Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə15/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   124

lir. Fikrin və nitqin qurulması ilə bağlı bütün bacarıqlar da m üəllif 
əməyinin və ünsiyyətin mədəniyyətini təmin edir.
Məntiq  qanunları 
Məntiqin  əsas  qanunlarını,  səthi  də  olsa, 
sadalayaq.
Birinci  -  eyniyyət  (bərabərlik)  qanunu-  şərh  prosesində  anla­
yışları  əvəzləməyi  qadağan  edir:  bir mətn  daxilində hər hansı  bir 
anlayış mətnin sonuna qədər eyni mənada işlədilməlidir.
Eyniyyət  qanununun  pozulması  -  bu  səhv  (eristikada  sofızm 
kimi tez-tez istifadə edilirdi) «anlayışların qəsdən dəyişdirilməsi» 
adlanır.
İkinci  qanun  zid d   olm am aqdır(ziddiyyət  qanunu),  müzakirə 
olunan  mövzu ilə bağlı,  «eyni  zamanda nəyi  isə həm təsdiq,  həm 
də inkar etmək mümkün deyil» (Aristotel).
İkinci  qanunun  pozulması  -  bəzən  əvvəlcə  formalaşdırılmış 
bir fikrin  eyni  mətnin başqa hissəsində,  yaxud müəllifin digər bir 
əsərində  başqa  şəkildə  verilməsi  çox  da  hiss  edilmir  (lakin  əgər 
m üəllif öz mövqeyini dəyişibsə, bunu açıq şəkildə söyləməlidir).
Üçüncü  qanun  {kifayət  qədər)  əsaslandırm a  qanunudur.  Hər 
yeni  söylənən fikir sübut edilməli,  fikir digər,  həqiqiliyi məntiqdə 
işlənilmiş  sübut  qaydalarına  müvafiq  olaraq,  əvvəllər  sübut  edil­
miş  hökmlərlə  əsaslandırılmalıdır.  Daha  tez-tez  təkrarlanan  səhv 
-  tam olmayan sübutdur, yəni  arqument və faktların sayı azdır, ya­
xud sübutlar özü yanlışdır.
Daha bir neçə tipik məntiqi  səhv nümunəsi:
a)  hər hansı  hadisənin  səbəbi  düzgün göstərilməyib:  «bundan 
sonra»  - «bu səbəbdən»  deməkdir;
b) əsassız buraxılma (qəsdən buraxılma da olur) - əhəmiyyətli 
bir məsələnin buraxılması;
c)  müxtəlif  səviyyəli  anlayışların,  yaxud  hökmlərin  uzlaşdı­
rılması (yayda isti  olur,  apreldə yağışlar yağır),  məntiqi paradoks;
ç) əvəzliklərin ikimənalılıq əmələ gətirən səhv əvəzlənməsi;
d) deyilmişdən şərti olaraq, deyilənə şərtsiz keçilməsi; məsələn, 
deyilir  ki,  əşya  yalnız  60  dərəcədən  aşağı  temperaturda  müəyyən 
xassəyə  malik  olur,  lakin  sonra bu  şərt unudulur və  əvvəlki  hökm 
bütün hallar üçün düzgün kimi qələmə verilir ki, bu da səhvdir;
46


f) yalançı  eyniyyət, yalançı  qarşılaşdırma və s.
Məlum  həqiqətlərin  lazım  olduğundan  artıq  şəkildə  sübut  edil­
məsi  də,  yalançı  yeniliklərin  (danışan  hamıya  məlum  olan  həqiqəti 
yenilik kimi qələmə verir. Məsələn: atlar yulaf yeyir) təqdim edilməsi 
də,  müəyyən bir fikrin təsdiqinin təkrar-təkrar söylənməsi  də,  yün­
gül,  zarafatyana  söhbət  zamanı,  hətta  ağıllı  görünsə  belə,  hədsiz 
məntiqiliyin olması da nitq mədəniyyətinin pozulması hesab edilir.
Nəhayət, nəqlin kompozisiyası xatirinə məntiqin qəsdən pozul­
ması  halından  da  danışılmalıdır:  belə  pozulmalar  nəinki  səhv  he­
sab edilmir, əksinə, yüksək dəyərləndirilir və dinləyici, yaxud oxu­
cuda  maraq  doğurur.  Məsələn,  yazıçı  əsər  qəhrəmanının  gəncliyi 
ilə  bağlı  bir hadisəni  qəsdən  gizlədərək,  surətin  sirli  davranışı  ilə 
bağlı  oxucuda maraq  oyadır,  yaxud  əhvalatı  yekun  konfliktindən, 
qəhrəmanın  həyatının  sonundan  danışmaqla  başlayır  və  yalnız 
bundan  sonra  onun  həyatını  retrospektiv  şəkildə  göstərir,  bu  da 
oxucuya qəhrəmanın həyat vəziyyətini,  yaxud  onu faciəvi  (yaxud 
xoşbəxt) sona gətirən qərarlarını başa düşmək imkanı verir.
Təfəkkürün form aları Belə bir vəziyyət hamıya yaxşı tanışdır: 
çıxış  edənin  problemin  mahiyyətini  izah  etməsini  gözləyirlər,  o  isə 
bir məsələdən  digərinə  sürətlə keçə-keçə,  bəzən  özü öz dediklərinin 
ziddinə  çıxır,  müddəalarını  əsaslandırmır,  belə  ki,  nəyi  isə  başa 
düşmək və müəyyən bir nəticəyə gəlmək mümkün olmur. Niyə? Əgər 
dinləyicilərdən soruşulsa, onlar- «məntiqi yoxdur» cavabım verərlər.
Qeyd  edilir  ki,  auditoriya  yanlışlıqları  daha  tez  bağışlayır, 
nəinki məntiqsiz izahatları. Bu onunla bağlıdır ki, bizim şüurumuz 
hər  şeydə  sistem,  qayda  -  məntiq  axtarmaq  xüsusiyyətimə  ma­
likdir.  Hadisələrin  inkişafının  məntiqi  bizim  təfəkkürümüzdə  öz 
əksini tapır.  Məntiq bir elm  kimi təfəkkür qanunlarını,  mühakimə 
yolu ilə bilik əldə etməyin yol və üsullarını öyrənir.
Əlbəttə, hətta məntiq elmini öyrənməmiş insanlar da düşünür­
lər.  Lakin  onların  bir  qismi  bu  zaman  daha  çox,  digərləri  isə  az 
məntiqlidirlər. Qrammatikanın qanunlarını bilməyimiz düzgün da­
nışmağımıza və yazmağımıza yardım etdiyi kimi, məntiq qanunla­
rını bilməyimiz də düzgün düşünməyimizə yardım edir. Bu biliklər 
həm alimə, həm də natiqə lazımdır.
47


M əntiq üç təfəkkür formasını müəyyən edir:
A nlayış -  əşya, yaxud hadisənin ümumi və ən mühüm cəhət­
lərini əks etdirən təfəkkür formasıdır.  Onlar anlayışın məzmununu 
təmsil edir. Anlayışlar həm də həcminə - bu anlayışa aid olan əşya 
və hadisələrin birliyinə görə xarakterizə olunur.
Məsələn,  «avtomobil»  anlayışının  məzmunu  -   özü  hərəkət 
edən, relssiz nəqliyyat vasitəsi deməkdir, lakin bu anlayışın həcmi 
isə  son dərəcə böyük olub,  minik,  yük,  idman və digər avtomobil 
növlərinin bütün mümkün markalarını  əhatə edir.
Hökm 
- əşya və hadisələr arasındakı  əlaqəni  əks etdirən fikir 
formasıdır. Məsələn, «bu gün çərşənbə axşamıdır».
Ə qli nəticə -  ən sonuncusu nəticə olan hökmlər silsiləsi, artıq 
məlum olan hökmlərdən yaradılmış yeni bilikdir.
Çıxış  prosesində  natiq  mövzunun  həsr  olunduğu  anlayışın 
məzmununu  izah  edir və  bu  zaman  çox  sayda  digər  hökmlərdən 
istifadə  edir;  müəyyən  hökmlər  irəli  sürür  və  bəzən  auditoriya 
üçün  gözlənilməz  olan  nəticələrə  gəlir.  Əgər bu  zaman  o,  aydın, 
ardıcıl,  əsaslandırılmış  şəkildə  danışırsa,  auditoriya  onun  bəzən 
hipnoz təsiri bağışlayan «dəmir məntiqinin» əsirinə çevrilir.
Dinləyicilər qarşısında edilən çıxışın məqsədi -  onları müəyyən 
nəticələrə istiqamətləndirməkdir. Bu zaman natiq fikirlərinin gedi­
şinin  surətini  çıxarmır,  hökmlərin  məntiqini  yenidən  təkrarlamır, 
əksinə,  dinləyicilərin təfəkkür proseslərini idarə etməyə çalışır.
M əntiqin  şifahi  nitqə  aid  tələbləri Məntiqin  şifahi  nitqə  aid 
əsas tələbləri  sırasında aşağıdakıları  qeyd etmək mümkündür:
•  Müəyyənlik,  aydınlıq;
•  Ardıcıllıq;
•  Ziddiyyətsizlik;
•  Əsaslandırılma.
Dinləyicilər  tərəfindən  hökmlərə  müəyyənlik  və  aydınlıq 
tələbi natiqin istifadə etdiyi bütün söz və ifadələrin yaxşı başa dü­
şüldüyünü bildirir.
Natiq auditoriyaya tanış  olmayan, yaxud birdən artıq mənaya 
malik terminlərdən istifadə etdikdə qeyri-müəyyənlik meydana çı­
xır.  Məsələn,  «kitab»  sözü iki  mənaya malikdir:  1) biliyin toplan­
dığı  çap məhsulu; 2) elm öyrənmək vasitəsi.
48


Yüklə

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə