Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə53/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   124

ləmək»dir, məhkəmə nitqləri üçün hakim, məhkəmə üzvü- onların 
vəzifəsi «günahlandırmaq, yaxud bəraət qazandırmaq», məşvərətçi 
(siyasi)  nitqlər üçün  siyasətçi -  dövlət qulluqçusu -onların işi  qə­
bul, yaxud rədd etmək, dövlətin, yaxud vətəndaşların mənafeyi na­
minə hansı  qərarı  qəbul, yaxud rədd etmək barədə «məsləhət ver­
m ə d d ir.
Nitq  fəaliyyətinin  növləri  çox  zaman  danışanın  nitq  məqsəd­
lərinə görə fərqlənir:  informasiya,  məlumat,  inandırma, yönəltmə, 
qiymətləndirmə (tərif, yaxud danlama). Nitq fəaliyyəti -  danışanın 
müəyyən nəticə əldə etməkdən ötrü əsas nitq davranışı vahididir.
Nitq vəziyyətinin  (onun  quruluş ünsürlərinin:  kiminlə  danışı­
rıq,  harada  danışırıq və  nə  məqsədlə  danışırıq)  düzgün  dərk  edil­
məsi  və bununla bağlı  olaraq nitqi,  mülahizəni  müvafiq  şəklə  sal­
maq  -  «ritorik  bilik və  bacarıqların  mahiyyəti,  yəni  ritorikada  ən 
başlıca olan məhz budur»  (A. K. Mixalskaya).
Nitq vəziyyətini qiymətləndirmək və təhlil etmək bacarığı baş­
qa bacarıqların formalaşdırılması, yəni nitqin məzmununu kəşf et­
mək, kəşf etdiklərini müəyyən sxemə (nitqin, yaxud diskursun nö­
vünə əsasən) yerləşdirmək, məzmunu sözlərlə düzgün ifadə etmək 
üçün əhəmiyyətlidir.
Nitqin  (diskursun)  növləri,  yuxanda qeyd edildiyi  kimi,  danı­
şanın  nitq  məqsədinə uyğun  olaraq  fərqləndirilir.  Onlann  mövzu­
su, izah üsulu,  dil xüsusiyyətləri bundan asılıdır.
Məsələn, «Göstərilən faktlar bizim cəmiyyətimizdə yeni siyasi 
qüvvələrin yaranmasım göstərin) - siyasətçi belə deyə bilər.
«Faktlar inkaredilməz şəkildə göstərir ki, mənim müdafiə etdi­
yim şəxs günahsızdıo)- vəkil belə deyə bilər.
«Faktlar  inadkardır:  biz  nə  qədər  başqa  şəkildə  düşünmək 
istəsək  də,  bu  tarixi  dönəmin  öyrənilməsində  yeni  yanaşmanın 
zəruriliyini  qəbul etmək lazım gəlio>- alim mühazirə, yaxud məru­
zə zamanı  öz fikrini belə bildirir.
Gördüyümüz  kimi,  kütlə  qarşısındakı  nitqin  növü  nitq vəziy­
yətindən - nitq ünsiyyətinin baş verdiyi  şəraitdən asılıdır.
Nitq  məqsədləri 
Növ və janrlara görə təsnifat  aşağıdakı  mə­
sələlərə aydınlıq gətirməyə imkan verir:  nitq hansı auditoriya üçün
162


nəzərdə  tutulub,  bu  və  ya  digər janrda  hansı  ifadə  vasitələrindən 
istifadə  olunmalıdır?  Məsələn,  məhkəmə  nitqində  məhkəmə  ter­
minologiyasından  istifadə  ediləcək,  belə nitq üçün publisistik üs­
lubun  elementləri  xarakterik  deyil;  siyasi  nitqdə  -   ictimai-siyasi 
leksika üstünlük təşkil edəcək, burada publisistiklik yerinə düşər.
Lakin jan r ritorika üçün  əməli  olan  suala  cavab  verə bilmir: 
arzu  edilən-  dinləyiciləri  nəyə  isə  inandırmaq,  yaxud  ruhlandır­
maq,  hansısa  hərəkətə  səsləmək,  yaxud  sadəcə  hansısa  məsələ 
barədə məlumatlandırmaq, ya əyləndirmək, ya da ən gizli hislərini, 
qəlb  həyəcanlarını  ona  çatdırmaq  kimi  nəticəni  necə  əldə  etmək, 
ona hansı üsullarla çatmaq mümkündür?
Məsələn,  natiq janrın bütün tələblərinə əməl  edib janra uyğun 
olan  leksik  söz  ehtiyatından,  bədii  təsvir  və  ifadə  vasitələrindən 
yararlana bilər, lakin nitq dinləyicilərdə arzu edilən təsiri yaratmır, 
çox  zaman  dinləyicilər natiqin bütün bunları  niyə  söylədiyini  heç 
başa düşmürlər.  Belə bir vəziyyəti təhlil  edək.
Məşqçi idmançılar qarşısında çıxış edir,  onlardan birini parlaq 
qələbə  münasibətilə təbrik  edir,  onun  idmandakı  bütün uğurlarını 
sadalayır. İdmançılar təbrikə qoşulurlar, onların arasında şən əhval- 
ruhiyyə  hökm  sürür.  Bununla  yanaşı,  məşqçinin  əsas  məqsədi 
təbrik deyil:  o,  bu qələbə nümunəsində idmançıların qarşıdakı ya­
rışlardan qabaq döyüş ruhunu yüksəltmək istəyir,  arzu  edir ki,  id­
mançılar arasında təkcə sevinc yox,  həm də ruh yüksəkliyi yaran­
sın. Lakin bunun üçün o, çıxışının məqsədini aydın dərk etməli və 
bu məqsədə necə nail olacağını bilməlidir.
Ritorika üzrə mütəxəssislərin fikrincə, ruhlandırıcı nitq nümu­
nələr  əsasında  qurulmalıdır,  lakin  bu  nümunələr  sadəcə  sadalan­
mamalı, elə təqdim edilməlidir ki, hər bir dinləyicinin ən dərin şəx­
si  duyğularına toxunsun,  onlarda ümid və inam yaratsın.
Deməli, məşqçi diqqətini təkcə bir idmançının qələbəsi faktına 
yox,  həm  də bu qələbənin hansı  mənəvi,  ruhi  səylər bahasına əldə 
edilməsinə  yönəltməlidir.  İdmançıları  inandırmalıdır  ki,  bu  ruh 
yüksəkliyini yalnız qalib idmançıda yox,  onların hamısında görür, 
hər biri üçün qələbə ulduzunun parlayacağına inanır və qələbə çal­
maq naminə onun idman döyüşünə çağırışını qəbul etməyə səsləyir.
163


Bu,  sosial-məişət  məzmunlu  ruhlandırıcı  nitq  olmalıdır.  Bu 
növdə başqa nitqlər də  mövcud  ola bilər ki,  onların  məqsədi  ruh­
landırmaq  yox,  məsələn,  müəyyən  məlumatı  çatdırmaqdır.  Əgər 
məşqçi  öz  nitqini  idmanın  hansısa  növünün  tarixinə  həsr  etmək 
istəsəydi,  faktları,  idman  məlumatlarını  çatdırardı,  idmançıların 
mənəvi  duyğularına toxunmadan,  heç bir çağırış etmədən,  dəlillər 
göstərmədən,  inandırmadan onları  şərh edərdi.
Deməli,  natiqlik  sənətində  təkcə  camaat  qarşısındakı  nitqin 
janr xüsusiyyətlərini yox,  həm də çıxışın məqsədini,  məqsədə çat­
mağa kömək edən üsulları bilmək lazımdır.
Natiqin aşağıdakı məqsədləri  ola bilər:
•  Məlumatlandırmaq (informasiyaverici  nitq);
•  İnandırmaq (inandırıcı nitq);
•  Səsləmək (çağınşedici  nitq)
•  Ruhlandırmaq (ruhlandırıcı nitq)
•  Əyləndirmək (əyləndirici  nitq)
•  Gizli daxili narahatlıqlarını bölüşmək (şəxsi nitq).
Məqsədin həyata keçirilməsi -  natiqin dinləyicilərin reaksiyasım
əvvəlcədən hiss etməsi və buna uyğun olaraq müəyyən ritorik üsullar 
seçməsi. Təcrübə göstərir ki, bir qayda olaraq, natiqin məqsədlərindən 
biri aparıcı olur, onun üsullan isə digər üsullarla birgə işlənə bilər.
Məsələn,  informasiyaverici  nitqin  məqsədi  dinləyicilərin tam 
diqqəti  və  verilən  informasiyanı  yaxşı  mənimsəmələridir.  Əgər 
natiq  öz  nitqinə  əyləncəli  nitqin  ünsürlərini,  xüsusilə  maraqlılığı 
daxil edərsə, bu məqsədə daha uğurla çatar.
Təcrübəli  natiqlər  bilir  ki,  dinləyicilərin  diqqətini  cəlb  edib 
saxlamaq,  onların  yuxulamasına  yol  verməmək  üçün  müntəzəm 
olaraq  zarafatyana  sözlərdən,  yumordan  istifadə  etmək  lazımdır. 
Öz  növbəsində,  əyləncəli  nitqə  də  çox  zaman  müəyyən  bir infor­
masiya  daxil  edilir,  məsələn,  tətil,  ekspedisiya,  yürüş  zamanı  baş 
vermiş maraqlı  hadisə barədə söhbət açılır və s.
Nitqin məqsədinin ritorika baxımından düzgün seçilməsi (mə­
lumatlandırmaq,  inandırmaq,  çağırış  etmək,  ruhlandırmaq,  əylən­
dirmək,  ən  gizli  fikirlərini  bölüşmək)  və  bu  nitqi  gözəl  şəkildə 
söyləmək hələ xeyirxah nitq söyləmək demək deyil.
164


Yüklə

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə