Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə9/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   124

fagen  dağıdılmalıdır».  Bu  ifadədən  bu  gün  də  düşmənlərə,  yaxud 
hansısa bir maneəyə  qarşı  inadlı  mübarizəyə  çağırış  kimi  istifadə 
edilir.
Daha  sonrakı  dövrlərin  tanınmış  natiqləri  məşhur  dövlət 
xadimləri  və  aqrar  islahatın  həyata  keçirilməsinin  tərəfdarları  - 
Tiberiy  və  Kay  Qrakx  olmuşlar.  M əşhur Roma  natiqləri  arasında 
Romanın siyasi xadimi və sərkərdəsi M ark Antoni də görkəmli yer 
tutur.  Lakin  o  dövrün ən görkəmli  siyasi  xadimi M ark Tuliy  Sise- 
ron olmuşdur.
Siseron  yazırdı:  insanı  şöhrətin  ən yüksək pilləsinə yüksəldə 
biləcək  iki  sənət  vardır:  biri  -   yaxşı  sərkərdənin  sənətkarlığı, 
d ig əri-ya xşı natiqin sənətkarlığı.
Bu  kəlam  Siseronun  ritorikanın  mahiyyətinə  baxışlarını  əks 
etdirir. Ritorika- siyasətin funksiyasıdır.
Tarix göstərir ki, sonrakı dövrlərdə də tamnmış siyasi xadimlər 
böyük natiqlər olmuşlar.
Nəzərə almaq lazımdır ki, natiqlik sənəti həmişə müəyyən so­
sial  zümrələrin,  qrupların,  ayrı-ayrı  ictimai  şəxslərin  maraqlarına 
xidmət  etmişdir  və  xidmət  edir.  O,  həm  həqiqətə,  həm  də  yala­
na xidmət  edə və  eyni  qayda ilə  həm  əxlaqi  məqsədlərlə,  həm  də 
əxlaqsızlıq məqsədilə istifadə oluna bilər.
Qədim Yunanıstandan başlayaraq,  natiqlik sənətinin bütün ta­
rixi boyunca «natiqlik sənəti kimə və necə xidmət edir?»  sualı əsas 
məsələ  olmuşdur.  Bu  məsələnin  necə  həll  edilməsindən  asılı  ola­
raq,  natiqlik  sənətinə,  bu  sənət haqqındakı  elmə və  natiqin  özünə 
olan münasibət müəyyənləşdirilirdi.
Natiqlik sənətində natiqin mənəvi  mövqeyi,  demək olar ki,  ən 
mühüm  məsələdir.  O  təkcə  siyasi  xadim  üçün  yox,  sözü  insanla­
rın taleyinə təsir  edə biləcək,  onlara  düzgün  qərar  qəbul  etməkdə 
kömək göstərəcək istənilən natiq üçün də mühümdür.
Natiqlik  sənəti  tarixi  hadisədir 
Bu  və  ya  digər  natiqin 
fəaliyyətini  qiymətləndirərkən,  biz  həmişə  həmin  natiqin  ictimai 
maraqlarını  ifadə  etdiyi  cəmiyyətin  mövcud  olduğu  tarixi  dövrü 
nəzərə almalıyıq. Yaddan çıxarmaq olmaz ki, hər bir tarixi dövr na­
tiqin üzərinə müəyyən vəzifələr qoyur və ona öz tələblərini verir.
27


Natiqlik  sənəti  mürəkkəb  sintetik xarakterə malikdir.  Fəlsəfə, 
məntiq,  psixologiya,  pedaqogika,  dilçilik,  etika,  estetika-natiqlik 
sənətinin əsaslandığı elmlərdir. M üxtəlif sahələr üzrə mütəxəssisləri 
gözəl  danışıq  qabiliyyətinin  müxtəlif  problemləri  maraqlandı­
rır.  Məsələn,  linqvistlər  şifahi  nitq  mədəniyyətinin  nəzəriyyəsini 
işləyir,  natiqlərə  doğma  dilin  xəzinəsindən  necə  bəhrələnmək 
barədə  məsləhətlər verirlər.  Psixoloqlar  nitq  məlumatlarının  dərk 
olunması və təsiri məsələlərini öyrənir, kütlə qarşısında çıxışlar za­
manı sabit diqqət problemləri ilə məşğul olur, natiqin şəxsiyyətinin 
psixologiyasını,  insanların  sosial-psixoloji  cəmiyyəti  kimi  audito­
riyanın  psixologiyasını  tədqiq edirlər.  Məntiq  natiqə öz fikirlərini 
ardıcıl,  düzgün çatdırmağı,  çıxışını  düzgün qurmağı, irəli  sürdüyü 
müddəaların  düzgünlüyünü  sübut  etməyi  və  rəqiblərin  iddialarını 
rədd etməyi  öyrədir.
Natiqlik sənətinin  növləri 
Natiqlik  sənəti  heç vaxt təknövlü 
olmamış,  konkret  tətbiq  sahəsindən  asılı  olaraq,  tarixən  müxtəlif 
növlərə bölünmüşdür.
M üasir elmi və metodik ədəbiyyatda natiqin nitqinin çoxsaylı 
növləri  sadalanır və onlar m üxtəlif əsaslara görə təsnif edilir. Bəzi 
müəlliflər şifahi  çıxışları monoloji və dialoji,  digərləri isə emosio­
nal və rasional  olaraq təsnif edirlər.
Nitqin əsas növləri  sosial baxımdan yerinə yetirdiyi funksiya­
dan asılı olaraq nitqin müəyyən formalarım birləşdirir:
•  Sosial-siyasi natiqliyə sosial-siyasi və siyasi-iqtisadi mövzu­
larda  məruzələr,  siyasi  nitq,  diplomatik  nitq,  siyasi  icmal,  mitinq 
nitqi, təşviqatçı nitqi;
•  Akademik natiqliyə -  ali məktəb mühazirələri,  elmi məruzə, 
elmi icmal,  elmi məlumat;
•  Məhkəmə  natiqliyinə  -  prokurorun,  yaxud  ittihamçının  nit­
qi;  ictimai-  ittiham  nitqi;  vəkil,  yaxud  müdafiəçi  nitqi;  ictimai- 
müdafiə nitqi;  müttəhimin özünümüdafiə nitqi;
•  Sosial-məişət  natiqliyinə  -  yubiley  nitqi,  masa  ətrafındakı 
nitq (tost), xatirə nitqi (dəfn zamanı  nitq);
•  Dini-məscid(kilsə)  nitqinə  -   moizə,  dini  müəssisədəki  nitq 
aid edilir.
28


Bu təsnifat bütövlükdə  düzgündür və müasir natiqlik  sənətini 
kifayət qədər geniş  əks  etdirir,  lakin natiqlik  sənətinin bütün növ­
lərini  əhatə  etmir.  Xüsusən,  bu  təsnifatda  diskussiya  və  polemi­
ka  natiqlikləri,  natiqin  nitqinin  replika,  mətbuat  konfranslarında 
suallara  verdiyi  cavablar,  «dəyirmi  masa»  arxasındakı  söhbətlər, 
həmçinin radio və televiziyada istifadə edilən natiqlik növləri kimi 
səmərəli formaları qeyd olunmur.  Sosial-məişət,  sosial-siyasi, aka­
demik, məhkəmə, məscid-dini natiqliyi ilə yanaşı aşağıdakı növlər 
də qeyd edilir:
•  parlament natiqliyi  sosial-siyasi natiqliyin bir növü kimi;
•  diplomatik natiqlik (beynəlxalq konfransda nitq və diploma­
tik akt prosesində natiqlik);
•  hərbi  natiqlik  (əmr-nitq,  təlimat-nitq,  hərbi-siyasi  mövzuda 
çıxış,  ruhlandırıcı nitq,  çağırış);
•  ticarət nitqi  (reklam);
•  mühazirə-təbliğat  nitqi(elmi-nəzəri  mühazirə,  elmi-kütləvi 
mühazirə,  elmi-metodik  mühazirə,  kino-mühazirə,  mühazirə- 
ekskursiya,  mühazirə-konsert,  mühazirə-məlumat,  söhbət,  repor­
taj, xatirələr, təlimat, nümayiş,  silsilə mühazirələr);
•  dialoji  natiqlik  (tətbiq  formaları:  mübahisə,  diskussiya,  dis- 
put,  söhbət, işgüzar müşavirə, intervyu, mətbuat konfransı, işgüzar 
oyun,  «dəyirmi masa»,  sual-cavab gecəsi və s.).
Akademik  natiqliyə  üç  əsas  növ  aid  edilir:  bilavasitə  akade­
mik natiqlik özü (alimlər arasında- elmi məruzə, referat, icmal), ali 
məktəb natiqliyi (mühazirə,  silsilə mühazirələr) və məktəb natiqli­
yi  (müəllimin nəqli, məktəb mühazirəsi və b ).
1.3.  R itorika:  fəaliyyət, fənn, dünyagörüşü
Ritorika 
və 
natiqlik 
Ritorika kursunun öyrədilməsinə başla­
yarkən  bir  suala  cavab  vermək  zəruridir:  ritorika  nədir?  Bu  ad 
altında  vaxt  baxımından  çox  nəhəng  bir  zaman  ərzində  mühüm 
tarixi əhəmiyyətə malik kəsimin- antik, Orta əsrlər və İntibah döv­
rünün xüsusi  bilik  sahəsi  formalaşmışdır.  Ən yeni  dövrün Avropa
29


Yüklə

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə