Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə64/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   124

zənginliyi,  hər  şeydən  əvvəl,  insanın  fəal  və  qeyri-fəal  lüğət  və 
frazeoloji  ehtiyatı,  həmçinin bu  ehtiyatdan  istifadə  edərkən üslub 
çevikliyi ilə müəyyən olunur.
Filoloqların hesablamalarına görə,  müasir mədəni  insanın fəal 
söz  ehtiyatı  3-4  min  vahid,  qeyri-fəalı  isə  15  min vahid  frazeolo- 
gizmdən ibarətdir.  Natiqin fəal  söz  ehtiyatı  nə qədər geniş  olarsa, 
o lazım  olan  sözü  daha asanlıqla «tapar».  Nitqin zənginliyinin və 
üslub  çevikliyinin  çoxsaylı  göstəricilərindən  biri  dilin  sinonimik 
ehtiyatlarından istifadə bacarığıdır.
Nitqdə  məcazlar  və  bədii  ifadə  vasitələri  tanınmamalı,  gözə 
girməməli,  lazım  olmayan,  «gözəllik  üçün»  edilən  əlavə  kimi 
qəbul  olunmamalıdır.  Obrazlı ifadələr nitqdə o qədər təbii yer tut­
malıdır ki, həmin nitqi onlarsız təsəvvür etmək mümkün olmasın.
Dinləyicilərə nitq təsirinin növləri 
Nitqin bədii ifadə vasitələri 
auditoriyaya bilvasitə (dolayısı ilə) təsir formalarıdır, onların köməyi 
ilə qurulan mülahizələr məntiqə əsaslanan adi nitq əməliyyatları he­
sabına şübhə altına alına və mərifətlə rədd edilə bilməz.
Nitq təsirinin bilavasitə (birbaşa) və bilvasitə (dolayısı ilə) takti­
kaları müəyyən edilir. Nitq təsirinin bilavasitə taktikası açıq tipli tak­
tikadır. Danışan dinləyənlərə demək istədiyini sadə şəkildə və birba­
şa söyləyir. Bu taktika nitq təsirinin şaquli modelini nəzərdə tutur.
Danışan  və  dinləyən  arasında  belə  münasibətlər  mövcud  ol­
duqda iyerarxiyalı  strukturlaşdınlmış  ünsiyyət baş verir.  Həm  də, 
adətən, bu iyerarxiyada daha yüksək mövqeyi  danışan tutur.
Qarşılıqlı  təsirin  şaquli  modeli  şəraitində  dinləyiciyə  yalnız 
göstərişi dinləmək və ona müvafiq şəkildə hərəkətə başlamaq təklif 
edilir. Bu halda verilən məlumata tənqidi münasibət istisna olunur.
Bilavasitə  taktikaların  üstünlüyü  dəqiqliyi  və  ardıcıllığında, 
«səmimiyyət meyarına münasibətdə konfliktsiz»  olmasındadır.
Lakin  nitq  təsirinin  bilavasitə  taktikasının  səmərəli  olması 
üçün onun aşağıdakı tələblərə cavab verməsi zəruridir:
•  M əlumat  nəzərdə  tutur  ki,  danışanın  ünsiyyət  məqsədi 
qəbahətli  deyil  (yəni məlumatda ziyan vermədən göstərilə bilər);
•  Məlumat son dərəcə aydın formalaşdırılır və onun yalnız bir 
düzgün izahı mümkündür;
196


I
•  Məlumat  dəlillərlə  əsaslandırılmışdır.  Yaxud,  heç  olmasa, 
zərurət yarandıqda əsaslandırıla bilər;
•  Dəlillər, əgər mövcuddursa, məntiqi  səhvləri yoxdur;
•  Məlumat üçün  seçilmiş  dil vahidləri  nitq vəziyyətini  dəqiq 
xülasə edir;
•  Məlumat  üçün  seçilmiş  dil  vahidləri  idealda  birmənalıdır, 
onların ifadə etdiyi anlayışlar dəqiq müəyyən edilmiş və dərəcələrə 
ayrılmışdır.
Elə  ünsiyyət  vəziyyətləri  mövcuddur  ki,  onlarda  birbaşa 
nitq  aktı  mümkün  deyil  və  arzuolunmazdır.  Məsələn,  etiket  nitq 
vəziyyəti:  «Dostunuz sizi axşamı  onunla birlikdə keçirməyə dəvət 
edir.  Dəvət  edildiyiniz  kompaniya  sizi  təmin  etmir,  lakin  dostu­
nuz  üçün  əziz  olan  adamlardan  ibarətdir.  Özünüzü  rədd  cavabı 
verməyə məcbur olmuş kimi  hiss edirsiniz. Rədd cavabınız nitqdə 
nə cür təqdim edilə bilər?»
Dolayısı  ilə nitq taktikalarının qurulmasının ümumi  prinsipi  - 
istənilən bilvasitə nitq təsiri  taktikası  oxucuya böyük, yaxud kiçik 
çətinlik səviyyəsinə malik müəyyən tapmaca təklif edir -  bunu ta­
pan  dinləyici  həm  məlumatın  məzmunu barədə  anlayış  əldə  edər, 
həm  də məlumatın niyə dolayısı  ilə verilməsinin  səbəbini  anlamış 
olar.
Nitq  təsirinin  bilvasitə  taktikası  dinləyicinin  şəxsi  xüsusiy­
yətlərini fəaliyyətə cəlb  edir,  dinləyiciyə məlumatın məzmununun 
«qurulmasında» iştirak etmək imkanı yaradır, yəni nitq situasiyası­
nın üfüqi modeli qurulur.
Əgər nitq təsirinin bilavasitə  (birbaşa) taktikası  həmişə  dəqiq 
formalaşdırılması  mümkün  olan  düzgün  qərarı  (bəzən  hətta  onu 
nümayişkaranə  şəkildə  göstərmək  yolu  ilə)  nəzərdə  tutursa,  do­
layısı  ilə  (bilvasitə)  taktika  dinləyicini  heç  də  həmişə  yalnız  bir, 
vahid məqsədə doğru aparmır.  Hər bir dinləyici bilvasitə taktikanı 
özünəməxsus tərzdə «tapa» bilər.
Nümunə kimi  eyni  elanın iki variantını  (Azərbaycan və Dani­
marka) göstərək. Elanlar qoruq parkların girişində vurulmuşdur.
Azərbaycan variantı:  «  Qoruq parkın ərazisinə giriş qəti  qada­
ğandır.  Cərimə  1000 manat.»
197


Danimarka  variantı:  «Qoruq  park.  Xahiş  edirik  bunu  nəzərə 
alasınız».
Yuxanda  qeyd  edildiyi  kimi,  nitq  təsirinin  bilvasitə  taktikası 
nitqin bədii ifadələrindən istifadəyə əsaslanır.
5.4.  N itqin obrazlılığı və emosional ifadəliliyi
Sirr  deyil  ki,  dinləyici  üçün  söylənən  hər yeni  fikri  anlamaq 
çətindir.  Ona düşünmək, fikri mənimsəmək,  diqqətini istiqamətlə­
ndirmək üçün vaxt vermək lazımdır. Ritorikada «forma ilə qüvvət­
ləndirmə»,  özünəməxsus təkrar üsullan mövcuddur.
Lakin  nitqdə  uzun  pauzalar  və  fasilələr  yolverilməzdir,  əks 
halda onun ritmi və lazımi  sürəti olmaz. Təkrarın yorucu və darıx­
dırıcı  olmaması üçün təkrar olunan fikirləri  nitqin m üxtəlif vəziy­
yətlərində şərh etmək,  predmeti m üxtəlif tərəflərdən təsvir edərək, 
stereoobraz yaratmaq (məs.,  aparıcı hər dəfə söz verəndə  "söz ve­
rilir filankəsə ” deyərsə,  yeknəsəqlik yaranar.  Yaxşı  olar ki,  "indi 
isə  təbrik(yaxud,  salamlamaq)  üçün fila n kəs  dəvət  olunur”,  "öz 
ürək sözlərini  dem ək üçün  söz  verilir filankəsə ”,  "m ikrofona y a ­
xınlaşm aq filankəsdən xahiş olunur ” və s.  deyilsin) lazımdır.
Təsvir vasitələri  isə  nitqi  əyaniləşdirir,  belə  ki,  təkcə  anlama 
səviyyəsində  yox,  həm  də  obrazlı  təsir  edir,  yəni  görmə,  eşitmə, 
iybilmə, dadbilmə, taktil üzvlər vasitəsilə informasiya verir. Təsviri 
nitq daha tez  qavranılır,  daha dərin emosional  cavab  alır,  başqası­
nın  dərdinə  şərik  çıxma  hissi  yaradır,  «yaxşı  -  pis»  səviyyəsində 
qiymətlə daha sıx bağlıdır və yaddaşda daha yaxşı qalır.Bu baxım­
dan tədris prosesində son dövrlər istifadə edilən elektron lövhələr, 
animasiya filmləri, interaktiv metodlar çox səmərəli nəticələr verir.
Məcazların  (tropların)  və  obrazlı  ifadələrin(fiqurların) 
təsnifatına müxtəlif yanaşmalar 
Nitqin ifadəliliyi və  səmərəlili­
yini yaradan ritorik vasitələr hələ yeni  eranın başlanmasından çox 
əvvəl araşdırılmış və əməli surətdə ritorikanı öyrənənlər tərəfindən 
mənimsənilmişdi.
198


Yüklə

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə