Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə23/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   124

Amerika məktəblərində belə bir fənn var:  -  «Public relations­
hip»  -  «Qarşılıqlı  münasibətlərin  qurulması».  Hətta  uşaqlar  da 
qarşılıqlı  münasibətlərin  əsaslarına  bələddirlər.  Məsələn,  sənin 
uşağının  ad  gününə  gəlirlər,  sən  isə  sonradan  onların  hər  birinə 
açıqca (məktub) yazmalısan:  «Çox sağ ol ki,  Sən gəlmişdin.  Sənin 
hədiyyən  ən yaxşısı  idi». ABŞ biznesində  də belədir.  Əgər bir fir­
maya  baş  çəkmisənsə,  mütləq  sonra  bir  məktub  alacaqsan:  «Çox 
sağ  olun.  Bağışlayın,  bizim  Sizinlə  birgə  görəcəyimiz  bir  iş  yox­
dur». Lakin «Çox sağ olun»- mütləqdir.
M üxtəlif xalqların  nitq  etiketləri  arasındakı  fərqlər  «Nitq  eti­
ketləri»  adlı  soraq  kitabçalarında  xüsusilə  hərtərəfli  nəzərdən  ke­
çirilir.
Azərbaycan  dilindən  fərqli  olaraq,  ingilis  dilində  Siz  və  sən 
formaları  arasında  fərq  yoxdur.  Bu  formalar  arasındakı  fərqlərin 
bütün  çalarlan  you  əvəzliyində  əks  olunur.  Azərbaycanca  sən 
şəxs  əvəzliyinə uyğun  ola biləcək  thou  əvəzliyi  orada XVII əsrdə 
istifadədən çıxıb və yalnız poeziyada və Bibliyada qorunub  saxla­
nıb.  Əlaqələrin bütün növləri -  son dərəcə rəsmidən, kobud-yaxın­
lığı bildirən müraciətlərə qədər hamısı  dilin başqa vasitələri - into­
nasiya,  müvafiq sözlərin və ifadələrin istifadəsi  ilə çatdırılır.
Ən  əsas  məsələ bu və ya  digər həmsöhbətlə  quracağın  dialo­
qun «dilini tapmaq»dır. Dialoq iştirakçılarından biri daim «siz»dən 
«sən»ə (və əksinə) keçərək dolaşıqlıq yaradırsa,  ikinci tərəf (daha 
yaxşı olar ki, bu, yuxan instansiya və ya yaşça böyük olsun) «sən» 
müraciətinə keçərək,  qarşısındakına bərabər vəziyyətdə olduqlan- 
m göstərə bilər.
Əgər uzun müddətdən bəri ünsiyyətdə olan və bir-birinə «sən»- 
deyə  müraciət  edən  adamlar birdən-birə  «Siz»  müraciətinə  keçir, 
hətta rəsmi  şəkildə ad və soyadlannı  söyləməyə başlayırlarsa, dia­
loq acıdillilərin danışıq formasına çevrilir.
Milli  etiketin  xüsusiyyətlərini,  onun  nitq  formullannı  bilmək, 
bu  və  ya  digər  ölkənin,  xalqın  işgüzar  ünsiyyət  xüsusiyyətlərini 
başa düşmək xarici  tərəfdaşlarla danışıqlar aparılması,  əlaqə yara­
dılması  zamanı  kömək  edir.  Azərbaycan  dilinin  özünəməxsus  dil 
xüsusiyyətləri  vardır.  Adət-ənənələrdə  olan  keyfiyyətlər  dilə  də
70


sirayət etmişdir:  böyüklərin yanında ( və ya onlardan  icazəsiz)  da­
nışmaq  olmaz,  bir  söz  somşulursa,  ətraflı  cavab  verilməlidir  (vaxt 
qıtlığı nəzərə alınmır), rastlaşarkən tanımadığın adamlarla da salam­
laşmalısan və s. Doğrudur, Avropaya sürətli inteqrasiya dildə də bəzi 
ümumi qaydalar yaratmışdır, lakin milli qaydalar əsasən gözlənilir.
Tanışolma,  təqdimetmə,  salamlaşma və vidalaşma  etiketlə­
rinin formulları. 
İstənilən ünsiyyət aktlan başlanğıc,  əsas və yekun 
hissəyə  malikdir.  Əgər nitqin  ünvanlandığı  adam  nitqin  subyektinə 
tanış  deyilsə,  ünsiyyət  tanışlıqdan  başlayır.  Həm  də  bu  tanışlıq 
bilavasitə və bilvasitə  ola bilər.  Mədəni  davranış  qaydalarına  görə, 
tanış  olmayan  adamla  söhbətə  başlamaq  və  özünü  təqdim  etmək 
qəbuledilməzdir. Lakin elə hallar olur ki, bunu etmək zərurəti yaranır.
Bu halda etiket aşağıdakı form ullardan istifadəni m əqbul sayır.
- İcazə ver(in) sizinlə (səninlə) tanış olum.
- Mən Sizinlə (səninlə) tanış olmaq istərdim.
- İzn verin,  sizinlə tanış olum.
- Gəl(in) tanış olaq.
- Tanış olaq.
- Tanış olsaq, yaxşı  olardı.
M üəssisə,  ofis,  idarələrdə  məmurlardan  biri  ilə  danışıqlar 
aparm alı  və  ona özünüzü  təqdim  etm əlisinizsə,  aşağıdakı fo rm u l­
lardan istifadə edə bilərsiniz:
- İcazə verin (izninizlə) özümü təqdim edim.
- M ən Həsən Məmmədovam.
- Həsən Məmmədov.
- Lalə Əhmədova.
Əgər  gələn  adam  özünü  təqdim  etməyibsə,  bu  halda  məmur 
soruşur:
-  Sizin soyadınız?
- Adınız,  soyadınız?
- Adınız nədir?
Bir çox ölkələrdə artıq illərdən bəridir ki, tamşqlıq zamanı vizit 
kartlarından  istifadə  olunur.  Bizdə  də  artıq  bu  təcrübədən  istifadə 
edilməyə başlayıb. Vizit kartı tanışlıq zamanı qarşı tərəfə təqdim olu­
nur.  Kartın təqdim edildiyi  adam  onu almalı, ucadan oxumalı,  son­
71


ra söhbətin keçirildiyi otaqda,  arxasında əyləşdiyi  masanın üzərinə, 
qarşısına qoymalıdır ki, həmsöhbətinin adım düzgün tələffüz etsin.
Tərəf-müqabilləri bir-birinə təqdim edən vasitəçi şəxs təqdim­
etmə  ardıcıllığım  və  etiket  formasını  seçərkən  təqdim  edəcəyi 
insanların  xidməti  mövqeyini,  yaşını,  cinsini,  tərəflərin  əvvəllər 
görüşüb-görüşmədiklərini,  bir-biri  haqqında məlumatları  olub-ol­
madığım nəzərə almalıdır.
Təqdimat  birtərəfli  və  ikitərəfli  olur.  Birtərəfli  təqdimetmə 
zamanı,  adətən  iclasa,  müşavirəyə,  hansısa  təntənəli  yığıncağa, 
brifinqə,  görüşə  yığılanlar bu  tədbirin  təşkilatçılarını,  yaxud  top­
lananların çox hissəsinə tanış olmayan iştirakçıları təqdim edirlər.
Təqdimetmə formulu:
- Buyurun, tanış olun. Hüseynova Günel, Məmmədov Adil.
- Sizi Günel xanımla tanış etmək istəyirəm.
- Sizi professor Fazil Kərimovla tanış etmək istəyirəm.
- İzn verin S iz i.... tanış edim.
- S iz i... təqdim etmək istəyirəm.
Bəzən  təqdimatdan  sonra,  xüsusilə  qeyri-rəsmi  şəraitdə,  yeni 
tanış edilmiş adamlar bir-birinə xoş sözlər söyləyə bilərlər:
- Çox xoşdur (şadam)!
-  Sizinlə tanış olmağıma çox şadam.
-  Sizinlə tanış olmaqdan çox məmnunam!
Etiket həm də davranış normasını müəyyən edir. Kişini qadına, 
yaşca kiçik olanı böyüyə, əməkdaşı müdirə təqdim etmək lazımdır.
Tanışların,  bəzən  tanış  olmayan  insanların  rəsmi  və  qeyri- 
rəsmi görüşləri salam lam a ilə başlayır.
Azərbaycan dilində əsas salamlama -  salam sözüdür. Bu ifadə 
dilimizə ərəb  dilindən keçərək salamatlıq,  sülh mənasını verir.
Bu forma ilə yanaşı,  görüş vaxtı  ilə bağlı  salamlamalar da ge­
niş yayılmışdır:
-  Sabahınız xeyir!
- Axşamınız xeyir!
Ümumişlək  salamlamalardan  başqa,  görüşməkdən  duyulan 
sevinci,  salamlanana hörməti, ünsiyyət arzusunu bildirən  salamla­
malar da mövcuddur:
72


Yüklə

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə