Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə19/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   124

Dil hadisəsi aşağıdakı əlamətlərə malik olduğu halda normativ 
sayılır:
1.  dilin strukturuna uyğunluq;
2.  ünsiyyət prosesində kütləvi və müntəzəm yenilənmək;
3.  ictimai bəyənilmə və qəbul  edilmə.
Nitq  normasının  formalaşması  zamanı  həm  kortəbii,  həm  də 
şüurlu proseslər fəaliyyət göstərir.  Kortəbiilik dilin daşıyıcılarının 
bu və ya digər dil  normasından kütləvi və müntəzəm istifadəsi  ilə 
bağlıdır,  şüurluluq isə kortəbii  şəkildə yaranmış nitq normalarının 
qrammatika və lüğətlərdə «qanuniləşdirilməsi», yaxud kodlaşdınl- 
ması zamanı baş verir.
Kodlaşdırma,  yəni  yaranmış  hadisələrin  ictimai  təcrübə  pro­
sesində sabitləşdirilməsi filoloq-alimlər tərəfindən həyata keçirilir.
Normalar  dilin  bütün  səviyyələrində və  bütün  funksional  üs­
lublarında  mövcuddur.  Qrammatik  normaların  hamıya  daha  çox 
məlum  olan birliyi  orfoqrafıya və punktuasiyadır (durğu işarələri­
nin işlədilməsi  qaydaları).
Şifahi dil üçün çox mühüm əhəmiyyət daşıyan qaydalar - orfo- 
epiyadır.  Orfoepiya ədəbi tələffüz qaydalarının məcmusudur.
Bu  normalar  tələffüzdə  vahidliyə  nail  olmaq  üçün  zəruridir, 
insanlar arasındakı ünsiyyəti asanlaşdırır, onlara bir-birini daha tez 
anlamaqda yardımçı olur.
Nitq insanın  sosial  mənşəyinin parlaq göstəricisidir (indikato­
rudur). Çox zaman hansısa köhnəlmiş ibarələr insanın müəyyən so­
sial zümrəyə mənsubiyyəti ilə əlaqələndirilir. Qeyd etmək lazımdır 
ki,  dil  normaları  m üxtəlif amillərin,  hər şeydən əvvəl,  cəmiyyətdə 
baş verən dəyişikliklərin təsiri ilə dəyişir.  Məsələn,  ötən yüzilliyin 
sonlarında Azərbaycan  dilində yeni  tarixi  reallıqlarla bağlı  irıaqu- 
rasiya,  impiçment, plüralizm ,  elektorat,  spiker və s.  kimi  çoxsaylı 
neologizmlər meydana gəldi.
Nitqin  hər  bir  funksional  üslubunda  da  müəyyən  normalar 
mövcuddur.  Burada üslubi  norma mütləq  olmayıb,  nisbi,  ehtimali 
xarakter daşıyır.
Funksional üslubun xüsusiyyəti ondan ibarətdir ki, o, ünsiyyət 
prosesini mövcud şərait və şərtlər daxilində ən yaxşı şəkildə həyata 
keçirməyə imkan verir.
58


Məsələn,  əgər  insan  məişət  vəziyyətində  kitab  dilindən  isti­
fadə  edərsə,  ətrafdakılar  onun  ya  qeyri-azərbaycanlı  olduğunu, 
yaxud  sosial-psixoloji  qüsurları  olduğunu  (məsələn,  bürokratik 
böyüklük maniyasına  düçar olmuş  insan,  gündəlik həyatdan uzaq 
düşmüş  alim),  yaxud  gizli  əsəb  gərginliyi  vəziyyətində  olduğu­
nu  düşünəcəklər.  Belə  ki,  məişət  ünsiyyəti  zamanı  eynidir  sözü 
əvəzinə  identikdir,  tayı-bərabəri(əvəzi)  yoxdur  əvəzinə  analoqu 
yoxdur işlədilməsi yersiz olar.
Bu nümunələr nitqdə kommunikativ məqsədyönlülük prinsipi­
nə əməl edilməsinin vacibliyini göstərir, bu prinsip nitq formaları­
nın ünsiyyətin şərait və məqsədlərinə müvafiq olmasını tələb  edir.
Məqsədyönlülük  danışan  və  yazan,  yaxşı  nitqin  obyektiv  zə­
ruriliyini  subyektiv  şəkildə  qiymətləndirən  insanların  şüuru  ilə 
müəyyən  edilir.  Əgər  norma  dil  kollektivinin  bütün  üzvləri  üçün 
eynidirsə, bu halda məqsədyönlülük nitqin funksional üslubundan, 
sosial fərqlərdən, kommunikativ vəzifə və məqsədlərindən asılıdır.
Nitq  normalarına bələdlik və kommunikativ  məqsədyönlülük 
prinsipinə əməl edilməsi insanın nitq mədəniyyətinin əsasını təşkil 
edir.
Nitq  mədəniyyəti 
və 
onun  meyarları. 
Nitq  ünsiyyəti  pro­
sesində  insanın  nitq  mədəniyyəti  mühüm  rol  oynayır.  Onun vəzi­
fələrindən  biri  həmsöhbətinə  xoş  təsir bağışlamaqdır,  insanın  nit­
qinə  əsasən  onun  mənəvi  və  intellektual  inkişaf səviyyəsi,  daxili 
mədəniyyəti haqqında fikir söyləmək mümkündür.
Nitq mədəniyyəti - şifahi və yazılı ədəbi dilin normalarına (tə­
ləffüz  qaydaları,  vurğu,  sözdən  istifadə,  qrammatika,  üslubiyyat), 
həmçinin  ünsiyyətin  m üxtəlif vəziyyətlərində,  nitqin  məqsəd  və 
məzmununa müvafiq  şəkildə  dilin ifadə vasitələrindən istifadə et­
mək bacarığına yiyələnməkdir.
Başqa sözlə, nitq mədəniyyəti -  düzgün danışmaq və yazmaq, 
həmçinin  söz  və  ifadələrdən  ünsiyyət  vəziyyəti  və  məqsədlərinə 
uyğun istifadə etmək bacarığıdır.
Beləliklə,  nitq  mədəniyyətinin iki  əsas  göstəricisi,  yaxud  me­
yarı  vardır:  düzgünlük  və  kommunikativ  məqsədyönlülük.  Nitq 
mədəniyyətinin  hələ çox  qədim  dövrlərdə müəyyənləşdirilmiş di­
59


gər meyarları dəqiqlik, düzgünlük, məntiqidik, aydınlıq və anlaşıq- 
lılıq,  təmizlik,  ifadəlilik,  müxtəliflik,  estetiklik,  sözün yerində  iş­
lənməsi kimi məsələlərdir. Nitq mədəniyyətinin bütün meyarlarını 
daha ətraflı nəzərdən keçirək.
1.  Düzgünlük. 
Bu,  nitq normalarına əməl  edilməsidir.  Nitqin 
tələffüz,  qrammatik,  üslubi  normalarına  əməl  edilən  nitq  düzgün 
nitqdir.  Bu normalara uyğun olaraq,  məsələn,  {ailə}  yox,  {ayilə}, 
{nənəyə}  yox,  {nəniyə}  demək lazımdır.  Lakin düzgünlük həqiqi 
nitq mədəniyyətinin yalnız birinci pilləsidir.
2. 
Kommunikativ  məqsədyönlülük. 
Bu  haqda yuxanda  da­
nışmışdıq.  Təkcə düzgün  damşmaq və yazmaq kifayət deyil,  həm 
də müvafiq kommunikativ vəziyyətlərdə onlardan düzgün istifadə 
edə bilmək üçün söz və ifadələrin üslub ənənələri haqqında anlayı­
şa malik olmaq lazımdır.
3.
 Mülahizənin dəqiqliyi. 
Bu anlayışda iki istiqamət əsas gö­
türülür:  gerçəkliyin əks edilməsində dəqiqlik və fikrin sözlə ifadə­
sində  dəqiqlik.  Birinci  istiqamət  nitq  mülahizəsinin  dəqiqliyi  ilə 
bağlıdır (həqiqət, yaxud yalan).  İkinci  halda,  aşağıdakı  qüsurlann 
meydana  çıxması  mümkündür:  konkretliyin  olmaması  («kim  isə, 
harada isə,  bəzən bizdə...» və s.  kimi  ifadələr),  səslənməsinə görə 
yaxın,  məzmununa görə fərqli  sözlərin qarışıq  salınması  (əsr-əsir, 
almaz-almas,  atlaz-atlas və s.).
4. 
Şərhin məntiqliliyi. 
Mülahizə gerçəkliyin, fikrin məntiqini 
əks etdirməli və ifadəli nitqin məntiqi ilə xarakterizə olunmalıdır.
Fikrin  (yaxud  mülahizənin məzmununun) məntiqiliyi  gerçək­
liyin  faktlarının  və  onların  əlaqələrinin(səbəb-nəticə,  uyğunluq- 
fərqlilik  və  s.)  düzgün  əks  olunmasını,  irəli  sürülən  fərziyyənin 
əsaslandırılmış  olmasını,  «lehinə»  və  «əleyhinə»  dəlillərin  möv­
cudluğunu, fərziyyəni  təsdiq, yaxud inkar edən dəlillərin nəticəyə 
yönəlmiş olmasını bildirir.
Mülahizənin məntiqiliyinin pozulmasına nümunə kimi məlum 
məsəllər:  «Bostanda xiyardır,  şəhərdə dayı», y a xu d  «Yağış yağırdı 
və iki tələbə- biri universitetə, digəri qaloşla». Nitqin ifadəliliyinin 
məntiqinin pozulması yazılı mətnin abzaslara düzgün bölünməməsi 
zamanı da meydana çıxa bilər.
60


Yüklə

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə