Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə7/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   124

ğ ı anasından ayırıb zirzəm iyə salsalar,  orada sü d  verib böyütsələr, 
anası və dayəsi onunla danışmasalar,  ona nəvaziş etməsələr,  o heç 
kəsin  səsini  eşitməsə,  böyüdükdə  la l  olar,  lakin  belə  adam  uzun 
m üddət  eşidib  öyrəndikdən  sonra yenə  dilə  gəlib  danışar.  Başqa 
bir sübut: anadan kar doğulan lal olar.  Görmürsənmi,  lalların ha­
m ısı kardırlar?
Deməli,  sözlərə qulaq as və yadında saxla, xüsusilə,  hökmdar­
ların və alim lərin dedikləri hikm ətli sözləri. D em işlər ki, alimlərin, 
hökm darların  nəsihətlərinə  qulaq asm aq  ağlın gözünü  işıqlandı­
rar,  çünki  ağıl gözünün  tutiya  və  sürm əsi  hikmətdir.  Bu  dediyim 
sözlərə canla-başla qulaq asıb onlara etiqad etm ək lazımdır.
Azərbaycanda ritorika haqqında bilgilər sistemli  elm  şəklində 
az  öyrənilmişdir.  Əgər  ayn-ayn  müəlliflərin  epizodik  yazılarını 
nəzərə  almasaq,  nəinki  bu  barədə  Avropa  mühitində  olan  ardıcıl 
tədqiqatlara,  hətta  tədris  mexanizminə  də  rast  gəlinmir.  Elmlərin 
universitetlərdə  tədrisi  ilə  xarakterizə  olunan,  belə  desək,  “ Sovet 
dövründə” də nə üçünsə ən qədim elmlərdən biri olan ritorika “yad­
dan  çıxmışdır” .  Klassik  filologiya  fakültələrində  belə,  bu  fənnə 
ikinci  dərəcəli  fakültativ  predmet  kimi  yanaşılmış,  ünsiyyətin 
m üxtəlif  səviyyələrində  nitq  bacarıqlarının  aşağı  düşməsi 
əhəmiyyətli  dərəcədə  hiss  olunmuşdur.  M üstəqillik  illərinin  ya­
ratdığı imkanlar, m üxtəlif mitinqlərin mövcudluğu, teledebatlann, 
parlament iclaslarının  canlı  yayımı,  açıq  söz azadlığı  bir tərəfdən 
kimin kim olduğuna aydınlıq gətirdiyi kimi,  digər tərəfdən, bəzən 
layiq  olmasalar  da,  nitq  qabiliyyətinə  malik  insanlara  müəyyən 
üstünlüklər  verdi.  M əhz  populist  çıxışların  öhdəsindən  gəlməyi 
bacaran, bununla da bir çox ziyalılan üstələyən “dil qəhrəmanlan” 
80-ci  illərin  sonlannda xalq  arasında nüfuz  qazandılar,  hətta  son- 
ralar  hakimiyyətə  gələ  bildilər.  Bu  həqiqətlərin  özü  ritorikanın 
bir  elm  kimi  öyrənilməsinə,  nitq  mədəniyyətinin  vacib  bacanq 
keyfiyyətləri  kimi  aşılanmasına zərurət,  bununla birlikdə bir neçə 
sual yaratdı:
•  Nə  üçün  ali  təhsilli  adamlar belə  fikirlərini  aydın  və  təsirli 
ifadə edə bilmir?
21


•  Xüsusi hazırlaşmasa,  niyə heç kəs rahat danışa bilmir?
•  Niyə  küçədə  intervyu  görürülən  insanlar  danışarkən  belə 
əzab çəkirlər?
•  Nə  üçün  başqa  xalqların  nümayəndələri  sərbəst  danışmağı 
bacardığı halda, bizimkilər belə dolaşığa düşür?, və s.
Yuxanda  qeyd  edilənlər,  üstəlik  də,  təxminən  3  min  il  yaşı 
olan bir həqiqət hamıya məlum  olduqdan  sonra (“natiq doğulmur­
lar,  ağıl,  savad,  təcrübə  insanı  natiq  edir”)  ümid  artır  ki,  ritorika­
ya  son  dövrlərdə  artan  məhəbbət  onu  əsl  elm  kimi  öyrənməklə 
nəticələnəcəkdir.
1.2.  N atiqlik sənəti sosial hadisə kimi
Anlayışların müəyyən edilməsi 
Natiqlik sənəti termini  (latın 
dilində oratio -nitq, gözəl danışıq) antik mənşəlidir. Yunan sözü ri­
torika (rhetorike) və rus sözü «krasnoreçiye» (gözəl danışıq) onun 
sinonimləridir.
Natiqlik  sənəti  dedikdə,  ictimaiyyət  qarşısında  çıxışların  ən 
yüksək  səviyyəsi,  natiq  nitqinin  keyfiyyət  özəlliyi,  canlı  sözü 
söyləyə  bilmə  ustalığına  malik  olması  başa  düşülür.  Natiqlik 
sənəti  dedikdə,  nitqin  auditoriyaya  arzu  olunan  təsiri  göstərmək 
məqsədilə gözəl qurulması və söylənməsi ustalığı nəzərdə tutulur.
Natiqlik sənətinin bu şəkildə şərh edilməsi hələ antik dövrlərdə 
qəbul  edilmişdir.  Məsələn, Aristotel ritorikanı  «hər bir əşyaya aid 
mümkün inandırma üsullarını tapa bilmək bacarığı» adlandırırdı.
Bununla bərabər,  natiqlik sənəti  anlayışını  gözəl  nitq haqında 
elmə, həm də natiqlik ustalığının əsaslan  haqqında tarixən forma­
laşmış elmə aid edirlər.
Ənənəvi olaraq, gözəl damşıq incəsənətin bir növü kimi qəbul 
edilirdi. Onu tez-tez poeziya və aktyorluq yaradıcılığı ilə müqayisə 
edirdilər.
Bəs  natiqlik  sənətini  başqa  elmlərlə  əlaqədə  nəzərdən  keçir­
məyə nə imkan verir?
22


1. 
Natiqlik  sənəti  bütün  elmlərin  nailiyyətlərindən  və 
kəşflərindən  istifadə  edir,  eyni  zamanda  onları  geniş  təbliğ  edib 
populyarlaşdınr.
2. 
B ir  çox  ideya  və  fərziyyələr  ilkin  olaraq  şifahi  şəkildə, 
ictimaiyyət 
qarşısındakı 
nitqlərdə, 
mühazirələrdə, 
elmi 
məruzələrdə, məlumat və söhbətlərdə şərh edilir.
3. 
Natiqlik  sənəti  müvafiq  elmlərin  kateqoriyalar  sisteminə 
əsaslanır,  bu  da  onları  əsaslandırmanın,  təhlil  və  mühakimələrin, 
sübut və ümumiləşdirmələrin mexanizmini təyin edir.
Beləliklə,  nitq  mədəniyyətində  incəsənət və  elmilik  insanlara 
göstərilən  müstəqil  təsir üsullarının  mürəkkəb  qovuşuğunu  təşkil 
edir.  Ritorika  ictimai  nitqlərin  mürəkkəb  intellektual-emosional 
birliyidir.
Bir çox müasir tədqiqatçılar natiqlik sənətini insan fəaliyyətinin 
xüsusi növlərindən biri hesab edirlər.
Natiqlik  sənəti  yalnız  şərti  olaraq  incəsənət  adlanır,  lakin  o, 
əhəmiyyətli dərəcədə daha çox elə bir fəaliyyətdir ki, ona yiyələnən 
insanın heç bir xüsusi bacarığı olmaya da bilər. H ər bir savadlı in­
san  gərgin  zəhmət  nəticəsində  natiqlik  sənətinin  əsaslanna,  yəni 
auditoriya qarşısında anlaşıqlı, maraqlı və inandırıcı nitq söyləmək 
bacarığına yiyələnə bilər.
Natiqlik sənətinin meydana gəlməsinin sosial əsası 
Natiqlik 
sənətinin sosial hadisə kimi meydana gəlməsinin obyektiv səbəbi ic­
timai əhəmiyyətə malik olan məsələlərin müzakirə və həll edilməsi 
zərurəti  oldu.  Bu və  ya  digər nəzər  nöqtəsini  əsaslandırmaq,  irəli 
sürülmüş  ideyaların  və  müddəaların  düzgünlüyünü  sübut  etmək, 
öz mövqeyini  müdafiə etmək,  dinləyiciləri  inandırmaq və  onların 
seçiminə təsir etmək üçün söz sənətinə yaxşı yiyələnmək lazım idi.
Tarix göstərir ki,  natiqlik sənətinin meydana gəlməsi  və inki­
şafının, həyati  əhəmiyyətli  problemlərlə bağlı fikir mübadiləsinin, 
mütərəqqi ideyaların, tənqidi fikrin təkanverici qüvvəsinin mühüm 
şərti  idarəetmənin  demokratik  formaları,  vətəndaşların  ölkənin 
siyasi  həyatında  fəal  iştirakıdır.  Heç  təsadüfi  deyil  ki,  natiqlik 
sənətini  «demokratiyanın mənəvi övladı»  adlandırırlar.
23


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə