Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə44/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   124

əhəmiyyətli  xüsusiyyətləri  anlaşıqlı  olması  və  yerində  istifadə 
edilməsidir.
Məlumatverici  nitqlərdə  istifadə  edilən  nümunələrin  başlıca 
keyfiyyəti  aydınlıq və onların yaratdığı  maraqdır.  Nümunələr fak- 
tik,  yaxud təxmini,  qısa, yaxud ətraflı  illüstrasiya formasına malik 
ola bilər. Bütün digər növləri ilə eyni imkanlara malik olduqda belə 
faktiku nümunə təxminidən daha çox təsir bağışlayır və həmçinin 
isbat zamanı  layiqli ünsür kimi  çıxış edə bilər.
Buna baxmayaraq, təxmini nümunələr də özünəməxsus üstün­
lüyə  malikdir:  onlara  fakt  olmadığı  zaman  müraciət  etmək müm­
kündür;  onları  elə  qurmaq  mümkündür  ki,  sizin  mülahizənizə ta­
mamilə uyğun  gəlsin;  onlar hansısa tək real  hadisədən  daha tipik 
və buna görə də həqiqətə daha uyğun ola bilərlər (təxmini nümunə: 
təsəvvür edin  ki,  siz yaş  və  maraq  səviyyəsi  m üxtəlif olan  insan­
ların toplaşdığı  auditoriya qarşısında  çıxış  edirsiniz.  Bu halda au­
ditoriyanı fəallaşdırmaq üsullarından hansı daha səmərəli  olar?).
Sadə şərh  səmərəli və emosional ünsürlərin uzlaşmasına əsas­
lanır.  Bu  zaman  insanlann  hislərini,  duyğularını  oyatmağa  çalış­
maq lazımdır, çünki bunsuz tam dərketmə mümkün deyildir. Elmi- 
kütləvi  şərhin emosionallığı m üxtəlif səbəblərdən asılıdır.
Əgər  natiq  ehtirasla  danışırsa,  şərh  müzakirə  üçün  açıqdırsa, 
natiqin  nitqi  ifadəli  və xüsusidirsə,  auditoriya  mühazirənin  oxun­
ma üslubuna öz diqqəti ilə cavab verər.
Dinləyicilərin  hislərini  və  onlarla  birlikdə  mövzuya,  prob­
lemə  marağını  iştirak  effekti  də  oyada  bilər.  Bu  effekt  yalnız 
natiq-məruzəçi  qlobal  elmi  problemləri  həyat  materialları  və 
dinləyicilərin mənəvi tələbatları ilə uzlaşdıra bildikdə yaranır.
İnandırıcı  nitq 
İnandırmaq  -   hər  hansı  müddəanı  məntiqi 
dəlillərlə  sübut,  yaxud  rədd  etməkdir.  Bu,  sırf məntiqi  məsələdir. 
Təcrübədə  belə  nitqləri  təbliği  hesab  edirlər,  bu  zaman  natiq 
istənilən  vasitələrlə  -  istər  məntiqi,  istərsə  də  psixoloji  üsullarla 
mübahisəli məsələlərdə razılaşma əldə etməyə çalışır.
Belə nitq təfəkkür və davranış tərzini  müəyyən etməyə yönəl­
dilmiş olur, lakin bilavasitə hərəkətə çağınş etmir.
135


Nitqin predmeti  -  faktın  sualları  (  nə  həqiqətdir,  nə yox),  ya­
xud  davranış  məsələləridir  (nəyi  etmək  olar,  nəyi  yox).  İstənilən 
nitq kimi, o da maraqlı  olmalıdır.  Natiqin oyatmalı  olduğu marağı 
«Nəyə inanaq?», yaxud «Nə etməli?»  sualı  ilə müəyyənləşdirmək 
mümkündür.  İnandırıcı  nitqin mövzusu məzmunlu,  müzakirə edi­
lən məsələ mübahisəli, lakin həll edilən olmalıdır.
İnandırıcı nitqin mühüm janrları aşağıdakılardır:  siyasi və iqti­
sadi proqramlar, parlamentdəki çıxışlar, ittiham, yaxud müdafiə və 
özünümüdafiə nitqi və s.
Siyasi  nitq  günün  aktual  məsələlərinə  həsr  edilir  və  adətən, 
proqram xarakteri daşıyır. Belə nitq həmin anın tələbini əks etdirir, 
orada dəlillər inandırıcı,  problemlərin qoyuluşu dəqiq olur.
Siyasi nitq böyük səfərbəredici  qüvvəyə malikdir və bir qayda 
olaraq,  rəhbər,  lider tərəfindən  söylənir.  Nitq  oxunur və  proqram 
sənəd  olduğu üçün  orada məcaziliyə,  ikimənalılığa və improvizə- 
lərə yol vermək olmaz.
M əhkəm ə  nitq ləri -  natiqlik  sənətinin  ən  qədim  növlərindən 
biridir.  Həm  prokurorun  (ittihamedicinin),  həm  də  vəkilin  (mü­
dafiə  edənin)  nitqlərinin  obyekti  müəyyən  şəxs,  yaxud  insanlar 
qrupu,  daha  dəqiq  deyilsə,  onların  məhkəmə  məsuliyyətinə  cəlb 
edilməsinə  səbəb  olmuş  hərəkətləridir.  Bu  səbəbdən  də  həm  pro­
kurorun, həm də vəkilin nitqləri daha çox qiymətləndirici xarakter 
daşıyır və özünün mənəvi-hüquqi istiqaməti ilə fərqlənir.
Son dərəcə yüksək obyektivlik, dəlillərlə əsaslandırma və «tə­
fərrüatlarda»  sübutluluq belə  açıq çıxışların uğurlu alınması  üçün 
şərtdir.  Bununla yanaşı,  onlarda psixoloji vəziyyət əhəmiyyətlidir, 
müttəhimin şəxsiyyətinin mümkün qədər dolğun və düzgün xarak­
teristikası, ələlxüsus da cinayəti doğuran səbəblər vacibdir.
Məhkəmədə prokuror və vəkil bir-birinə qarşıdırlar, bu səbəb­
dən  onların  nitqləri,  adətən,  yarış  xarakteri  daşıyır:  kimin  sözü 
daha qüvvətli  olacaq?  Kim  daha inandırıcı  danışa biləcək və  mü­
vafiq olaraq məhkəmənin qəranna təsir göstərməyi bacaracaq?
Məhkəmədə nitqlər təkcə hakimlərə yox, həm də ictimaiyyətin 
vicdanına və  şüuruna  ünvanlanır.  Bu  vəziyyət  məhkəmə  iclaslan 
açıq  keçirildiyi,  baxılan  iş  isə  sosial-tərbiyəvi  əhəmiyyətinə  görə 
ibrətamiz olduğu zaman xüsusilə aydın görünür.
136


Lakin həm ittihamedici, həm müdafıəedici nitqlər bir-birindən 
fərqlənir. Prokurorun, yaxud A. F. Koninin yazdığı kimi, cəmiyyət 
qarşısında nitq söyləyən hakimin işi həmişə asandır.  O həm dövlət 
adından, həm də xalq adından çıxış edən ittihamçıdır.
Prokurorun  nitqinin  quruluşu  çox  zaman  baxılan  işin 
xüsusiyyətlərindən,  müəyyən  edilmiş  faktların  qiymətləndiril­
məsindən, cinayət tərkibinin müəyyən edilməsi və araşıdınlmasın- 
dan, mühakimə olunanın xasiyyətnaməsindən,  onun əməllərindən, 
o  cümlədən,  əgər  varsa,  cəmiyyət  qarşısındakı  xidmətlərindən, 
məhkəməyə  cəlb  olunanın  mənəvi  simasından  ibarət  olur.  Belə 
nitq  cəzanın  miqdarı,  yaxud  buna  müəyyən  əsaslar  varsa,  bəraət 
üçün tövsiyə ilə yekunlaşdınlır.
İttiham çının nitqi -  qanun mühafizəçisinin, mühakimə oluna­
nı alçaltmadan və onun özünümüdafiəyə yolunu kəsmədən,  sübut­
larla danışmalı  olan  şəxsin nitqidir.  Prokurorun nitqi  nə qədər sərt 
olursa -  olsun,  mərifət hissindən məhrum  olmamalı və  son  dərəcə 
obyektiv olmalıdır.
A.  F.  Koni  özünün  «İttihamın  vəzifələri»  əsərində  ittihame­
dici  nitqdə  mərifət  və  nəzakətin  gözlənilməsi,  xülasələrin  ətraflı 
olması  haqqında geniş və  əsaslandırılmış  şəkildə  söhbət  açır.  O, 
prosesdə  çıxış  edən  prokurorun  böyük  mənəvi  və  əlbəttə  ki,  hü­
quqi  məsuliyyətindən  söz  açaraq  göstərir  ki,  prokurorun  böyük 
hüquqları vardır və  ona yüksək etimad göstərilir,  bu  səbəbdən  də 
onlardan  bacanqla  istifadə  etməlidir;  onun  nitqi  isə  obyektivlik 
nümunəsi olmalıdır.
Prokurorun nitqində nəinki müttəhimə yönəlmiş istehzalı tona, 
hətta yumora da yer yoxdur.
Yaxşı  ittiham  nitqi  nitqin  plammn  tərtib  edilməsi,  materialın 
sistemləşdirilməsi və qeydlərin formalaşdınlması, nitqin konspekt- 
lərinin  və  mətninin  yazılması,  nitqin  məşqi  kimi  ətraflı  hazırlıq 
tələb  edir.  M əhkəmədə  nitq  söyləyən  üç  şərtə  əməl  etməlidir:  iş 
materiallarına dərindən bələd olmaq, nitqin ciddi  surətdə, məntiqli 
qurulması,  dil baxımından sadə olması.
Bir  qayda  olaraq,  ittiham  nitqi  aşağıdakı  hissələrdən  ibarət 
olur:
137


Yüklə

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə