 
mərhələli  (irəliləyən) hərəkəti  əsasında qurulur.
Dialoqun  məntiqi  təbiətini  sistemli  şəkildə  tədqiq  edən  ilk 
insan  Aristotel  oldu.  Öz  əsərlərində  o,  xarakterindən  asılı  ola­
raq  əqli  nəticəcələrin  həqiqi,  təxmini,  yalan  kimi  əsas  növlərini 
müəyyənləşdirir və təhlil  edir.
Həmsöhbətlərin  qeyri-bərabər  mövqelərinin  onların  strategi­
yasında ziddiyyətlər yaranmasına  səbəb  olduğunu  müəyyən  edən 
Aristotel  dialoqların  ayn-ayn  növləri  üzrə ümumi və xüsusi  stra­
tegiyalarını  hərtərəfli  təsvir edir.  Dialektik mübahisəni  isə  onların 
arasında ən ləyaqətlisi  hesab edir.
Eristikalann əsası ənənəvi olaraq nitq təsiri nəzəriyyəsi  hesab 
olunur. M üasir nitq praktikası isə digər prioritetlərə üstünlük verir: 
filosof N.A.Bezmenovanın  fikrincə  «neoritorikamn  (yəni  müasir 
ritorikanın)  mərkəzi  problemi  istənilən  fəaliyyətin  əsasında duran 
qarşılıqlı nitq təsirləridir». Nitqin qarşılıqlı təsirləri nəzəriyyəsinin 
əsaslan M.M.Baxtin tərəfindən qoyulmuşdur.
İnsan  düşüncəsi  haqqında  Sokrat  anlayışının  təhlili  zama­
nı  o,  həqiqətin  dialoji  təbiəti  və  dialoq  haqqında  başlanğıc  fikri 
söyləmişdir. M.M.Baxtin mədəniyyətin mənasını adi mübahisə, fi­
kir mübadiləsi, söz döyüşü hesab etmədiyi dialoqda görürdü. Onun
114


dialoqu  istənilən  formada təzahür edən  insan  təfəkkürünün  üm u­
miliyinin qüvvə və əhəmiyyətinə malikdir, yalnız «dialoji ünsiyyət 
sözün həqiqi həyat mühitidir».
Ünsiyyətin spesifik forması kimi dialoqun əsas inkişaf mərhə­
lələrinin  təhlili  və  onun  problemlərinin  dərk  edilməsi  ünsiyyətin 
bu formasının özünəməxsusluğunu aşkara çıxarmağa və onun əsas 
xüsusiyyətlərinə  diqqət yetirməyə  (fikir plüralizminin  qəbul  edil­
məsi,  m üxtəlif fərdi  mövqelərin  bərabərhüquqlu  olması,  məntiqi 
sübutun inandırmanın əsası kimi qəbulu,  danışanın ritorikanın for­
mal  imkanlarından  sui-istifadəyə  görə  mənəvi  məsuliyyəti,  həm­
söhbətlərin mülahizələrində onların birgə fəaliyyətini  asanlaşdıran 
modal  məlumatların mövcudluğu) imkan verir.
Dialoq-mətnlərin  məntiqi  təşkili 
Mübahisə  əsaslandırılmış 
dialoqun,  əsaslandırılmış  mətnin  m üxtəlif  növlərindən  biridir. 
Həm  də  bu  strukturun  ünsürlərinin  adlandırılması  ilə  əlaqədar 
tədqiqatçılar -  Aristoteldən  müasir əsaslandırma nəzəriyyəsini  iş­
ləyənlərə  qədər  -  arasında  mütləq  fikir  birliyi  yoxdur.  Lakin  on­
ların arasında dəlillərlə əsaslandırılmış mətnin ünsürlərinin müəy- 
yənləşdirilməsində  özünəməxsus  bir varislik  nəzərə  çarpır  ki,  bu 
da  aşağıda  adı  çəkilənləri  daha  əhəmiyyətli  hesab  etmək  imkanı 
yaradır.
Tezis  -  isbat edilən  ideyanı  formalaşdıran  müddəa olub,  fakt­
ların  müəyyən  şərhini  təklif  edir.  Aristotelə  görə,  tezisin  əsas­
landırılma  (arqumentləşdirmə)  prosesi  üçün  zəruri  təkan  şəxsi 
mövqeyin  cəmiyyət  tərəfindən  qəbul  edilmiş  rəyə  uyğun  gəl­
məməsidir,  müasir praqmatika və koqnitologiya üçün  isə bu,  tezi­
sin adi  şübhəliliyidir.
Arqumentlər 
(dəlillər)  -  tezisin  həqiqiliyini  əsaslandırmağa 
yardım  edən  müddəalar;  onlar dəlillərin ünvanlandığı  (dəlilin  ge­
niş  mənada  dərk  edilməsi,  dar  mənada  bunlar faktlar,  nümunələr, 
sənədləşdirmələr,  sübutedici  əşyalar  deyil,  yalnız  mülahizədir) 
insanlar  üçün  sübut  qüvvəsinə  malikdir.  Əsaslandırılmış  mətnlər 
haqqında  ədəbiyyatda  müxtəlif  əsaslandırma  növləri  göstərilir. 
Məsələn, 
A. 
V.Stepanov insanların ağıl və hisslərinə təsir dərəcəsinə 
görə qüvvətli, zəif və əsassız dəlilləri müəyyənləşdirir.
115


Qüvvətli  -  rədd,  məhv  edilə  bilməyən,  dağıdılması  mümkün 
olmayan dəlillər. Bunlar aşağıdakılardır:
•  dəqiq müəyyən edilmiş faktlardan çıxan mülahizələr;
•  qanun, nizamnamə və rəhbər sənədlərin müddəaları;
•  eksperimentlərin nəticələri və ekspertlərin qərarları;
•  tanınmış nüfuzlu şəxslərin fikirləri və nümunələri;
•  şahidlərin və hadisələri gözləri ilə görənlərin ifadələri; statis­
tik ümumiləşdirmələr;
Z ə i f -  tənqidə davam gətirə bilməyən dəlillər, məsələn:
•  kifayət olmayan statistik məlumatların nəticələri;
•  Entimemalar (sillogizmin tam olmayan sxemi üzrə əqli nəticələr);
•  Alogizmlər üzərində qurulmuş sofıst fənd və mülahizələri;
•  Dinləyicilərə az tanış olan nüfuzlu şəxslərə əsaslanma;
•  Səciyyəvi  olmayan nümunələr və analogiyalar;
•  Qərəzli seçilmiş haşiyələr, aforizm və kəlamlar;
•  Ehtimallı nəticələr, variantlar, ümumiləşdirmələr.
Əsassız - tamamilə ifşa edilə bilən dəillər; yəni:
•  Saxtalaşdırılmış faktlara əsaslanan mülahizələr;
•  Şübhəli,  yoxlanılmamış,  hökm  qüvvəsini  itirmiş  mənbələrə 
istinad edilməsi;
•  Əsassız ehtimallar, fərziyyələr,  gümanlar;
•  Öncədən verilən söz və vədlər.
Əsaslandırma üsulu (sübutların təqdim edilmə üsulları) -  tezis 
və dəlillərin öz aralannda əlaqələndirilməsi üsulu.
Faktlara  əsaslanan  quruluşa  malik  mətnlərdə  tərəflər  arasın­
dakı  qarşılıqlı  münasibətləri  məntiq  qanunlan  tənzimləyir,  onlara 
əməl  edilməsi  mülahizələrin  sübutlu  olmasına  təminat  verir.  Bü­
tün  dörd  qanunun  mahiyyətini  qısa  olaraq  aşağıdakı  şəkildə  ifadə 
etmək mümkündür:  düzgün mülahizə  müəyyən,  ziddiyyətsiz,  ardı­
cıl və əsaslandırılmış olmalıdır.
Dəlillərə  söykənən  dialoq və monoloqun başlanğıc  məntəqəsi 
tezisdir.  Sadə tezis -  elementar deduktiv mülahizədə,  mürəkəb  te­
zis - diskussiyalı mülahizədə əks olunur.
Mürəkkəb tezis aşağıdakı qaydada qurulur:  müəyyən edilən an­
layış + mənasına görə əks olan iki predikat (subyekti müəyyən edən
116


Yüklə

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə