Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə17/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   124

Lakin bir çıxış  daxilində bir-birini  təkzib  edən  «Bazar iqtisa­
diyyatına  keçid  üçün  xüsusi  mülkiyyət  lazım  deyil»  və  «Xüsusi 
mülkiyyət olmadan bazar iqtisadiyyatı  üzrə  heç  bir islahat  müm­
kün deyil» hökmlərindəki belə ziddiyyətlər natiqə olan inamı  qırır 
və onun bütün səylərini heçə çıxarır.
Hökmlərin əsaslandırılmış olması  tələbinə əməl  edilməsi  din­
ləyiciləri  nəyə  isə  inandırmaq,  müəyyən  hərəkətlərə təhrik  etmək 
lazım  gəldikdə  xüsusilə  mühümdür.  Nəyinsə  həqiqət  olmasına 
inam həm də təlqin əsasında yaranır.
Lakin  işgüzar ünsiyyət  zamanı  çağırış  və  inandırmalarla  heç 
bir şey əldə etmək mümkün deyil.  Sağlam düşüncəyə malik insana 
mütləq niyə başqa şəkildə yox, məhz belə düşündüyünüzü izah et­
məlisiniz,  həm  də bunu  elə bir  şəkildə  etməlisiniz ki,  o  özü  sizin 
gəldiyiniz nəticələrlə, yaxud təkliflərinizlə maraqlansın.
Hökmləri məntiqi şəkildə necə əsaslandırmaq lazımdır?
N itqi qurarkən sübutların üç ünsürdən ibarət olan m əntiqi qu­
ruluşunu nəzərə alm aq lazımdır.
1.  Əsaslandırmaq istədiyiniz fikir tezis adlanır.  Tezis aşağıdakı 
suala cavab verir:  «Biz nəyi isbat edirik?»
Yuxanda haqqında danışdığımız hökmlərin müəyyənliyi  tələbi 
daha çox məhz tezisə aiddir. O, hökmün başqa şəkildə anlaşılmasının 
mümkünlüyünü  aradan qaldırmalıdır.  Hökmün  qeyri  - dəqiqliyi  ilə 
bağlı məntiq kursunda danışılan məşhur bir lətifə vardır: «Tələbə öz 
dostuna deyir:  «İki  kiloqram portağal  al;  mərc gəlirəm ki,  mən onu 
bir  dəfəyə yeyərəm».  Mərcləşirlər.  Dostu  portağal  alır.  Tələbə  on­
lardan birini götürüb yeyir və «məhz həmin portağalı nəzərdə tutub 
“onu” demişdim, deyərək, mən mərci uddum»  söyləyir.
Tezis  mümkün  qədər  konkret  olmalıdır.  «Ümumi»  şəkildə  for- 
malaşdınldıqda,  o,  sadəcə,  düzgün  olmaya bilər.  Məsələn,  «Alimlər 
həyatdan ayn düşüblər», yaxud «Bütün sahibkarlar fırıldaqçıdır» və s.
2.  Tezisi  sübutun  əsası  adlandırılan  tutarlı  dəlillərlə  möhkəm­
ləndirmək  lazımdır.  Dəlillər  «Nəyi  sübut  edirik?»  sualına  cavab 
verir.  Sübut  üçün  əsas:  faktların  məcmusu;  statistik  məlumatlar; 
nəzəri  qaydalar,  məsələn,  hüquqi,  yaxud  iqtisadi  qanunlar;  həyat 
təcrübəsinə əsaslanan hökmlər və s.  ola bilər.
52


3. 
Sübutun  üçüncü  ünsürü  nümayişdir.  O,  tezisin  hansı  dəlil­
lərdən,  necə  meydana  çıxdığım  göstərir.  Nümayiş  «Necə  sübut 
edirik?» sualına cavab verir. O, bizim mühakimələrimizin gedişini 
nümayiş etdirir.
Hökmləri  bilavasitə  (müşahidə  yolu  ilə)  və  mühakimələr 
vasitəsilə (məntiqi əqli nəticə) sübut etmək mümkündür.
Birinci tələb - dəlillər tezislə bilavasitə əlaqədar olmalıdır. Əks 
halda,  ilkin  məqsəddən tamamilə uzaq  olan nəyi  isə  sübut etmək 
mümkündür.
İkinci  tələb  -   dəlillər  həqiqi,  yəni  əvvəllər  isbat  edilmiş  ol­
malıdır.  Bu tələbə  əməl  edilmədikdə,  düzgün  olmayan  əsaslanma 
(əgər dəlil kökündən yalandırsa), yaxud əsasın qabaqcadan duyul­
ması  (əgər dəlil  kimsə tərəfindən sübut edilməyibsə) kimi  səhvlər 
meydana  çıxa  bilər.  Yalançı  əsaslara  söykənən  nəticə  əvvəlcədən 
səhvdir - yəni yalan ola bilər.
Dəlillərə verilən üçüncü tələb -  onların tezisdən asılı olmadan 
əsaslandırılmış  olmasıdır.  Əgər  bu  belə  deyilsə,  «isbatda  dairə» 
səhvi meydana çıxır.
Dördüncü tələb -  dəlillər nəticə əldə etmək üçün kifayət qədər 
olmalıdır,  yəni  nəticəyə  gəlməmək  mümkün  olmayacaq,  əks  hal­
da, «nəticə olmaycaq»  səhvi meydana gələcək. Məsələn, keçmişdə 
pis oxumuş bir neçə şagirdin sonradan biznesmen olması biznesdə 
biliklərin lazım olmaması demək deyil.
H ökm lərin  (əqli  nəticə)  növləri  Hökmlər  iki  növ  olur:  de- 
duktiv  və  induktiv  (ehtimallı).  Ehtimallı  hökmlərin  növləri  kimi, 
induksiya  üzrə,  bənzətmələr  üzrə  və  nəticədən  səbəbə  gedən 
mühakimələri  göstərmək olar.
- deduksiya üzrə mühakimələr zamanı, adətən, müəyyən ümu­
mi  müddəadan  çıxış  edirlər;  sonra  xüsusi  hal  ona  uyğunlaşdırılır 
və ümumidən xüsusiyə aid nəticə çıxarılır. İki mühakimədən ibarət 
olan deduktiv hökmlər (əqli nəticələr) sillogizm adlanır. Məsələn:
1. A li m əktəblərin tələbələri xarici d il öyrənirlər.
2.  G ünel - tələbədir
G ünel xarici d il öyrənir {burada və sonralar xətt «nəticə» sö­
zünü əvəz edəcək).
53


Umumi müddəa hökm üçün böyük, xüsusi hal isə kiçik əsasdır. 
Böyük  əsasın  həqiqiliyinə  xüsusi  diqqət yetirmək  lazımdır.  Əgər 
o,  həqiqətə uyğun deyilsə, yaxud köhnəlmişsə, yaxud bəhs etdiyi­
niz  hadisəyə  aid  deyilsə,  ona aid  nəticə  düzgün  olmayacaq və ya 
mənasız,  cəfəng olacaq. Məsələn,
1.  Ali təhsil  - uğur əldə etməyin təminatıdır.
2.  Məmmədovun ali təhsili var.
M əm m ədov uğur əldə edib.
Deduktiv hökmlərin bu xüsusiyyəti hələ Qədim Yunanıstanda, 
natiqlik sənətinin vətənində məlum idi. Məsələn, nəyi istəsələr sü­
but edə bilən sofıstlərin söz xəzinəsindən məhşur bir nümunə:
1.  İtirmədiyim hər şey mənimdir.
2.  Mən buynuzlanmı itirməmişəm.
M ənim  buynuzlarım var.
Bu  «mühakimə»  buynuzlunun  sofızmi  adlanır.  Bu  şəkildə 
«sofızm»  sözü  biclik  mənasını  verir.  Mənasız,  cəfəng  nəticə  bu­
rada və bir sıra digər  sofızmlərdə  ona görə yaranır ki,  böyük əsas 
yanmhəqiqətdir,  axı,  bu  hökm  yalnız  həmin  insanın  əvvəlcədən 
malik olduğu əşyalar üçün doğrudur.
Deduktiv hökmlərlə bağlı digər geniş yayılmış səhv - eyni ter­
minin böyük və kiçik əsaslarda m üxtəlif mənalarda işlədilməsidir. 
Məsələn:
1.  Gümüş - kimyəvi elementdir.
2.  Qonşunun itinin adı -  Gümüşdür.
Q onşunun iti kim yəvi elementdir.
1.  İnsan kosmik fəzaya uçuşlar edir.
2.  Bizim direktorumuz insandır.
D irektorum uz kosm ik fəzava uçuşlar edir.
Bəzən  deduktiv  mühakimələrdə  böyük  əsas  şübhəsiz  həqiqət 
kimi buraxılır. Belə ixtisar edilmiş,  azaldılmış sillogizm entim em a 
adlanır. Məsələn:
2. Bu məhsulun keyfiyyət sertifikatı var.
Onu ala bilərik.
54


Yüklə

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə