Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə43/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   124

müəllifin  adı,  yaxud  həm  də  onun  müvafiq  məqaləsinin  adı 
çəkilməlidir.  Verilən  statistik  məlumatların  mənbənin  etibarlılığı 
və bitərəfliyi baxımından yoxlanması  zəruridir.
3.  M əlum   olanla yeninin qarşılıqlı  əlaqəsi prinsipi.  Dinləyici 
və  tam aşaçdan  yeni  olan,  köhnələrə  bənzəməyən,  lakin  onunla 
bilavasitə əlaqəsi olan bütün məsələlər maraqlandınr. Məlumatve- 
rici nitqin hazırlanması zamanı adi məsələləri maraqlı, yeniləri isə 
anlaşıqlı etmək zəruridir.
Birincisi,  əgər  mövzu  yeni  deyilsə,  onu  yeni  faktlarla  və  ən 
vacib maraqlarla əlaqədə inkişaf etdirirlər.
İkincisi,  əgər mövzu  yeni  və  qeyri-adidirsə,  onu  artıq məlum 
olan  faktlara  və  həyat  təcrübəsinə  əsaslanaraq  inkişaf  etdirirlər. 
Yeni  və  köhnəyə  aid ünsürlər  eyniyyət və ziddiyyətlərin  qarşılaş- 
dınlması yolu ilə aydınlaşdırılır. Həqiqətən də, yenini başa düşmək 
onun köhnə ilə nə qədər oxşar və məlumdan nə qədər fərqli  oldu­
ğunu görmək deməkdir.
M üqayisələr hər şeyi  öyrənmək həvəsini oyadır və təmin edir, 
onlar həm  də  :  «  Bu  əşyanın  təbiəti  necədir?»  -  sualını  meydana 
çıxarır,  sonra isə əşyanın nəyə oxşayıb-oxşamadığını  göstərməklə 
həmin  suala  cavab  verir,  bununla  da  dinləyicinin  fikirlərini 
hərəkətə  gətirir  və  mühakimələrinin  gedişini  asanlaşdırır.  Natiq: 
«Mədəniyyət kitabı  evə verən kitabxana kimidir»-  söylədiyi  anda 
dinləyicinin  ağlı  işləməyə  başlayaraq,  kitabxana  ilə  mədəniyyət 
arasında onları birləşdirən ümumi  əlaməti axtarmağa cəhd edir.
Natiq «bizdən əvvəlki nəsillər tərəfindən öyrənilmiş məsələləri 
-  Əhdi-Ətiq  və  Əhdi-  Cədidi,  Kopemikin  sistemini,  çap  maşını­
nı  və  s.  miras  olaraq  əldə  etmişik»  deyəndə,  dinləyici  razılıqla 
mədəniyyət  və  kitabxana  arasındakı  əhəmiyyətli  oxşarlığı  dərk 
etməyə başlayır,  hətta onda mədəniyyət haqqında yeni təsəvvürlər 
formalaşmağa başlayır. Az tanış olan  hadisələri  izah  edərkən  qar- 
şılaşdırmalar olmadan keçinmək, demək olar ki, mümkün deyil.
4.  N atiqin nitqində  təfəkkürün hərəkətinin əks olunm ası p rin ­
sipi.  M əlumdur  ki,  bərabər  şərait  mövcudluğunda  həmişə  diqqət 
hərəkətdə  olana  yönəlir.  Bu  müddəa  təkcə  fiziki  hərəkətlə  bağlı 
yox,  həm də təsəvvürdə yaranan hərəkətlə bağlı  düzgündür.
132


Hətta  bir  fikirdən  o  birinə  keçmək  kimi  bir  hərəkət  də  öz- 
özlüyündə maraq doğura bilər. Dinləyicilər ideyaların onlann dərk 
etməsinə uyğun olaraq nizamlı şəkildə inkişaf etdirilməsinə tələbat 
hiss  edir.  Heç  bir  səbəb  olmadan  bir  fikirdən  digərinə  uçurmuş 
kimi keçmək dinləyicini yanılda bilər.
Bu,  dinləyicinin  ardıcıl  və  müntəzəm  şəkildə  təəssürat  əldə 
etmək  kimi  təbii  arzusunu  məhv  edir.  Ardıcıllığa  əməl  etmək 
istəyərkən öz nitqini çox uzadaraq onu 20 əsas bölməyə ayıran na­
tiq də eyni  səhvi buraxmış olur.  Nitqin əvvəlində meydana gəlmiş 
canlı diqqət dağılır və yorğunluqla əvəz olunur.
Təfəkkürün  hərəkətinin  nitqdə  əksi  aşağıdakı  şəkildə  həyata 
keçir:
a)  suallar və cavablann ardıcıl,  məntiqi  silsiləsi  şəklində;  su­
allar  birbaşa  verilə,  yaxud  nəzərdə  tutula  bilər,  ən  vacibi  onlann 
dinləyicinin şüurunda öz-özünə meydana gəlməsidir;
b) məntiqiliyi xüsusi olaraq nəzərə çarpdınlan nitq vasitələrinin 
köməyi  ilə:  məsələn,  alt mövzular və  nəticənin nümunəvi  ardıcıl­
lığı  ilə:  daha  bir  sual,  sonrakı  məsələ,  daha  sonra,  .  .  .  məsələ 
haqqında  şərhə  keçid  alıram.  .  .,  həm  də;  birincisi;  ikincisi,  ikinci 
məsələ,  başqa məsələ,  başqa xüsusiyyət,  əlavə olaraq,  nəhayət, və 
sonuncu, beləliklə,  deməli, bu halda,  buna görə və s.
Elmi  məlumatın geniş yayılmasının üç əsas prinsipi  mövcud­
dur:  leksik-semantik tərcümə, konkretləşdirmə və əyləncəlilik.  Bu 
üç prinsip uzlaşır, qovuşur, fəal şəkildə qarşılıqlı əlaqədə olur. Cid­
di elmi məlumatın belə dəyişikliyinin üsul və vasitələri m üxtəlif və 
çoxşəkillidir.
Geniş  yayılmış  şərh  mühazirənin  aydınlığını  və  hamı  üçün 
anlaşıqlılığını  təmin  etməkdən  ötrü  dil  vasitələrinin  şüurlu  və 
məqsədyönlü  seçilməsini  tələb  edir,  dinləyici,  hər  şeydən  əvvəl, 
eşitdiyi  mühazirənin mətnini  təşkil  edən  sözləri  anlamalıdır.  Əgər 
sözlər,  onlann  səs  tərkibi  və  mənası  dərk  edilib  anlaşılmazsa, 
mülahizələrin mənasının anlaşılması prosesi  çətinləşəcəkdir.
Buna görə də təbiidir ki, hamıya anlaşıqlı olan şərh üçün sözlər 
və ifadələrin seçilməsi  elmi  xülasələrdən fərqlənir.  Sadə,  anlaşıqlı 
xülasə  formasının  axtanlması  eyni  zamanda  izahedici  xülasə  for­
133


masının axtarışı deməkdir. Buna görə də hamı üçün verilən şərhdə 
eyni bir fikrin sözlərlə ifadəsinin m üxtəlif variantlarından o qədər 
istifadə edilməlidir ki, həmin fikir m üxtəlif səviyyəli dinləyicilərin 
şüuruna həkk oluna bilsin.
Nitqin  sadəliyi  şərh  edilən  ideyanın  adiləşdirilməsi,  yaxud 
bəsitləşdirilməsi  mənasım vermir.  Elmi  dilin xüsusiyyəti  elmi  an­
layışların  terminlərlə  dəqiq  ifadə  edilməsindən  ibarətdir.  Elmi- 
kütləvi  mühazirədə  də  elmi  anlayışlardan  istifadə  edilə  bilər  və 
istifadə  edilməlidir,  lakin  xüsusi  leksikanın  izahı  mühazirəçinin 
vəzifəsidir.
Beləliklə,  izahat m üxtəlif üsullarla həyata keçirilə bilər:  anla­
yışın  məntiqi  izahı,  xarici  sözlərin  Azərbaycan  dilinə  tərcüməsi, 
sinonimlərdən  istifadə  edilməsi,  sözün  mənşəyi  haqqında  izahat 
(etimoloji  arayış),  terminin  anlaşıqlı  mətnə  daxil  edilməsi,  canlı 
nümunələrin göstərilməsi və s.
Elmi məlumatın geniş kütləyə çatdırılmasının üsullarından bi­
ri  də  mücərrədin  konkretə  çevrilməsi,  yaxud  şərhin  konkretləşdi- 
rilməsidir.
Bu,  m üxtəlif yollarla,  xüsusilə  bədii  əyanilik  (yəni  dilin  mü­
cərrəd  ideyanı  söz  vasitəsilə  «görməyə»  yardımçı  olan  təsvir  və 
ifadə  vasitələrindən-  müqayisə,  metafora,  epitetlərdən  istifadə), 
m üxtiəlif  növ  illüstrasiyalar,  eksperimentlər,  həyatdan  gətirilən 
faktlar  və  dinləyicilərin  həyat  təcrübəsinə  istinad  və  s.  vasitəsilə 
həyata keçirilir.
Bu zaman aşağıdakı qaydaya əməl edilməlidir: sadədən mürək­
kəbə, yaxından uzaqdakına, məlumdan yeniyə getmək lazımdır.
Konkretləşdirmədə şərhin «əsas obrazı»,  əsas fikri, məsələnin 
mahiyyətini  göstərməyə,  həm  də  sadəcə  illüstrasiya  etməyə  yox, 
onu  ətraflı,  gözlənilməz  dərəcədə  parlaq  və  hamıya  yaxşı  tanış 
olan  obrazlı,  emosional-əyani  formada  təsəvvür  etməyə  imkan 
verən, bəzən insan fəaliyyətinin tamamilə başqa aspektinə aid olan 
sahəsindən götürülmüş müqayisə mühüm rol oynayır.
Nümunələr  mürəkkəb  elmi  informasiyanın  izah  edilməsinin 
ən  səmərəli  üsullarından  biridir.  Onların  köməyi  ilə  izah  olunan 
məsələni  dinləyiciyə  yaxınlaşdırmaq  mümkündür.  Nümunənin
134


Yüklə

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə