Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə40/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   124

Məlumatverici  nitqin aşağıdakı xüsusiyyətləri vardır:
1.  məlumatın aktuallığı;
2.  mübahisəli  anların olmaması;
3.  dinləyicilərin marağını oyadan ünsürlərin mövcudluğu;
4.  dinləyicilərin  informasiya-intellektual  tələblərinin  təmin 
edilməsi (natiqin və auditoriyanın bütün suallarına cavab verilməsi).
Məlumatverici nitq ilk sözündən son sözünə kimi -  əvvəlcədən 
düşünülmüş  planın  məhsuludur.  Əks  halda  o,  dolaşıq  və  ma­
raqsız  olacaqdır.  Həm  aydın,  həm  də  cəlbedici  olması  üçün  nitq 
dinləyicinin  maraqlan  nəzərə  alınmaqla,  köhnə və  yeni  ünsürlərin 
məqsədyönlü  şəkildə uzlaşdınlması  əsasında qurulmalı,  hər hissəsi 
ayn-aynlıqda və bütünlükdə konkret olmalıdır.  Əgər natiq mövzu­
ya daxilolma duyğusu yaradırsa, münaqişəli-dramatik priyomlardan 
istifadə  edirsə,  auditoriyada getdikcə  artan  və  düyünlərin  açılması 
ilə tamamlanan gözləmə hissləri yaradırsa, nitq cəlbedici olacaqdır.
Giriş elə qurulmalıdır ki, diqqəti cəlb etsin, maraq oyatsın, na­
tiqin məqsədini aydınlaşdırsın.
Nitqin  əsas  hissəsi  plana uyğun  şəkildə,  tematik tapşırığı,  au­
ditoriyanın tərkibini və ümumilikdə ünsiyyətin vəziyyətini  nəzərə 
almaqla açılmalıdır.
Nəticədə,  nitqin  məna  üstünlüyü  qabardılmalı,  qarşıya  qo­
yulan  məqsəd  aydınlaşdırılmalıdır;  bu  zaman  dinləyicilərin 
marağı  mümkün  qədər  yüksək  səviyyədə  fəallaşdınlır,  nitqin 
məqsədinə yetişmək üçün auditoriyanın zəruri emosional vəziyyəti 
sabitləşdirilir.  Bu  funksional  yönümlü  çıxışlar  müasir  cəmiyyətin 
informasiya  tələbatlarının  sürətli  intensivləşməsi  şəraitində  daha 
çox  gərəkli  olur.  Elm  və  ona  əsaslanan yüksək texnologiyalar bu 
gün, ictimai münasibətlərin ötürülməsində əsas amilə çevrilmişdir. 
Dünyanın  aparıcı  ölkələri  informasiyalı,  yəni  biliklərə  əsaslanan 
cəmiyyətlərə çevrilmişdir.
Bu,  elmin  sürətli  inkişafı  ilə bağlıdır.  Bunu  hətta  statistikanın 
quru rəqəmləri  də sübut edir. Məsələn, XX əsrin sonunda dünyada 
peşəkar alimlərin sayı  5 milyon nəfərdən artıq idi.  İnsanların bəşər 
tarixi  boyu  etdiyi  kəşflərin  90%-dən  çoxu  məhz  XX  əsrə  təsadüf 
edir.
123


Sonuncu  onilliklərdə  postklassik  elmlərin  inkişafının  infor­
masiya mərhələsi haqqında danışmaq mümkündür. İnsanlann infor­
masiyanı tərtib etdiyi, qoruduğu, ötürdüyü yollar kökündən dəyişdi, 
biliklər çox sürətlə köhnəlməyə başladı. M üasir dəyərləndirmələrə 
görə,  bu  gün  ali  məktəbləri  bitirənlərin  80 %-i  gələcəkdə hələ iki 
dəfə yenidən təhsil  almalı və ixtisaslarını dəyişməli olacaqlar.
Bu  səbəbdən də,  hazırda təhsil texnologiyalarında əsas diqqət 
informasiya  ilə  işləmək  bacarığına  verilir.  Tədqiqat  bir  fəaliyyət 
növü  kimi  özünün  sırf elmi  sahəyə  aidliyini  itirməyə başlayır.  O, 
gerçəkliyin öyrənilməsinə kömək edən operativ vasitəyə çevrilir.
Bu  səbəbdən  rəqabətə  davamlı  olmaq  istəyən  peşəkar 
mütəxəssis  müasir dünyada elmi  əlaqələr sahəsini;  onun fəaliyyət 
qanunauyğunluqlarını, onun subyektlərinin qarşılıqlı fəaliyyət for­
malarını  (şifahi və yazılı), yəni janrlarını öyrənməlidir.
Məlumatverici  nitqin  mühüm  janrlarına  xronikal  və  elmi 
məlumatlar,  hesabat  və  tədqiqat  məruzələri,  akademik  və  elmi- 
kütləvi mühazirə,  siyasi icmal və elmi xülasələr aid edilir.
Xronikal  məlumat  müəyyən  dövr  ərzində  nəyinsə,  məsələn, 
istehsal prosesinin,  nəyinsə tarixi, bioqrafık məlumatlar və s.  inki­
şafı  (dəyişməsi)  haqqında  informasiyaya malikdir.  Bölmələrə  ay­
rılma zaman əlamətinə görə həyata keçirilir və məntiqi,  müəyyən, 
aydın olmalıdır.
Materialın  hansı  tərtibatının  daha  çox  üstünlük  təşkil 
etməsindən asılı olaraq,  elmi məlumatın bir neçə növünü müəyyən 
edirlər -  analiz və  sintez,  ümumiləşdirmə,  materialın  qruplaşdınl- 
ması,  qarşılıqlı  müqayisə.
Əsasını  analiz və sintezin təşkil  etdiyi elmi  məlumatlarda (mə­
sələn,  «Cümlənin baş və ikinci  dərəcəli üzvləri»,  «sözün hissələri» 
və  s.)  bu  və  ya  digər  məlumatın  əlaməti  göstərilir.  Əlamətlərin 
seçilməsi  «birincisi»,  «ikincisi»  kimi  sözlərin  köməyi  ilə  həyata 
keçirilə bilər ki, bu da mülahizəni aydın və ardıcıl edə bilər.
Elmi məlumata həmçinin anlayışların nümunələrlə şərh edilən 
məntiqi tərifləri  də daxil  edilə bilər.  Materialın seçilməsi müəyyən 
vəzifəyə,  məsələn,  sintezdə  bu  və ya  digər  dil  kateqoriyasına  aid 
xüsusiyyətləri göstərməyə tabe edilir.
124


Elmi  məlumatlar  -  ümumiləşdirmələr  nəzərdən  keçirilən  hər 
hansı dil hadisəsi və kateqoriyalarına aid ümumi əlamətlərin fərqlən­
dirilməsidir.  Belə  ümumiləşdirilmiş  qısa  ifadə  edilmələr  «Əvəzlik 
və  zərflərdə  defısdən  istifadə»,  «Xitab,  ara  söz  və  ara  cümlələrdə 
durğu işarələri» və  s.  kimi  məsələlərin öyrənilməsini  nəzərdə tutur. 
Belə müzakirələrdən sonra, adətən ümumiləşdirilmiş nəticə çıxarılır.
Materialın qruplaşdırılmasına əsaslanan mülahizələr (məsələn, 
«Nitq  hissələri»,  «Sonu  saitlə  bitən  sözlərə  saitlə  başlayan  şəkil­
çilərin  artırılması  qaydası»  və  s.  mövzularda)  əsas  bölgünün  for­
malaşdırıldığı və qrupun adının göstərildiyi  cümlə ilə başlayır.
Bu  cümlələrdə  şərti  olaraq  təsnifat  münasibətlərini  göstərən 
dil  vasitələrindən  istifadə  edilir:  qruplara bölünür  (bölmək  müm­
kündür), qruplar ayrılır (fərqləndirilir), bu əsasda aşağıdakı qrupla­
ra bölmək olar (mənasına görə, quruluşuna görə, cümlədəki roluna 
görə,  istifadə məqsədinə görə və s.).
Bu  növ  ilkin  ifadələr  materialın  şərhinin  müəyyən  yolu­
nu,  mülahizənin  quruluşunu,  yəni  ümumi  müddəadan  xüsusiyə 
istiqamətini  göstərir.  Çıxış  edən  nəzərdən  keçirilən  kateqoriyanın 
qruplara  bölünməsini  əsaslandıran  mühüm  əlaməti  göstərməlidir. 
Bölünmə  əlamətlərini  bilmək  kompozisiyanın  mütənasibliyini 
təmin edəcəkdir.
Bu səbəbdən də belə məlumatlar hazırlanmazdan əvvəl öyrəni­
lən materialın məntiqi təhlili  aparılmalıdır ki, bu təhlilin də cədvəl 
və  sxemlərin  tərtibi  ilə  müşayiət  edilməsi  məqsədəuyğundur. 
Cədvəllər materialın  toplanması  və  cavablar üçün  plan vəzifəsini 
yerinə  yetirir,  onun  gedişində  cədvəlin  qarşılıqlı  əlaqədə  olan 
qrupların (alt qrupların) və onların arasındakı  əlaqələrin tapılması 
üçün əlamətlərin müəyyənləşdirilməsinə yönəldilmiş oxunması və 
təhlili həyata keçirilir.
Əsasında  öyrənilən  materialın  qarşılıqlı  müqayisəsi  duran 
elmi  məlumat tam,  yaxud  qismən  müqayisə əsasında qurula bilər. 
Müqayisə  fikir  əməliyyatı  və  üsul  kimi,  xüsusən  dil  dərslərində 
mühüm yer tutur.
Müqayisə edilən obyektlərin tam müqayisəsi  zamanı həm ox­
şarlıq, həm də  fərqlilik əlamətləri müəyyən edilir. Məsələn,  verilən
125


Yüklə

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə