Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə13/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   124

müraciət etmək lazım  olduğunu  dəqiq,  «rütbələr cədvəli»nə müv­
afiq bilmək lazım idi.  Bu məsələ ilə bağlı XX əsrdə bir qədər mü­
rəkkəb  proseslər getdi.  Xatırlamaq  olar ki,  20-ci  illərdə Rusiyada 
baş verən  siyasi  hadisələr nəticəsində Azərbaycanda  da “yoldaş”, 
“vətəndaş” kimi müraciət formaları zor hesabına digər müraciətləri 
sıxışdırıb  çıxardı,  80-ci  illərin  sonunda  “bəy”  müraciəti  təklif və 
tətbiq  olunsa  da,  uğursuzluğa  düçar  oldu.  Həmin  vaxtlarda  xalq 
arasında cürbəcür müraciət formaları  (“yoldaş”ın və “vətəndaşın” 
əvəzinə)-  “cənab”,  “bəy”,  “rəis”,  “ağsaqqal”,  “dayı”  və  s.  yaran­
sa da,  “müəllim”  müraciəti  digərlərinə qalib  gəldi.  Bu, hər şeydən 
qabaq,  milli  mentalitatlə bağlı,  müəllimə  olan  xalq  məhəbbəti  ilə 
əlaqədar  qələbədir.  (Maraqlıdır  ki,  “bəxti  qara”  “xan”  sözündən 
yaranmış olsa da, qadınlara olan “xanım” müraciəti yüz illərin im­
tahanlarından çıxa-çıxa bu günə qədər qalmışdır).
Normanın  yaranmasında  əsl  həqiqi  rol  ümumi  rəyə  məxsusdur, 
hökumət,  idarə  məmurları,  yaxud  alimlər  tərəfindən  təzyiq  ikinci 
yerdədir,  (“bəy”  müraciətinin taleyi  bunu  sübut  etdi)  Bu barədə mət­
buatda və televiziyada keçirilən diskussiyaların da müəyyən təsiri var.
On  illər boyu  ritorikanın  inkişafı  (onu,  bir  qayda  olaraq,  fəl­
səfə,  məntiq,  psixologiya,  estetika,  pedaqogika,  dilçilik  və  digər 
elmlərin biliklərindən istifadə  edən  kompleks  fənn kimi  nəzərdən 
keçirirlər) aşağıdakı istiqamətlərdə davam etmişdir:
1.  nitq mədəniyyəti  -  düzgün,  ədəbi  tələffüz normalarına uy­
ğun danışmaq;
2.  nitq məntiqi -  natiqlik sənətində formal  məntiqin qanunla­
rından istifadə edilməsi;
3.  nitq texnikası  -  natiqin  auditoriya  qarşısında təmkinli  dav­
ranışı və danışanın şəxsi  «inamlılığı».
Təcrübə  sübut  edir  ki,  kütlə  qarşısında  çıxış  ustalığına  yiyə­
lənməkdə həm məzmun, həm də formanın əhəmiyyəti vardır. M üs­
bət nəticəyə zərər vurmadan  onları  bir-birindən  ayırmaq mümkün 
deyil.
Çıxışın  müvəffəqiyyətinin  birbaşa  asılı  olduğu  şifahi  nitq 
fəaliyyəti  mədəniyyətinin  ünsürləri  arasında  aşağıdakıları  göstər­
mək olar:
40


•  dəlil və sübutların köməyi ilə nitqin məntiqi  qurulması;
•  inandırma vasitələri ehtiyatından istifadə;
•  təqdim  edilən  həqiqətlərin  məzmunu  və  dərinliyi,  idraki 
mahiyyəti, məlumatın ətraflılığı, inandıncılığı;
•  dil  formalarının,  üslubun  mükəmməlliyi,  nitqin  obrazlı  və 
emosional ifadəliliyi;
•  auditoriya ilə mümkün  olan ən böyük qarşılıqlı  əlaqəyə nail 
olmaq  bacanğı  (çıxış  prosesində  natiq  və  dinləyicilər  arasındakı 
birgə  yaradıcılıq  aktı  xüsusilə  qabanqdır);  natiqin  şəxsiyyətinin 
auditoriyaya göstərdiyi təsir.
Dinləyicinin  haqqında  danışılan  məsələni  dərk  etməsi, 
məzmunun mühüm  cəhətlərini  ayırd edə bilməsi,  natiqin çıxışının 
səbəbini  düzgün qiymətləndirməsi  üçün natiqin  ciddi nitq hazırlı­
ğına, malik olması zəruridir.
Bu hazırlığa aşağıdakı məsələlər daxildir:
•  nitq  texnikasının  işlənməsi  (diksiya,  ucalıq,  temp,  ritm  - 
məzmunlu məlumatı  eşitmək,  dərk etmək və yadda saxlamaq);
•  leksika (məzmunun daha düzgün çatdırılmasına kömək edən 
lüğət materialının seçilməsi);
•  qrammatika  və  sintaksis  (materialın  dil  qanunlarına  uyğun 
təşkil  edilməsi);
•  məntiq  (məzmunun  strukturunun  müəyyənləşdirilməsi  və 
onun canlı nitqdə əksinin qanunauyğunluqları);
•  üslubiyyat (konkret çıxış şəraitində mətnin məzmununu daha 
dəqiq və ifadəli izah edə bilən nitq formasının seçilməsi);
•  kinesika  (insanlann  ünsiyyəti  prosesində  tətbiq  olunan 
bədən hərəkətlərinin ahəngdarlığı, həmçinin jest, mimika, pozalar, 
natiqin xarici  görkəminin  söylədiyi  sözlərə uyğunluğu;  bu zaman 
yalnız nitq aparatı hərəkətləri istisnadır).
Şifahi  sözə yiyələnmək asan deyil.  Bu,  məsələni  yaxşı bilmə­
yi,  çevikliyi,  təfəkkür  aydınlığını  və  ətrafdakı  şəraitin  tələblərinə 
dinamik şəkildə cavab verməyə imkan yaradan digər şəxsi keyfiy­
yətlərin mövcudluğunu tələb  edən ustalıqdır.  Fransız dilçi Pellisir 
yazırdı: «düşünmək ustalığından sonra ən mürəkkəb olanı -  danış­
maq ustalığı dır».
41


Nitq  mədəniyyəti  ritorika  prizm asında  Nitqin  dil  materialı 
həmişə ritorikada aparıcı yer tutmuşdur.  Onun mühüm bölməsi  olan 
elokusiya (bəlağətli nitq) üslubiyyat, poetika, qrammatika ilə birləşirdi.
Sözün dəqiq seçilməsi, ifadənin qurulması, fiqur və troplardan 
(məcazlardan) istifadə, məntiq və mətnin dəqiq qurulması istənilən 
nitq növü üçün çox mühümdür.  Təsadüfi deyil ki, fəlsəfi, tarixi, ri­
torik mətnlərin və bədii  ədəbiyyatın öyrənilməsi Avropada klassik 
təhsilin özəyini təşkil  edirdi.
Lakin ritorika məzmunun dil ifadəsinin forması ilə məhdudlaş­
mırdı:  o həmişə dinləyicinin münasibətinə ünvanlanırdı. Yazıçının 
ünvanlandığı  şəxs sadəcə nəzərdə tutduğu, təxəyyülündəki virtual, 
«orta  statik»  oxucu  olsa  da,  nitq  -  həmişə  dialoqdur.  Hətta yazıçı 
öz oxucusu haqqında düşünməyib,  sadəcə özü üçün yazdığı zaman 
belə, yazdıqlarının ünvanı  onun ikinci «mən»idir.
Heç də təsadüfi deyil ki, ritorika həmişə nitqin məzmununu bi­
rinci yerə çıxarır,  həqiqət uğrunda mübarizə apanr,  dəlil və sübut­
ları, məntiqi  əsaslanmaları gözləyir.
Ritorik ənənələrə və sağlam düşüncəyə uyğun olaraq, istənilən 
nitqin, çıxı şin məziyyəti ilk növbədə onun məzmunu, ikinci növbədə 
-  forması,  daha dəqiqi  - forma və məzmunun  ahəngdarlığıdır.  Bu 
ahəngdarlıq çox zaman birinci yerdə durana əhəmiyyətsiz yanaşır, 
məzmun özü üçün forma, yaxud forma özü üçün məzmun axtarır.
Ritorikadan başqa nitq ünsiyyətinin bütün tərəflərinə bu qədər 
tələb  irəli  sürən  başqa  bir  tələblər  kodeksi  yoxdur,  hətta  nitq 
mədəniyyətinə aid müasir proqram və vəsaitlər də, yalnız nitq nor­
maları ilə kifayətlənir.
Burada  nitq  aktının  ritorik  modelini  yaradan  7  müddəanı  da 
xatırlatmaq yerinə düşər:
1.  Kim danışır? -  danışanın şəxsiyyətinə bələd olmaq onun im­
kanlarım başa düşməyə və qiymətləndirməyə, onun hərəkətlərinin 
xarakterini proqnozlaşdırmağa kömək edər.
2.  Kimə  damşır?  -  nitqin ünvanlandığı  obyektin nəzərə  alın­
ması haqqında artıq danışılıb: o, söylənəni necə qəbul edəcək, necə 
qiymətləndirəcək?  Deyilənlər  onu  təhqirmi  edəcək,  yoxsa  onda 
danışana hörmət hissi yaradacaq?
42


Yüklə

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə